| |
NARKOLOJİ
XİDMƏT VƏ NƏZARƏT HAQQINDA AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun narkoloji
xəstəliklərin və onların doğurduğu
mənfi tibbi və sosial nəticələrin,
habelə bu xəstəliklərə düçar olmuş
və onların ətrafında olan şəxslərə
ziyanın vurulması hallarının qarşısını
almaq məqsədilə narkoloji xidmət
və nəzarət sahəsində həyata keçirilən
tədbirləri müəyyən edir və tənzimləyir.
I FƏSİL Ümumi müddəalar
Maddə l. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı anlayışlardan
istifadə edilir:
1.0.1. Narkoloji xidmət – insan
psixikasına təsir göstərən maddələrdən
sui-istifadə etmə hallarının, habelə
narkoloji xəstəliklərin qarşısının
alınmasına yönəldilmiş tibbi (narkoloji
yardım) və sosial tədbirlərin məcmusudur;
1.0.2. Narkoloji nəzarət – insan
psixikasına təsir göstərən maddələrdən
sui-istifadə etmə hallarının, habelə
narkoloji xəstəliklərin qarşısının
alınmasına yönəldilmiş inzibati
və xəbərdaredici tədbirlərin məcmusudur;
1.0.3. Narkoloji yardım – narkoloji
xəstələrin, o cümlədən insan psixikasına
təsir göstərən maddələrdən sui-istifadə
edən şəxslərin səhhətinin, psixoloji
vəziyyətinin qiymətləndirilməsinə
və onların müalicə edilməsinə yönəldilmiş
tibbi tədbirlər, habelə bu şəxslərin
səhhəti üzərində həyata keçirilən
sonrakı müşahidədir;
1.0.4. Narkoloji xəstə - insan psixikasına
təsir göstərən maddələrin sui-istifadəsi
nəticəsində inkişaf etmiş asılılıq
vəziyyətində olan və ya şüur pozuntusu
müşahidə olunan, barəsində qanun-vericiliklə
müəyyən edilmiş qaydada alkoqolizm,
narkomanlıq və ya toksikomanlıq
diaqnozu təyin edilmiş şəxsdir;
1.0.5. İnsan psixikasına təsir göstərən
maddələr – insanın şüurunu, davranışını
pozan, psixi və (və ya) fiziki asılılıq
doğura bilən maddələrdir (spirtli
içkilər, narkotik vasitələr və psixotrop
maddələr, eləcə də digər bihuşedici
təsir göstərən maddələr və vasitələr);
1.0.6. Alkoqolizm – spirtli içkilərin
sui-istifadəsi nəticəsində yaranmış
və xroniki intoksikasiya doğuran,
spirtli içkilərdən psixi və (və
ya) fiziki asılılıqla, habelə digər
mənfi tibbi-sosial nəticələrlə ifadə
olunan xəstəlik vəziyyətidir;
1.0.7. Narkomanlıq – xroniki intoksikasiya
doğuran, narkotik vasitələrin və
psixotrop maddələrin sui-istifadəsi
nəticəsində ya-ranmış, narkotik
Vasitələrdən və psixotrop maddələrdən
psixi və (və ya)) fiziki asılılıqla
ifadə olunan xəstəlik vəziyyətidir;
1.0.8. Toksikomanlıq - insan psixikasına
bihuşedici təsir göstərən maddələrin
(narkotik vasitələr, psixotrop maddələr
və spirtli içkilər istisna olmaqla)
sui-istifadəsi nəticəsində yaranmış,
xroniki intoksikasiya doğuran, həmin
maddələrdən psixi və (və ya) fiziki
asılılıqla ifadə olunan xəstəlik
vəziyyətidir;
1.0.9. Abstinent sindromu – insan
psixikasına təsir göstərən maddələrin
istehlakının qəflətən dayandırılması
və ya onların antaqonistlərinin
təsiri nəticəsində yaranmış, psixi,
somato-vegetativ və nevroloji pozuntularla
səciyyələndirilən, klinik tə-zahürləri
və gedişatı həmin maddələrin xarakterindən
və istehlakın davamlılığından asılı
olan vəziyyətdir;
1.0.10. Detoksifikasiya – insan
psixikasına təsir göstərən maddələrin
və ya onların dağılması məhsullarının
orqanizmdən çıxarılması yolu ilə
orqanizmin zəhərlənmə nəticəsində
pozulmuş funksiyalarının bərpası,
insan psixikasına təsir göstərən
maddələrin doğurduğu abstinent sindromunun
və asılılığın aradan qaldırılmasıdır;
1.0.11. Narkoloji tibb müəssisəsi
- Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada yaradılmış
və narkoloji yardım sahəsində fəaliyyət
göstərən ixtisaslaşdırılmış tibb
müəssisəsidir;
1.0.12. Həkim-narkoloq – narkoloji
xəstələrə ixtisaslaşdırılmış tibbi
yardım göstərmək üçün müvafiq ixtisasa
malik olan şəxslər; 1.0.13. Baş
narkoloq - Azərbaycan Respublikasının
ərazisində narkoloji yardımın həyata
keçirilməsini əlaqələndirən həkim-narkoloq.
