| |
PSİXİATRİYA
YARDIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında psixiatriya yardımı
göstərilməsi sahəsində yaranan münasibətləri
tənzimləyir, bu sahədə hüquqi və
fiziki şəxslərin hüquq və vəzifələrini
müəyyən edir.
I FƏSİL Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə edilən
əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. həkim-psixiatr - qanunvericilikdə
müəyyən olunmuş qaydada psixiatriya
fəaliyyəti ilə məşğul olan mütəxəssis;
1.0.2. baş psixiatr - psixiatriya
yardımı sahəsində ərazi üzrə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təyin edilən mütəxəssis;
1.0.3. hospitallaşdırma - şəxsin
psixiatriya müəssisəsinə (psixonevroloji
müəssisəyə) yerləşdirilməsi; 1.0.4.
təxirəsalınmaz psixiatriya yardımı
- şəxsə psixiatriya yardımının gecikdirilməsi
onun özünün, yaxud başqa şəxslərin
həyat və sağlamlığına təhlükə yaradarsa,
həkim-psixiatrın (həkim-psixiatr
komissiyasının) qərarı əsasında
göstərilən psixiatriya yardımı;
1.0.5. pasiyent - psixi pozuntu
vəziyyətində olan və ya psixiatriya
yardımından istifadə edən şəxs;
1.0.6. psixiatriya yardımı - pasiyentin
psixi vəziyyətinin müayinəsini,
psixi pozuntusunun diaqnostikasını,
müalicəsini və profilaktikasını,
psixo-sosial reabilitasiyasını özündə
birləşdirən ixtisaslaşdırılmış tibbi
yardım növü;
1.0.7. psixiatriya müəssisəsi (psixonevroloji
müəssisə) - psixiatriya yardımı
sahəsində qanunvericilikdə müəyyən
olunmuş qaydada fəaliyyət göstərən
tibb müəssisəsi və ya onun bölməsi;
1.0.8. psixi pozuntu (xəstəlik)
- müasir diaqnostika prinsiplərinə
və beynəlxalq standartlara uyğun
olaraq həkim-psixiatr tərəfindən
təyin edilən psixopatoloji vəziyyət.
Maddə 2. Psixiatriya yardımı haqqındaAzərbaycan
Respublikasının qanunvericiliyi
Psixiatriya yardımı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından,
«Əhalinin sağlamlığının qorunması
haqqında» Azərbaycan Respublikasının
Qanunundan, bu Qanundan, digər normativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Psixiatriya yardımı göstərilməsinin
əsas prinsipləri
Psixi pozuntu vəziyyətində olan
şəxslərə tibbi və sosial yardım
göstərilməsi dövlət təminatı, qanunçuluq,
humanistlik, insan və vətəndaş hüquqlarına
və azadlıqlarına əməl edilməsi prinsipləri
əsasında həyata keçirilir.
Maddə 4. Bu Qanunun tətbiq dairəsi
4.1. Bu Qanun Azərbaycan Respublikasının
ərazisində psixiatriya yardımı alan,
habelə psixiatriya yardımı göstərən
hüquqi və fiziki şəxslərə şamil
olunur.
4.2. Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər psixiatriya yardımı üzrə
bu Qanunda Azərbaycan Respublikasının
vətəndaşları üçün nəzərdə tutulmuş
bütün hüquqlardan istifadə edirlər.
Maddə 5. Psixiatriya yardımının
könüllülüyü
5.1. Bu Qanunun 11-ci və 12-ci maddələrində
nəzərdə tutulmuş hallar istisna
olmaqla, şəxsin özü müraciət etdikdə
ona psixiatriya yardımı göstərilir.
5.2. 16 yaşına çatmamış və ya qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslərə psixiatriya yardımı onların
valideynlərinin və ya qanuni nümayəndələrinin
razılığı (xahişi) ilə bu Qanunla
nəzərdə tutulmuş qaydada göstərilir.
Maddə 6. Psixi pozuntusu olan şəxslərin
hüquqları
6.1. Psixi pozuntusu olan şəxslər
Azərbaycan Respublikasının Konstitusiyasında
nəzərdə tutulmuş bütün hüquq və
azadlıqlara malikdirlər.
6.2. Psixi pozuntusu olan şəxslərin
hüquq və azadlıqlarının məhdudlaşdırılmasına
yalnız qanunvericilikdə nəzərdə
tutulmuş hallarda yol verilə bilər.
6.3. Psixi pozuntusu olan şəxslər
aşağıdakı hüquqlara malikdirlər:
6.3.1. Ləyaqətlərinin alçaldılmasına
yol verilməməsi və humanist münasibət
bəslənilməsi;
6.3.2. dövlət tibb müəssisələrində
sanitariya-gigiyena tələblərinə
cavab verən şəraitdə pulsuz psixiatriya
yardımı almaq;
6.3.3. öz hüquqları barədə, habelə
psixi pozuntu və tətbiq edilən müalicə
üsulları haqqında məlumat almaq;
6.3.4. psixiatriya stasionarında
müayinə və müalicə üçün zəruri olan
müddətdə saxlanılmaq;
6.3.5. tibbi göstərişlər əsasında
mümkün olan bütün müalicə növlərini
almaq;
6.3.6. təxirəsalınmaz psixiatriya
yardımı göstərilməsi halları istisna
olmaqla, psixiatriya yardımı göstərmək
hüququ olan hər hansı mütəxəssisi
(onun razılığı ilə) və tibb müəssisəsini
seçmək, konsilium və məsləhətləşmələr
aparılmasını tələb etmək;
6.3.7. qanunvericilikdə müəyyən
olunmuş qaydada vəkilin, qanuni
nümayəndələrin və ya digər şəxslərin
köməyindən istifadə etmək.
6.4. Şəxsin tibbi vasitə və üsulların
sınaqdan keçirilməsinə elmi-tədqiqat
işlərinə, yaxud tədris prosesi,
foto-video və kino çəkilişləri obyektləri
kimi istifadəyə cəlb olunması yalnız
onun özünün və ya qanuni nümayəndəsinin
razılığı əsasında mümkündür və həmin
şəxs istənilən vaxt bundan imtina
edə bilər.
