| |
VƏRƏMLƏ
MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun əhalinin
vərəmdən mühafizəsinin təşkilati-hüquqi
əsaslarını, vərəm xəstəliyinə tutulmuş
şəxslərin hüquq və vəzifələrini
müəyyən edir.
I FƏSİL ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Vərəmlə mübarizə tədbirləri
və onların həyata keçirilmə prinsipləri
Azərbaycan Respublikasında vərəmlə
mübarizə tədbirləri (sanitariya-sağlamlıq
və əksepidemik tədbirlər, müayinə,
diaqnostika, müalicə, profilaktika
və reabilitasiya) bu Qanımla və
digər müvafiq normativ hüquqi aktlarla
müəyyən edilmiş qaydada həyata keçirilir.
Vərəmlə mübarizə tədbirləri bütün
vətəndaşlar və Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər üçün pulsuz, bərabər əsaslarla,
qanunçuluğa, humanistliyə, insan
və vətəndaş hüquqlarına əməl olunmaqla
aparılır. Azərbaycan Respublikasında
vərəm əleyhinə tibb müəssisə-sinə
tibbi yardım üçün müraciət edən
əcnəbilərin müayinə və müalicəsi
qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 2. Vərəmlə mübarizə haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Vərəmlə mübarizə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
bu Qanundan, digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdən ibarətdir. Azərbaycan
Respublikasının digər qanunvericilik
aktları və-rəmlə mübarizə sahəsində
vətəndaşların bu Qanunda nəzərdə
tutulan hüquqlarmı məhdudlaşdıra
bilməz.
Maddə 3. Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının
vətəndaşlarına, əcnəbilərə, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə və təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün
hüquqi şəxslərə şamil edilir.
II FƏSİL VƏRƏM ƏLEYHİNƏ DÖVLƏT TƏMİNATLI
YARDIMIN VƏ SOSİAL MÜDAFİƏNİN NÖVLƏRİ
Maddə 4. Vərəm əleyhinə dövlət təminatlı
yardım tədbirləri
Vərəm əleyhinə yardım:
vərəm əleyhinə ambulatoriya, stasionar
və sanatoriya yardımı göstərən müəssisələrin
yaradılması;
vərəm əleyhinə stasionar müəssisələrdə
və sanatoriyalarda vərəm xəstəliyindən
müalicə olunan uşaqların ümumi təhsilinin
təşkili; vərəm əleyhinə dispanserlərdə
əmək terapiyasının təşkili;
vərəm xəstəliyinə tutulmuş şəxslərin
(xüsusilə ağır və xüsusilə zərərli
əmək şəraitində olan işçilərin və
əlillərin) işə təmin olunması üçün
yüngül iş şəraiti olan müəssisələrin
yaradılması;
dövlət müəssisə, idarə və təşkilatlarında
vərəm xəstəliyinə tutulmuş əlillər
üçün mütləq iş yeri kvotalarının
müəyyən edilmə-si;
sosial əlaqələrini itirmiş və vərəmin
yoluxucu xroniki formalarına tutulmuş
şəxsləri tam dövlət təminatında
saxlamaq üçün xüsusi tibb müəssisələrinin
(internat-xəstəxanaların və s.)
yaradılması;
vərəm xəstəliyindən əziyyət çəkən
şəxslərin sosial müdafiəsi üçün
digər zəruri tədbirlərin həyata
keçirilməsi ilə təmin edilir.
Dövlət vərəm əleyhinə yardım məqsədi
ilə aşağıdakılara təminat verir:
Azərbaycan Respublikası ərazisində
«Verəm xəstəliyinin yayılmasının
qarşısının alınması üzrə Milli Proqram»m
qəbul edil-məsinə və həyata keçirilməsinə;
vərəm əleyhinə təxirəsalınmaz yardıma;
vərəmlə əlaqədar ekspertizaların
aparılmasına;
sosial-məişət yardımına, o cümlədən
birinci növbədə vərəmin yoluxucu
formasına tutulmuş xəstələrə təcrid
olunmuş yaşayış sahəsinin verilməsinə,
vərəmdən və onun nəticələrindən
əziyyət çəkən şəxslərin işlə təmin
olunmasına;
Vərəmin spesifik profilaktikasına,
vərəm əleyhinə dövlət tibb müəssisələrində
ambulatoriya, stasionar, sanatoriya
şəraitində konsultativ-diaqnostikaya,
müalicəyə və reabilitasiya yardımına;
azadlıqdan məhrumetmə yerlərində
cəza çəkən vərəmlə xəstələnmiş şəxslərə
ixtisaslaşdırılmış tibbi yardım
göstərilməsinə;
vərəm xəstəliyi ilə əlaqədar əlil
olmuş şəxslərə iş yeri ayıran dövlət
idarə, müəssisə və təşkilatlan üçün
vergi güzəştlərinin müəyyən edilməsinə;
vərəmlə xəstələnmiş şəxslərə tibbi
yardım göstərilərkən on-ların sağlamlığına
dəymiş zərərin qanunvericiliklə
müəyyən olunmuş qaydada ödənilməsinə.