Maddə 2. Narkoloji xidmət və nəzarət
haqqında qanunvericilik
Narkoloji xidmət və nəzarət haqqında
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən,
bu Qanun-dan və Azərbaycan Respublikasının
digər qanunvericilik aktlarından
ibarətdir.
II FƏSİL Narkoloji xidmətin və nəzarətin
əsasları
Maddə 3. Narkoloji xidmətin və nəzarətin
məqsədi
3.1. Narkoloji xidmətin və nəzarətin
məqsədi insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə
etmə hallarının, narkoloji xəstəliklərin,
onların doğurduğu mənfi tibbi və
sosial nəticələrin qarşısının alınmasıdır.
3.2. Narkoloji xidmətin və nəzarətin
əsas istiqamətlərini narkoloji yardım,
sosial, inzibati və xəbərdaredici
tədbirlər təşkil edir.
Maddə 4. Narkoloji xidmətin və nəzarətin
əsas prinsipləri
4.0. Narkoloji xidmət və nəzarət
sahəsində dövlət siyasətinin prinsipləri
aşağıdakılardan ibarətdir:
4.0.1. narkoloji xidmətin və nəzarətin
həyata keçirilməsi zamanı narkoloji
xəstələrin narkoloji xəstəliklə
əlaqədar təqib edil-məsinin istisna
edilməsi;
4.0.2. narkoloji xəstəliklərin yayılmasının,
onların doğurduğu mənfi tibbi və
sosial nəticələrin qarşısının alınması;
4.0.3. insan psixikasına təsir göstərən
maddələrin istifadə edilməsinin
zərərli nəticələri barədə əhalinin
məlumatlandırılması;
4.0.4. narkoloji xəstələrin vaxtında
aşkar və müalicə edilməsi yolu ilə
onların qarşısının alınması;
4.0.5. narkoloji xəstələrin maddi
vəziyyətindən asılı olmayaraq onların
narkoloji yardım almaq hüququnun
təmin edilməsi;
4.0.6. narkoloji xəstələr və insan
psixikasına təsir göstərən maddələrdən
sui-istifadə edən şəxslər tərəfindən
hüquq pozuntu-larının törədilməsi
hallarının qarşısının alınması və
profilaktikası;
4.0.7. narkoloji xəstələrin və onların
ailə üzvlərinin hüquqlarının təmin
edilməsi;
4.0.8. insan psixikasına təsir göstərən
maddələrin qanunsuz dövriyyəsi ilə
mübarizə;
4.0.9. narkoloji xidmətin və nəzarətin
məqsədlərinin təmin edilməsi üçün
dövlət orqanlarının və qeyri-hökumət
təşkilatlarının fəaliyyətinin uzlaşdırılması.
Maddə 5. Narkoloji xidmətin və nəzarətin
həyata keçiril-məsinin ümumi şərtləri
5.1. Azərbaycan Respublikasının
ərazisində hər bir şəxsin Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada insan
psixikasına təsir göstərən maddələr,
bu maddələrdən istifadə edilməsinin
ailə və cəmiyyət üçün doğulduğu
nəticələr barəsində ətraflı məlumat
almaq hüququ vardır.
5.2. Dövlət narkoloji xəstəliklərin
qarşısının alınması, belə xəstəliklərin
erkən müəyyən və müalicə edilməsi,
narkoloji xəstələrin səhhəti və
psixoloji vəziyyəti üzərində tibbi
nəzarətin həyata keçirilməsi və
bu xəstələrin cəmiyyətə qovuşması
üçün şərait yaradır.
5.3. Narkoloji xəstələrə onların
maddi vəziyyətindən asılı olmayaraq
narkoloji yardımın göstərilməsinə,
habelə bu şəxslərin sağlamlığı üzərində
ixtisaslaşdırılmış tibbi nəzarətin
həyata keçirilməsinə dövlət tərəfindən
təminat verilir.
5.4. Azərbaycan Respublikasının
ərazisində narkoloji xəstələrin
müalicəsi bir qayda olaraq könüllülük
əsasında həyata keçirilir. 18 yaşına
çatmamış şəxs narkoloji tibb müəssisəsinə
valideynlərinin və ya onun qanuni
nümayəndəsinin razılığı ilə yerləşdirilir.
Narkoloji xəstələrin məcburi müalicəsinə
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada yalnız
məhkəmənin hökmü əsasında yol verilir.
5.5. Azərbaycan Respublikasının
ərazisində narkoloji xidmət və nəzarət
konfidensiallıq və anonimik əsasında
həyata keçirilə bilər. Narkoloji
xəstələrin qeydiyyatının aparılması
zamanı xəstənin səhhətinin vəziyyəti
haqqında məlumatların konfidensiallığı
təmin edilməlidir. Hər hansı şəxs
barəsində narkoloji yardımın həyata
keçirilməsinə dair məlumatlar Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə edilmiş qaydada verilə bilər.
