| |
TİBBİ
SIĞORTA HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun əhalinin
tibbi sığortasının təşkilati, hüquqi
və iqtisadi əsaslarını müəyyən edir,
tibbi sığortanın subyektləri arasındakı
münasibətləri tənzimləyir.
I FƏSİL Ümumi müddəalar
Maddə l. Tibbi sığorta və onun formaları
Tibbi sığorta sağlamlığın qorunması
sahəsində əhalinin sosial müdafiəsi
forması olmaqla, sığorta hadisəsi
baş verdikdə Azərbaycan Respublikası
əhalisinin tibbi və dərman yardımı
almasına təminat verir. Tibbi sığorta
icbari və könüllü formada həyata
keçirilir. İcbari tibbi sığorta
dövlət sosial sığortasının tərkib
hissəsi olmaqla, icbari tibbi sığorta
proqramına müvafiq həcmdə əhalinin
tibbi və dərman yardımı almasını
təmin edir. Könüllü tibbi sığorta
icbari tibbi sığorta proqramında
müəyyənləşdirildiyindən əlavə könüllü
tibbi sığorta müqaviləsi əsasında
əhalinin tibbi və digər xidmətlər
almasını təmin edir.
Maddə 2. Tibbi sığorta haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Tibbi sığorta haqqında Azərbaycan
Respublikasının qanun-vericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından,
bu Qanundan, digər normativ-hüquqi
aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdən ibarətdir.
II FƏSİL Tibbi sığortanın sistemi
Maddə 3. Tibbi sığortanın subyektləri
Tibbi sığortanın subyektləri sığorta
olunanlar, sığorta edənlər, tibbi
sığorta təşkilatları, tibb müəssisələri
və qanunvericilikdə müəyyən olunmuş
qaydada fərdi tibbi fəaliyyətlə
məşğul olan şəxslərdir. İcbari tibbi
sığorta sistemində sığorta edənlər:
işləməyən vətəndaşlar üçün - müvafiq
icra hakimiyyəti orqanları və müvafiq
sosial proqramlar çərçivəsində yerli
özünü-idarə orqanları;
işləyən vətəndaşlar üçün – mülkiyyət
formasından asılı olmayaraq bütün
hüquqi şəxslər və qanunvericilikdə
müəyyən olunmuş qaydada sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər.
Könüllü tibbi sığortada sığorta
edənlər - vətəndaşlar və vətəndaşların
mənafeyini ifadə edən hüquqi şəxslərdir.
Tibbi sığorta sistemindəki tibb
müəssisələrinə xüsusi razılığı olan
müalicə-profilaktika, elmi-tədqiqat
müəssisələri, eləcə də qanunvericilikdə
müəyyən olunmuş qaydada tibbi yardım
göstərən digər hüquqi şəxslər daxildirlər.
Tibbi sığortanın subyektləri arasındakı
mübahisələr qanun-vericilikdə müəyyən
olunmuş qaydada həll edilir.
Maddə 4. Tibbi sığorta müqaviləsi
Tibbi sığorta onun subyektləri arasında
bağlanmış müqavilələr formasında
həyata keçirilir. Tibbi sığorta
müqaviləsi-qanunvericilikdə müəyyən
olunmuş qaydada sığorta edənlə tibbi
sığorta təşkilatları arasında bağlanan
və sığorta olunana tibbi sığorta
proqramına uyğun olaraq göstərilən
tibbi yardımın maliyyələşdirilməsini
və təşkilini müəyyən edən, sığorta
olunanın digər mənafelərini müdafiə
edən yazılı sazişdir. Tibbi sığorta
müqaviləsi ilk sığorta haqqı ödənildiyi
andan qüvvəyə minmiş hesab edilir.