Maddə 5. Vərəm əleyhinə yardım göstərən
hüquqi və fiziki şəxslər
Vərəm əleyhinə yardım ali tibb təhsili
almış və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada xüsusi razılıq əsasında
fəaliyyət göstərən həkim-ftiziatrlar
və bu növ yardım üçün müvafiq icra
hakimiyyəti orqanı tərəfindən xüsusi
razılıq alan ixtisaslaşdırılmış
dövlət, bələdiyyə və özəl tibb müəssisələri
tərəfindən göstərilir. Mülkiyyət
formasından asılı olmayaraq, vərəm
əleyhinə bütün tibb müəssisələrində
xəstələrin qeydiyyatı və uçotu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 6. Vərəm əleyhinə yardımın
növləri və onun göstərilməsi qaydaları
Vərəm əleyhinə yardımın növləri
tibb müəssisəsinin nizamnaməsində
və ya qanunvericiliklə müəyyən olunmuş
qaydada verilən xüsusi razılıqda
göstərilir. Bu barədə xəstəyə məlumat
verilməlidir. Vərəm əleyhinə ambulatoriya-poliklinika
yardımı, profilaktik və əksepidemik
yardım tədbirləri, stasionar və
ambulator müalicə, eləcə də reabilitasiya
tədbirləri (o cümlədən sanatoriya
şəraitində) müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada həyata keçirilir.
Maddə 7. Vərəm əleyhinə ambulatoriya
yardımının növləri
Vərəm əleyhinə ambulatoriya yardımı
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada müalicə-diaqnostika
yardımı və dispanser nəzarəti formasında
həyata keçirilir. Vərəm xəstəliyinə
tutulmuş şəxsə müalicə-diaqnostika
yardımı fərdi müraciət və ya müalicə-profilaktika
müəssisəsinin göndərişi, yetkinlik
yaşına çatmamış şəxslərə isə valideynlərinin
və ya qanuni nümayəndələrinin müraciəti
əsasında həkim-ftiziatr tərəfindən
göstərilir. Vərəm xəstəliyinə tutulmuş
şəxsin dispanser müşahidəsi onun
razılığından asılı olmayaraq aparılır
və sahə həkim-ftiziatrı tərəfindən
vərəm prosesinin vəziyyətinə müntəzəm
nəzarəti, həmin şəxsə lazımi tibbi
və sosial yardımı əhatə edir. Məcburi
dispanser müşahidəsi vərəmlə yüksək
xəstələnmə riski olan şəxslərə də
şamil edilir.
Maddə 8. Vərəm əleyhinə stasionar
yardımı
Vərəm xəstəliyinə tutulmuş və vərəm
çöplərinin ifrazedicisi olan xəstələr
məcburi hospitalizasiya olunur.
Vərəmlə xəstələnməyə şübhəli şəxslərin
və ətrafdakılar üçün təhlükə törətməyən
vərəmli xəstələrin hospitalizasiyası
tibbi göstərişlər əsasında həyata
keçirilir.
Hospitalizasiyanın vacibliyi aşağıdakılarla
müəyyənləşdirilir:
xəstənin həyatı və ətrafdakılar
üçün bilavasitə təhlükə yarandıqda;
ümumi vəziyyətinin ağırlaşması nəticəsində
xəstənin sağlam-lığı xeyli pisləşdikdə;
şəxs xəstəliyin ağırlığı ilə əlaqədar
əsas həyati tələbatlarını müstəqil
yerinə yetirə bilmədikdə.
Ətrafdakılar üçün epidemioloji baxımdan
ciddi təhlükə yara-dan vərəmli xəstələr
hospitalizasiyadan imtina etdikdə,
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada məcburi hospitalizasiya
olunurlar. Azaldıqdan məhrum etmə
yerlərində cəza çəkən və bir il
müddətində aparılan müalicə nəticəsində
vərəm çöplərinin ifraz edilməsinin
qarşısı alınmayan xəstə məhkumlar
digər məhkumlardan ayrı saxlanılır.
Azaldıqdan məhrum etmə yerlərindən
azad edilmiş və ya hərbi xidmətdən
tərxis olunmuş vərəm xəstəliyinə
tutulan şəxslər müvafiq icra hakimiyyəti
orqanlarının nəzarəti ilə 10 gün
müddətində yaşayış yeri üzrə vərəm
əleyhinə tibb müəssisələrində qeydiyyata
almırlar.