Maddə 7. Şəxsin psixi sağlamlığının
vəziyyəti ilə əlaqədar məlumatların
alınması
7.1. Qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olmaqla, şəxsin psixi
sağlamlığının vəziyyəti, yaxud ona
psixiatriya yardımı göstərilməsi
haqqında məlumatları tələb etmək
qadağandır.
7.2. Şəxsin psixi sağlamlığının
vəziyyəti və ona psixiatriya yardımı
göstərilməsi haqqında məlumatlardan
sərbəst istifadə hüququ həmin şəxsin
özünə və buna qanunvericilikdə nəzərdə
tutulmuş qaydada icazə verilmiş
şəxslərə məxsusdur.
7.3. Psixiatriya yardımı göstərən
mütəxəssislər gizli məlumatlardan
yalnız həmin peşə dairəsində və
psixiatriya yardımı göstərmək üçün
zəruri olan həddə istifadə edə bilərlər.
7.4. Psixiatriya müəssisəsinin müdiriyyəti,
psixiatriya yardımı göstərilməsinə
nəzarət edən müvafiq icra hakimiyyəti
orqanı psixi pozuntusu olan şəxsə
psixiatriya yardımı göstərilməsi
üçün zəruri məlumatları tələb edə
bilərlər.
Maddə 8. Psixi pozuntunun diaqnozunun
qoyulması və pasiyentlərin müalicəsi
8.1. Psixi pozuntunun diaqnozu müasir
diaqnostika prinsiplərinə və beynəlxalq
standartlara uyğun olaraq həkim-psixiatr
tərəfindən qoyulur.
8.2. Pasiyentə psixiatriya yardımı
onun hüquq və azadlıqların məhdudlaşdırmadan,
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulan psixiatriya
yardımının səmərəliyini daha çox
təmin edən vasitələrdən və üsullardan
istifadə etməklə yalnız xəstəliyin
müalicəsi üçün zəruri olan müddətdə
göstərilir.
8.3. Şəxsi müayinə etmədən (qiyabi)
diaqnoz qoymaq qadağandır.
8.4. Tibbi vasitələrdən və üsullardan
istifadə etməklə pasiyent cəzalandırıla,
yaxud ondan başqa şəxslərin mənafeyi
üçün istifadə edilə bilməz. Qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən,
habelə qeyri-könüllü psixiatriya
yardımı göstərilən və ya tibbi xarakterli
məcburi tədbirlərə cəlb edilən şəxslər
üzərində tibbi-bioloji eksperimentlər
aparmaq və psixi pozuntunun müalicəsində
qarşısıalınmaz nəticələr doğuran
cərrahiyyə üsullarından istifadə
etmək qadağandır.
Maddə 9. Ayn-ayrı peşə növlərində
və yüksək təhlükə mənbəyi ilə bağlı
işlərdə fəaliyyətin məhdudlaşdırılması
9.1. Psixi pozuntu nəticəsində şəxs
ayrı-ayrı peşə növlərində və yüksək
təhlükə mənbəyi ilə bağlı işlərdə
fəaliyyətin yerinə yetirilməsində
müvəqqəti (iki il müddətindən çox
olmayaraq və təkrar müayinədən keçmək
hüququ ilə) yarasız hesab edilə
bilər. Bu barədə qərarı şəxsin psixi
vəziyyətinin qiymətləndirilməsi
əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunan
psixiatriya əks göstərişlərin siyahısına
uyğun olaraq tibbi-sosial ekspert
komissiyası qəbul edir. Həmin qərardan
məhkəməyə şikayət edilə bilər.
9.2. Fəaliyyətin məhdudlaşdırılması
tələb olunan ayn-ayrı peşə növlərinin
və yüksək təhlükə mənbəyi ilə bağlı
işlərin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunur.
Maddə 10. Müalicədən imtina edilməsi
10.1. Psixi pozuntusu olan şəxsin
və ya onun qanuni nümayəndəsinin,
bu Qanunda nəzərdə tutulmuş hallar
istisna olmaqla, təklif edilən müalicədən
imtina etmək, yaxud müalicəni dayandırmaq
hüququ vardır.
10.2. Psixi pozuntusu olan və müalicədən
imtina edən şəxsə və ya onun qanuni
nümayəndəsinə mümkün olan nəticələr
barədə izahat verilir. Müalicədən
imtina edilməsi və onun gələcək
nəticələri barədə izahat şəxsin
tibbi sənədində qeyd olunur və onun
özü, yaxud qanuni nümayəndəsi və
həkim-psixiatr tərəfindən imzalanır.
Maddə 11. Qeyri-könüllü psixiatriya
yardımı göstərilməsi üçün əsaslar
11.0. Psixi pozuntunun xarakteri
müayinənin, müalicənin, şəxsin saxlanılmasının
və onun üzərində müşahidənin yalnız
psixiatriya stasionarında həyata
keçirilməsini tələb edərsə, psixiatriya
stasionarında qeyri-könüllü müalicə
aşağıdakı əsaslar olduqda təyin
edilir:
11.0.1. şəxsin bilavasitə özü və
(və ya) ətrafdakılar üçün təhlükəli
olması;
11.0.2. şəxsin psixi pozuntu nəticəsində
acizliyi, yəni əsas həyati tələbatını
təmin etmək qabiliyyətinin olmaması,
11.0.3. şəxsə psixiatriya yardımının
göstərilmədiyi halda onun psixi
vəziyyətinin pisləşməsi.
Maddə 12. Tibbi xarakterli məcburi
tədbirlər
12.1. Tibbi xarakterli məcburi tədbirlər
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada məhkəmə
tərəfindən təyin olunur.
12.2. Tibbi xarakterli məcburi tədbirlər
ixtisaslaşdırılmış psixiatriya müəssisələrində
həyata keçirilir.
12.3. Tibbi xarakterli məcburi tədbirlərə
cəlb edilən şəxslər bu Qanunun 23-cü
maddəsində nəzərdə tutulmuş hüquqlardan
istifadə edirlər.
