| |
AZƏRBAYCAN
RESPUBLİKASININ TƏHSİL QANUNU
Təhsil cəmiyyət
və dövlətin inkişafının əsasında
durmaqla strateji əhəmiyyətə malik
olan və üstün inkişaf etdirilən
fəaliyyət sahəsidir. Azərbaycan
Respublikasının təhsil sistemi milli
zəminə, ümumbəşəri dəyərlərə əsaslanır,
demokratik xarakter daşıyır.
Təhsil hüququ vətəndaşların əsas
hüquqlarındandır.
Təhsil sistemi qarşısında duran
vəzifələr Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında Konstitusiya
aktına, Azərbaycan Respublikasının
Konstitusiyalarına, Təhsil Qanununa
və müvafiq beynəlxalq hüquq normalarına
uyğun olaraq həyata keçirilir.
Təhsil Qanunu təhsil sisteminin
ümumi əsaslarını müəyyən edir.
I b ö l
m ə
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Təhsil
qanunvericiliyi və onun vəzifələri
1. Təhsil qanunvericiliyinə daxildir:
həmin Təhsil Qanunu; ona müvafiq
olaraq Azərbaycan “Respublikasında
verilmiş digər təhsil qanunvericiliyi
aktları; Azərbaycan Respublikası
tərkibinə daxil olan Naxçıvan Muxtar
Respublikasında həmin Təhsil Qanunu
əsasında qəbul edilmiş qanunvericilik
aktları.
Təhsil Qanunu Azərbaycan ərazisində
olan-bütün təhsil müəssisələrinə,
müvafiq orqan və təşkilatlara şamil
edilir. Azərbaycanın təhsil sistemi
həmin Qanun əsasında fəaliyyət göstərir.
Təhsil qanunvericiliyini pozanlar
qanuna müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
2. Təhsil qanunvericiliyinin vəzifələri
aşağıdakılardır: təhsil sahəsində
dövlət siyasəti prinsiplərin müəyyən
edilməsi; təhsil sisteminin sərbəst
fəaliyyəti və təhsilin inkişafı
üçün hüquqi təminat yaradılması;
hüquqi şəxslər və təhsil subyektlərinin
hüquq və vəzifələrinin, səlahiyyət
və məsuliyyətinin müəyyən olunması;
vətəndaşların təhsil haqqında konstitusiya
hüquqlarının təmin olunması və müdafiəsi.
Maddə 2. Təhsil sahəsində dövlət
siyasətinik əsas prinsipləri
Azərbaycan Respublikası fasiləsiz
təhsil sistemi yaratmaq siyasəti
yeridir. Dövlətin təhsil siyasəti
aşağıdakı prinsiplərə əsaslanır.
hüquqi baxımdan hamının dövlət standartı
çərçivəsində təhsil almaq imkanına
malik olması; bilik, bacarıq və
istedadı reallaşdırmaq üçün hamıya
bərabər şərait yaradılması; təhsilin
demokratikləşdirilməsi və dövlət-ictimai
xarakter daşıması; təhsil müəssisələrinin
müstəqilliyinin artırılması; təhsilin
humanistləşdirilməsi; ümumbəşəri
dəyərlərin, insan həyatı və sağlamlığının,
şəxsiyyətin azad inkişafını üstün
tutulması; təhsilin humanitarlaşdırılması;
təhsildə milli zəminin və bölgə
komponentinin gücləndirilməsi; təhsilin
fərdiləşdirilməsi və differensiallaşdırılması;
təhsilin məzmununun inteqrasiya
edilməsi; təhsilin elmi-dünyəvi
xarakter daşıması; elm, istehsalat,
xarici ölkələrin təhsil müəssisələri
və orqanları ilə sıx əlaqə təhsil
müəssisələrinin partiyalardan, ictimai-siyasi
və dini təşkilatlardan, hərəkatlardan
asılı olmaması; təhsildə azadlıq
və plüralizm; yaradıcılıq; tamlıq;
varislik; çeviklik; təhsilin dünya
standartları səviyyəsində olması.
Maddə 3. Vətəndaşların təhsil hüquqları
1. İrqindən, milli və diki mənsubiyyətindən,
dilindən, cinsindən, yaşından, səhhətindən,
sosial-maddi vəziyyətindən, fəaliyyət
sahəsindən, ictimai mənşəyindən,
yaşayış yerindən, dinə münasibətindən,
siyasi əqidəsindən, həmçinin üzərində
məhkumluğun olmasından asılı olmayaraq,
vətəndaşların təhsil hüququna təminat
verilir.
Müəyyən peşələr və ixtisaslar üzrə
hökumət tərəfindən yaş həddinə,
habelə cinsə, sağlamlığa, mühakimə
olunmaya görə məhdudiyyətlər qoyula
bilər.
2. Dövlət təhsil müəssisələrində
vətəndaşlar pulsuz təhsil almaq
hüququna malikdirlər. həmin təhsil
müəssisələrində əlavə pullu təhsil
qrupları da yaradıla bilər.
3. Vətəndaşların təhsil formasını,
təhsil müəssisəsini və təlim dilini
seçmək azadlığı təmin olunur.
4. Sosial müdafiəyə və yardıma ehtiyacı
olan vətəndaşların təhsil hüququnu
təmin etmək məqsədilə dövlət onların
təhsil xərcinin qismən, yaxud bütünlüklə
öz üzərinə götürür.
5. Pullu təhsil müəssisələrində
təhsil alan aztəminatlı vətəndaşlara
eyni növdən və tipdən olan dövlət
təhsil müəssisələrinin normativləri
əsasında dövlət tərəfindən ödənc
verilir.
6. Dövlət xüsusi istedada malik
olan və sosial yardıma ehtiyacı
olan şəxslərin respublikada və ya
xaricdə təhsil ala bilməsi üçün
tam şərait yaradır.
7. Dövlət ali məktəb tələbələrinə
təhsilini başa vurduqdan sonra beş
il müddətində ödəmək şərtilə kredit
verə bilər.
8. Vətəndaşlar təhsil müəssisələrinin
proqramlarını sərbəst surətdə öyrənib
ekstern yolu ilə imtahanlar verərək
müvafiq təhsil sənədi (ali təhsilin
birinci—bakalavr pilləsi də daxil
olmaqla) almaq hüququna malikdirlər.
9. Dövlət və qeyri-dövlət təhsil
müəssisələrinin məzunları yuxarı
pillədən olan növbəti təhsil müəssisəsinə
qəbul olunarkən bərabər hüquqa malikdirlər.
Maddə 4. Təhsil prosesi və ictimai-siyasi
fəaliyyət
1. Təlim-tərbiyə prosesi pozulmazdır.
Siyasi partiyalar, ictimai-siyasi
cəmiyyətlər və təşkilatlar, dini
və digər qurumlar təhsil müəssisələrinin
fəaliyyətinə və təlim-tərbiyə prosesinə
müdaxilə edə bilməzlər.
2. Təhsil işçisinin konstitusiya
çərçivəsində fəaliyyət göstərən
hər hansı partiyanın, habelə digər
ictimai-siyasi və ya dini təşkilatın
üzvü olması onun pedaqoji fəaliyyətinə
mane ola bilməz.
3. Yetkinlik yaşına çatmayanların
siyasi aksiyalara cəlb olunmasına
yol verilmir.
4. Təhsil müəssisələrində və təhsil
orqanlarında siyasi partiyaların,
ictimai-siyasi hərəkatların təşkilat
strukturlarının yaradılmasına və
fəaliyyətinə yol verilmir.
Maddə 5. Təhsil və din
Azərbaycan Respublikasında təhsil
dünyəvi xarakter daşıyır. Dünyəvi
təhsil ocaqları ilə bərabər ümumi
orta təhsili başa çatdıranlar üçün
dini təhsil müəssisələri də fəaliyyət
göstərə bilər.
Maddə 6. Təhsil dili
1. Azərbaycan Respublikasının təhsil
müəssisələrində təlim dili Azərbaycan
dilidir.
2. Cəmiyyətin tələbinə, vətəndaşların
və təhsil müəssisəsi təsisçilərinin
arzusuna müvafiq olaraq müəyyən
təlim-tərbiyə müəssisəsi bazasında,
dövlət standartları çərçivəsində,
mütləq Azərbaycan dili, Azərbaycan
tarixi, Azərbaycan ədəbiyyatı və
Azərbaycan coğrafiyası da tədris
olunmaqla azsaylı xalqların dillərində,
həmçinin xarici dillərdə də təhsil
aparıla bilər.
3. Təhsil dili seçmək hüququ müvafiq
qaydada siniflər, qruplar açılması
və onların fəaliyyəti üçün şərait
yaradılması yolu ilə təmin edilir.
Maddə 7. Dövlət təhsil standartları
Azərbaycan Respublikasında dünya
standartlarına müvafiq olan dövlət
təhsil standartları tətbiq edilir.
Dövlət standartları müxtəlif tipli
tədris müəssisələri haqqında Azərbaycan
Respublikası hökuməti tərəfindən
təsdiq olunmuş xüsusi əsasnamələrlə
müəyyən edilir və həyata keçirilir.
Bu funksiyanı həyata keçirmək üçün
Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Ali Ekspert
Komissiyası yaradılır. Komissiya
haqqında əsasnaməni Azərbaycan Respublikasının
Nazirlər Kabineti təsdiq edir. [1]
Maddə 8. Təhsil
haqqında sənəd
1. Təhsil müəssisələri
məzunlara həmin təhsil müəssisəsini
bitirmələri, aldıqları ixtisas və
onun dərəcəsi barədə vahid formada
dövlət sənədi verir. Təhsil sənədi
müvafiq əmək fəaliyyətinə-başlamaq
və növbəti pillədən olan təhsil
müəssisəsinə daxil olmaq üçün əsas
sənəddir. Təhsil sənədinin nümunəsini
hökumət təsdiq edir. Sənədin blankını
təhsil müəssisəsini bitirmiş məzunların
sayına müvafiq olaraq Xalq Təhsili
Nazirliyi verir.
II bölmə
TƏHSİL
SİSTEMİ
Maddə 9. Təhsil sistemi və onun
başlıca vəzifəsi
Təhsil sistemi müxtəlif pillədən
olan ardıcıl təhsil proqramlarının
məcmusundan, onları həyata keçirən
təhsil müəssisələri şəbəkəsindən,
təhsili idarəetmə orqanlarından,
təlim-tərbiyə prosesi ilə məşğul
olan digər təşkilatlar və müəssisələrdən
ibarətdir.
Təhsil sisteminin başlıca vəzifəsi
dərin və hərtərəfli biliyə, bacarığa,
praktiki hazırlığa, yüksək mədəniyyətə,
məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə
malik olan və onu daim inkişaf etdirməyə
çalışan şəxsiyyət formalaşdırmaq,
soykökünə, Azərbaycan xalqının azadlıq
və demokratiya ənənələrinə bağlı
olan, xalqının milli, əxlaqi, humanist,
mənəvi və mədəni dəyərlərinə dərindən
yiyələnən, onları qoruyan və daim
inkişaf etdirən, ailəsinin, vətənini,
millətini sevən və daim ucaltmağa
çalışan, ümumbəşəri dəyərlərə yiyələnən,
insan hüquqları və azadlıqlarına
hörmət edən, müstəqil və yaradıcı
düşünən, biliyinə, yüksək əxlaqi
və mənəvi keyfiyyətlərinə, demokratikliyinə
görə dünyanın ən qabaqcıl ölkələrinin
vətəndaşları səviyyəsində dura bilən
sağlam yurddaşlar yetişdirmək və
bununla yüksək sivilizasiyalı cəmiyyət
qurmağa, Azərbaycanı dünyanın ən
inkişaf etmiş demokratik dövlətlərindən
birinə çevirməyə qadir olan i n
s a n tərbiyə etməkdir.