5.6. Hər bir narkoloji xəstənin
səhhəti üzərində Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş narkoloji
xəstəliklərin müalicəsi üsullarına
riayət etməklə, fərdi nəzarət tətbiq
edilir. Narkoloji xəstəliklərin
müalicəsi zamanı hər bir xəstə barəsində
sosial-psixoloji reabilitasiya kursu
aparılmalıdır.
5.7. Narkoloji xəstəliklərin siyahısı
və bu xəstəliklərin müalicə standartları
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
5.8. Azərbaycan Respublikasının
ərazisi üzrə narkoloji yardımın
həyata keçirilməsinin təmin edilməsi,
belə yardımı göstərən narkoloji
tibb müəssisələrinin fəaliyyətinin
əlaqələndirilməsi məqsədilə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən Baş narkoloq təyin
olunur. Baş narkoloqun vəziyyətləri
və səlahiyyətləri Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 6. Narkoloji xəstələrin hüquqları
və onların məhdudlaşdırılması
6.1. Narkoloji xəstələrin hüquqları,
onların hüquqlarının məhdudlaşdırılması
halları və qaydası bu Qanun və Azərbaycan
Respublikasının digər qanunvericilik
aktları ilə müəyyən edilir.
6.2. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
hallar və tibbi yardımın göstərilməsi
zərurətindən irəli gələn tələblər
istisna olmaqla narkoloji xəstələrin
hüquqlarının məhdudlaşdırılmasına
yol verilmir.
6.3. Azadlıqdan məhrum etmə növündə
cəza çəkən, habelə həbsdə saxlanılma
yerlərində saxlanılan narkoloji
xəstələrin narkoloji yardım almaq
hüququnun hər hansı şəkildə məhdudlaşdırılmasına
yol verilmir.
6.4. Azadlıqdan məhrum etmə növündə
cəza çəkən, habelə həbsdə saxlanılma
yerlərində abstinent sindromu vəziyyətində
olan narkoloji xəstələr digər şəxslərdən
aynlıqda saxlanılır.
6.5. Narkoloji yardımın göstərilməsi
zamanı yetkinlik yaşına çatmamış
narkoloji xəstələr, habelə özlərinin
və ətrafdakı şəxslərin səhhəti və
həyatı üçün təhlükə yaradan narkoloji
xəstələr digər xəstələrdən ayrılıqda
yerləşdirilir.
6.6. Narkoloji tibb müəssisələrində-tətbiq
edilən təhlükəsizlik tədbirləri
həmin müəssisələrdə işləyən şəxslərin,
müalicə olunan digər xəstələrin,
bu xəstələrə baş çəkən şəxslərin
ləyaqətinə xələl gətirməməli və
onların hüquqlarım məhdudlaşdırmamalıdır.
Müalicə zamanı həkimlərin tövsiyələrinə
əməl etməyərək insan psixik asma
təsir göstərən maddələrin istifadəsini
davam edən narkoloji xəstələr narkoloji
tibb. müəssisələrindən xaric oluna
bilərlər.
6.7. Əhalinin hüquqlarının, qanuni
mənafelərinin və dövlətin təhlükəsizliyinin
müdafiəsi məqsədilə narkoloji xəstələr
üçün Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada peşə fəaliyyətinin ayrı-ayrı
növləri və yüksək təhlükə mənbəyi
ilə bağlı olan fəaliyyətlə məşğul
olmağa məhdudiyyətlər qoyulur. Belə
peşə növlərinin və vəzifələrin siyahısı
və məhdudiyyətin müddəti Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Narkoloji xəstələr barəsində
məlumatların verilməsi
7.1. Şəxsin narkoloji xəstə olub-olmaması,
narkoloji xəstələrin səhhətinin
vəziyyəti, onun proqnozları. göstərilmiş
xidmətlər haqqında məlumatlar Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada verilir.
7.2. Narkoloji xidməti və nəzarəti
həyata keçirən, habelə xidməti vəzifələri
həyata keçirərkən qulluq mövqeyinə
görə narkoloji xəstələr barəsində
məlumatları əldə edən digər şəxslər
həmin məlumatların yayılmasına yol
verməməlidirlər.
7.3. Narkoloji xidməti və nəzarəti
həyata keçirən şəxslər yetkinlik
yaşına çatmayan uşaqlarına qayğı
göstərməyən, onlara qarşı zor tətbiq
edən, ətrafdakı insanların hüquqlarını
pozan narkoloji xəstələr barəsində
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarına məlumat
verməyə borcludurlar.
7.4. Barəsində məcburi müalicə tədbirləri
tətbiq edilmiş narkoloji xəstələr
haqqında Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarına
məlumat (məcburi müalicənin tətbiq
edilməsi, cəzanın müddəti və onun
icra olunduğu yer, narkoloji xəstənin
cəzanı icra edən müəssisələrdən
azad olunması) verilməlidir.