Maddə 13. Məhkəmə-psixiatriya ekspertizası
13.1. Məhkəmə-psixiatriya ekspertizasının
təşkili və aparılması qaydası qanunvericiliklə
müəyyən olunur.
13.2. Məhkəmə-psixiatriya ekspertizasını
aparan komissiyaların fəaliyyətinə
nəzarəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yaradılan mərkəzi
məhkəmə-psixiatriya ekspert komissiyası
həyata keçirir.
13.3. Şəxs və ya onun qanuni nümayəndəsi
məhkəmə-psixiatriya ekspert komissiyasının
rəyi ilə razılaşmadıqda qanunvericilikdə
müəyyən edilmiş qaydada məhkəməyə
müraciət edə bilər.
Maddə 14. Vətəndaşların hərbi qulluğa
yararlığını müəyyən etmək üçün psixiatriya
müayinəsi
Hərbi xidmətə çağırılanların, müqavilə
(kontrakt) üzrə hərbi xidmətə daxil
olanların, silahlı qüvvələrin, habelə
daxili qoşunların ehtiyatlarında
olan vətəndaşların və hərbi qulluqçuların
psixi sağlamlığının vəziyyəti ilə
bağlı hərbi xidmətə yararlığını
qanun-vericilikdə nəzərdə tutulmuş
qaydada hərbi həkim komissiyası
müəyyən edir.
II FƏSİL Psixi pozuntusu olan şəxslərə
psixiatriya yardımı göstərilməsi
və onların sosial müdafiəsinin təmin
edilməsi
Maddə 15. Dövlətin təminat verdiyi
psixiatriya yardımı-nm və sosial
müdafiənin növləri
15.0. Dövlət aşağıdakılara təminat
verir:
15.0.1. təxirəsalınmaz psixiatriya
yardımına;
15.0.2. stasionar və ambulator şəraitində
məsləhət-diaqnostika, müalicə, psixoprofilaktika,
reabilitasiya yardımına;
15.0.3. psixiatriya ekspertizasının
bütün növlərinin (hərbi-həkim, tibbi-sosial
və məhkəmə-psixiatriya ekspertizalarının)
aparılmasına, lazım olduqda fəaliyyət
qabiliyyətinin müvəqqəti itirilməsinin
müəyyən edilməsinə;
15.0.4. sosial-məişət yardımı göstərilməsi
və psixi pozuntusu olan şəxslərin
müvafiq işlə təmin olunmasına;
15.0.5. qəyyumluq və himayəçilik
məsələlərinin həllinə;
15.0.6. təbii fəlakətlər və qəzalar
zamanı psixiatriya yardımı göstərilməsinə;
15.0.7. psixi pozuntusu olan yetkinlik
yaşına çatmamış şəxslərin ümumi
və peşə təhsilinin təşkilinə;
15.0.8. psixi pozuntusu olan şəxslərin
əmək terapiyası, yeni peşələrə yiyələnməsi
və işə düzəlməsi üçün müalicə-istehsalat
müəssisələri, habelə yüngül iş şəraiti
olan xüsusi istehsalat sahələrinin
yaradılmasına;
15.0.9. psixi pozuntusu olan və
sosial əlaqələrini itirmiş şəxslər
üçün yataqxanaların yaradılmasına;
15.0.10. psixi pozuntusu olan şəxslərin
sosial müdafiəsi üçün zəruri olan
digər tədbirlərin görülməsinə.
Maddə 16. Psixiatriya yardımının
maliyyələşdirilməsi
Psixiatriya yardımının maliyyələşdirilməsi
qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 17. Psixiatriya müayinəsi
17.1. Psixiatriya müayinəsi şəxsin
psixi vəziyyətini, psixiatriya yardımına
ehtiyacı olub-olmadığını müəyyənləşdirmək,
ha-belə psixiatriya yardımı göstərilməsi
barədə qərar qəbul etmək məqsədi
ilə həyata keçirilir.
17.2. Psixiatriya müayinəsi, habelə
profilaktik müayinə aşağıdakı hallarda
aparılır:
17.2.1. şəxsin yaşadığı ərazinin
müalicə-profilaktika müəssisələrinin
göndərişinə əsasən;
17.2.2. müayinə olunanın razılığı
(xahişi) ilə;
17.2.3. 16 yaşına çatmamış şəxsin
valideynlərinin, yaxud qanuni nümayəndəsinin
razılığı (xahişi) ilə;
17.2.4. qanunvericilikdə müəyyən
edilmiş qaydada fəaliyyət qabiliyyəti
olmayan hesab edilən şəxsin qanuni
nümayəndəsinin razılığı (xahişi)
ilə.
17.3. Psixiatriya müayinəsinə dair
məlumatlar və müayinənin yekunu
(diaqnoz) şəxsin tibbi sənədində
qeyd olunur. Sənəddə həkim-psixiatra
müraciətin səbəbləri və tibbi tövsiyələr
də göstərilir.
Maddə 18. Şəxsin özünün və ya qanuni
nümayəndəsinin razılığı olmadan
psixiatriya nıüayinəsinin aparılması
18.1. Şəxsin özünə və (və ya) ətrafdakılara
qarşı təcavüzkar hərəkət etdiyi
aşkar olunarsa, həkim-psixiatr,
o cümlədən təcili yardım müəssisəsinin
həkimi şəxsin özünün və ya qanuni
nümayəndəsinin razılığı (xahişi)
olmadan psixiatriya müayinəsi haqqında
qərarı dərhal qəbul edir və qərar
tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.
18.2. Şəxsin psixi pozuntu nəticəsində
öz əsas həyati tələbatını müstəqil
ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz
psixiatriya yardımı göstərilməməsinin
onun həyatı və sağlamlığı üçün təhlükə
törədə biləcəyi hallarda şəxsin
özü və ya qanuni nümayəndəsi psixiatriya
müayinəsinə razılıq verməzsə, müayinə
barədə qərarı həkim-psixiatr komissiyasının
rəyi əsasında məhkəmə qəbul edir.