Maddə 10. Təhsil proqramları
1. Azərbaycan Respublikasında həyata
keçirilən təhsil proqramları bunlardır:
ümumtəhsil proqramları; peşə-ixtisas
təhsili proqramları.
2. Ümumtəhsil proqramlarına daxildir:
məktəbəqədər təhsil proqramları;
ibtidai, əsas, orta ümumtəhsil proqramları.
3. Peşə-ixtisas təhsili proqramlarına
daxildir: texniki-peşə təhsili proqramları;
orta ixtisas təhsili proqramları;
ali ixtisas təhsili proqramları;
ali təhsildən sonrakı ixtisas təhsili
proqramları (ordinatura, magistratura,
doktorantura və s).
Maddə 11. Təhsil sisteminin quruluşu
Təhsil sistemi aşağıdakı quruluşda
müəyyən olunur: Məktəbəqədər tərbiyə.
Ümumi təhsil:
ibtidai təhsil;
əsas təhsil;
orta təhsil
Peşə-ixtisas təhsili.
texniki-peşə təhsili;
orta ixtisas təhsili;
ali ixtisas təhsili.
Diplomdan sonrakı hazırlıq (stajkeçmə,
ordinatura və s). Magistratura.
Doktorantura.
Məktəbdənkənar təlim və tərbiyə.
Sərbəst təhsil. İxtisasartırma və
kadrların yenidən hazırlığı.
Maddə 12. Təhsil formaları
Təhsil aşağıdakı formalarda həyata
keçirilir: istehsalatdan ayrılmaqla
və ayrılmamaqla təhsil müəssisəsində;
ailədə; sərbəst yolla.
Müxtəlif təhsil formalarının əlaqələndirilməsi
mümkündür.
Bütün təhsil formaları üçün müvafiq
təhsil proqramları çərçivəsində
vahid dövlət standartı tətbiq edilir.
İstehsalatdan ayrılmadan və eksternat
yolu ilə qazanılması qadağan olunan
peşə və ixtisasların siyahısını
Azərbaycan Respublikası hökuməti
müəyyən edir.
Maddə 13. Təhsil müəssisələri
1. Azərbaycan Respublikasında dövlət
və qeyri-dövlət, pulsuz və pullu
təhsil müəssisələri fəaliyyət göstərir.
Dövlət təhsil müəssisələri aparıcı
rol oynayır. Təhsil müəssisələri
müvafiq icra hakimiyyəti orqanında
dövlət qeydiyyatından keçdikdən
sonra hüquqi şəxs statusu alırlar.
Təhsil müəssisələrinin müvafiq tipi
haqqında Əsasnaməni Azərbaycan Respublikası
hökuməti təsdiq edir. Bu əsasnamələrə
müvafiq olaraq təhsil müəssisəsi
tərəfindən onun fəaliyyətini tənzimləyən
nizamnamələr hazırlanır. Nizamnaməni
təhsil müəssisəsinin təsisçiləri
təsdiq edirlər. [2]
Təhsil müəssisələri öz aralarında
sazişlər bağlamaq, elmi, istehsalat
və digər müəssisə, təşkilat və idarələrin
iştirak etdiyi tədris-tərbiyə komplekslərində
birləşmək və tədris-elm istehsalat
birlikləri (assosiasiyaları) yaratmaq,
ərazi tədris-istehsalat birlikləri
və assosiasiyalarına daxil olmaq
hüququna malikdirlər. Belə kompleks
və birliklərə daxil olan təhsil
və digər müəssisələrin funksiyaları,
strukturları, hüquqları onların
nizamnamələri ilə müəyyən olunur.
hüquqi şəxs statusuna malik tərkib
hissəsi olan təhsil müəssisəsi vahid
təhsil müəssisəsi kimi fəaliyyət
göstərir.
3. Təhsil müəssisələrində proqramların
mənimsənilməsi müvafiq əsasnamə
əsasında attestasiya keçirilməsi
ilə başa çatdırılır. Aralıq mərhələlərdə
şagird və tələbələrin attestasiyalarının
forması, qaydası və müddəti təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
4. Dövlət bütün təhsil müəssisələrinin
hüquqlarının müdafiəsinə təminat
verir.
Maddə 14. Məktəbəqədər tərbiyə müəssisələri
1. Təhsilin əsasında məktəbəqədər
tərbiyə durur. Məktəbəqədər tərbiyə
ailədə və məktəbəqədər uşaq tərbiyə
müəssisələrində həyata keçirilir.
Məktəbəqədər tərbiyə müəssisələrində
uşaqlar ailə ilə sıx əməkdaşlıq
şəraitində tərbiyə olunurlar. Dövlət
körpələrin tərbiyəsi, sosial müdafiəsi
üçün maliyyə və maddi yardım göstərilməsinə
təminat verir.
2. Məktəbəqədər tərbiyə müəssisələrinə
daxildir: körpə evləri, körpə evləri-bağçalar,
uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar,
bağça-internatlar, uşaq evləri,
ahıl evləri yanında uşaq evləri-internatlar,
əqli və fiziki cəhətdən qüsurlu
uşaqlar üçün məktəbəqədər tərbiyə
müəssisələri və s.
Məktəbəqədər tərbiyə müəssisələrinə
uşaqlar valideynlərin (və ya onları
əvəz edənlərin) arzusu ilə qəbul
olunurlar. Uşaqların məktəbəqədər
tərbiyə müəssisələrinə qəbulu qaydası
xüsusi əsasnamə ilə tənzim olunur.
Qeyri-dövlət məktəbəqədər tərbiyə
müəssisəsi ilə valideynlər (yaxud
onları əvəz edənlər) arasındakı
hüquqi münasibətlər müqavilə ilə
tənzimlənir.
3. Məktəbəqədər müəssisələrdə tərbiyə
işinin məzmunu müəyyən olunarkən
ümumbəşəri dəyərlərə istinad olunmaqla
milli zəmin əsas götürülür. Evdarlıq,
cəngavərlik, qəhrəmanlıq və vətənpərvərliklə
bağlı oyunlar, xor mahnıları, dövlət
rəmzləri, o cümlədən himni öyrədilir.
Xalq ədəbiyyatından götürülmüş süjetlər
əsasında yaradılmış proqramlar üstünlük
təşkil edir. Xüsusi metodika əsasında
xarici dillərin öyrədilməsinə başlanılır.
Azərbaycan dilinin Öyrənilməsinə
üstünlük verilir. Nadir istedada
malik uşaqlar üçün xüsusi bağçalar
və ya qruplar açılır. Əlavə məşğələlərin—xoreoqrafiya,
nitq məharəti, üzgüçülük, bədii
gimnastika, musiqi, rəsm, əmək,
xarici dil, evdarlıq və s. müxtəlifliyi
təmin edilir. Pedaqoji kadrlar hazırlanarkən
bu cür ixtisaslaşdırma nəzərə alınır.
Məktəbəqədər tərbiyə qruplarında
uşaqların sayı müvafiq əsasnamə
ilə tənzim olunur.
Maddə 15. Ümumtəhsil məktəbləri
1. Ümumi təhsil üç pillədən ibarətdir:
ibtidai təhsil (I—IV siniflər);
əsas təhsil (V—VIII siniflər);
orta təhsil (IX—XI siniflər).
Üçüncü pilləni başa vuranlar tam
orta ümumi təhsil alırlar. İbtidai,
əsas və orta təhsil müəssisələri
ayrı-ayrılıqda da fəaliyyət göstərə
bilərlər.
İbtidai təhsil 6 yaşdan başlayır.
2. 14 yaşı bitmiş şagirdlər məktəb
nizamnaməsinə əsasən məktəbdən çıxarıla
bilər. Yetim və valideyn himayəsindən
məhrum olmuş uşaqlar qəyyumluq və
himayə orqanlarının razılığı olmadan
məktəbdən çıxarıla bilməzlər.
3. İbtidai və əsas təhsil pillələrində
siniflərdə, günü uzadılmış qruplarda
şagirdlərin orta sıxlığı, maddi-texniki
baza imkan verdikcə, 20 nəfər müəyyən
edilir. Siniflərin iki yerə bölünməsi
müvafiq normativ sənədlə tənzim
olunur.
4. Kənd yerlərində, zəruri hallarda,
ibtidai və əsas təhsil pillələrində
məktəb və ya ayrıca siniflər yaradılarkən
şagirdlərin sayı nəzərə alınmır.
Bu cür məktəblər və ya siniflər
yerli təhsil orqanlarının qərarı
ilə açılır.
5. Əsas təhsil məcburidir.
6. Əsas təhsili başa vurmuş şagirdlər
öz təhsillərini ümum-təhsil məktəblərinin
orta təhsil pilləsində, incəsənət
məktəblərində, peşə məktəblərində
və peşə litseylərində davam etdirirlər,
Həmin məktəblərə qəbul müsabiqə
yolu ilə aparılır. Müsabiqə qaydası
məktəb nizamnaməsi ilə müəyyən olunur.
7. Ümumtəhsil məktəblərinin üçüncü
(orta təhsil) pilləsində təlim təbiət—riyaziyyat
və humanitar təmayüllər üzrə aparılıb.
Xüsusi istedada malik şagirdlər
üçün ixtisas sinifləri açılır.
8. Orta təhsil pilləsində, maddi-texniki
baza imkan verdikcə, siniflərdə
şagirdlərin orta sıxlığı 15 nəfər
müəyyən edilir. Siniflərin iki yerə
bölünməsi müvafiq normativ sənəd
əsasında həyata keçirilir. Xarici
dil dərslərində, habelə təlim qeyri
dillərdə-aparılan siniflərdə Azərbaycan
dili dərslərində, ixtisas siniflərində,
bədən tərbiyəsi və əmək təlimi dərslərində
siniflər iki yerə bölünür
9. Xüsusi istedadı olan şagirdlər
üçün ümumtəhsil məktəblərinin üçüncü
(orta təhsil) pilləsindən başqa
ixtisaslaşdırılmış fənn məktəbləri,
gimnaziyalar, litseylər və digər
təlim-tərbiyə ocaqları yaradılır.
Ayrı-ayrı fənn məktəbləri müvafiq
ali məktəblərin nəzdində də fəaliyyət
göstərə bilər.
10. İşləyən yurddaşların orta təhsil
ala bilməsi üçün ümumtəhsil müəssisələri
bazasında axşam və qiyabi təhsil
sinifləri, qrupları açılır.
Ümumi təhsilin müəyyən olunmuş müddətdən
əvvəl başa çatdırılmasına da yol
verilir.
11. Şagirdlərin təlimdə fərqləndirilməsi
bilik yarışının səmərəli təşkilinə
yönəldilir. Mükəmməl bilik və bacarıq
başlıca məqsəddir.