Maddə 8. Narkoloji xidmətin və nəzarətin
maliyyələşdirilməsi
8.1. Narkoloji xidmətin və nəzarətin
maliyyələşdirilməsi bu Qanunun 23.5-ci
maddəsində nəzərdə tutulmuş vahid
dövlət proqrama uyğun olaraq dövlət
büdcəsinin vəsaiti, habelə fiziki
və hüquqi şəxslərin ianələri hesabına
həyata keçirilir.
8.2. Bu Qanunun 23.5-ci maddəsində
nəzərdə tutulmuş vahid dövlət proqrama
uyğun olaraq dövlət büdcəsinin vəsaiti
hesabına narkoloji yardımın pulsuz
göstərilməsi, narkoloji tibb müəssisələrində
daxili ehtiyacların ödənilməsi və
xəbərdaredici tədbirlər həyata keçirilir.
III FƏSİL Narkoloji yardım
Maddə 9. Narkoloji yardım
9.1. Narkoloji yardımı aşağıdakı
tədbirlər təşkil edir.
9.1.1. insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə edən şəxslərin
səhhətinin qiymətləndirilməsi və
ehtiyac olduqda onlara ixtisaslaşdırılmış
narkoloji yardımın göstərilməsi;
9.1.2. narkoloji xəstələrin səhhətinin
və psixoloji vəziyyətinin qiymətləndirilməsi,
narkoloji xəstəliyin diaqnozunun
müəyyən edilməsi (tibbi yoxlama);
8.1.2. narkoloji xəstələrin müalicəsi;
9.1.3. əvəzedici terapiyanın həyata
keçirilməsi;
9.1.4. narkoloji xəstələrin səhhəti
üzərində sonrakı müşahidənin həyata
keçirilməsi;
9.1.5. narkoloji xəstələr barəsində
sosial-psixoloji reabilitasiya tədbirlərinin
həyata keçirilməsi.
9.2. Azərbaycan Respublikasının
ərazisində narkoloji yardım Azərbaycan
Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar
tərəfindən göstərilir.
9.3. Narkoloji yardım göstərilmiş
hər bir şəxs barəsində qeydiyyat
aparılmalıdır.
Maddə 10. Tibbi yoxlama (narkoloji
xəstəliyin diaqnozunun müəyyən edilməsi)
10.1. Tibbi yoxlama şəxsin narkoloji
xəstəliyə düçar olmasının (narkoloji
xəstəliyin diaqnozunun) müəyyən
edilməsi və ya təsdiqlənməsi məqsədilə
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada narkoloji
tibb müəssisələrində həyata keçirilir.
10.2. Tibbi yoxlamanın aparılması
üçün şəxs könüllü olaraq müraciət
etdikdə narkoloji xəstəliyin diaqnozu
həkim-narkoloq tərəfindən müəyyən
olunur. Tibbi yoxlama təhqiqat,
istintaq orqanlarının və ya məhkəmənin
qərarı əsasında aparıldıqda narkoloji
xəstəliyin diaqnozu həkim-məsləhət
komissiyası tərəfindən müəyyən edilir.
10.3. Şəxsin tibbi yoxlamadan keçməsi
haqqında həkim-məsləhət komissiyasının
tərtib etdiyi rəydə onun narkoloji
xəstəliyə düçar olub-olmaması, düçar
olduğu halda xəstəliyin növü, mərhələsi
və bununla əlaqədar müalicəyə ehtiyac
dərəcəsi əks etdirilməlidir.
10.4 Təhqiqat, istintaq orqanları
və ya məhkəmənin qərarı əsasında
aparılan tibbi yoxlamanın xərcləri
dövlət büdcəsinin vəsaiti hesabma
ödənilir.
10.5. Narkoloji xəstəliyin diaqnozunun
müəyyən edilməsi məqsədilə aparılan
müayinə nəticəsində şəxsin narkotik
vasitələri və psixotrop maddələri
istehlak etməsi müəyyən edildikdə
bu barədə məlumat narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların
dövriyyəsinə dair ümummilli məlumat
bankına verilməlidir.
10.6. Tibbi yoxlamanın aparılması
qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 11. Narkoloji xəstələrin müalicəsi
11.1. Narkoloji xəstələrin müalicəsi
üsulları narkoloji xəstənin səhhətinin
vəziyyəti və onu əhatə edən mühit
nəzərə alınmaqla narkoloji müəssisədə
(stasionar və ya ambulator şəraitdə)
və ya xəstənin evində (ambulator
şəraitdə) həkim-narkoloq tərəfindən
tətbiq edilir. Ev şəraitində müalicə
olunan narkoloji xəstələr haqqında
tətbiq edilən bütün müalicə tədbirləri
narkoloji xəstələrin müşahidəsi
üçün nəzərdə tutulan ambulator kartına
daxil edilməlidir. Narkoloji xəstə
barəsində fəal müalicə kursundan
sonra aparılan sosial-psixoloji
reabilitasiya kursu onun fərdi tələbatına
uyğun olmalıdır.
11.2. Həkim-narkoloq psixoloqla
birlikdə hər bir narkoloji xəstənin
fərdi müalicə, sosial-psixoloji
reabilitasiya və sonrakı müşahidə
proqramını tərtib edir.