Tibbi sığorta müqaviləsinin forması
və bağlanma qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Tibbi sığortanın ayrı-ayrı
növlərinə aid qaydalar və icbari
tibbi sığorta münasibətlərinin şamil
edilmədiyi şəxslərin kateqoriyaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 5. Tibbi sığorta şəhadətnaməsi
Tibbi sığorta şəhadətnaməsi – sığorta
olunana yaşayış yerindən asılı olmayaraq
Azərbaycan Respublikasının bütün
ərazisində, habelə Azərbaycan Respublikası
ilə tibbi sığorta sahəsində müqavilə
bağlayan digər dövlətin ərazisində
tibbi sığorta proqramında göstərildiyindən
az olmayan həcmdə tibbi yardım almağa
təminat verən sənəddir. İcbari və
könüllü tibbi sığorta müqaviləsinin
subyekti olan vətəndaşlar tibbi
sığorta şəhadətnaməsi almalıdırlar.
Tibbi sığorta şəhadətnaməsi sığorta
olunanın özündə olur və tibb müəssisəsinə
müraciət edərkən təqdim olunur.
Tibbi sığorta şəhadətnaməsinin forması
və onun tətbiqi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Maddə 6. Sığorta edənin hüquq və
vəzifələri
Sığorta edənin hüquqları aşağıdakılardır:
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada tibbi sığorta
müqaviləsi bağlamaq və ya onu ləğv
etmək;
tibbi sığorta təşkilatmı sərbəst
seçmək;
tibbi sığorta müqaviləsinin şərtlərinin
yerinə yetirilməsinə nəzarət etmək.
Sığorta edənin vəzifələri aşağıdakılardır:
İcbari tibbi sığorta proqramına
uyğun olaraq sığorta haqlarını vaxtında
ödəmək;
sığorta olunanların sağlamlığının
vəziyyətinin göstəriciləri haqqında
tibbi sığorta təşkilatına məlumat
vermək;
sığorta haqlarının tam məbləğdə
və vaxtında ödənilməsi barədə müvafiq
icra hakimiyyəti orqanına məlumat
vermək.
Tibbi sığorta müqaviləsində sığorta
edən üçün digər vəzifələr də nəzərdə
tutula bilər.
Maddə 7. Tibbi sığorta sistemində
sığorta olunan vətəndaşların hüquqları
Tibbi sığorta sistemində sığorta
olunan vətəndaşların hüquqları aşağıdakılardır:
tibbi sığorta şəhadətnaməsini aldıqları
andan qanunvericilikdə müəyyən olunmuş
hüquqlardan istifadə etmək;
tibbi sığorta müqaviləsi ilə müəyyən
edilən tibbi yardım növlərinə və
həcminə uyğun olaraq tibbi sığorta
sisteminə daxil olan tibb müəssisələrindən
hər hansı birini və həkimi seçmək;
profilaktik yardım da daxil olmaqla,
Azərbaycan Respublikasının bütün
ərazisində icbari tibbi sığorta
proqramındakından az olmayan həcmdə
tibbi yardım almaq;
icbari tibbi sığorta müqaviləsinin
şərtlərinə uyğun olan tibbi xidmətdən
istifadə etmək;
tibbi sığorta müqaviləsinə əsasən
müraciət etdiyi tibb müəssisəsindən
sağlamlığının vəziyyəti, eləcə də
tətbiq olunan müalicə metodları
və onların nəticələri barədə məlumat
almaq;
sığorta edənə, tibbi sığorta təşkilatına,
tibb müəssisəsinə, tibbi sığorta
müqaviləsinin şərtlərindən asılı
olmayaraq, onların təqsiri üzündən
vurulmuş zərərin ödənilməsi də daxil
olmaqla, qanunvericilikdə müəyyən
olunmuş qaydada iddia qaldırmaq;
könüllü tibbi sığorta müqaviləsinin
şərtlərində müəyyən edilmişsə, istifadə
edilməyən sığorta haqqının bir hissəsini
geri almaq.