Maddə 16. Sosial yardıma və sağlamlıqlarının
bərpasına ehtiyacı olan uşaqlar
üçün təlim-tərbiyə müəssisələri
Sosial yardıma və sağlamlıqlarının
bərpasına ehtiyacı olan uşaqlar
üçün aşağıdakı təlim-tərbiyə müəssisələri
açılır: ailədə tərbiyə və təhsil
alması üçün zəruri şəraiti olmayan
uşaqlar-üçün ümumtəhsil internat-məktəbləri;
yetim və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün uşaq evləri,
internat-məktəblər, uzunmüddətli
müalicəyə ehtiyacı olan uşaqlar
üçün sanatoriya tipli məktəblər,
internat-məktəbləri, uşaq evləri
(bu cür uşaqlara: həmçinin xəstəxanalarda,
sanatoriyalarda, evlərdə də dərs
keçilir); əqli və fiziki cəhətdən
qüsurlu uşaqlar üçün xüsusi məktəblər,
internat-məktəblər, uşaq evləri;
əlahiddə şəraitdə tərbiyə olunması
zəruri olan uşaqlar və yeniyetmələr
üçün xüsusi ümumtəhsil və peşə məktəbləri,
yaşayış yerlərindən kənarda yaradılmış
düşərgələrdə məskunlaşmış məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin uşaqları üçün təhsil standartlarına
uyğun olan məktəbəqədər və ümumi
orta təhsil müəssisələri və s. [3]
Maddə 17. Peşə məktəbləri və peşə
litseyləri
Peşə məktəbləri və peşə litseyləri
müxtəlif peşədən olan sənətkarlara
tələbi ödəyən, həmçinin Azərbaycanın
unudulmuş və sıradan çıxmaqda olan
nadir və ənənəvi sənətkarlıq sahələrinin
dirçəldilməsinə yönələn ilkin peşə
təhsili müəssisələridir.
Peşə məktəblərinə icbari təhsili
başa vuran sənətə meyilli şəxslər,
müxtəlif istehsal sahələrində peşə
hazırlığını artırmaq istəyən, həmçinin
peşəsini dəyişdirmək arzusunda olan
gənclər qəbul olunurlar. Ayrı-ayrı
hallarda ümumi əsas təhsili olmayanların
da ilkin peşə təhsili almasına şərait
yaradılır. Orta təhsilli gənclər
də arzularına uyğun olaraq ilkin
peşə məktəblərində təhsil ala bilərlər.
Peşə məktəblərində orta təhsil verilmir.
Vətəndaşların müxtəlif peşələr öyrənməsi,
ixtisasını artırması və yeni ixtisasa
üçün peşə məktəblərindən əlavə tədris
kombinatları—kurslar, ipi istehsal
müəssisələri nəzdində müxtəlif peşə
kursları da fəaliyyət göstərir.
Peşə litseylərinə qəbul olunan gənclər
üç-dörd il ərzində nisbətən mürəkkəb
peşələrə yiyələnməklə bərabər, orta
təhsil də alırlar. Peşə litseylərində
ümumi orta təhsili başa vurmuş gənclər
üçün də müvafiq qruplar təşkil olunur.
Peşə məktəbləri və peşə litseylərinin
tədris qruplarında orta sıxlıq ,
maddi-texniki bazadan asılı olaraq
15 nəfər müəyyən edilir. Qrupların
iki yerə bölünməsi müvafiq normativ
sənədlə tənzim olunur. Xarici dil
dərslərində, habelə təlim qeyri
dillərdə aparılan siniflərdə Azərbaycan
dili dərslərində, ixtisas siniflərində
peşə-ixtisas fənləri istehsalat
təlim və bədən tərbiyəsi dərslərində
siniflər iki yerə bölünür.
Peşə tədris müəssisələri dövlət
sifarişi, həmçinin idarə, müəssisə,
təşkilat, ayrı-ayrı vətəndaşlarla
bağlanmış müqavilələr əsasında fəaliyyət
göstərir. Peşə-tədris müəssisələrinin
uzunmüddətli müqavilələr əsasında
kadr hazırladığı baza müəssisələri
də ola bilər. Ayrı-ayrı rayonlarda,
o cümlədən kənd yerlərində ənənəvi
sənət və məşğulluq sahələri üzrə
peşə məktəbləri və peşə litseyləri
açılır. Birliklərin, istehsal komplekslərinin,
ali məktəblərin nəzdində də peşə-tədris
müəssisələri: peşə məktəbi zavod,
peşə məktəbi fabrik, peşə məktəbi
fermer təsərrüfatı və digər özünümaliyyələşdirmə
peşə ocaqları yaradıla bilər. Peşə
məktəbləri və peşə litseyləri digər
hüquqi şəxslərlə ortaq istehsalat
müəssisəsi yarada bilərlər.
Peşə-tədris müəssisələrinin məzunlarına
öyrəndikləri peşəyə müvafiq olaraq
müxtəlif dərəcələrdən olan “sənətkar”
ixtisası verilir.
Peşə-tədris müəssisələrində təhsilin
gündüz və axşam formaları olur.
Fiziki cəhətdən qüsurlu uşaqlar
üçün xüsusi peşə kursları, məktəbləri
və litseyləri açılır.
Maddə 18. Orta
ixtisas məktəbləri (texnikumlar,
kolleclər)
Orta ixtisas məktəbləri (texnikumlar,
kolleclər və s.) orta ixtisas təhsili
proqramlarını həyata keçirən tədris
müəssisələridir. həmin təhsil müəssisələri
əsas və orta ümumi təhsil, peşə
məktəbləri və peşə litseyləri bazasında
fəaliyyət göstərməklə orta pillədən
olan ixtisaslı mütəxəssislər hazırlayır,
onları təkmilləşdirir və ixtisaslarını
artırır. Əsas təhsili başa vurduqdan
sonra orta ixtisas məktəbinə daxil
olmuş vətəndaşlar orta ixtisas təhsili
ilə yanaşı ümumi orta təhsil də
alırlar.
Ali məktəblərin nəzdində də müvafiq
ixtisaslar üzrə texnikumlar, kolleclər
fəaliyyət göstərə bilər.
Orta ixtisas məktəblərini bitirənlərə
“kiçik mütəxəssis” dərəcəsi verilir.
Tədris prosesini dünya standartları
səviyyəsində qurmuş qabaqcıl texnikumların
maddi-texniki bazası və kadr potensialı
əsasında müasir kolleclər şəbəkəsi
yaradılır.
Maddə 19. Ali məktəblər
Ali məktəblər (ali kolleclər, institutlar,
konservatoriyalar, akademiyalar,
universitetlər və s.) ali ixtisas
təhsili proqramlarını həyata keçirən
tədris müəssisələridir.
Azərbaycan ali məktəbləri konkret
ixtisaslar verən tədris müəssisələri,
çoxpilləli tədris kompleksləri,
tədris-elmi komplekslər, tədris
elmi-istehsalat müalicə kompleksləri
və başqa formalarda fəaliyyət göstərir.
Onların nəzdində müxtəlif pillədən
olan tədris müəssisələri (orta məktəblər,
litseylər, peşə litseyləri, texnikumlar,
kolleclər və s), elmi tədqİqat mərkəzləri
və institutları, istehsalat müəssisələri,
klinikalar, əczəxanalar və s. fəaliyyət
göstərir.
Azərbaycan Respublikasında ali təhsil
orta təhsil bazasında həyata keçirilir.
Ali məktəblərdə kadr hazırlığı əyani,
qiyabi, axşam, həmin formaların
birləşdirilməsi və eksternat yolları
ilə həyata keçirilir. Əyani (gündüz)
təhsil aparıcı rol oynayır. Müvafiq
ixtisaslar üzrə qiyabi, axşam və
eksternat yolu ilə ancaq “bakalavr”
dərəcəsi verilə bilər.
Ali məktəblərin seminar və praktiki
məşğələ qruplarında tələbələrin
orta sıxlığı, maddi-texniki baza
və kadr hazırlığına olan tələbat
nəzərə alınmaqla, 12—15 nəfər müəyyən
olunur.
Ali məktəblərin əsas fəaliyyət istiqamətləri
aşağıdakılardır: müxtəlif dərəcədən
olan ali təhsilli mütəxəssislər
hazırlamaq; elmi-araşdırmalar aparmaq;
yüksək ixtisaslı elmi-pedaqoji,
elmi kadrlar hazırlamaq; elmi-pedaqoji
və elmi kadrların attestasiyasını
keçirmək; ixtisasartırma və kadrların
yenidən ixtisaslaşmasını təmin etmək;
mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi,
təsərrüfat, elmi-istehsalat, kommersiya
fəaliyyəti; xarici əlaqələr.
Ali məktəblər dövlət sifarişləri,
həmçinin idarələr, təşkilatlar,
müəssisələr, habelə ayrı-ayrı şəxslərlə
bağlanmış müqavilələr əsasında fəaliyyət
göstərirlər.
Maddə 20. Ali təhsilin pillələri
və ixtisas dərəcələri
Ali təhsil tədris müəssisələrinin
kadr potensialı, maddi-texniki bazası
və ixtisasın xüsusiyyətindən asılı
olaraq birpilləli, ikipilləli və
üçpilləli ali məktəblərdə həyata
keçirilir. Ayrı-ayrı pillələrdə
təhsil müddəti tədris planı əsasında
müəyyənləşdirilir və Xalq Təhsili
Nazirliyi tərəfindən təsdiq edilir.
Birpilləli ali məktəblərdə (institutlarda,
konservatoriyalarda, ali kolleclərdə
və s.) müəyyən peşə istiqaməti və
ya konkret ixtisaslar üzrə ali təhsilli
mütəxəssis hazırlanır, sahə (fakültə)
elmi şurasının qərarı ilə “bakalavr”
ixtisas və elmi dərəcəsi verilir.
İkipilləli ali təhsil müəssisələrinin
birinci pilləsini bitirənlər müvafiq
dövlət standartına uyğun olaraq
ümumi ali təhsili başa vurur, sahə
(fakültə) elmi şurasının qərarı
ilə “bakalavr” elmi və ixtisas dərəcəsi
alır, əmək fəaliyyətinə başlayır.
Ali təhsil müəssisələrinin “bakalavr”
pilləsində tələbələr əsas ixtisas
fənlərindən, o cümlədən xarici dildən,
həmin fənlərin tədrisi başa çatarkən,
kafedra qarşısında yekun dövlət
imtahanları verirlər. Təhsil müddəti
boyunca veriləcək yekun imtahanları
və diplom ixtisası tədris planında
göstərilir. “Bakalavr” dərəcəsi
almış mütəxəssislərin ən istedadlı
və ümidverən hissəsi müsabiqə əsasında
magistraturada saxlanılır. Magistratura
üçün keçirilən müsabiqələrdə əvvəllər
“bakalavr” dərəcəsi almış məzunlar,
birpilləli ali məktəblərin məzunları
da iştirak edə bilərlər. Magistraturada
dərin ixtisaslaşdırma aparılır,
elmi araşdırma bacarığı və vərdişləri
formalaşdırılmasına, xarici dillərin
öyrədilməsinə xüsusi diqqət yetirilir.
Magistraturanı başa vuranlar müdafiə
etdikləri elmi işə görə ixtisaslaşdırılmış
elmi şuranın qərarı ilə “magistr”
ixtisası və elmi dərəcəsi alır və
ixtisas üzrə fəaliyyətə başlayırlar.
“Magistr” dərəcəli mütəxəssislər
ali məktəblərin “bakalavr” pilləsində,
habelə institutlarda, kolleclərdə,
konservatoriyalarda və başqa birpilləli
institutlarda, həmçinin elmi-tədqiqat
mərkəzlərində və institutlarında,
müxtəlif pillədən olan tədris müəssisələrində
fəaliyyət göstərə bilərlər.
Kadr potensialı və maddi-texniki
bazası imkan verən bəzi universitetlər
və akademiyalar üçpilləli təhsil
sisteminə keçirlər. Bu cür ali məktəblərdə
“magistr” dərəcəsi verilərkən xüsusi
elmi hazırlıq, bacarıq və konkret
elmi nəticə nümayiş etdirmiş məzunlar
ixtisaslaşdırılmış elmi şuranın
qərarı ilə üçüncü pillədə—doktoranturada
saxlanmağa məsləhət görülür, müvafiq
imtahanlar verdikdən sonra doktoranturada
araşdırmalarını davam etdirirlər.