11.3. Ayrı-ayrı müalicə üsullarının
tətbiqi və narkoloji xəstənin müalicə
müddəti xəstənin mənafeyi nəzərə
almaqla həkim-narkoloq tərəfindən
tibbi göstəricilər əsasında müəyyən
edilir.
11.4. Aşağıdakı hallarda şəxsə insan
psixikasına təsir göstərən maddələrdən
sui-istifadə edilməsi ilə əlaqədar
narkoloji xəstəlikdən müalicə təklif
edilməlidir:
11.4.1. şəxsin insan psixikasına
təsir göstərən maddələrdən sui-istifadə
etməsi haqqında onun yaxın qohumları
müraciət etdikdə;
11.4.2. narkoloji xəstəlik və ya
insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə edilməsi
nəticəsində şəxs zədə aldıqda və
ya onun səhhəti başqa cür pozulduqda;
11.4.3. narkoloji xəstəlik və ya
insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə ilə əlaqədar
şəxs tərəfindən hüquq pozuntularının
törədilməsi hallan müəyyən edildikdə;
11.4.4. həkim xəstəni evində yoxlayarkən
həmin şəxs tərəfindən insan psixikasına
təsir göstərən maddələrdən sui-istifadə
edilməsinin onun özünə və ya ailə
üzvlərinə mənfi təsir göstər- məsi
halları müəyyən edildikdə.
11.5. İnsan həyatı üçün təhlükə
yaradan üsullarla narkoloji xəstələrin
müalicəsi (kodlaşdırma və s.) yalnız
dövlət narkoloji tibb müəssisələrində
həyata keçirilir. Bu üsulların tətbiq
edilməsinə yalnız narkoloji xəstə
tərəfindən könüllü olaraq yazılı
şəkildə verilmiş ərizə əsasında
yol verilir. Bu üsulları tətbiq
edən həkim xəstəni əvvəlcədən bütün
baş verə biləcək nəticələr barədə
yazılı şəkildə xəbərdar etməlidir.
İnsan həyatı üçün təhlükə yaradan
üsullarla narkoloji xəstələrin müalicəsi
qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
11.6. Hər bir narkomanın müalicəsi
barədə məlumat narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların
dövriyyəsinə dair ümummilli məlumat
bankına verilməlidir.
Maddə 12. Detoksifikasiyanın keçirilməsi
12.1. Təxirəsalınmaz hallar istisna
olunmaqla insan psixikasına təsir
göstərən maddələrin sui-istifadəsi
ilə əlaqədar detoksifikasiya tədbirləri
narkoloji tibb müəssisəsində həyata
keçirilir. Detoksifıkasiyanın keçirilməsi
qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
12.2. Narkomanlıq xəstəliyinə düçar
olan şəxslər barəsində detoksifikasiyanın
aparıldığı hər bir hal barədə məlumat
narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların dövriyyəsinə
dair ümummilli məlumat bankına verilməlidir.
Maddə 13. Narkoloji xəstələr üzərində
xüsusi müşahidə
13.0. Narkoloji yardımın həyata
keçirilməsi zamanı aşağıdakı şəxslər
üzərində Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
xüsusi müşahidə aparılır:
13.0.1. alkoqol psixozunu keçirmiş
narkoloji xəstələr;
13.0.2. narkotik vasitələrin və
psixotrop maddələrin qəbul edilməsi
nəticəsində əmələ gəlmiş intoksikasion
psixozunu keçirmiş narkoloji xəstələr;
13.0.3. yetkinlik yaşına çatmayan
uşaqları olan narkoloji xəstələr;
13.0.4. yetkinlik yaşına çatmayan
narkoloji xəstələr;
13.0.5. HIV/AIDS-dən, hepatitlərdən,
zöhrəvi xəstəliklərdən və aktiv
formada vərəm xəstəliyindən əzab
çəkən narkoloji xəstələr;
13.0.6. insan psixikasına təsir
göstərən maddələrin qəbul edilməsi
nəticəsində psixikasında dönməz
psixi dəyişikliklər və şəxsiyyət
dəyişiklikləri hökm sürən narkoloji
xəstələr.
Maddə 14. Narkoloji tibb müəssisələri
14.1. Azərbaycan Respublikasının
ərazisində narkoloji xəstəliklərin
müalicəsi, cəzaçəkmə müəssisələri
və istintaq təcridxanaları istisna
olmaqla, yalnız narkoloji tibb müəssisələrində
həya-ta keçirilir. Cəzaçəkmə müəssisələri
və istintaq təcridxanaları istisna
olmaqla, narkoloji xəstəliklərin
narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış
tibb müəssisələrində müalicəsi,
habelə narkoloji sahədə qeyri-ixtisaslaşdırılmış
tibb müəssisələrinin nəzdində narkoloji
bölmələrin yaradılması qadağandır.
Hüquqi şəxs yaratmadan narkoloji
xəstəliklərin müalicəsinə yol verilmir.