Maddə 9. Həkim-ftiziatrların, vərəm
əleyhinə yardım göstərən digər mütəxəssislərin
və işçilərin təminat və imtiyazları
Vərəm əleyhinə tibb müəssisələrində
işləyən həkim-ftiziatrlar, digər
mütəxəssislər və işçilər üçün təminat
və imtiyazlar qanunvericiliklə müəyyən
edilir. Vərəm əleyhinə tibb müəssisələrində
işləyən həkim-ftiziatrların, digər
mütəxəssislərin və işçilərin əlavə
əmək haqları və icbari sığortası
qanunvericiliklə müəyyən olunur.
Vərəm əleyhinə tibb müəssisələrində
işləyən həkim-ftiziatrlar, digər
mütəxəssislər və işçilər xidməti
vəzifələrini yerinə yetirərkən vərəm
xəstəliyinə tutularlarsa, bu halda
həmin xəstəlik peşə xəstəliyi hesab
olunur.
III FƏSİL VƏRƏM ƏLEYHİNƏ TƏDBİRLƏRİN
TƏŞKİLİ, HÜQUQ TƏNZİMLƏNMƏSİ VƏ
MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 10. Vərəm əleyhinə tədbirlərin
təşkili
Azərbaycan Respublikasında vərəm
əleyhinə tədbirlər müvafiq icra
hakimiyyət orqanı tərəfindən müəyyən
olunmuş qaydada həyata keçirilir.
Mülkiyyət formasından və tabeliyindən
asılı olmayaraq, bütün müalicə-profilaktika
müəssisələri üçün vərəm əleyhinə
tədbirlərlə əlaqədar müvafiq icra
hakimiyyəti orqanının qərarları
məcburidir. Vərəm əleyhinə yardımın
təşkili müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən
uzunmüddətli kompleks proqramlar
əsasında təmin edilir. Vərəm əleyhinə
tibb müəssisələrinin fəaliyyətinə
nəzarət müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Maddə 11. Vərəmlə mübarizə sahəsində
qeydiyyat və uçot
Vərəmlə əlaqədar aşkar olunmuş bütün
hallar ərazi üzrə vərəm əleyhinə
tibb müəssisələrində qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi
qeydiyyata və uçota alınmalıdır.
Bu barədə müvafiq icra hakimiyyəti
orqanlarına dərhal məlumat verilməlidir.
Patoloji-anatomik yarma zamanı şəxsin
sağlığında vərəm xəstəliyinə tutulması
müəyyən olunarsa, bu barədə müvafiq
icra hakimiyyəti orqanına dərhal
məlumat verilməlidir.
Maddə 12. Vərəm əleyhinə tədbirlərin
maliyyələşdirilməsi
Vərəm əleyhinə tibb müəssisələrinin
fəaliyyətinin maliyyələşdirilməsi
dövlət və yerli büdcələrin vəsaitləri,
icbari tibbi sığorta vəsaitləri
və qanunvericiliklə qadağan edilməyən
digər mənbələr hesabına həyata keçirilir.
IV FƏSİL ƏHALİNİN VƏRƏMDƏN MÜHAFİZƏSİ.
VƏRƏM XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRİN
HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 13. Əhalinin vərəmdən mühafizəsi
Ətrafdakıları vərəmlə yoluxdurmaq
təhlükəsi olan şəxslərin iş-ləməsi
qadağan olunan peşə və vəzifələrin
siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Bu peşə və vəzifələr üzrə işə qəbul
olunarkən, eləcə də işlədiyi müddətdə
ətrafdakıları yoluxdurmaq təhlükəsi
olan şəxslər müəyyən olunmuş ardıcıllıqla,
məcburi rentgen-flüoroqrafiya müayinəsindən
keçirilirlər. Ətrafdakıları yoluxdurmaq
təhlükəsi olan xəstələri yataqxanalara
və çoxsaylı sakinləri olan mənzillərə
yerləşdirmək qadağandır. Yataqxanalarda
və çoxsaylı sakinləri olan mənzillərdə
yaşayanlar vərəmlə xəstələndikdə
dərhal hospitalizasiya olunmalıdırlar.
Bir il müddətində aparılan müalicə
nəticəsində vərəm çöplərinin ifraz
edilməsinin qarşısı alınmayan xəstələr
fərdi yaşayış sahəsi ilə təmin edilirlər.