Ancaq doktoranturanı başa vurub
ixtisaslaşdırılmış elmi şurada doktorluq
dissertasiyası müdafiə etmiş və
“doktor” elmi dərəcəsi almış yüksək
ixtisaslı mütəxəssislər ali məktəblərin
“magistratura” pilləsində fəaliyyət
göstərə bilərlər. Doktorlar həmçinin
elmi-tədqiqat mərkəzlərində və institutlarında,
müxtəlif pillədən olan tədris müəssisələrində
və başqa sahələrdə fəaliyyət göstərirlər.
Maddə 21. Ali və orta ixtisas məktəblərinə
qəbul
Ali və orta ixtisas təhsili müəssisələrində
tələbə qəbulu strateji əhəmiyyətə
malik olan çox mühüm dövlət tədbiridir.
Qəbul imtahanlarının sayı və sorğu
sistemi müəyyən olunarkən, habelə
imtahanlar keçirilərkən ixtisas
biliyi və bacarığına üstünlük verilir.
Tələbə qəbulunda heç bir imtiyaza
yol verilmir.
Ali və orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulu müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
qaydada həyata keçirilir. [4]
Hökumətin müəyyən etdiyi imtiyazlar
(o cümlədən xaricdə yaşayan azərbaycanlılar
üçün müəyyən olunmuş imtiyazlar)
hazırlıq şöbələrinə qəbul zamanı
nəzərə alınır. Hazırlıq şöbələrinə
qəbul xüsusi əsasnamə ilə tənzim
olunur.
Ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul olunmaq üçün minimal keçid
balı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir. [5]
Maddə 22. Elmi dərəcələr və elmi
adlar
Ali ixtisas təhsili sistemində elmi
dərəcələr aşağıdakı kimi: müəyyən
olunur:
“bakalavr”—birpilləli ali tədris
müəssisələrinin, ikipilləli. və
üçpilləli ali məktəblərin “bakalavr”
pilləsinin məzunlarına elmi işinə
görə sahə (fakültə) elmi şurasının
qərarı əsasında-verilən birinci
elmi dərəcə; “bakalavr” həm də ixtisas
dərəcəsidir.
“magistr”—ikipilləli və üçpilləli
ali məktəblərin ixtisaslaşdırılmış
elmi şuraları tərəfindən verilən
ikinci elmi dərəcə; “magistr” həm
də ixtisas dərəcəsidir;
“doktor”—ixtisaslaşdırılmış elmi
şuralar tərəfindən verilən üçüncü—ən
yüksək elmi dərəcə.
həmin Qanunla fəaliyyətə başlayan
təhsil sistemində ilk doktoranturalar
açılana qədər “elmlər namizədi”
elmi dərəcəsi saxlanılır. Yeni doktoranturalar
fəaliyyətə başlayarkən elmlər namizədlərinin
attestasiyası keçirilir. Attestasiyanın
nəticələrinə uyğun olaraq onlara
“magistr” və ya “doktor” elmi dərəcəsi
verilir.
“Dosent”, “professor”, “baş elmi
işçi” və b. elmi adları ali: məktəblərin,
elmi-tədqiqat institutlarının elmi
şuraları verir və müəyyən olunmuş
qaydada təsdiq olunur. Magistrdan
sonra birbaşa doktor elmi dərəcəsinə
keçilməsi ilə əlaqədar olaraq “dosent”
və “professor” elmi adlarının verilməsinə
tələbkarlıq artırılır. Ali məktəb
vəzifələrinə seçkilərdə ancaq doktorlar
iştirak edir.
Maddə 23. Ali təhsil sistemində
elmi araşdırmalar
Ali məktəblər həm də mühüm elm mərkəzləridir.
Ali məktəb elmi ixtisas profilinə
uyğun olaraq təhsil prosesinin daim
təkmilləşdirilməsini təmin etməklə
bərabər dövlət sifarişlərinin, müqavilə
və bağlaşmalar əsasında proqramların,
layihələrin yerinə yetirilməsində
fəal iştirak edir. Bu məqsədlə ali
məktəblərdə kafedralarla yanaşı
elmi-tədqiqat laboratoriyaları,
mərkəzləri, institutları, yaradıcılıq
kompleksləri və s. yaradılır. Dövlət
milli dirçəlişi təmin edən elm sahələrində,
o cümlədən təhsil və mədəniyyət
problemləri sahəsində əsaslı araşdırmalara
üstünlük verir. Elmi uğurları və
tədqiqat səriştəsi nəzərə alınaraq
bəzi ali” məktəb mütəxəssislərinin
fəaliyyətlərinin mühüm hissəsi elmi-tədqiqat
sahəsində cəmləşdirilir. Bu cür
mütəxəssislər ümumi dərs yükünün
azaldılması hesabına ixtisas kursları,
seminarlar, kurs və” diplom işlərinin
hazırlanmasına, yüksək ixtisaslı
kadrlar yetişdirilməsinə yaxından
cəlb edilirlər.
Maddə 24. Ali məktəblərin müstəqilliyi
Ali məktəblər dünya standartlarına
tam müvafiq olan və Xalq Təhsili
Nazirliyində qeydiyyatdan keçirilən
tədris planlarını müstəqil surətdə
yerinə yetirirlər. Onlar tədrisin,
həmçinin elmi araşdırmaların səmərəli
və qabaqcıl metodlarını müstəqil
surətdə tətbiq edirlər. Tədris planlarında
nəzərdə tutulmuş tədris vaxtının
20 faizinə qədərindən sərbəst istifadə
olunur.
Kadr potensialı, maddi-texniki bazası,
tədris-elmi uğurları nəzərə alınaraq
ali məktəblərə müəyyən olunmuş qayda
əsasında muxtariyyət verilir. Muxtariyyət
hüququ almış ali məktəblər aşağıdakı
əlavə hüquqlara malikdir: dünya
standartlarından aşağı olmamaq şərtilə
təhsilin məzmununu müəyyən etmək;
dövlət sifarişi nəzərə alınmaqla
tələbə (bakalavr, magistr) və doktorant
qəbulu planını müəyyən etmək; sərbəst
surətdə elmi dərəcə vermək, öz elmi
adlarını təsis etmək və vermək;
təhsil müəssisəsinin yerləşdiyi
binaya, maddi-texniki bazaya, torpağa
və başqa əmlaka mülkiyyət hüququ;
əsasnaməyə müvafiq olaraq dövlət
idarə orqanlarına aid olan səlahiyyətləri
həyata keçirmək.
Muxtariyyət əldə etmiş ali təhsil
müəssisəsi özünün ayrı-ayrı səlahiyyətlərini
dövlət təhsil orqanlarına verə bilər.
Maddə 25. İxtisasartırma və kadrların
yenidən hazırlanması
İxtisasartırma və kadrların yenidən
hazırlığı müəssisələrinin fəaliyyəti
cəmiyyətin tələbi əsasında sifariş
prinsipi ilə qurulur, dövlət sifarişi
nəzərə alınmaqla müəssisə, təşkilat,
idarə və tək-tək vətəndaşlarla bağlanılmış
müqavilələr əsasında həyata keçirilir.
Təlimin forması, müddəti və məzmunu
sifarişçi ilə razılıq əsasında müəyyən
olunur.
Pedaqoji təhsili olmadan tədris
müəssisələrində işləyən müəllim
heyətinin pedaqogika və psixologiya
elmləri üzrə yenidən hazırlanması
təmin olunur.
İxtisasartırma və kadrların yenidən
hazırlığı müəssisələri aşağıdakılardır:
ixtisasartırma və kadrların yenidən
hazırlığı institutları; ali məktəblərin
müvafiq fakültələri; iri istehsal
müəssisələri yanında fəaliyyət göstərən
müvafiq kurslar; peşə tədris-tərbiyə
müəssisələri; tədris-kurs kombinatları;
təhsil orqanlarından xüsusi icazəsi
olan başqa tədris müəssisələri.
İxtisasartırma və yenidən kadr hazırlığı
müəssisələrinin gündüz və axşam
şöbələri, həmçinin müvafiq peşə
və ixtisaslar üzrə ayrı-ayrı yerlərdə
filialları da ola bilər.
İxtisasartırma və yenidən kadr hazırlığı
müəssisələrində müvafiq problemlər
ətrafında araşdırmalar aparılır.
Mülkiyyət formasından asılı olmayaraq
səhiyyə müəssisələrinin mütəxəssisləri
peşə seçdikdə, peşələrini dəyişdikdə
və fəaliyyət göstərdiyi peşə üzrə
beş ildə bir dəfədən az olmayaraq
ixtisasartırma və kadrların hazırlığı
müəssisələrində müəyyən proqram
üzrə təhsil aldıqdan və imtahan
verdikdən sonra müvafiq sertifikat
almalıdırlar. [6]
Maddə 26. Məktəbdənkənar təlim-tərbiyə
Məktəbdənkənar təlim-tərbiyə könüllülük
əsasında qurulur, ailə, təhsil müəssisələri,
ictimai təşkilatlar, yaradıcılıq
birlikləri, cəmiyyətlər, fondlar,
əmək kollektivləri ilə birlikdə,
həmçinin ayrı-ayrı vətəndaşların
köməyi ilə aparılır.
Məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə
aşağıdakılar daxildir: uşaq-gənc
yaradıcılıq sarayları, evləri, stansiyaları,
klubları, idman və incəsənət məktəbləri,
studiyaları, kitabxanaları, sağlamlıq
müəssisələri və s.
Uşaq tərbiyə müəssisələrində tərbiyə
olunan uşaqlar, şagirdlər, tələbələr,
dövlət məktəbdənkənar idman və mədəniyyət
müəssisələrinin xidmətindən pulsuz
və güzəştlə istifadə edirlər. [7]
Məktəbdənkənar təlim və tərbiyə
müəssisələrində işin məzmunu və
formalarını həmin müəssisələrin
şuraları müəyyən edir.
Maddə 27. Sərbəst təhsil
Vətəndaşların sərbəst surətdə təhsil
ala bilmələri üçün xalq universitetləri,
mühazirə salonları, kitabxanalar,
məlumat mərkəzləri, klublar, tele
və radio tədris proqramları və s.
fəaliyyət göstərir.
Sərbəst təhsil alan vətəndaşlar
müvafiq icazə əsasında müxtəlif
təhsil müəssisələrində mühazirə
dinləmək və praktiki məşğələlərdə
də iştirak edə bilərlər.
Maddə 28. Təhsil müəssisələrinin
təsisçiləri
Təhsil müəssisələrinin təsisçiləri
aşağıdakılar ola bilərlər: dövlət
orqanları; bütün mülkiyyət formalarından
olan yerli və xarici birliklər,
müəssisələr, idarə və təşkilatlar;
ictimai birlik və təşkilatlar; Azərbaycan
Respublikasının vətəndaşları xarici
ölkə vətəndaşları.
Qeyri-dövlət təhsil müəssisələri
maarifçilik-xeyriyyəçilik niyyətilə
yaradılır və şəxsi qazanc məqsədi
güdmür.
Təsisçilərlə təhsil müəssisələri
arasında münasibətlər təhsil qanunvericiliyinə
müvafiq müqavilələr əsasında qurulur.