Vətəndaşların tibbi sığorta ilə
bağlı mənafeyini müvafiq icra hakimiyyəti
orqanı, tibbi sığorta təşkilatları,
həmkarlar ittifaqı təşkilatları
və digər ictimai birliklər müdafiə
edir. Azərbaycan Respublikasından
kənarda yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının tibbi sığortası
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələrə
əsasən həyata keçirilir.
Maddə 8. Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslərin və əcnəbilərin tibbi sığortası
Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslər
tibbi sığorta sistemində Azərbaycan
Respublikasının vətəndaşları ilə
eyni hüquq və vəzifələrə malikdirlər.
Azərbaycan Respublikasında əcnəbilər
tibbi sığorta sahəsində, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrdə başqa
qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının vətəndaşları ilə
eyni hüquq və vəzifələrə malikdirlər.
Maddə 9. İcbari tibbi sığorta sisteminin
maliyyələşdirilməsi
İcbari tibbi sığorta sistemi dövlət
büdcəsindən, sığorta edənin (mülkiyyət
formasından asılı olmayaraq hüquqi
şəxslərin və sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərin)
ödəmələri, icbari tibbi sığorta
haqlarının ödəmə qaydasının pozulması
hallarında tətbiq olunan cərimə
və dəbbə pulu, qanunvericilikdə
qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir. icbari
tibbi sığorta sisteminin maliyyələşdirilməsi,
icbari tibbi sığorta haqlarının
saxlanması və maliyyə vəsaitinin
məqsədli istifadəsinə nəzarət müvafıq
icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Maddə 10. Tibbi sığorta sistemində
sığorta haqları
İcbari tibbi sığorta sistemində
sığorta edənlər işləyən vətən-daşlar
üçün məbləği və ödənilmə qaydası
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən icbari
tibbi sığorta haqları ödəyirlər.
İcbarı tibbi sığorta haqları icbari
tibbi sığorta proqramının yerinə
yetirilməsini təmin edən məbləğdə
müəyyən edilir. İşləməyən təqaüdçü,
idarə və təşkilat ləğv olunduqda
müvəqqəti işsizlər, əmək qabiliyyəti
olmayanlar, uşaqlar, tələbələr və
büdcə təşkilatlarının işçiləri üçün
icbari tibbi sığorta haqları tibbi
xidmətlər üçün qiymətlərin indeksasiyası
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən büdcə və sosial
müdafiə fondlarının vəsaiti hesabına
ödənilir. Könüllü tibbi sığortada
sığorta-haqlarının məbləği könüllü
tibbi sığorta proqramına uyğun olaraq
tərəflərin razılığı ilə müəyyən
edilir.
Maddə 11. İcbari tibbi sığorta proqramı
İcbari tibbi sığorta proqramı vətəndaşlara
göstərilən tibbi xidmətin şərtlərini,
növünü, həcmini müəyyən edir və
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir. Bu proqram
vətəndaşların müəyyən olunmuş həcmdə
və keyfiyyətdə tibbi yardım almasını
nəzərdə tutur.
III FƏSİL Tibbi sığorta təşkilatlarının
fəaliyyəti
Maddə 12. Tibbi sığorta təşkilatı
Tibbi sığorta təşkilatı — mülkiyyət
formasından asılı olma-yaraq tibbi
sığortanı həyata keçirmək üçün qanunvericilikdə
müəyyən olunmuş qaydada xüsusi razılıq
almaqla fəaliyyət göstərən və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilən zəruri nizamnamə
fonduna malik olan – sığorta təşkilatıdır.
Tibbi sığorta təşkilatları səhiyyə
sisteminə daxil deyil. Müvafiq icra
hakimiyyəti orqanı və tibb müəssisələri
tibbi sığorta təşkilatının təsisçiləri
ola bilməzlər. Tibbi sığorta təşkilatından
vergi tutulması Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun
olaraq tənzimlənir. Tibbi sığorta
təşkilatının yaradılması, yenidən
təşkili və ləğv olunması qanunvericilikdə
müəyyən olunmuş qaydada həyata keçirdir.
