| |
YOD ÇATIŞMAZLIĞI
XƏSTƏLİKLƏRİNİN KÜTLƏVİ PROFİLAKTİKASI
MƏQSƏDİ İLƏ DUZUN YODLAŞDIRILMASI
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Bu Qanun Azərbaycan
Respublikasında yod çatışmazlığı
xəstəliklərinin kütləvi profilaktikası
məqsədi iiə duzun yodlaşdırılması
tədbirlərinin hüquqi, təşkilati
və iqtisadi əsaslarmı müəyyən edir
və bu sahədə yaranan münasibətləri
tənzimləyir.
I FƏSİL Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0.Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1. yod çatışmazlığı xəstəlikləri
- orqanizmdə yod çatış-mazlığı nəticəsində
qalxanabənzər vəzin funksiyalarının
pozulması ilə əlaqədar yaranan patoloji
vəziyyət (beyin funksiyalarının
pozulması, uşaqsalma, uşağın ölü
doğulması, ağıl kəmliyi, kretinizm
və s.);
1.0.2. yod çatışmazlığı xəstəliklərinin
profilaktikası – yod çatışmazlığı
xəstəliklərinin qarşısının alınmasına
yönəldilmiş tədbirlər;
1.0.3. duzun yodlaşdırılması – yod
çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi ilə qida
və yem üçün istifadə olunan duzun
yodla zənginləşdirilməsi prosesi.
Maddə 2. Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından,
bu Qanundan, digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələr-dən
ibarətdir.
Maddə 3. Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikasında
yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması sahəsində
fəaliyyət göstərən bütün fiziki
və təşkilati-hüquqi formasından
asılı olmayaraq hüquqi şəxslərə
şamil edilir.
Maddə 4. Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması sahə-sində
dövlətin vəzifələri
4.0. Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması sahəsində
dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası ilə bağlı
məqsədli dövlət proqramlarının hazırlanması
və həyata keçirilməsi;
4.0.2. əhali arasında yod çatışmazlığı
xəstəliklərinin yayılma dərəcəsinin
öyrənilməsi, qiymətləndirilməsi
və proqnozlaşdırılması;
4.0.3. əhalinin yodlaşdırılmış duza
tələbatın təmin edilməsi məqsədi
ilə iqtisadi, hüquqi və təşkilatı
tədbirlərin həyata keçirilməsi.
II FƏSİL Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması üzrə tədbirlər
və yodlaşdırılmış duza tələblər
Maddə 5. Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması üzrə tədbirlər
5.0. Azərbaycan Respublikasında
yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması sahəsində
aşağıdakı tədbirlər həyata keçirilir:
5.0.1. əhalinin profilaktik müayinəsinin
təşkili və yod çatışmazlığı olan
xəstələrin aşkar edilməsi;
5.0.2. monitorinq məqsədi ilə ildə
bir dəfə yod çatışmazlığı xəstəliklərinin
dinamikasının və aparılan profilaktika
tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi
və nəticələri barədə əlaqədar orqanlara
məlumat verilməsi;
5.0.3. yod çatışmazlığı xəstəliklərinin
qarşısının alınmasına yönəldilmiş
elmi tədqiqatların aparılmasının
təşkili;
5.0.4. yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası tədbirləri
haqqında əhalinin məlumatlandırılması
və bu xəstəliklərin qarşısının alınması
məsələlərinə dair sanitariya maarifinin
mətbuat, radio, televiziya vasitəsilə
təşkili, plakatların, bülletenlərin
və s. nəşri;
5.0.5. yodlaşdırılmış duzun istehsalı,
idxalı və satışı sahəsində fəaliyyət
göstərən bütün hüquqi və fiziki
şəxslər üçün yodlaşdırılmış duzun
keyfiyyətinin və təhlükəsizliyinin
təmin edilmə-sində standartlara,
sanitar-gigiyenik norma və qaydaların
tələblərinə (bundan sonra standartlar
və tələblər) əməl olunmasının məcburiliyi.