V bölmə
TƏHSİL SİSTEMİNİN
İDARƏ OLUNMASI
Maddə 29. Təhsilin idarə olunması
Təhsili idarə etmək üçün dövlət
və ictimai özünüidarə orqanları
sistemi yaradılır. həmin orqanlar
təhsil qanunvericiliyinin müəyyənləşdirdiyi
səlahiyyətlər hüdudlarında fəaliyyət
göstərir və qanunla qadağan olunmamış
qaydada təşəbbüskarlıq fəaliyyəti
göstərirlər. Təhsilin idarə olunması
Təhsil Qanunu, müvafiq qanunvericilik
aktları, əsasnamələr və təhsil müəssisələrinin
nizamnamələri ilə tənzim edilir.
Azərbaycan Respublikası hökuməti,
Xalq Təhsili Nazirliyi, habelə yerli
təhsil orqanları təhsil sistemini
idarə edən başlıca subyektlərdir.
Təhsil müəssisələrinin idarə olunmasında
yerli dövlət orqanları, müvafiq
elmi-pedaqoji kollektivlər, peşə
yaradıcılıq ittifaqları, cəmiyyətlər,
ictimai-siyasi qurumlar və ictimaiyyət
iştirak edir.
Qeyri-dövlət təhsil müəssisələri
təhsil qanunvericiliyinə əsaslanan
nizamnamələr əsasında idarə olunur.
Maddə 30. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
Nazirlər Kabineti təhsilin strategiyasını
müəyyənləşdirir. Bu məqsədlə: Təhsil
Qanununun, bu barədə müvafiq qanunvericilik
aktlarının və sənədlərin icrasına
nəzarət edir; təhsil sisteminin
idarə olunmasının təşkilat strukturunu
müəyyən edir; təhsilin mərkəzi dövlət
idarə strukturlarını yaradır və
onlara rəhbərlik edir; dövlət idarəçiliyində
olan peşə-ixtisas təhsili müəssisələrini
yaradır, yenidən təşkil edir və
ləğv edir; peşə-ixtisas təhsili
müəssisələri üçün ixtisasların siyahısını
təsdiq edir, sosial sifarişdən asılı
olaraq belə ixtisasları açır və
bağlayır; dövlət təhsil standartlarını
təsdiq edir, təhsil barədə qəbul
olunan sənədlərin həmin standartlara
müvafiq olmasına nəzarət edir; təhsil,
müəssisələri, onların attestasiyası,
akkreditasiyası və lisenziyalaşdırılması
barədə dünya standartına müvafiq
olan əsasnamələri təsdiq edir; təhsilin
inkişafına dair dövlət, həmçinin
beynəlxalq proqramlar hazırlayıb
həyata keçirir; təhsilin maliyyələşdirilməsi
üçün milli gəlirdən pay ayrılması,
təhsillə bağlı respublika büdcəsinin,
təhsilin inkişaf fondlarının formalaşdırılması
barədə təkliflər verir; təhsilin
maliyyələşdirilməsinin dövlət normativlərini,
təhsil sistemi işçilərinin əmək
haqqının ödənilməsi qaydasını, əmək
haqqı minimumunu, güzəşt və imtiyazları,
tələbələrin təqaüdlə təmin olunmasının,
digər kateqoriyalardan olan pedaqoji
işçilərin, təhsil və tərbiyə alanların
sosial müdafiəsinin norma və qaydalarını
müəyyən edir; təhsilin inkişafını
stimullaşdıran vergi siyasəti yeridir;
yüksək ixtisaslı mütəxəssislərin
attestasiyasının təşkil olunmasına
rəhbərlik edir; təhsil sistemi işçiləri
üçün fəxri adlar və mükafatların
təsis olunması barədə məsələ qaldırır.
[8]
Maddə 31. Azərbaycan Respublikası
Xalq Təhsili Nazirliyi
Xalq Təhsili Nazirliyi təhsil sisteminin
mərkəzi idarə orqanı olmaqla təhsil
sahəsində vahid dövlət siyasəti
hazırlanmasında iştirak edir və
onun həyata keçirilməsini təmin
edir; təhsil qanunvericiliyinin
icrasına və təhsilin dövlət standartlarına
riayət edilməsinə nəzarət edir;
təhsil sistemi üçün informasiya
xidməti təşkil edir; təhsil müəssisələrinin
və orqanlarının normal fəaliyyətini
təmin etməyə qadir olan sadə tənzimləmə,
əlaqələndirmə, elmi-metodiki informasiya
təminatı yaradır; təhsil sisteminə
elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı
təmin edir; mülkiyyət formasından
asılı olmayaraq təhsil qanunvericiliyinin
icrasına nəzarət edir; təhsil müəssisələri,
maarif orqanları haqqında nümunəvi
əsasnamələrin və digər sənədlərin
hazırlanmasını təmin edir, elmi-pedaqoji
kadrların attestasiyasının keçirilməsi
və nizamnamələrin qeydiyyata alınması
qaydalarını təsdiqləyir; mülkiyyət
formasından asılı olmayaraq, təhsil
müəssisələri üçün nümunəvi əsasnamələrin
baza təhsil planının, proqramların,
dərsliklərin, dərs vəsaitlərinin
və tədris metodiki materialların
hazırlanmasını və nəşrini təşkil
edir, təlim-tərbiyə müəssisələrinə
tədris-metodiki və informasiya köməkliyi
göstərir; təhsil müəssisələri və
idarələrinin maliyyələşdirilməsini
və maddi-texniki təchizatının müvafiq
normalarını müəyyən edir; səlahiyyətinə
müvafiq olaraq təhsil müəssisələrini
yaradır, yenidən təşkil və ləğv
edir; tabeliyindən və mülkiyyət
formasından asılı olmayaraq təhsil
müəssisələrinin yaradılması, yenidən
təşkil və ləğv edilməsi barədə rəy
və ya təkliflər verir; qanunvericilikdə
nəzərdə tutulmuş qaydada yaradılan
bütün təhsil müəssisələrinə lisenziya
verir. [9]
Maddə 32. Yerli təhsil orqanları
Yerli təhsil müəssisələrini idarə
etmək üçün Xalq Təhsili Nazirliyinin
yerli orqanları—təhsil şöbələri
yaradılır. Yerli təhsil şöbələrinin
fəaliyyəti aşağıdakı istiqamətlərə
yönəldilir: səlahiyyətləri daxilində
dövlətin təhsil siyasətini həyata
keçirmək; təhsil qanunvericiliyinin
pozulmasına yol verməmək; tədris-tərbiyə
müəssisələrinin elmi-metodiki təminatının
təşkili; təhsil işçilərinin peşə
hazırlığının təkmilləşdirilməsi
və onların yenidən hazırlanması;
pedaqoji kollektivlər, istehsal
müəssisələri ailə və ictimaiyyətin
uşaqların təlim-tərbiyəsi sahəsində
fəaliyyətini əlaqələndirmək; yerli
tələbatı müəyyənləşdirmək əsasında
pedaqoji kadrlar, həmçinin müxtəlif
kateqoriyalardan olan mütəxəssislər
yetişdirmək barədə dövlətə sifarişlər
hazırlamaq, bu barədə müvafiq müqavilələr
bağlamaq; təhsilin səviyyəsinə,
təhsil işçilərinin peşə hazırlığına
və yerli əhəmiyyətə malik olan tədris-tərbiyə
müəssisələrinin attestasiyasına
olan dövlət tələblərinin yerinə
yetirilməsinə nəzarət.
Yerli təhsil orqanları Xalq Təhsili
Nazirliyinə tabedirlər.
Maddə 33. Yerli dövlət idarə orqanları
Yerli dövlət idarə orqanları öz
səlahiyyətləri çərçivəsində dövlətin
təhsil siyasətinin həyata keçirilməsində
iştirak edirlər. Yerli dövlət idarə
orqanlarının səlahiyyətinə daxildir:
ərazilərində yerləşən tədris-tərbiyə
müəssisələrini maliyyələşdirmək;
bölgənin xüsusiyyətləri, perspektivləri
və sosial-iqtisadi inkişafını nəzərə
almaqla təhsilin inkişafı qayğısına
qalmaq, maddi bazasını möhkəmləndirmək,
təsərrüfat təchizatını təmin etmək;
təhsil işçiləri və təhsil alanların
sosial müdafiəsini təmin etmək;
könüllü ayırmalar hesabına təhsil
fondu yaratmaq; məktəbyaşlı uşaqların
qeydiyyatını və təhsil almasını
təmin etmək; valideyn himayəsindən
məhrum olmuş və yetim qalmış yetkinlik
yaşına çatmamış uşaqların himayəyə
götürülməsini təmin etmək; yaşayış
yerlərində uşaqların tərbiyəsi,
qabiliyyətlərinin inkişafı və maraqlarının
təmin olunması üçün zəruri şərait
yaratmaq; kənd yerlərində, zəruri
hallarda uşaqların təhsil müəssisəsinə
nəqliyyatla pulsuz aparılıb-gətirilməsini
təmin etmək; müvafiq tədris-tərbiyə
müəssisələrinin açılması, ləğv olunması
və yenidən təşkil edilməsi barədə
məsələ qaldırmaq. [10]
Yerli dövlət idarə orqanları təhsil
müəssisələrinin idarə olunması ilə
əlaqədar məsələlərə müdaxilə etmirlər.
Maddə 34. Təhsil sistemində ictimai
özünüidarə orqanları
Təhsil sistemində ictimai özünüidarə
orqanları aşağıdakılardır: təlim-tərbiyə
müəssisəsinin ümumi yığıncağı (konfransı);
təlim-tərbiyə müəssisəsinin şurası;
təhsil işçilərinin rayon, şəhər
konfransları; rayon, şəhər təhsil
şuraları; təhsil işçilərinin respublika
qurultayı; Azərbaycan Respublikasının
Təhsil Şurası.
İctimai özünüidarə orqanları təhsil
müəssisələrinin təlim-tərbiyə, elmi-tədqiqat,
metodika, maliyyə-təsərrüfat, kommersiya-iqtisadi,
kadr fəaliyyətinin müxtəlif məsələlərinin
həllinə yönəlmiş səmərəli təkliflər
verir, bununla idarəçilikdə iştirak
edirlər.
Maddə 35. Təlim-tərbiyə müəssisələrinin
özünüidarəsi
Təhsil müəssisələrinin özünüidarə
hüququna aşağıdakılar daxildir:
öz işini müstəqil surətdə planlaşdırmaq,
təlim-tərbiyə, elmi-tədqiqat, metodiki,
maliyyə-təsərrüfat, iqtisadi-kommersiya
və s. məsələləri sərbəst surətdə
həll etmək; dövlət sifarişini, həmçinin
ayrı-ayrı müəssisə, təşkilat, idarə
və vətəndaşların sifarişlərini nəzərə
almaqla qəbul planının müəyyənləşdirilməsində
iştirak etmək; təhsilin məzmununun
məktəb komponentini, təlimin forma
və metodlarını müəyyən etmək; müəssisəni
kadrla komplektləşdirmək, o cümlədən
başqa dövlətlərin vətəndaşlarını
işə qəbul etmək; müəyyən olunmuş
əmək haqqı fondu çərçivəsində müəssisənin
quruluşu və ştat cədvəlini təsdiq
etmək; maliyyələşdirmənin müxtəlif
növlərindən sərbəst istifadə etmək;
tədris-tərbiyə müəssisəsində iaşə
üzərində ictimai nəzarəti həyata
keçirmək.
Maddə 36. Təlim-tərbiyə müəssisələrinin
təsis olunması şərtləri
Təlim-tərbiyə müəssisəsi cəmiyyətin
tələbinə uyğun olaraq yaradılır.
