| |
ŞƏKƏRLİ
DİABET XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRƏ
DÖVLƏT QAYĞISI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısının
təşkilati-hüquqi əsas-larını müəyyən
edir, bu xəstəliyin profilaktikası
və müalicəsi sahəsində yaranan münasibətləri
tənzimləyir.
I FƏSİL Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. şəkərli diabet – insulin
(mədəaltı vəzinin hormonu) çatışmazlığı
və keyfiyyətinin azalması nəticəsində
qanda qlükozanın səviyyəsinin artması
ilə səciyyələnən xroniki xəstəlik;
1.0.2. şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin registri - şəkərli
diabet xəstəliyinə tutulmuş şəxslər
haqqmda məlumat bankının yaradılması
məqsədi ilə onların qeydiyyatı və
uçotu.
Maddə 2. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı
haqqında Azərbaycan Respublikasının
qanun-vericiliyi
Şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslərə dövlət qayğısı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından.
Bu Qanundan, digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət təminatlı
yardım tədbirləri
3.0. Dövlət şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə yardım məqsədi
ilə aşağıdakılara təminat verir:
3.0.1. şəkərli diabet üzrə Dövlət
proqramının qəbul edilməsi və həyata
keçirilməsinə;
3.0.2. şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə göstəriləcək tibbi
yardımın həcmi və keyfiyyət standartlarının
(beynəlxalq tələblərə uyğun) təsdiq
edilməsinə;
3.0.3. şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin registrinin yaradılması
və onun aparılmasına;
3.0.4. şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin dispanserizasiyasını
müayinə və müalicəsini həyata keçirən
ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin,
daibetoloji xidmət strukturlarının
yaradılması və onlarm maddi-texniki
bazasınm güclən-dirilməsinə;
3.0.5. şəkərli diabet xəstəliyinin
müalicəsi üzrə tibb mütəxəssislərinin
hazırlanması və ixtisaslarının artırılmasına;
3.0.6. şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin sanatoriya-kurort
müəssisələrində müalicəsinin təşkilinə;
3.0.7. şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin dərman vasitələrinə
və diabetik ərzaq məhsullarına olan
tələbatının təmin edilməsi məqsədi
ilə iqtisadi, hüquqi və təşkilati
tədbirlərin hə-yata keçirilməsinə;
3.0.8. şəkərli diabet xəstəliyinin
profilaktikası və onun fəsad-ları
ilə mübarizə sahəsində beynəlxalq
əməkdaşlığa şərait yaradılmasına.
II FƏSİL Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin müayinə və müalicəsinin
təşkili
Maddə 4. Şəkərli diabet üzrə Dövlət
proqramı
4.1. Şəkərli diabet xəstəliyinin
profilaktikası və onunla mübarizə
ilə bağlı tədbirləri həyata keçirmək
məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən «Şəkərli diabet
üzrə Dövlət proqramı» (bundan sonra
- Dövlət proqramı) hazırlanır və
təsdiq edilir.
4.2. Dövlət proqramının həyata keçirilməsinə
dövlət nəzarətini müvafiq icra hakimiyyəti
orqanı təmin edir.
Maddə 5. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin registri
5.1. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin registri bu şəxslərin
qeydiyyatının aparılmasını təmin
etmək, şəkərli diabetlə xəstələnmə
halları, ağırlaşmaları, əlillik
və ölüm halları, müalicə-profilaktika
tədbirlərinin səmərəliliyi haqqında
sistematik və düzgün məlumat almaq
məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yaradılır.
5.2. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin registri mövcud
zamanda xəstələrin vəziyyəti barədə
zəruri məlumat bankının yaranmasını
təmin edir. Bu məlumatlarda xəstənin
şəxsiyyəti, xəstəliyi barədə qısa
məlumat və tibbi yardım haqqında
göstərişlər qeyd olunur, hər bir
xəstə üçün xüsusi kart doldurulur
və bu kart ümumi məlumat bankına
daxil edilir.
Maddə 6. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin müayinəsi və
müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
6.1. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin dövlət tibb müəssisələrində
müayinəsi və müalicəsi dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilir.
Müayinə və müalicənin maliyyələşdirilməsi
qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
6.2. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin müayinəsi və
müalicəsi üzrə tədbirlər məcburi
tibbi sığorta vəsaitləri, hüquqi
və fiziki şəxslərin ianələri, eləcə
də qanunvericiliklə qadağan olunmayan
digər vəsaitlər hesabına da həyata
keçirilə bilər.
Maddə 7. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə tibbi yardım
7.1. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslər həcmi və keyfiyyət
standartları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
tibbi yardımla təmin olunurlar.
7.2. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə göstərilən illik
tibbi yardımın (o cümlədən zəruri
olan müayinələr) həcmi, inyeksiya
vasitələrinin, insulin və digər
şəkərsalıcı dərman preparatlarının,
özünənəzarət vasitələrinin siyahısı
və miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
7.3. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin insulin və digər
şəkərsalıcı dərman preparatları,
inyeksiya vasitələri və özünənəzarət
vasitələri ilə təminatı müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
7.4. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən şəkərli diabet xəstəliyinə
tutulmuş uşaq və gənclərin uçotu
aparılmaqla, onlara təhsil aldıqları
müəssisələrdə tibb mütəxəssisləri
və müəllimlər vasitəsi ilə xüsusi
nəzarət təşkil edilir, səhhətlərində
hər hansı dəyişiklik baş verdikdə
dərhal tibbi yardım göstərilir.
Maddə 8. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin əmək hüquqları
8.1. Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin əmək hüquqları
yalnız Azərbaycan Respublikasının
əmək qanunvericiliyi ilə müəyyən
edilən işçinin səhhətinə, sağlamlığına
mənfi təsir göstərən amillər olan
ağır, zərərli və təhlükəli əmək
şəraitli peşələr (vəzifələr) və
iş yerləri üzrə məhdudlaşdırıla
bilər.
8.2. Vətəndaşın şəkərli diabetlə
xəstə olması səbəbinə görə əmək
müqaviləsinin bağlanmasından imtina
etmək və ya işçi ilə əmək müqaviləsinə
xitam vermək yolverilməzdir. Bu
qayda işəgötürənin müvafiq işi (vəzifəsi)
olmadığı, habelə belə şəxslərin
əməyindən istifadə olunmasına yol
verilməyən iş yerlərinə işə götürməkdən
imtina olunan hallara şamil edilmir.
III FƏSİL Yekun müddəaları
Maddə 9. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Maddə 10. Beynəlxalq əməkdaşlıq
Şəkərli diabet xəstəliyinin profilaktikası
və onun fəsadları ilə mübarizə sahəsində
beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən həyata
keçirilir.
Azərbaycan Respublikasının
Prezidenti
lham ƏLİYEV
Bakı şəhəri, 23 dekabr 2003-cü il
|
|