BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

 


Ünvanli dövlət sosial yardimi haqqinda" Azərbaycan Respublikasinin Qanunu

Bu Qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olun-masının hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan isti-fadə olunur:
1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qru-pları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;
1.0.2. ailə-qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;
1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;
1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi;
1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;
1.0.6. ünvanlı dövlət sosial yardımı (bun-dan sonra--sosial yardım) - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Maddə 2. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respub-likasının qanunvericiliyi Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri
4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;
4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;
4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.
Maddə 5. Sosial yardımın maliyyə mənbəyi Sosial yardım dövlət büdcəsinin vəsaiti he-sabına maliyyələşdirilir.
Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
6.1. Sosial yardımı aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, ver-ilməsi və verilməsindən imtina edilməsi qay-daları bu Qanuna əsasən müvafiq icra haki-miyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Sosial yardımın məbləği
7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesa-blanır.
7.2. Ehtiyic meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;
7.3. Ailənin orta aylıq gəlirinin hesablaması qay-dası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Sosial yardımın təyin olunması müddəti
8.1. Sosial yardım almaq üçün istənilən ayın 15-dək müraciət edildikdə həmin ayın 1-dən, ayın 15-dən sonra müraciət edildikdə isə növbəti ayın 1-dən 6 ay müddətinə təyin olunur;
8.2. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Maddə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər
9.0. Sosial yardımın təyin olunması zamanı yardımın ver-ilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində yaşayan şəxslər);
9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
9.03. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
9.0.4. axtarışda olan şəxslər;
9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
9.0.6. əcnəbilər
Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması
10.1. Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 2 il müddətinə sosial yardım almaq hüququnu itirir.
10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların ver-ilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə ilə ar-tıq ödənilmiş yardımın məbləği könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarılmalıdır, bun-dan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Maddə 11. Qanunun pozulmısına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12. Qanunun qüvvəyə minməsi Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 21 oktyabr 2005-ci il



 "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu - 26 may 2006-cı il.
 "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il
 "Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının
Qanununu - 7 fevral 2006-cı il
 "Ünvanli dövlət sosial yardimi haqqinda" Azərbaycan Respublikasinin
Qanunu - 21 oktyabr 2005-cı il
 "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilmişdir. Qanunun son versiyası - 05 yanvar 2006-cı il № 250-IQ
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 21 oktyabr 2005-ci il № 1027-IIQ
 "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi barədə - 3 dekabr 2004-cü il № 794-IIQD
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 3 dekabr 2004-cü il № 790-IIQ
 "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər və əlavələr edilməsi barədə -18 iyun 2004-cü il № 700-IIQD
 "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə - 01.06.2004 № 679-IIQD
 Dövlət qulluqçularinin pensiya təminati haqqinda Azərbaycan Respublikasinin
Qanunu - 01.06.2004
 "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu -13 yanvar 2004-cü il № 589-IIQD
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 28 noyabr 2003-cü il № 517-IIQ
 "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2003-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu - 22 noyabr 2002-ci il №381-IIQ
 "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunu -
27 noyabr 2001-ci il №221-IIQ
 "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikasının qanunu -
24 oktyabr 2000-ci il №937-IQ
 "Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının qanunu - 9 dekabr 1997-ci il №406-IQ
 "Qrant haqqında" Azərbaycan Respublikasının qanunu 17 aprel 1998-ci il №483-IQ
 "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunu -18 fevral 1997-ci il №250-IQ
 "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu -23 sentyabr 1992-ci il №305

© Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu



 

 



The Constitution of the Republic
of Azerbaijan.



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az