Bunun üçün müvafiq kadr potensialı,
maddi-texniki və elmi-metodiki baza
olmalıdır. Tədris-tərbiyə müəssisəsi,
onun Statusu və mülkiyyət formasından
asılı olmayaraq, dövlət standartının
tələbinə müvafiq tərbiyə və təhsil
verməlidir.
Dövlət əhəmiyyətli təlim-tərbiyə
müəssisələrinə olan tələbatı və
bu cür tədris-tərbiyə müəssisələrinin
şəbəkəsini Nazirlər Kabineti, yerli
əhəmiyyəti olan tədris-tərbiyə müəssisələrinin
açılmasına olan tələbi isə yerli
dövlət idarə orqanları müəyyənləşdirir.
[11]
Maddə 37. Dövlət təhsil müəssisəsinin
idarə olunması
1. Dövlət təhsil müəssisələri təhsil
qanunvericiliyi və təlim-tərbiyə
müəssisəsinin buna müvafiq olan
nizamnaməsi əsasında idarə olunur.
Nizamnamə təsisçilər tərəfindən
təsdiq olunur və müəssisə Azərbaycan
Respublikasının müvafiq qanunu ilə
müəyyənləşdirilmiş qaydada dövlət
qeydiyyatına alınır. Dövlət qeydiyyatından
keçməmiş təlim-tərbiyə müəssisəsi
hüquqi şəxs sayılmır. [12]
2. Yerli təlim-tərbiyə müəssisələrinin,
həmçinin dövlət əhəmiyyətli təhsil
müəssisələrinin təlim-tərbiyəni
təşkil edən ilkin strukturlarının
səlahiyyətləri artırılır, onların
fəaliyyəti xüsusi əsasnamələrlə
tənzim olunur.
3. Dövlət təlim-tərbiyə müəssisəsinə
müvafiq olaraq müdir, direktor,
rektor, prezident və s. başçılıq
edir. Təhsil müəssisəsinin başçısı
həmin müəssisənin nizamnaməsinə
əsasən 5 il müddətinə (iki müddətdən
artıq olmayaraq) seçilir. Özünü
doğrultmayan başçı nizamnaməyə əsasən
geri çağırıla bilər. [13]
4. Hərbi və polis məktəblərinin
rəisləri müvafiq qaydada təyin olunurlar.
Maddə 38. Qeyri-dövlət təlim-tərbiyə
müəssisələrinin idarə olunması
Qeyri-dövlət təlim-tərbiyə müəssisələri
respublikanın təhsil qanunvericiliyinə
və xüsusi normativ aktlara müvafiq
olan nizamnamə əsasında idarə olunur.
Bu müəssisələrin təsisçiləri təhsilin
dövlət standartlarına müvafiq qurulmasına
məsuliyyət daşıyırlar; təhsil müəssisələrinin
fəaliyyəti nəticəsində əldə edilən
gəlirdən təhsil müəssisəsinin daha
da inkişaf etdirilməsi məqsədilə
istifadə olunur, təhsilin maddi-texniki
bazası genişləndirilir və müasirləşdirilir,
təlim stimullaşdırılır, təkmilləşdirilir,
elmi araşdırmalar dərinləşdirilir,
uşaqların, şagird və müəllimlərin
sosial-iqtisadi mənafeləri daha
dolğun təmin edilir, təhsil müəssisələrinin
xarici ölkələrlə əlaqələri genişləndirilir.
Əldə olunan gəlirdən şəxsi qazanc
məqsədilə istifadə olunmur.
Maddə 39. Təhsil müəssisələrinin
elmi-metodiki və informasiya təminatı
Ali məktəblər, elmi-tədqiqat institutları,
pedaqogika və psixologiya sahəsində
araşdırmalar aparan elmi-tədqiqat
kollektivləri, ixtisasartırma institutları,
kitabxanalar, informasiya orqanları
və başqa elmi-metodiki müəssisələr
müvafiq təhsil Ocaqları, təşkilatları
və kollektivləri ilə, habelə yaradıcılıq
birlikləri, cəmiyyətləri, assosiasiyaları
ilə sıx əməkdaşlıq şəraitində təhsilin
elmi-metodiki və informasiya təminatını
həyata keçirirlər. Respublikanın
məktəbəqədər və ümumi orta təhsil
müəssisələrinin kadr, elmi-nəzəri,
praktiki və metodiki problemlərini
həll edən vahid pedaqoji mərkəz—üçpilləli
tədris, elmi-tədqiqat və təcrübə
kompleksi olan ali təhsil müəssisəsi—Pedaqoji
Universitet, həmçinin Azərbaycan
Dövlət Elmi Tədqiqat Təhsil Problemləri
Mərkəzi yaradılır. Xalq Təhsili
Nazirliyi bütün pillələrdən olan
tədris müəssisələrinin tədris planları
və proqramlarının tənzimlənməsini,
buna müvafiq olaraq yeni dərsliklər
yaradılmasını təmin edir.
Pedaqoji mətbuat, dərsliklər, tədris-metodiki
vəsaitlərin nəşri, ali məktəblərin
nəşriyyatları dövlət vəsaiti hesabına
maliyyələşdirilir.
Maddə 40. Təhsil sistemində psixoloji
xidmət
Təhsil müəssisələrində dövlət-psixoloji
xidməti fəaliyyət göstərir. Psixoloji
xidməti psixoloq-praktik həyata
keçirir. Psixoloq-praktik öz statusuna
görə pedaqoji işçilərə bərabər tutulur.
Maddə 41. Təhsil sistemində sosial-pedaqoji
himayə
Təhsil sistemində sosial-pedaqoji
himayə xidməti fəaliyyət göstərir.
Bu xidməti sosioloq-pedaqoqlar həyata
keçirirlər. Onlar tədris-tərbiyə
müəssisələri ilə ailə və cəmiyyət
arasında əlaqə yaradılmasında iştirak
edir, mühitin dəyişməsi ilə əlaqədar
olaraq valideynlərə məsləhət verirlər.
Sosioloq-pedaqoqlar öz statusuna
görə pedaqoji işçiyə bərabər tutulur.
Maddə 42. Dövlət, ictimai, kooperativ
və özəl müəssisələrin, təşkilatların,
habelə ayrı-ayrı vətəndaşların təhsil
prosesində iştirakı
Dövlət, ictimai, kooperativ və özəl
müəssisələr, təşkilatlar, həmçinin
ayrı-ayrı vətəndaşlar tədris-tərbiyə
müəssisələrinə, şagird və tələbələrə,
aspirant və doktorantlara maliyyə
yardımı, maddi və s. kömək göstərməklə
təhsil prosesində iştirak edirlər.
Dövlət idarə və müəssisələri (büdcəyə
daxil olmayan), ictimai idarə və
təşkilatlar, kooperativlər və assosiasiyalar
dövlət təhsil müəssisələrinə mütəxəssis
hazırlanması barədə sifarişlər verə
bilərlər. Belə sifarişlər dövlət
təhsil müəssisəsi və sifarişçi arasında
bağlanan müqavilə əsasında tənzim
edilir.
Təhsil müəssisəsi şurasının qərarı
ilə idarə, təşkilat və müəssisələrin
nümayəndələri, elm, mədəniyyət xadimləri,
başqa sahələrdən olan vətəndaşlar
təhsil müəssisəsinin idarəçiliyinə
və təlim-tərbiyə işinə cəlb olunur,
uşaqların və gənclərin intellektual,
mədəni inkişafına kömək edir, tərbiyəçilərə
və müəllimlərə məsləhət verirlər.
Maddə 43. Təhsil sistemində tibb
xidməti
Təhsil sisteminə daxil olan bütün
təlim-tərbiyə müəssisələrində tibb
xidməti təşkil olunur Tibb xidmətini
Səhiyyə Nazirliyinin müvafiq idarə
və müəssisələri, sahə tibb müəssisələri
göstərirlər. Tibb xidmətinin göstərilməsini
yerli dövlət orqanları təmin edirlər.
Maddə 44. Təhsil müəssisələrində
iaşənin təşkili [14]
Təhsil müəssisələrində iaşə xidmətinin
təşkilinə müvafiq icra hakimiyyəti
orqanları cavabdehdirlər. Təhsil
müəssisələri özləri də iaşə xidməti
təşkil edə bilərlər. Yeməyin keyfiyyətinə
dövlət nəzarətini müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir.
Maddə 45. Təhsil prosesi üçün sağlam
və təhlükəsiz şərait yaradılması
Təhsil müəssisəsində sağlam və təhlükəsiz
şərait yaradılmasına cavabdeh onun
mülkiyyətçisidir. Yetişməkdə olan
nəslin sağlamlığını təmin etmək
məqsədilə təlim-tərbiyə müəssisələrində
bədən tərbiyəsi və idmanın inkişafına
dövlət qayğısı göstərilir. Milli
idman növləri dirçəldilir. Tədris
planları yenidən nəzərdən keçirilir.
İdman-sağlamlıq kompleksləri şəbəkəsi
genişləndirilir.
Təhsil və təlim-tərbiyə müəssisəsində,
həmçinin ondan 100 metrədək məsafədə
spirtli içki və tütün məmulatlarının
reklam yayımına yol verilmir. [15]
IV bölmə
TƏHSİL PROSESİNİN
İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI,
VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 46. Təlim-tərbiyə
prosesinin iştirakçıları
Təlim-tərbiyə prosesinin iştirakçıları
sırasına daxildir: tərbiyə və təhsil
alanlar—uşaqlar, şagirdlər, tələbələr
(bakalavrlar), kursantlar, müdavimlər,
stajkeçənlər, ordinatorlar, magistrlər
(aspirantlar), doktorantlar;
pedaqoji işçilər—dayələr, tərbiyəçilər,
pedaqoji işlə məşğul olan magistrlər,
müəllimlər, psixoloq-praktiklər,
sosioloq-pedaqoqlar, əmək təlimi
ustaları, metodistlər, məktəbdənkənar
müəssisələrin pedaqoji işçiləri,
elmi işçilər, mühəndis-texniki işçilər,
tədris-köməkçi heyət, kitabxana
işçiləri, pedaqoji mətbuatın əməkdaşları,
təhsil orqanlarının işçiləri, təlim-tərbiyə
müəssisələrinin başçıları;
valideyn və ya onları əvəz edənlər,
ailə tipli uşaq evlərinin valideyn-tərbiyəçiləri;
təlim-tərbiyə prosesində iştirak
edən müəssisə, idarə, təşkilat,
fond, assosiasiya, cəmiyyət və birliklərin
nümayəndələri.
Maddə 47. Tərbiyə
və təhsil alanların hüquqları və
vəzifələri
1. Tərbiyə və təhsil
alanların hüquqları aşağıdakılardır:
nəzərdə tutulmuş qaydada təlimin
profil və formasını, fərdi proqram
və sinifdənkənar məşğuliyyəti seçmək;
təlim-tərbiyə müəssisəsinin tədris-istehsalat,
elmi, mədəni-məişət, idman, iaşə,
sağlamlıq bazasından istifadə etmək;
informasiyadan sərbəst istifadə
etmək; elmi fəaliyyətin bütün növ
və sahələrində iştirak etmək; peşəli
və ixtisası üzrə təhsilini davam
etdirmək; təhsilin təşkili, idarə
olunması və təkmilləşdirilməsində
iştirak etmək; özfəaliyyət birliklərində
iştirak etmək; sağlamlıq üçün təhlükəsiz
və zərərsiz təlim və iş şəraiti
ilə təmin olunmaq; əsas təhsil pilləsini
başa vurmuş uşaqların dərsdən sonra
və iş vaxtından əlavə saatlarda
əmək fəaliyyəti ilə məşğul olmaq;
peşə və ali ixtisas məktəblərində
təhsili müvəqqəti olaraq dayandırmaq;
təhsil yerini dəyişmək; müəssisənin
səhiyyə və sağlamlıq xidmətindən
istifadə; istismar, fiziki və psixi
zorakılığın bütün növlərindən hüquqa
zidd, insan ləyaqəti və şərəfini
alçaldan hərəkətlərdən müdafiə olunmaq.