Valideynlərdən biri etiraz etdikdə,
yaxud valideynləri və ya qanuni
nümayəndələri olmadıqda, 16 yaşına
çatmamış və ya qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslərin psixiatriya müayinəsi
müvafiq icra hakimiyyəti orqanımın
qərarı ilə həyata keçirilir. Bu
qərardan məhkəməyə şikayət edilə
bilər.
Maddə 19. Şəxsin özünün və ya qanuni
nümayəndəsinin razılığı olmadan
psixiatriya müayinəsinin aparılması
barədə müraciət qaydası
19.1. Bu Qanunun 18.2 və 18.3-cü
maddələrində nəzərdə tutulan hallar
istisna olmaqla, şəxsin özünün və
ya qanuni nümayəndəsinin razılığı
olmadan psixiatriya müayinəsinin
aparılması haqqında qərarı yazılı
ərizə əsasında həkim-psixiatr qəbul
edir.
19.2. Ərizə psixiatriya müayinəsindən
keçməli olan şəxsin qohumları, qonşuları,
işlədiyi müəssisənin müdiriyyəti,
şəxsi müalicə edən istənilən tibbi
ixtisası olan həkim tərəfindən verilə
bilər.
19.3. Şəxsin psixiatriya müayinəsindən
keçirilməsi barədə ərizə şəxsin
qohumları və ya qonşuları tərəfindən
verildikdə ən azı üç nəfərin imzası,
işlədiyi müəssisənin müdiriyyəti
tərəfindən verildikdə isə həmkarlar
ittifaqı təşkilatının razılığı,
habelə müəssisənin tibb xidmətinin
(əgər belə xidmət mövcuddursa) rəhbərinin
müvafiq rəyi olmalıdır. Ərizədə
şəxsin psixiatriya müayinəsinə cəlb
olunmasının zəruriliyini əsaslandıran
ətraflı məlumat, şəxsin və ya onun
qanuni nümayəndəsinin həkim-psixiatra
müraciət etməkdən boyun qaçırması
göstərilməlidir.
19.4. Şəxsin psixiatriya müayinəsindən
keçirilməsi barədə ərizədə bu Qanunun
11-ci maddəsində nəzərdə tutulan
halların mövcudluğunu göstərən məlumatların
olmadığım müəyyənləşdirdikdə, həkim-psixiatr
psixiatriya müayinəsinin aparılmasından
yazılı sürətdə imtina edir və imtinanın
səbəblərini əsaslandırır. Psixiatriya
müəssisəsi müdiriyyətinin qərar
qəbul etmək üçün əlavə məlumatlar
tələb etmək hüququ var.
19.5. Psixiatriya müəssisəsinin
müdiriyyəti psixiatriya müayinəsinin
zəruriliyi haqqında ərizəni, habelə
müayinənin aparılması barədə əsaslandırılmış
rəyini şəxsin yaşadığı və ya müəssisənin
yerləşdiyi yer üzrə məhkəməyə təqdim
edir. Ərizə vermiş şəxslər ərizədə
göstərilən məlumatlar üçün Azərbaycan
Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 20. Ambulator psixiatriya
yardımı
20.1. Psixi pozuntusu olan şəxsə
ambulator psixiatriya yardımı tibbi
göstəricilərdən asılı olaraq dispanser
müşahidəsi şəklində göstərilir.
Məsləhət-müalicə yardımı psixi pozuntusu
olan şəxsə onun razılığı (xahişi)
ilə, 16 yaşına çatmamış şəxsə isə
onun valideyninin, yaxud qanuni
nümayəndəsinin razılığı (xahişi)
ilə göstərilir.
20.2. Bu Qanunun 21.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda psixiatriya
dispanser müşahidəsi psixi pozuntusu
olan şəxsin özünün və ya qanuni
nümayəndəsinin razılığındın asılı
olmayaraq təyin edilir. Bu, həkim-psixiatr
tərəfindən müntəzəm nəzarəti təmin
etmək üçün şəxsin psixi vəziyyətinin
müşahidə edilməsini, ona zəruri
tibbi və sosial yardım göstərilməsini
nəzərdə tutur.
Maddə 21. Psixiatriya dispanser
müşahidəsi
21.1. Psixiatriya dispanser müşahidəsi
xroniki və davamlı ağır, yaxud tez-tez
kəskinləşən xəstəlik təzahürləri
olan şəxs üzərində təyin edilir.
21.2. Psixiatriya dispanser müşahidəsinin
təyin edilməsinin və onun dayandırılmasının
zəruriliyi haqqında məsələni ambulator
psixiatriya yardımı göstərən müəssisənin
müdiriyyəti, həkim-psixiatr komissiyası
və ya ərazi baş psixiatrı həll edir.
Həkim-psixiatr komissiyasının və
ya ərazi baş psixiatrının əsaslandırılmış
qərarı tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.
21.3. Şəxs sağaldıqda və ya onun
psixi vəziyyəti xeyli və davamlı
şəkildə yaxşılaşdıqda şəxsin, onun
valideyninin, yaxud qanuni nümayəndəsinin
razılığı (xahişi) ilə əvvəl təyin
edilmiş psixiatriya dispanser müşahidəsi
dayandırılır. Şəxsin psixi vəziyyətinin
pisləşməsi qeyd olunduqda həkim-psixiatr
komissiyasının və ya ərazinin baş
psixiatrının qərarı ilə psixiatriya
dispanser müşahidəsi bərpa oluna
bilər.
21.4. Psixiatriya dispanser müşahidəsinin
təyin edilməsi, yaxud dayandırılması
haqqında qərardan bu Qanunun 43-cü
maddəsində nəzərdə tutulmuş qaydada
şikayət edilə bilər.
Maddə 22. Psixiatriya stasionarına
yerləşdirmək üçün əsaslar
22.1. Psixiatriya stasionarına yerləşdirmək
üçün əsas şəxsdə psixi pozuntunun
olması və stasionar şəraitində müayinə
və müalicə aparılması haqqında həkim-psixiatrın
(həkim-psixiatr komissiyasının)
rəyi və ya məhkəmənin qətnaməsidir.