14.2. Dövlət narkoloji tibb müəssisələri
istisna olmaqla narkoloji yardım
sahəsində fəaliyyət göstərən hər
hansı hüquqi şəxs bu fəaliyyəti
yalnız Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş xüsusi razılıq
əsasında həyata keçirir. Narkoloji
yardım sahəsində fəaliyyət göstərmək
üçün xüsusi razılığın verilməsi
qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
14.3. Narkoloji yardım sahəsində
fəaliyyət göstərən hər bir narkoloji
tibb müəssisəsinə razılığın verilməsi
barədə bildiriş – narkotik vasitələrin,
psixotrop maddələrin və perkursorların
dövriyyəsinə dair ümummilli məlumat
bankına daxil edilməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarına dərhal göndərilməlidir.
Həmin bildirişdə təşkilatın tam
adı, hüquqi ünvanı, razılığın müddəti,
müəssisənin təsisçiləri barədə məlumatlar
göstərilməlidir.
14.4. Narkoloji tibb müəssisələrinin
rəhbərləri həmin müəssisələrdə işləyən
tibbi heyətin və xəstələrlə əlaqədə
olan digər şəxslərin narkoloji xəstələr
tərəfindən törədilə biləcək təhlükəli
hərəkətlərdən mühafizəsini təmin
etməyə borcludurlar. Narkoloji tibb
müəssisələrində təhlükəsizlik tədbirlərinin
tətbiq edilməsi qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
14.5. Narkoloji xəstələrin sosial-psixoloji
reabilitasiyasını təmin etmək məqsədilə
hər bir narkoloji tibb müəssisəsində
psixoloq olmalıdır.
Maddə 15. Narkoloji yardımın müəyyənləşdirilməsi
15.1. Narkoloji yardımın pulsuz
həyata keçirilməsi bu Qanunun 8.2-ci
maddəsinə uyğun olaraq təmin edilir.
15.2. Narkoloji xəstəliklə əlaqədar
göstərilən təxirəsalınmaz tibbi
tədbirlər dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilir. Dövlət
büdcəsinin vəsaiti hesabına göstərilən
narkoloji yardımın minimal standartları
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Xüsusi və ya pullu
dövlət narkoloji tibb müəssisələrində
müalicə almaq istəyən narkoloji
xəstələrin müalicəsi onların öz
şəxsi vəsaiti hesabına həya-ta keçirilir.
IV FƏSİL Narkoloji xidmət sahəsində
sosial tədbirlər
Maddə 16. Narkoloji xidmət sahəsində
sosial tədbirlər
16.1. Narkoloji xidmətin məqsədlərinin
təmin edilməsi üçün həyata keçirilən
sosial tədbirlər aşağıdakılardan
ibarətdir:
16.1.1. narkoloji xəstələrin valideyn
qayğısından məhrum olan uşaqlara
sosial qayğının göstərilməsi və
onların hüquqlarının qorunması;
16.1.2. narkoloji xəstələrin və
onların ailə üzvlərinin sosial müdafiəsi
və hüquqlarının qorunması;
16.1.3. narkoloji xəstələrin cəmiyyətə
qovuşması üçün zəruri olan tədbirlərin
görülməsi (narkoloji xəstələrin
iş yerləri və ya peşə bilikləri,
habelə yaşayış yeri olmayan narkoloji
xəstələrin müvəqqəti sığınacaq yerləri
ilə təmin edilməsi).
16.2. Narkoloji xidmət sahəsində
sosial tədbirlər Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilən vahid dövlət
proqramı əsasında həyata keçirilir.
16.3. Narkoloji xəstələrin könüllü
müalicəsi müddətində (sosial-psixoloji
reabilitasiya dövrü daxil olmaqla)
onlara digər xəstəliklərin müalicəsi
zamanı tətbiq edilən bütün sosial
təminatlar tətbiq edilir.
16.4. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
hallar istisna olmaqla şəxsin narkoloji
xəstəlikdən könüllü müalicəsi əmək
müqaviləsinin ləğv edilməsi üçün
əsas ola bilməz. Əmək qabiliyyətini
itirmiş narkoloji xəstələrə digər
xəstələr üçün nəzərdə tutulmuş qaydada
onların səhhətinin vəziyyəti nəzərə
alınmaqla əlillik müəyyən edilir
və sosial təminat təyin edilir.