Müəyyən olunmuş hallar istisna edilməklə,
uşaqlar, şagirdlər, tələbələr, kursantlar,
müdavimlər, stajkeçənlər, ordinatorlar,
aspirantlar, və doktorantların təhsil
prosesi ilə bilavasitə bağlı olmayan
işlərə və tədbirlərə cəlb olunması
qadağandır. [16]
2. Tərbiyə və təhsil alanların vəzifələrinə
daxildir: biliyini daim artırmaq
və dərinləşdirmək, praktiki bacarığını,
peşə-ixtisas hazırlığını təkmilləşdirmək
və durmadan dərinləşdirmək-ümumi
mədəni səviyyəsini yüksəltmək; təlim-tərbiyə
müəssisəsinin! nizamnaməsinə və
daxili qaydalarına əməl etmək; təhsil
qanunvericiliyinə, əxlaq və etika
normalarına, təlim-tərbiyə prosesi
ilə bağlı birgəyaşayış qaydalarına
riayət etmək.
Maddə 48. Tərbiyə və təhsil alanlar
üçün əlavə sosial-maddi təminat
Dövlət büdcəsindən maliyyələşdirilməyən
müəssisələr, idarələr, təşkilatlar,
assosiasiyalar, birliklər, cəmiyyətlər,
fondlar, ayrı-ayrı vətəndaşlar,
habelə xaricdə yaşayan və fəaliyyət
göstərən şəxslər, müəssisə və cəmiyyətlər
öz vəsaitləri hesabına tərbiyə və
təhsil alanlara əlavə olaraq sosial-maddi
köməklik göstərə bilərlər. İstehsalatdan
ayrılmaqla təhsil alan şəxslər iş
yerindən əlavə” məzuniyyət almaq
hüququna, qısaldılmış iş vaxtı,
həmçinin qanun-vericiliklə müəyyən
edilmiş başqa imtiyazlara malikdirlər.
Ümumtəhsil məktəblərində məktəblilərə
maddi yardım göstərilməsi məqsədilə
icbari təhsil fondu yaradılır. Fond
məktəbin saxlanılması üçün sərf
olunan illik xərclərin bir faizindən
az olmayaraq ayrılmış vəsait, həmçinin
müəssisə təşkilat, cəmiyyət və ayrı-ayrı
vətəndaşların vəsaiti hesabına yaradılır.
Ümumtəhsil məktəblərinin şagirdləri
güzəştli qiymətlər əsasında ildə
bir dəst məktəbli forması ilə təmin
olunur. Aztəminatlı ailələrə forma
və dərsliklər pulsuz verilir. Aztəminatlı
ailədən olan ibtidai sinif şagirdlərinə
pulsuz isti nahar yeməyi müqabilində
pul ödənişi verilir. Kənd: yerlərində
məktəbdən 3 kilometr artıq məsafədə
yaşayan şagirdlərin məktəbə nəqliyyatla
pulsuz gətirilib aparılması təmin
edilir. İstehsalat təlimi və praktika
zamanı şagird və tələbələrə (o cümlədən
tibb təhsili alan tələbələrə) gördükləri
iş müqabilində tam. əmək haqqı verilir,
təhlükəsiz və sağlamlıq üçün zərərsiz
iş şəraiti təmin olunur. İndeksasiya
aparılmaqla tələbə və aspirantların
təqaüdü 1993-cü ildən başlayaraq
tədriclə qabaqcıl ölkələrin tələbə
və aspirantlarının təqaüdü səviyyəsinə
çatdırılır. Əlavə ayırmalar hesabına
elmi araşdırmaların genişləndirilməsinə
vəsait ayrılır. [17]
Maddə 49. Pedaqoji
fəaliyyət, pedaqoji işçilərin hüquq
və vəzifələri
Pedaqoji fəaliyyətlə
yüksək mənəvi keyfiyyətləri, müvafiq
təhsili, zəruri hallarda praktiki
peşə-ixtisas hazırlığı olan, sağlamlığına
görə pedaqoji işə yarayan şəxslər
məşğul ola bilərlər. Məhkəmənin
qərarına əsasən, yaxud hökumət tərəfindən
təsdiq olunmuş siyahıda göstərilən
tibbi səbəblərə görə pedaqoji fəaliyyət
göstərilməsi qadağan olunan şəxslər
pedaqoji işdə çalışa bilməzlər.
Təhsil müəssisəsinin pedaqoji heyəti
həmin müəssisənin Nizamnaməsi əsasında
komplektləşdirilir. Pedaqoji işçilərin
attestasiyası keçirilir. Attestasiya
nəticəsində işçinin tutduğu vəzifəyə
uyğun olub-olmaması, onun peşə-ixtisas
səviyyəsi və praktiki hazırlıq dərəcəsi
müəyyənləşdirilir. Attestasiya komissiyasının
qərarı qanunvericiliyə müvafiq olaraq
pedaqoji işçinin tutduğu vəzifədən
çıxarılması üçün əsasdır.
Pedaqoji işçilər aşağıdakı hüquqlara
malikdirlər: peşə şərəfi və ləyaqətini
müdafiə etmək; normal iş şəraiti
yaradılmasını tələb etmək; təlimin
forması, metod və vasitələrini seçməkdə
sərbəstlik, pedaqoji təşəbbüskarlıq
göstərmək; fərdi pedaqoji fəaliyyətlə
məşğul olmaq; müəssisənin Nizamnaməsinə
uyğun olaraq təhsilin idarə olunmasında
iştirak etmək; rəhbər vəzifələrə
seçmək və seçilmək; ixtisasını artırmaq
və yenidən ixtisaslaşmaq;
uzadılmış pullu məzuniyyətə çıxmaq;
qanunvericilik yolu ilə müəyyən
edilmiş güzəşt və imtiyazlardan
istifadə etmək.
Qanunvericiliklə müəyyən edilmiş
hallar istisna olunmaqla pedaqoji
işçiləri işdən ayırmaq qadağandır.
Pedaqoji işçilərin vəzifələrinə
daxildir: dövlətin təhsil siyasətini
yerinə yetirmək; tərbiyə və təhsil
alanların tədris və elmi araşdırma
proqramlarını dövlət standartları
səviyyəsində mənimsəmələri üçün
zəruri şərait yaratmaq; əməyi və
şəxsi nümunəsi ilə milli zəminə
və ümumbəşəri sərvətlərə, bütün
insanlıq üçün qiymətli olan mənəvi
dəyərlərə—həqiqətə, ədalətə, sədaqətə,
vətənpərvərliyə, humanizmə, rəhmdilliyə,
əməksevərliyə, demokratikliyə, prinsipiallığa
və başqa keyfiyyətlərə hörmət və
məhəbbət aşılamaq, valideynə, ailəsinə,
qadınlara, yaşlılara, uşaqlara,
ətraf mühitə, bütövlükdə Azərbaycan
təbiətinə, Azərbaycanın və Azərbaycan
xalqının tarixinə, milli-mədəni
dəyərlərinə dərin hörmət hissi yaratmaq;
tərbiyə və təhsil alanları xalqlar,
etnik, milli və dini qruplar arasında
qarşılıqlı anlaşma, sülh və razılığa
əsaslanan şüurlu həyata hazırlamaq,
pedaqoji etikaya, əxlaqa riayət
etmək; uşağın, şagirdin, tələbənin
ləyaqətinə, şərəfinə hörmət bəsləmək;
uşaqları və gəncləri fiziki və psixi
zorakılığın bütün formalarından
qorumaq, onları spirtli içkilər,
narkotik maddələr işlətməkdən və
digər zərərli vərdişlərdən çəkindirmək;
müntəzəm olaraq peşə-ixtisas səviyyəsini,
praktiki hazırlığını, pedaqoji ustalığını,
ümumi mədəniyyətini yüksəltmək,
əlavə məşğələlər və sinifdənkənar
tədbirlər keçirmək.
Maddə 50. Pedaqoji
işçilərin sosial müdafiəsi və imtiyazları
Pedaqoji işçilərin
sosial müdafiəsi və imtiyazları
aşağıdakı kimi müəyyən olunur və
buna dövlət təminatı verilir:
1. Təlim-tərbiyə müəssisəsi işçisinin
əmək haqqı (vəzifə maaşı) vəzifə
borcunun və müqavilə ilə (kontraktla)
nəzərdə tutulmuş işlərin icrasına
görə verilir; təlim tərbiyə müəssisələri
.işçilərinin minimum əmək haqları
və vəzifə maaşları Azərbaycan Respublikası
üzrə orta əmək haqqından yuxarı
səviyyədə müəyyən olunur, onların
əmək haqqı indeksasiya aparılmaqla
1993-cü ildən başlayaraq tədriclə
qabaqcıl ölkələrin təhsil işçilərinin
əmək haqqı səviyyəsinə çatdırılır;
məktəbəqədər tərbiyə, ibtidai, əsas
orta ümumtəhsil məktəbləri, peşə
məktəbləri, peşə litseyləri, habelə
buna müvafiq olan təhsil müəssisələrində
fəaliyyət göstərən pedaqoji işçilərin
əmək haqlarındakı fərq aradan qaldırılır;
elmi dərəcəsi və elmi adı olan mütəxəssis
orta ümumtəhsil məktəblərində, peşə
məktəbləri, litseylər, gimnaziyalar,
kolleclər, texnikumlarda işlədikdə
ali məktəblərdə olduğu qədər əmək
haqqı alır; təlim-tərbiyə müəssisələri
onların ixtiyarında olan əmək haqqı
vəsaiti daxilində ştatlarda dəyişiklik
etməklə tarif stavkalarını artırmaq
hüququna malikdirlər; yuxarıda göstərilənlər
nəzərə alınmaqla təhsil müəssisələrində
kateqoriya prinsipi əsasında əmək
haqqı sisteminə keçirilir. Müəssisənin
kateqoriyası dövlət attestasiyası
zamanı təlim-tərbiyə işində əldə
olunmuş nəticələrə görə müəyyən
edilir.
2. Normal əmək və məişət şəraiti,
istirahət, tibb xidməti, beş ildə
bir dəfədən az olmayaraq ixtisasının
artırılması, zəruri hallarda yenidən
ixtisaslaşdırılması təmin olunur.
3. Sosial müdafiəyə və peşə-ixtisas
fəaliyyətinə hüquqi təminat verilir.
4. Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş qaydada altı saatlıq
iş günü, qısaldılmış iş həftəsi
və uzadılmış pullu məzuniyyət hüququna
malikdirlər.
5. Ümumtəhsil, texniki-peşə müəssisələrinin,
idman və incəsənət məktəblərinin
həftəlik tarif stavkası 12 saatdır.
Həmin müəssisələrdə və məktəblərdə
həftəlik dərs yükü tarif stavkalarının
sayına müvafiq surətdə hesablanır
və tarif stavkalarının sayına uyğun
olaraq tam həcmdə ödənilir.