Maddə 13. Tibbi sığorta təşkilatının
hüquq və vəzifələri
Tibbi sığorta təşkilatının hüquqları
aşağıdakılardır:
tibbi sığorta müqavilələri üzrə
tibbi yardım və xidmətlər göstərilməsi
üçün tibb müəssisəsini seçmək;
tibb müəssisələrinin akkreditasiyasında
iştirak etmək;
tibbi xidmətlər üçün tariflərin
müəyyənləşdirilməsində iştirak etmək;
tibb müəssisələri tərəfindən müqavilənin
şərtlərinin pozulduğu hallarda tibbi
xidmətlərə çəkilən xərcləri qismən
ödəmək;
tibb müəssisəsinin və (və ya) tibb
işçisinin təqsiri üzündən sığorta
olunana vurulmuş zərərin ödənilməsi
üçün qanun-vericilikdə müəyyən edilmiş
qaydada məhkəməyə müraciət etmək;
zərərin sığorta olunan tərəfindən
vurulduğu hallar istisna olmaqla,
vətəndaşın sağlamlığına vurulmuş
zərər üçün cavabdeh olan fiziki
və ya hüquqi şəxslərdən qanunvericilikdə
müəyyən olunmuş qaydada sığorta
olunana tibbi yardım göstərilməsinə
sərf olunmuş xərclərin ödənilməsini
tələb etmək. Tibbi sığorta təşkilatı
sabit fəaliyyətini təmin etmək məqsədilə
Azərbaycan Respublikası qanunvericiliyində
müəyyən olunmuş qaydada ehtiyat
fondu yarada bilər. Tibbi sığorta
təşkilatının vəzifələri aşağıdakılardır:
tibbi sığorta olunanlara tibbi sığorta
proqramına uyğun tibbi yardım göstərilməsi
üçün qanunvericilikdə müəyyənləşdirilmiş
qaydada fəaliyyət göstərən tibb
müəssisələri ilə müqavilələr bağlamaq;
tibbi sığorta müqaviləsinin qüvvəyə
mindiyi andan sığorta olunana tibbi
sığorta şəhadətnaməsini vermək;
tibb müəssisələrinə tibbi xidmətin
haqqını müqavilədə nəzərdə tutulmuş
qaydada və müddətdə ödəmək;
könüllü tibbi sığorta müqaviləsində
nəzərdə tutulmuşsa, sığorta haqlarının
bir hissəsini sığorta olunana qaytarmaq;
müqavilənin şərtlərinə uyğun olaraq
tibbi yardımın həcminə, müddətinə
və keyfiyyətinə nəzarət etmək;
sığorta olunanın mənafelərini müdafiə
etmək.
IV FƏSİL Tibbi sığorta sistemində
tibb müəssisələrinin fəaliyyəti
Maddə 14. Tibb müəssisələrinin və
fərdi tibbi fəaliyyətlə məşğul olan
şəxslərin hüquq və vəzifələri
Mülkiyyət formasından asılı olmayaraq
qanunvericilikdə müəyyən olunmuş
qaydada fəaliyyət göstərən tibb
müəssisələrinin və fərdi tibbi fəaliyyətlə
məşğul olan şəxslərin tibbi sığorta
sistemində tibbi xidmətlər göstərmək
hüququ vardır. Tibbi sığorta proqramlarım
yerinə yetirən tibb müəssisələrinin
tibbi sığorta sistemindən kənarda
da tibbi yardım göstərmək hüququ
vardır. Qanunvericilikdə müəyyən
olunmuş qaydada tibbi sığorta proqramını
yerinə yetirən tibb müəssisələrinin
və ya fərdi tibbi fəaliyyətlə məşğul
olan şəxslərin tibbi sığorta təşkilatını
seçmək hüququ vardır. Tibbi sığorta
sistemində mülkiyyət formasından
asılı olma-yaraq tibb müəssisələri
sığorta olunanların əmək qabiliyyətinin
müvəqqəti itirilməsini təsdiq edən
sənəd vermək hüququna malikdirlər.