22.2. Bu Qanunun 11-ci və 12-ci
maddələrində nəzərdə tutulmuş hallar
istisna olmaqla, şəxs psixiatriya
stasionarına özünün və ya qanuni
nümayəndəsinin razılığı (xahişi)
ilə yerləşdirilir.
22.3. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş
hallarda psixiatriya ekspertizası
aparılmasının zəruriliyi də psixiatriya
stasionarına yerləşdirmək üçün əsas
hesab olunur,
22.4. 16 yaşına çatmamış şəxs psixiatriya
stasionarına valideynlərinin və
ya qanuni nümayəndəsinin razılığı
(xahişi) ilə yerləşdirilir.
22.5. Qanunvericilikdə müəyyən edilmiş
qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilən şəxs psixiatriya stasionarına
qanuni nümayəndəsinin razılığı (xahişi)
ilə yerləşdirilir.
22.6. Stasionara yerləşdirmək üçün
alınmış razılıq tibbi sənədə yazılmaqla
rəsmiləşdirilir və şəxsin özü, yaxud
onun valideynləri və ya qanunu nümayəndəsi
və həkim-psixiatr tərəfindən imzalanır.
Maddə 23. Psixiatriya stasionarında
yerləşdirilən pasiyentin hüquqları
23.1. Psixiatriya stasionarında
müayinə və müalicə olunan pasiyentin
aşağıdakı hüquqları var:
23.1.1. müayinə, müalicə və stasionardan
çıxarılma məsələləri barədə bilavasitə
psixiatriya müəssisəsinin baş həkiminə
müraciət etmək və onun bu Qanunla
müəyyən edilmiş hüquqlarına əməl
olunmasını tələb etmək;
23.1.2. ərazinin baş psixiatrına,
müvafiq icra hakimiyyəti orqanlarına,
prokurorluğa, məhkəməyə və vəkilə
maneəsiz müraciət etmək;
23.1.3. qanuni nümayəndəsi, vəkil
və din xadimi ilə təklikdə görüşmək;
Maddə 24. Psixiatriya yardımı göstərilərkən
təhlükəsizlik tədbirləri
24.1. Stasionar psixiatriya yardımı
pasiyenti daha az məhdudlaşdıran,
onun və digər şəxslərin təhlükəsizliyini
təmin edən formada, həm də hospitallaşdırılan
şəxsin hüquqlarına və qanuni mənafelərinə
tibbi heyət tərəfindən əməl olunması
şəraitində göstərilir.
24.2. Psixiatriya stasionarında
pasiyenti fiziki məhdudlaşdırma
və ya təcrid etmə tədbirləri yalnız
həkim-psixiatrın rəyi ilə pasiyentin
özü və (və ya) ətrafdakılar üçün
bilavasitə təhlükə doğuran hərəkətlərinin
qarşısını başqa üsullarla almaq
mümkün olmadığı halda tətbiq olunur.
Həmin tədbirlər tibbi heyətin daimi
nəzarəti altında tətbiq olunur.
Fiziki məhdudlaşdırma və ya təcrid
etmə tədbirlərinin tətbiqinin formaları
və müddəti barədə tibbi sənəddə
müvafiq qeydlər aparılır.
24.3. Polis orqanlarının əməkdaşları
tibb işçilərinin müraciəti əsasında
stasionara qeyri-könüllü yerləşdirilən
şəxsə yaxınlaşmaq və onu müayinə
etmək üçün təhlükəsiz şəraiti təmin
etməyə borcludurlar.
24.4. Psixi pozuntu vəziyyətində
olan şəxs tərəfindən ətrafdakıların
həyatı və sağlamlığı üçün təhlükə
doğuran hərəkətlərin qarşısının
alınması, habelə stasionara yerləşdirilməli
olan şəxsin axtarılması və tutulub
saxlanılması qanunvericilikdə müəyyən
olunmuş qaydada həyata keçirilir.
Maddə 25. Psixiatriya stasionarına
təxirəsalınmaz qaydada yerləşdirilmiş
şəxsin müayinəsi
25.1. Psixi pozuntu vəziyyətində
olan şəxsin ilkin diaqnozunun həkim-psixiatr
komissiyası tərəfindən təsdiq edilməsinə
və məhkəmənin qərarına qədər təxirəsalınmaz
qaydada psixiatriya stasionarına
yerləşdirilməsi və müayinəsi haqqında
qərarı həkim-psixiatr qəbul edir
və tibbi sənədə yazmaqla rəsmiləşdirir.
25.2. Psixiatriya stasionarına təxirəsalınmaz
qaydada yerləşdirilmiş şəxs hökmən
48 saat ərzində müayinədən keçirilməlidir.
25.3. Hospitallaşdırma əsassız sayıldıqda,
şəxs dərhal stasionardan çıxarılır.
25.4. Hospitallaşdırma əsaslı sayıldıqda,
şəxsin stasionarda qalması məsələsinin
həll edilməsi üçün onun psixiatriya
stasionarına yerləşdirildiyi andan
48 saat ərzində həkim-psixiatr komissiyasının
rəyi psixiatriya müəssisəsinin yerləşdiyi
və ya şəxsin yaşadığı yer üzrə məhkəməyə
təqdim olunur.
Maddə 26. Qeyri-könüllü hospitallaşdırma
barədə məhkəməyə müraciət edilməsi
26.1. Bu Qanunun 11-ci maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda,
şəxsin psixiatriya stasionarına
qeyri-könüllü yerləşdirilməsini
psixiatriya müəssisəsinin yerləşdiyi
və ya şəxsin yaşadığı yer üzrə məhkəmə
təyin edir.
26.2. Şəxsin psixiatriya stasionarına
qeyri-könüllü yerləşdirilməsi haqqında
ərizəni və stasionarda qalmasının
zəruriliyi barədə həkim-psixiatr
komissiyasının əsaslandırılmış rəyini
məhkəməyə həmin şəxsin olduğu psixiatriya
müəssisəsinin nümayəndəsi təqdim
edir.