Maddə 17. Narkoloji xəstələrin cəmiyyətə
qovuşması
17.0. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları
narkoloji xəstələrin cəmiyyətə qovuşmasına
yönəlmiş aşağıdakı tədbirləri həyata
keçirirlər:
17.0.1. narkoloji xəstəliklə əlaqədar
könüllü müalicə olunan şəxslərin
müxtəlif peşələrə yiyələnməsini
təmin edir və onların işlə təmin
edilməsi üçün müəyyən yerlər ayırır;
17.0.2. narkoloji xəstələrin və
onların ailə üzvlərinin qarşılıqlı
yardım qruplarını təşkil edir;
17.0.3. narkoloji xəstələrə və onların
ailə üzvlərinə hüquqi və ya digər
yardım göstərən qeyri-hökumət təşkilatlarının
fəaliyyətini əlaqələndirir. V FƏSİL
Narkoloji nəzarət sahəsində inzibati
tədbirlər
Maddə 18. Narkoloji nəzarət sahəsində
inzibati tədbirlər
18.0. Narkoloji nəzarətin məqsədlərinin
təmin edilməsi üçün həyata keçirilən
inzibati tədbirlər aşağıdakılardan
ibarətdir:
18.0.1. insan psixikasına təsir
göstərən maddələrdən sui-. istifadə
edən şəxslərin aşkar edilməsi və
onların qeydiyyatının aparılması;
18.0.2. narkoloji xəstələrin qeydiyyatının
aparılması;
18.0.3. narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin aşkar
edilməsi və onların qeydiyyatının
aparılması;
18.0.4. sərxoşluq hallarının müəyyən
edilməsi məqsədilə tibbi müayinənin
təyin və onun aparılmasının təmin
edilməsi;
18.0.5. sərxoşluq hallarının müəyyən
edilməsi məqsədilə tibbi müayinənin
aparılması;
18.0.6. insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə
etməklə öz ailə üzvlərinin maddi
vəziyyətini pisləşdirən, onlara
qayğı göstərməyən, uşaqları ilə
amansız rəftar edən, onların tərbiyəsinə
mənfi təsir göstərən, habelə ətraflarındakı
insanların hüquqlarım pozan narkoloji
xəstələrin aşkar edilməsi;
18.0.7. narkoloji xəstələr tərəfindən
hüquq pozuntularının törədilməsinin
qarşısının alınması;
18.0.8. barəsində məcburi müalicə
tətbiq edilmiş şəxslərə dair məlumatların
verilməsi;
18.0.9. insan psixikasına təsir
göstərən maddələrin sui-istifadəsi
ilə bağlı nəticələrin (hüquq pozuntularının
törədilməsi, intihar etmə, əlillik,
xəsarət alma, zəhərlənmə, somatik
və yoluxucu xəstəliklərə düçar olma
hallarının və s.) qeydiyyatının
aparılması;
18.0.10. məcburi müalicənin həyata
keçirilməsinin təmin edilməsi.
Maddə 19. Narkoloji xəstələrin qeydiyyatı
19.1. Narkoloji xəstələrin qeydiyyatı
dövlət narkoloji tibb müəssisələri
tərəfindən aparılır.
19.2. Hər bir narkomanın narkoloji
xəstə kimi qeydiyyata alınması barədə
məlumat narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorlarm dövriyyəsinə
dair ümummilli məlumat bankına verilməlidir.
19.3. Qeyri-dövlət narkoloji tibb
müəssisələri yalnız dövlət narkoloji
tibb müəssisələrində qeydiyyata
alınmış narkoloji xəstələrə narkoloji
yardım göstərə bilərlər.
19.4. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
aşağıdakı kateqoriyalar üzrə narkoloji
xəstələrin və insan psixikasına
təsir göstərən maddələrdən sui-istifadə
edən şəxslərin qeydiyyatını aparır:
19.4.1. spirtli içkilərdən sui-istifadə
edən şəxslər;
19.4.2. alkoqolizmə düçar olan şəxslər;
19.4.3. narkotik vasitələrdən və
psixotrop maddələrdən sui-istifadə
edən şəxslər;
19.4.4. narkomanlığa düçar olan
şəxslər;
19.4.5. bihuşedici maddələrdən sui-istifadə
edən şəxslər;
19.4.6. toksikomanlığa düçar olan
şəxslər.
19.5. Qeydiyyatı aparan narkoloji
tibb müəssisəsi narkomanlığa düçar
olan, habelə narkotik vasitələrdən
və psixotrop maddələrdən sui-istifadə
edən şəxslər barəsində kəmiyyət
göstəricilərini ümummilli məlumat
bankına daxil edilməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanına göndərir. Narkoloji xəstələrin
qeydiyyatının aparılması qaydası
və onların qeydiyyatda olma müddəti
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 20. Sərxoşluq hallarının müəyyən
edilməsi məqsədilə tibbi müayinənin
aparılması
20.1. İnsan psixikasma təsir göstərən
maddələrin istifadə edilməsi nəticəsində
yaranan sərxoşluq hallarının bütün
növlərinin müəyyən edilməsi məqsədilə
aparılan tibbi müayinə yalnız narkoloji
tibb müəssisəsinin həkim-narkoloqu
tərəfindən həyata keçirilir. Sərxoşluq
hallarının müəyyən edilməsi məqsədilə
aparılan tibbi müayinə təhqiqat,
istintaq orqanlarının və məhkəmənin
qərarı əsasında, habelə işəgötürənin
vəsatəti və ya müayinə olunan şəxsin
təşəbbüsü əsasında həyata keçirilir.
20.2. Sərxoşluq hallarının müəyyən
edilməsi məqsədilə tibbi müayinənin
aparılması qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Sərxoşluq hallarının müəyyən edilməsi
məqsədilə tibbi müayinənin aparılması
üsulları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti tərəfindən
təsdiq edilir.