İcbari tibbi sığorta sistemində
mülkiyyət formasından asılı olmayaraq
tibb müəssisələri və ya fərdi tibbi
fəaliyyətlə məşğul olan şəxslər
tibbi sığorta proqramlarını yerinə
yetirərkən:
sığorta olunana tibbi sığorta müqaviləsində
nəzərdə tutulmuş müddətdə, həcmdə
və keyfiyyətdə tibbi yardım göstərməli;
sığorta olunanın xəstəliyi ilə əlaqədar
baş verə biləcək, eyni zamanda sığorta
olunanın təqsirindən üzə çıxmış
hər hansı fəsadlar barədə tibbi
sığorta təşkilatına məlumat verməli;
sığorta olunanın sağlamlığının vəziyyətinə
və ya şəxsi həyatına dair məlumatlar
barədə xidməti sirri qorumalıdırlar.
İcbari tibbi sığorta sistemində
tibb müəssisələri və ya qanunvericilikdə
müəyyən olunmuş qaydada fərdi tibbi
fəaliyyət göstərən şəxslər tibbi
sığorta müqaviləsində nəzərdə tutulan
tibbi xidmətlərə görə sığorta olunandan
əlavə haqq tələb edə bilməzlər.
Maddə 15. Tibbi sığorta sistemində
tibbi xidmətlər üçün tariflər
İcbari tibbi sığorta sistemində
tibbi xidmətlər üçün tariflər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Tariflər tibb müəssisələrinin
rentabelliyini və tibbi sığorta
müqaviləsində nəzərdə tutulan tibbi
xidmətin müasir səviyyəsini təmin
etməlidir. Könüllü tibbi sığorta
üzrə tibbi xidmətlər üçün tariflər
sığorta təşkilatı ilə bu xidmətləri
göstərən tibb müəssisəsi (və ya
fərdi tibbi fəaliyyətlə məşğul olan
şəxs) arasında razılaşmaya əsasən
müəyyən edilir.
V FƏSİL Yekun müddəaları
Maddə 16. Tibbi sığorta sistemində
tərəflərin məsuliyyəti
Mülkiyyət formasından asılı olmayaraq
müəssisə, idarə və təşkilatların
sığorta haqqının ödəyiciləri kimi
qeydiyyatdan keçməkdən imtina edilməsinə,
sığorta haqlarının hesablanması
üçün məbləğlərin gizlədilməsinə
və ya aşağı salınmasına, ödənilmə
müddətlərinin pozulmasına görə qanunvericilikdə
müəyyən olunmuş qaydada maliyyə
sanksiyaları tətbiq edilir. Tibb
müəssisəsi və ya fərdi tibbi fəaliyyətlə
məşğul olan şəxs tibbi sığorta müqaviləsinin
şərtlərinə və qanunvericiliyin tələblərinə
uyğun olaraq göstərilən tibbi xidmətin
həcminə və keyfiyyətinə görə, eləcə
də sığorta olunana tibbi xidmət
göstərməkdən imtina etməyə görə
məsuliyyət daşıyırlar. Qanunvericilikdə
müəyyən olunmuş qaydada fəaliyyət
göstərən tibb müəssisələri və ya
fərdi tibbi fəaliyyətlə məşğul olan
şəxslər tibbi sığorta müqaviləsinin
şərtlərini pozduqda tibbi sığorta
təşkilatı göstərilən tibbi xidmətin
haqqını tam və ya qismən ödəməmək
hüququna malikdir. Tibbi sığorta
müqaviləsinin şərtlərinin yerinə
yetirilməsinə görə tibbi sığorta
təşkilatı sığorta olunan və ya sığorta
edən qarşısında məsuliyyət daşıyır.
Tibbi sığorta sistemində mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada məhkəmə
tərəfindən həll edilir.
Maddə 17. Bu Qanunun pozulmasına
görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli
olan hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 oktyabr 1999-cu
il
|
|