Vərəm mikrobakteriyaları ifrazedicisi
kimi növbədənkənar və ya ilk növbədə
mənzil almış şəxslərin qazanc məqsədi
ilə mən-zillərini satmalarına, kirayəyə
vermələrinə, başqa məqsədlərlə istifadə
etmələrinə və ya daha pis şəraitli
mənzillərə dəyişdirmələrinə yol
verilmir. Daimi yaşayış yeri olmayan,
ətrafdakılar üçün təhlükə törədən
vərəm xəstəliyinə tutulmuş şəxslər
üçün xüsusi xəstəxana-internat təşkil
olunur və xəstələrin bu müəssisələrə
göndərilməsi və qəbulu qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 14. Vərəm xəstəliyinə tutulmuş
şəxslərin hüquqları
Vərəm xəstəliyinə tutulmuş şəxslər
Azərbaycan Respublikasının Konstitusiyasında
nəzərdə tutulmuş bütün hüquq və
azadlıqlara malikdirlər. Vərəm xəstəliyinə
tutulmuş şəxslər onlara vərəm əleyhinə
yardım göstərilərkən, aşağıdakı
hüquqlara malikdirlər:
vərəm əleyhinə yardım sahəsində
hüquqları, habelə xəstəliyin xarakteri,
tətbiq edilən müalicə metodları
haqqında ətraflı məlumat almaq;
tibbi göstərişlər əsasında ambulator,
stasionar və sanatoriya-kurort şəraitində
tam həcmdə tibbi yardım almaq;
vərəmlə ilk dəfə xəstələnmiş və
ya vərəmin residivi olan şəxslərin
əmək qabiliyyətinin itirildiyi gündən
başlayaraq, tibbi-sosial və epidemioloji
göstərişlər nəzərə alınmaqla, 12
ayadək müddətdə əmək qabiliyyətinin
itirilməsi barədə vərəq almaq.
Əmək qabiliyyətini vərəm xəstəliyi
ilə əlaqədar itirdikdə, iş stajından
asılı olmayaraq, əmək haqqı 100%
həcmində ödənilir. Əmək qabiliyyətinin
müvəqqəti itirilməsi barədə vərəqənin
müddətinin nəzərdə tutulduğundan
artıq müddətə uzadılması və ya əmək
qabiliyyətinin tam itirilməsinin
müəyyənləşdirilməsi məsələləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
həll edilir. Vərəm xəstəliyinə tutulmuş
işləməyən şəxslərə müalicə müddətində
müavinət verilir. Müavinətin verilməsi
qaydası və şərtləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Vərəmlə xəstələnmə nəticəsində
əmək qabiliyyətini müvəqqəti itirmiş
şəxslərin iş yerləri və tutduqları
vəzifələr 12 ay müddətində saxlanılır.
Vərəm xəstəliyinə tutulmuş şəxslərin
stasionar və sanatoriya müalicəsi
zamanı sərf olunan yol xərcləri
dövlət və yerli büdcələrin vəsaitləri
hesabına ödənilir. Xəstəyə vərəm
əleyhinə tibb müəssisəsinə yerləşdirilməsinin
səbəbi, məqsədi və stasionarın daxili
qaydaları barədə məlumat verilməlidir.
Vərəm əleyhinə tibb müəssisəsində
müayinə və müalicə olunan xəstə
16 yaşına çatmayıbsa, stasionar
müalicə şəraitində qanunvericiliklə
müəyyən olunmuş qaydada təhsil almaq
hüququna malikdir.
Maddə 15. Vərəm xəstəliyinə tutulmuş
şəxslərin vəzifələri
Vərəm xəstəliyinə tutulmuş şəxslər:
sahə həkim-ftiziatrının müəyyən
etdiyi bütün müalicə-sağlamlaşdırıcı
tədbirlərə və bu qrup xəstələr üçün
müəyyən olunmuş sanitariya-gigiyena
tələblərinə əməl etməli; həkimin
çağırışı əsasında ərazi üzrə vərəm
əleyhinə tibb müəssisəsinə gəlməli;
daimi yaşayış yerini dəyişdikdə,
10 gün müddətində ərazi üzrə vərəm
əleyhinə tibb müəssisəsində qeydiyyatdan
keçməlidirlər.
Maddə 16. Vərəm əleyhinƏ yardımın
göstərilməsi ilə əlaqədar şikayətin
verilməsi qaydası
Vərəm əleyhinə yardım göstərilərkən
vətəndaşların hüquq və maraqlarını
məhdudlaşdıran hərəkətlərdən (xəstəlik
vərəqəsi müddətinin düzgün təyin
olunmaması, ambulator müalicə zamanı
pulsuz dərman preparatlarının verilməməsi,
xəstəyə stasionar və sanatoriya
yardımının göstərilməsindən və müalicə
ilə əlaqədar nəqliyyat xərclərinin
ödənilməsindən imtina edilməsi və
s.) şikayətlərə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada baxılır.
Maddə 17. Bu Qanunun pozulmasına
görə məsuLiyyət
Bu Qanunun pozulmasında təqsirli
olan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 18. Beynəlxalq əməkdaşlıq
Vərəmlə mübarizə sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrə əsasən həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət olarsa,
həmin beynəlxalq müqavilələr tətbiq
edilir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 may 2000-ci il
|
|