26.3. Həkim ərizəni qəbul etdikdə,
eyni zamanda şəxsin psixiatriya
stasionarında saxlanılmasını işə
məhkəmədə baxılmalı olduğu müddətə
kimi uzadır.
Maddə 27. Qeyri-könüliü hospitallaşdırma
haqqında ərizəyə baxılması
Qeyri-könüllü hospitallaşdırma haqqında
ərizəyə Azərbaycan Respublikasının
Mülki-prosessual Məcəlləsində nəzərdə
tutulmuş qaydada baxılır.
Maddə 28. Qeyri-könüllü hospitallaşdırma
müddətinin uzadılması
28.1. Şəxs yalnız qeyri-könüllü
hospitallaşdırmaya əsas verən şərtlərin
qaldığı müddətdə psixiatriya stasionarında
saxlanılır.
28.2. Qeyri-könüllü hospitallaşdırma
müddətinin uzadılması məsələsinin
həll edilməsi məqsədi ilə həmin
şəxs ilk altı ay müddətində ayda
bir dəfədən az olmayaraq həkim-psixiatr
komissiyasında baxışdan keçirilir.
Müalicə altı aydan çox çəkdikdə
şəxsin psixiatriya müayinəsi hər
altı ayda azı bir dəfə aparılır.
28.3. Qeyri-könüllü hospitallaşdırma
müddətinin uzadılmasını həkim-psixiatr
komissiyasının rəyi əsasında müalicəni
həyata keçirən psixiatriya müəssisəsinin
müdiriyyətinin vəsatəti ilə müəssisənin
yerləşdiyi yer üzrə məhkəmə təyin
edir.
Maddə 29. Psixiatriya stasionarından
çıxarılma qaydası
29.1. Psixi vəziyyətinin yaxşılaşması
və ya tam sağalması nəticəsində
stasionar müalicəsinə ehtiyacı olmadıqda.
habelə stasionarda qalmasına əsas
verən müayinə başa çatdıqda, pasiyent
özünün, yaxud valideyninin və ya
qanuni nümayəndəsinin ərizəsinə
və (və ya) həkim-psixiatrın qərarına
əsasən psixiatriya stasionarından
çıxarılır.
29.2. Psixiatriya stasionarına qeyri-könüllü
yerləşdirilmiş şəxs həkim-psixiatr
komissiyasının rəyi nəzərə alınmaqla
hospitallaşdırma müddətinin uzadılmasından
imtina edilməsi barədə məhkəmə qətnaməsi
əsasında psixiatriya stasionarından
çıxarılır.
29.3. Məhkəmə qətnaməsi ilə barəsində
tibbi xarakterli məcburi tədbirlər
tətbiq edilmiş pasiyent psixiatriya
stasionarından yalnız məhkəmənin
təyin edilmiş məcburi müalicəyə
xitam verilməsi haqqında məhkəmənin
qətnaməsi əsasında çıxarılır.
29.4. Həkim-psixiatr komissiyası
psixiatriya stasionarına könüllü
yerləşdirilmiş pasiyentin hospitallaşdırılması
və müalicəsi üçün bu Qanunun 11-ci
maddəsində nəzərdə tutulmuş əsaslar
olduğunu müəyyən etdikdə, onun stasionardan
çıxarılmasından imtina edir. Belə
halda onun psixiatriya stasionarında
saxlanılma müddətinin uzadılması
məsələsi bu Qanunun 28-ci maddəsində
nəzərdə tutulmuş qaydada həll edilir.
Maddə 30. Psixiatriya stasionarı
müdiriyyətinin və tibb heyətinin
vəzifələri
30.0. Psixiatriya stasionarı müdiriyyətinin
və tibb heyətinin vəzifələri aşağıdakılardır:
30.0.1. pasiyenti zəruri tibbi yardımla
təmin etmək;
30.0.2. pasiyentə onun şikayətinə
baxmaq səlahiyyəti olan vəzifəli
şəxslərin ünvanları və telefon nömrələri
ilə tanış olmaq imkanı yaratmaq;
30.0.3. pasiyentin məktublaşması,
müvafiq icra hakimiyyəti orqanlarına,
prokurorluğa, məhkəməyə, habelə
vəkilə müraciət edə bilməsi imkanını
təmin etmək;
30.0.4. pasiyentin psixiatriya stasionarına
qeyri-könüllü daxil olunduğu vaxtdan
etibarən 24 saat ərzində onun qohumlarına,
qanuni nümayəndəsinə, yaxud pasiyentin
tapşırığı ilə başqa şəxsə xəbər
vermək;
30.0.5. pasiyentin psixi vəziyyəti
barədə onun qohumlarına, qanuni
nümayəndəsinə, yaxud pasiyentin
tapşırığı ilə başqa şəxsə məlumat
vermək;
30.0.6. pasiyentin təhlükəsizliyini
təmin etmək;
30.0.7. qanunvericilikdə müəyyən
edilmiş qaydada fəaliyyət qabiliyyəti
olmayan hesab edilən və qanuni nümayəndəsi
olmayan pasiyent barəsində qanuni
nümayəndə təyin olunması üçün müvafiq
icra hakimiyyəti orqanına müraciət
etmək;
30.0.8. dini ayinlərin sərbəst və
digər pasiyentlərə mane olmadan
icrası üçün müvafiq qaydalar müəyyənləşdirmək
və din-dar pasiyentlərə izah etmək;
30.0.9. bu Qanunla müəyyən edilmiş
digər vəzifələri yerinə yetirmək.
Maddə 31. Şəxsin sosial təminat
üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi
31.1. Psixi pozuntusu olan şəxsin
sosial təminat üçün psixonevroloji
müəssisəyə yerləşdirilməsinə əsas
verən onun ərizəsi və həkim-psixiatr
komissiyasının qərarıdır, yetkinlik
yaşına çatmamış və ya qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslərin yerləşdirilməsinə isə
həkim-psixiatr komissiyasının rəyi
əsasında müvafiq icra hakimiyyəti
orqanının qərarıdır.