Maddə 6. Yod çatışmazlığı xəstəliklərinin
profilaktikasına nəzarət
6.1. Yod çatışmazlığı xəstəliklərinin
profilaktikasına dövlət nəzarəti
qanunvericilikdə müəyyən olunmuş
qaydada öz səlahiyyətləri daxilində
müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir.
6.2. Yodlaşdırılmış duzun keyfiyyət
və təhlükəsizlik göstəricilərinin
standartlar və tələblərə uyğunluğunu
müəyyən etmək məqsədi ilə duzdan
götürülmüş nümunələrin ekspertizası
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən aparılır.
6.3. Yodlaşdırılmış duzun keyfiyyətinin
və təhlükəsizliyinin təmin edilməsi
sahəsində standartlara və tələblərə
əməl olunmasına ictimai nəzarət
qanunvericilikdə müəyyən olunmuş
qaydada həyata keçirilir.
Maddə 7. Yodlaşdırılmış duza tələblər
7.1. Qida və yem məqsədi ilə istifadə
olunan duz yodlaşdırılmalı, onun
keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki
yodun miqdarına nəzarət metodları
müvafiq standartlar və tələblərə
uyğun olmalıdır. Duzun tərkibində
yodun miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
7.2. Duzun təmizlənməsi, istehsalı,
yodlaşdırılması və satışı sanitar-gigiyenik
norma və qaydaların tələblərinə
uyğun olaraq həyata keçirilir.
7.3. Azərbaycan Respublikasına idxal
edilən və ya respublikada istehsal
olunan yodlaşdırılmış duzun qablaşdırılması,
etiketləşdirilməsi, saxlanması,
daşınması və satışı müvafiq standartlara
və tələblərə əməl edilməklə həyata
keçirilir.
7.4. Yararlıq müddəti qurtarmış
yodlaşdırılmış duzun istifadəsi,
təkrar emalı və yenidən yodlaşdırılması
qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 8. Yodlaşdırılmış duzun sertifikatlaşdırılması
8.1. Yodlaşdırılmış duzun keyfiyyət
və təhlükəsizlik göstəricilərinin
standartlar və tələblərə uyğunluğunu
müəyyən etmək məqsədi ilə Azərbaycan
Respublikasının ərazisində istehsal
olunan yodlaşdırılmış duz qanunvericilikdə
müəyyən olunmuş qaydada sertifikatlaşdırılır.
8.2. Duzun yodlaşdırılması və sertifikatlaşdırılması
haqqında istehlakçılara qanunvericilikdə
müəyyən olunmuş qaydada məlumat
verilir.
8.3. Yodlaşdırılmamış duzun qida
və yem məqsədi ilə istehsalı, satışı
və Azərbaycan Respublikasına idxalı
qadağandır.
Maddə 9. Yodlaşdırılmış duzun istehsalının
stimullaşdırılması Əhalinin yodlaşdırılmış
duza olan tələbatının təmin edilməsi
məqsədi ilə Azərbaycan Respublikasında
yodlaşdırılmış duzun istehsalı sahəsində
məqsədli investisiya, qiymət, kredit
və subsidiya siyasəti həyata keçirilir.
III FƏSİL Yekun müddəaları
Maddə 10. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 11. Yod çatışmazlığı xəstəliklərinin
kütləvi profilaktikası məqsədi ilə
duzun yodlaşdırılması haqqında qanunvericiliyin
pozulması nəticə-sində vurulan zərərin
ödənilməsi
Yodlaşdırılmış duzun istehsal və
satışmı həyata keçirən hüquqi və
fiziki şəxslər yeyinti məhsullarının
keyfiyyət və təhlükəsizliyi sahəsində
standartları və tələbləri pozduqda
insanların sağlamlığına vurduqları
zərəri qanunvericilikdə müəyyən
olunmuş qaydada ödəməyə borcludurlar.
Maddə 12. Qanunun qüvvəyə minməsi
12.1. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
12.2. Bu Qanunun 8.3-cü maddəsi
2003-cü il yanvarın 1-dən qüvvəyə
minir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 dekabr 2001-ci il
|
|