Qalan təhsil müəssisələrinin professor-müəllim
heyətinin ümumi dərs yükü 450—500
saatdır və onların 1,5 stavka həcmində
dərs aparmasına müstəsna hallarda
yol verilir. [18]
6. Birinci növbədə mənzil almaq,
növbədənkənar xidmət göstərilmək
hüququna malikdirlər; yaradıcı pedaqoji
işçilər hər on illik fasiləsiz pedaqoji,
fəaliyyətdən sonra təhsil müəssisəsinin
nizamnaməsində nəzərdə tutulmuş
qayda və şərtlərə uyğun olaraq müddəti
bir ilədək uzadıla bilən və haqqı
ödənilən əlavə yaradıcılıq məzuniyyəti
götürə bilərlər.
7. (Çıxarılıb) [19]
8. Pedaqoji fəaliyyətin spesifik
xüsusiyyətləri ilə bağlı olaraq,
təhsil işçilərinin müəyyən kateqoriyalarına
səhhətinə dəyən zərəri ödəmək üçün
əmək haqlarının (vəzifə maaşlarının)
15—25 faizindən az olmayaraq ödənc
verilir.
9. Qanunvericilik əsasında struktur
dəyişiklikləri aparılarkən iş yerini
itirdiyi üçün axırıncı əmək haqqı
məbləğində ödənc verilir.
10. Xəstəliyə görə pedaqoji fəaliyyətdən
məhrum olduqda və ya müvəqqəti olaraq
başqa işə keçməyə məcbur olduqda
əmək haqqı həcmində birdəfəlik müavinət
verilir.
11. (Çıxarılıb) [20]
Maddə 51. Pedaqoji
işçilərin həvəsləndirilməsi
Təlim-tərbiyə sahəsində
uğurlarına görə pedaqoji işçilər
dövlət mükafatları, fəxri adlar,
orden və medallar, döş nişanları,
fəxri fərmanlar, pul mükafatları
və s. ilə mənəvi və maddi cəhətdən
rəğbətləndirilirlər. Bu zaman təlim-tərbiyə
sahəsindəki nailiyyətlərlə yanaşı
ictimai rəy də nəzərə alınır. Pedaqoji
işçilərə verilən fəxri adlar və
onların mükafatlandırılması xüsusi
əsasnaməyə müvafiq olaraq tənzim
edilir.
Maddə 52. Valideynlərin
hüquq və vəzifələri
Valideynlərin (və
ya onları əvəz edənlərin) hüquqları
aşağıdakılardır: yetkinlik yaşına
çatmamış uşaqlar üçün təlim-tərbiyə
müəssisəsi, həmçinin tərbiyəçi və
müəllim seçmək; təhsil müəssisələrinin
ictimai özünüidarə orqanlarına seçkilərdə
iştirak etmək (seçmək və seçilmək);
uşaqlarının tərbiyəsi və təhsili
ilə bağlı olaraq müxtəlif orqanlara
müraciət etmək müxtəlif dövlət və
məhkəmə orqanlarında öz uşaqlarının
qanuni hüquqlarını müdafiə etmək.
Valideynlər və ya onları əvəz edənlərin
vəzifələrinə daxildir: uşaqların
fiziki və psixi sağlamlıqlarının,
fitri istedadları. və təbii imkanlarının
inkişafı qayğısına qalmaq; onların
ləyaqətinə hörmət etmək; valideynə,
ailəyə, soykökünə, Vətənə, doğma
dilinə, xalqına, onun tarixinə,
qardaş xalqların, başqa ölkələrin
və xalqların ümumbəşəri dəyərlərinə
hörmət və məhəbbət hissi yaratmaq,
əməksevərlik, xeyirxahlıq və mərhəmət
hissi aşılamaq; məktəbə-qədər tərbiyə
və ümumtəhsil müəssisələrində tərbiyə
və təhsil almalarına qayğı göstərmək
və ya ailədə dövlət standartları
səviyyəsində təhsil almalarını təmin
etmək; xalqın ənənələrinə, qanunlarına,
insan hüquqlarına hörmət hissi tərbiyə
etmək.
Dövlət valideynlərə və ya onları
əvəz edənlərə öz vəzifələrini yerinə
yetirməkdə kömək göstərir, onların
hüquqlarını müdafiə edir.
V bölmə
TƏHSİL SİSTEMİ
MÜƏSSİSƏLƏRİNİN MALİYYƏ-TƏSƏRRÜFAT
FƏALİYYƏTİ VƏ MADDİ TEXNİKİ BAZASI
Maddə 53. Təlim-tərbiyə
müəssisələrinin maliyyə-təsərrüfat
fəaliyyəti
Təhsil üstün maliyyələşdirilən strateji
fəaliyyət sahəsidir. Dövlət təhsili
maliyyələşdirərkən onun maddi-texniki
bazasını dünya standartlarına uyğunlaşdırmaq
xətti yeridir. Təhsil müəssisələrinin
maliyyələşdirilməsinin əsas mənbəyi
büdcə vəsaitidir. Dövlət, təhsil
sisteminin maliyyələşdirilməsini
1995-ci ildə qabaqcıl dövlətlərin
səviyyəsinə çatdırmaq siyasəti yeridir
və hər il təhsil sistemi üçün buna
müvafiq olaraq büdcə vəsaiti və
zəruri valyuta ayırır.
Təhsilin maliyyələşdirilməsi üçün
əlavə mənbələr: nazirliklər, müəssisələr,
idarə və təşkilatların, habelə ayrı-ayrı
vətəndaşların müqavilə əsasında
kadr hazırlığı, ixtisasartırma və
yenidən kadr hazırlığı üçün ayırdıqları
vəsait; təlim-tərbiyə müəssisələrinin
müxtəlif növ fəaliyyəti (tədris,
elmi, istehsal və s.) və xidmətlər
müqabilində əldə etdikləri gəlir;
Azərbaycanın və xarici ölkələrin
dövlət və qeyri-dövlət müəssisələri,
təşkilatları, cəmiyyətləri, idarələrinin,
habelə vətəndaşlarının könüllü ayırmaları
hesabına əldə olunan vəsait.
Qeyri-dövlət təlim-tərbiyə müəssisələri
öz vəsaitləri hesabına maliyyələşdirilir.
(Çıxarılıb) [21]
(Çıxarılıb) [22]
Dövlət büdcəsindən maliyyələşən
təlim-tərbiyə müəssisələrinin maliyyələşdirilməsi
müvafiq qaydada dövlət xəzinədarlığı
vasitəsilə həyata keçirilir. [23]
Maddə 54. Təlim-tərbiyə
müəssisələrinin maddi-texniki bazası
Təlim-tərbiyə müəssisələrinin
maddi-texniki bazasına daxildir:
binalar, tədris-kliniki bazalar,
əczəxanalar, torpaq sahələri, maşın
və avadanlıq, müxtəlif qurğular
və laboratoriyalar, tədris təsərrüfatı,
nəqliyyat növləri və başqa qiymətli
maddi-texniki təchizat vasitələri.
Dövlət təlim-tərbiyə müəssisələrinin
maddi-texniki bazasının genişləndirilməsini,
onun yeni tədris-istehsalat və kliniki
bazalar, kitabxanalar, maşın və
avadanlıqla təchiz olunmasını üstün
inkişaf edən fəaliyyət sahəsi hesab
edir, onu dünya standartlarına bərabərləşdirmək
xətti yeridir.
Təlim-tərbiyə müəssisəsi üçün binalar,
idman-sağlamlıq və istirahət kompleksləri,
təhsil sistemi işçiləri üçün mənzil
və tələbə yataqxanaları tikintisi
üstün inkişaf etdirilir. [24]
Nazirliklər, müəssisə, idarə və
təşkilatlar tədris, elmi-istehsal
xidmətləri və kadr hazırlığı müqabilində
tədris müəssisələrinə müxtəlif cür
maşın və avadanlıq, nəqliyyat vasitələri,
torpaq sahələri və s. vermək hüququna
malikdirlər.
(Çıxarılıb) [25]
VI bölmə
TƏHSİL SAHƏSİNDƏ
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 55. Təhsil
sahəsində beynəlxalq müqavilə və
sazişlər
Təhsil sahəsində
xarici əlaqələr və beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikası qanunvericiliyi
əsasında həyata keçirilir.
Təhsil müəssisələri, idarə və təşkilatları
xarici ölkələrin müvafiq tədris
müəssisələri və təşkilatları ilə
birbaşa müqavilələr, sazişlər bağlamaq
hüququna malikdirlər.
Beynəlxalq müqavilə və sazişlərin
şərtləri Azərbaycan Respublikasının
təhsil qanunvericiliyinə müvafiq
olmadığı ayrı-ayrı hallarda beynəlxalq
müqavilə şərtləri tətbiq olunur.
Maddə 56. Azərbaycan
Respublikasının təhsil müəssisələrinin,
idarələrinin və təşkilatlarının
beynəlxalq əməkdaşlıq hüququ
Təhsil müəssisələri,
idarə və təşkilatlarının beynəlxalq
əməkdaşlığı təhsil qanunvericiliyinə
müvafiq olaraq həyata keçirilir.
Bütün mülkiyyət formalarından olan
təhsil müəssisələri, idarələr, təşkilatlar,
habelə müxtəlif təhsil qurumları
xarici ölkələrin təhsil müəssisələri
təşkilatları və qurumları ilə, habelə
beynəlxalq təşkilat və müəssisələrlə
müstəqil surətdə birbaşa əlaqəyə
girmək, təcrübə və kadr mübadiləsi
aparmaq, birgə proqramlar həyata
keçirmək, təhsil müəssisələri açmaq,
beynəlxalq tədbirlərdə iştirak etmək
və əməkdaşlığın başqa formalarını
həyata keçirmək hüququna malikdirlər.
Təhsil müəssisələri və təşkilatlarının
beynəlxalq əməkdaşlıq nəticəsində
əldə olunan maliyyə vəsaiti, o cümlədən
valyuta ehtiyatı toxunulmazdır və
müvafiq təhsil müəssisəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsinə və
təhsil işçilərinin həyat şəraitinin
yaxşılaşdırılmasına sərf edilir.
Təhsil müəssisələrinin beynəlxalq
əməkdaşlıqdan əldə olunan gəlirindən
şəxsi qazanc məqsədilə istifadə
olunmasına yol verilmir.
Maddə 57. Azərbaycan
Respublikası vətəndaşlarının xarici
ölkələrdə təhsil almaq hüququ
Azərbaycan Respublikası
vətəndaşları hökumətlərarası müqavilələrə,
nazirliklər, təhsil müəssisələri
arasında bağlanmış sazişlərə əsasən
xarici ölkələrin tədris müəssisələrində
təhsil ala bilərlər. Tək-tək şəxslər
də fərdi müqavilələr əsasında xarici
ölkələrin tədris müəssisələrində
təhsil almaq hüququna malikdirlər.
Maddə 58. Xarici
vətəndaşların və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında
təhsil almaq hüququ
Azərbaycan Respublikasında
daimi yaşayan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
vətəndaşları ilə eyni əsaslarla
təhsil hüququna malikdirlər. Başqa
əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər üçün, Azərbaycan Respublikasının
qanunları ilə və Azərbaycan Respublikasının
iştirakçısı olduğu beynəlxalq müqavilələrlə
başqa qaydalar nəzərdə tutulmayıbsa,
təhsil pulludur. [26]
Xarici ölkələrdə yaşayan azərbaycanlılar,
həmçinin Azərbaycan Respublikası
vətəndaşlığını qəbul etmiş digər
millətlərin nümayəndələri Azərbaycan
Respublikasının təhsil müəssisələrinə
sərbəst surətdə daxil ola bilərlər.
(Çıxarılıb) [27]
Azərbaycan Respublikasının
Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 7
oktyabr 1992-ci il.
№ 324.
|
|