31.2. Həkim-psixiatr komissiyasının
rəyində şəxsdə onu sosial təminat
üçün ixtisaslaşdırılmamış müəssisədə
qalmaq imkanından məhrum edən psixi
pozuntunun olmasına dair məlumat,
fəaliyyət qabiliyyətli şəxs barəsində
isə həm də məhkəmə qarşısında onun
fəaliyyət qabiliyyəti olmayan sayılması
məsələsinin qoyulması üçün əsasların
olmadığına dair məlumat göstərilməlidir.
31.3. Müvafiq icra hakimiyyəti orqanı
sosial təminat üçün psixonevroloji
müəssisələrə yerləşdirilən şəxslərin
mülkiyyət hüquqlarını qorumağa borcludur.
Maddə 32. Yetkinlik yaşına çatmamış
şəxsin xüsusi təhsil müəssisəsinə
yerləşdirilməsi
Psixi pozuntusu olan yetkinlik yaşına
çatmamış şəxsin xüsusi təhsil müəssisəsinə
yerləşdirilməsi üçün əsas verən
onun valideynlərinin və ya qanuni
nümayəndəsinin ərizəsi və psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarıdır.
Maddə 33. Xüsusi təhsil və ya sosial
təminat üçün psixonevroloji müəssisələrinə
yerləşdirilən şəxslərin hüquqları
və bu müəssisələrin müdiriyyətinin
vəzifələri
33.1. Xüsusi təhsil və ya sosial
təminat üçün psixonevroloji müəssisələrində
yerləşdirilən şəxslər bu Qanunun
23-cü maddə-sində nəzərdə tutulmuş
hüquqlara malikdirlər.
33.2. Xüsusi təhsil və ya sosial
təminat üçün psixonevroloji müəssisələrinin
müdiriyyəti burada yaşayan şəxsləri
ildə bir dəfədən az olmayaraq tibbi
baxışdan keçirməlidir.
Maddə 34. Xüsusi təhsil və ya sosial
təminat üçün psixonevroloji müəssisəsindən
başqa yerə köçürülmə və çıxarılma
34.1. Şəxsin xüsusi təhsil və ya
sosial təminat üçün psixonevroloji
müəssisəsindən başqa tipli oxşar
müəssisəyə köçürülməsinə əsas verən
onun həmin psixonevroloji müəssisədə
yaşaması, yaxud təhsil alması üçün
tibbi göstərişlərin olmaması haqqında
psixoloji-tibbi-pedaqoji komissiyanın
və ya həkim-psixiatr komissiyasının
rəyidir.
34.2. Şəxsin xüsusi təhsil və ya
sosial təminat üçün psixonevroloji
müəssisəsindən çıxarılması aşağıdakı
qaydada həll olunur:
34.2.1. sağlamlığının vəziyyətinə
görə müstəqil yaşamağa qadir olması
barədə həkim-psixiatr komissiyasının
rəyi əsasında;
34.2.2. öz ərizəsi üzrə həkim-psixiatr
komissiyasının rəyi əsasında;
34.2.3. yetkinlik yaşına çatmamış
və ya qanunvericilikdə müəyyən edilmiş
qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilən şəxslərə qulluq etməyi
öhdəsinə götürən valideynlərin,
digər qohumların, yaxud qanuni nümayəndələrinin
ərizəsi əsasında.
III FƏSİL Psixiatriya yardımı göstərən
müəssisə və şəxslər, onların hüquq
və vəzifələri
Maddə 35. Psixiatriya yardımı göstərən
müəssisə və şəxslər
35.1. Psixiatriya yardımını dövlət
və qanunvericilikdə müəyyən olunmuş
qaydada fəaliyyət göstərən özəl
psixiatriya (psixonevroloji) müəssisələri,
həmçinin özəl tibbi praktika ilə
məşğul olan həkim-psixiatrlar göstərirlər.
35.2. Psixiatriya (psixonevroloji)
müəssisələrinin, yaxud özəl tibbi
praktika ilə məşğul olan həkim-psixiatrların
göstərdikləri tibbi yardımın bütün
növləri onların nizamnamələrində
(əsasnamələrində) və ya xüsusi razılıqda
qeyd edilir. Psixiatriya yardımı
üçün müraciət edənlərin həmin xüsusi
razılıqla tanış olmağa imkanı olmalıdır.
Maddə 36. Psixiatriya yardımı fəaliyyəti
ilə məşğul olmaq hüququ
36.1. Ali tibbi təhsil və müvafiq
diplomu olan və qanunve- , ricilikdə
müəyyən edilmiş qaydada ixtisaslarım
təsdiq etmiş hə- kim-psixiatrlar
psixiatriya yardımı fəaliyyəti ilə
məşğul olmaq hüququna malikdirlər.
36.2. Psixiatriya yardımı göstərilməsində
iştirak edən digər mütəxəssislər
xüsusi hazırlıq keçməli və psixi
pozımtusu olan şəxslərlə məhkəməyə
buraxılmaq üçün öz ixtisaslarını
təsdiq et- məlidirlər.
36.3. Həkim-psixiatrm, digər mütəxəssislərin
psixiatriya yar- dımı göstərilməsinə
dair fəaliyyəti professional etika
normalarına əsaslanır və qanunvericilikdə
müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 37. Psixiatriya yardımı göstərilməsi
ilə əlaqədar həkim-psixiatrın hüquq
və vəzifələri
37.1. Psixiatriya yardımı göstərilməsi
ilə əlaqədar həkim-psixiatrın hüquq
və vəzifələri qanunvericiliklə müəyyən
edilir.
37.2. Psixi pozuntunun diaqnozunun
qoyulması, qeyri-könyllü qaydada
psixiatriya yardımı göstərilməsi
haqqında qərar qəbul edilməsi, yaxud
belə yardımın göstərilməsi məsələsinin
nəzərdən keçirilməsi üçün rəy verilməsi,
bu Qanunda nəzərdə tutulmuş hallardan
başqa həkim-psixiatrın, həkim-psixiatr
komissiyasının və ya ərazinin baş
psixiatrının müstəsna hüququdur.
Şəxsin psixi vəziyyəti haqqında
digər ixtisasdan olan həkimin rəyi
ilkin xarakter daşıyır və həmin
şəxsin hüquqlarının və qanuni mənafelərinin
məhdudlaşdırılmasına, habelə psixi
pozuntusu olanlar üçün qanunvericiliklə
müəyyənləşdirilmiş güzəştlərdən
istifadə edilməsinə əsas vermir.
Maddə 38. Psixiatriya yardımı göstərilməsi
ilə əlaqədar həkim-psixiatrın müstəqilliyi
38.1. Psixiatriya yardımı göstərilməsi
ilə əlaqədar həkim-psixiatr öz səlahiyyətləri
daxilində qərarlar qəbul edərkən
müstəqildir və yalnız tibbi göstəriciləri,
həkimlik borcunu, professional etika
normalarını və Azərbaycan Respublikasının
qanunvericiliyini rəhbər tutur.
38.2. Rəyi həkim-psixiatr komissiyasının
qərarı ilə uyğun gəlməyən həkim-psixiatr
öz rəyini yazılı şəkildə verə bilər,
həmin rəy tibbi sənədlərə əlavə
edilir.
Maddə 39. Psixiatriya yardımı göstərən
həkim-psixiatrın, digər mütəxəssislərin
bu yardımı göstərmək-dən imtina
etmək hüququ
39.1. Psixiatriya yardımı göstərən
həkim-psixiatrın, digər mütəxəssislərin
aşağıdakı hallarda bu yardımı göstərməkdən
imtina etməyə hüququ var:
39.1.1. psixiatriya yardımı göstərilməsinə
əsas olmadıqda;
39.1.2. qeyri-könüllü psixiatriya
yardımı göstərildiyi hallar istisna
olmaqla, şəxs və ya onun qanuni
nümayəndəsi psixiatriya yardımı
göstərilməsindən boyun qaçırdıqda,
yaxud psixiatriya yardımı göstərilməsinə
razılıq verməkdən imtina etdikdə;
39.1.3. psixiatriya yardımı göstərilməsi
üçün lazımi şərait olmadıqda, yaxud
psixiatriya yardımı göstərən həkim-psixiatrın,
digər mütəxəssislərin ixtisası pasiyentin,
yaxud onun qanuni nümayəndəsinin
seçdiyi psixiatriya yardımının növünə
və forma-larına uyğun gəlmədikdə;
39.1.4. psixiatriya yardımı göstərilərkən
lazımi təhlükəsizlik şərtlərinə
əməl edilmədikdə;
39.1.5. psixiatriya yardımının səmərəsizliyinə
və bu yardımın göstərilməsinin qeyri-mümkünlüyünə
səbəb olan digər şərait yarandıqda.
39.2. Həkim-psixiatr və ya digər
mütəxəssis psixiatriya yardımı göstərilməsindən
imtina etdikdə, onun səbəblərini
açıqlamaqla rəsmiləşdirir və bu
barədə pasiyentə və psixiatriya
müəssisəsinin müdiriyyətinə dərhal
xəbər verir.
Maddə 40. Psixiatriya yardımı göstərilməsində
iştirak edən həkim-psixiatrların,
digər mütəxəssislərin və işçilərin
təminat və imtiyazları
Psixiatriya yardımı göstərilməsində
iştirak edən həkim-psixiatrların,
digər mütəxəssislərin və işçilərin
təminat və imtiyazları Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilir.
IV FƏSİL Psixiatriya yardımı göstərilməsinə
dair fəaliyyətə nəzarət
Maddə 41. Psixiatriya yardımı göstərilməsinə
nəzarət
41.1. Psixiatriya yardımının təşkili,
bu yardımı göstərən müəssisələrin
fəaliyyətinin əlaqələndirilməsi
və onların fəaliyyətinə nəzarət
qanunvericilikdə müəyyən olunmuş
qaydada müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
41.2. Psixiatriya yardımının təşkili
və bu sahədə mühüm məsələlərin həllində
qanunvericilikdə müəyyən edilmiş
qaydada fəaliyyət göstərən həkim-psixiatrların
ictimai biliklərinin və müvafiq
icra hakimiyyəti orqanı nəzdində
fəaliyyət göstərən psixiatriya üzrə
elmi-metodik şuranın təklif və məsləhətləri
nəzərə alınmalıdır.
Maddə 42. Psixiatriya •yardımı göstərilərkən
şəxslərin hüquqlarına və qanuni
mənafelərinə əməl olunmasına ictimai
nəzarət
Həkim-psixiatrların ictimai bilikləri,
digər ictimai birliklər öz nizamnamələrinə
(əsasnamələrinə) uyğun olaraq, psixiatriya
yardımı göstərilərkən şəxslərin
xahişi və ya razılığı ilə onların
hüquqlarına və qanuni mənafelərinə
əməl olunmasına ictimai nəzarət
edə bilərlər. Psixiatriya və psixonevroloji
müəssisələrinə gəlmək qaydaları
bu birliklərin nizamnamələrində
(əsasnamələrində) əksini tapmalı
və həmin müəssisələrin tabe olduğu
orqanlarla razılaşdırılmalıdır.
Maddə 43. Psixiatriya yardımı göstərilməsi
ilə bağlı hərəkətlərdən şikayət
etmək hüququ
43.1. Psixiatriya yardımı göstərilərkən
şəxslərin hüquqlarım və qanuni mənafelərini
pozan tibb, sosial təminat və təhsil
işçilərinin hərəkətlərindən qanunvericilikdə
müəyyən edilmiş qaydada yuxarı orqana
(yuxarı vəzifəli şəxsə), prokurorluğa
və (və ya) bilavasitə məhkəməyə
şikayət edilə bilər.
43.2. Hüquqları və qanuni mənafeləri
pozulmuş şəxsin şikayətinə baxılarkən,
onun psixi vəziyyəti imkan verirsə,
özünün, yaxud qanuni nümayəndəsinin,
barəsində şikayət edilmiş şəxsin
və ya onun qanuni nümayəndəsinin
iştirakı məcburidir.
Maddə 44. Bu Qanunun pozulmasına
görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki
şəxslər qanunvericilikdə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 iyul 2001-ci il
|
|