20.3. Sərxoşluq hallarının müəyyən
edilməsi məqsədilə həyata keçirilən
müayinənin nəticələrinin yoxlanılması,
müayinənin aparılması nəticəsində
yaranmış mübahisələrin məhkəməyə
qədər həll olunması üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının nəzdində münaqişə komissiyası
təşkil edilir. Sərxoşluq hallarının
müəyyən edilməsi məqsədilə aparılan
müayinənin nəticələrindən narazı
olan şəxs mübahisəli məsələlərin
məhkəməyə qədər həll edilməsi üçün
həmin münaqişə komissiyasına ərizə
ilə müraciət edə bilər. Şəxsin münaqişə
komissiyasına müraciət etməsi onun
məhkəməyə müraciət etmək hüququnu
məhdudlaşdırmır. Münaqişə komissiyasına
daxil olmuş ərizə üzrə qərar işin
məhkəmə baxışma qədər çıxarılmalıdır.
Münaqişə komissiyasının tərkibi
və fəaliyyət qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Sərxoşluq halının müəyyən edilməsi
məqsədilə aparılan tibbi müayinə
nəticəsində şəxsin narkotik vasitələri
və psixotrop maddələri istehlak
etməsi müəyyən edildikdə bu barədə
məlumat narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorlarm dövriyyəsinə
dair ümummilli məlumat bankına verilməlidir.
Maddə 21. Narkoloji xəstələr barəsində
məhkəmə qaydasında tətbiq olunan
məcburiyyət tədbirləri
21.1. Cinayət törətmiş narkoloji
xəstələr barəsində tibbi xarakterli
məcburi tədbirlər Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə müəyyən edilmiş
qaydada tətbiq edilir.
21.2. İnsan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə nəticəsində
öz ailəsini ağır maddi vəziyyətə
salan şəxslərin fəaliyyət qabiliyyəti
məhkəmə tərəfindən məhdudlaşdırıla
bilər. Şəxsin məhdud fəaliyyət qabiliyyətli
hesab edilməsi haqqımda iş onun
ailə üzvlərinin, Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
ərizəsi üzrə qaldırıla bilər. Şəxsin
məhdud fəaliyyət qabiliyyətli hesab
edilməsi barədə işə Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsi ilə nəzərdə
tutulmuş qaydada baxılır.
21.3. Azərbaycan Respublikasının
Ailə Məcəlləsi ilə müəyyən edilmiş
qaydada narkoloji xəstələr valideynlik
hüququndan məhrum oluna bilərlər.
Maddə 22. Narkoloji xəstəliklərin
doğurduğu nəticələrin qeydiyyatı
22.1. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları
narkoloji xəstəliklərin və insan
psixikasına təsir göstərən maddələrin
sui-istifadəsi ilə bağlı nəticələrin
(cinayətlərin törədilməsi, ölüm
hadisələri və onların səbəbləri,
intihar etmə, əlillik, xəsarət alma,
zəhərlənmə, somatik və yoluxucu
xəstəliklərə düçar olma hallarının)
qeydiyyatım aparırlar.
22.2. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
narkoloji xəstəliklərin və insan
psixikasına təsir göstərən maddələrin
sui-istifadəsi ilə bağlı nəticələr
barəsində məlumatları toplayır,
sistemləşdirir və təhlil edir.
22.3. Azərbaycan Respublikasının
bütün tibb müəssisələri narkoloji
xəstəliklərin və insan psixikasına
təsir göstərən maddələrin sui-istifadəsi
ilə bağlı nəticələr barədə məlumatları
Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanına təqdim
etməyə borcludurlar.
VI FƏSİL Narkoloji nəzarət sahəsində
xəbərdaredici tədbirlər
Maddə 23. Narkoloji nəzarət sahəsində
xəbərdaredici tədbirlər
23.1. Narkoloji nəzarət sahəsində
xəbərdaredici tədbirlər narkoloji
nəzarət tədbirlərinin tərkib hissəsi
olaraq insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadə etmə hallarının,
habelə narkoloji xəstəliklərin inkişafının
və yayılmasının qarşısının alınmasına,
insan psixikasına təsir göstərən
maddələrin sui-istifadəsinin və
narkoloji xəstəliklərin doğurduğu
mənfi nəticələrin narkoloji xəstə
və cəmiyyət üçün yaratdığı ziyanın
azaldılmasına yönəlir.
23.2. Narkoloji nəzarət sahəsində
xəbərdaredici tədbirlər bütün təhsil,
tibb və cəzaları icra edən müəssisələrdə,
habelə narkoloji xəstəliklərə düçar
olma ehtimalı yüksək olan şəxslər
arasında həyata keçirilir. Narkoloji
nəzarət sahəsində həyata keçirilən
xəbərdaredici tədbirlər aşağıdakılardan
ibarətdir:
23.2.1. sağlam həyat tərzinin təbliğ
edilməsi və narkoloji xəstəliklərin
yayılmasına qarşı təbliğatın aparılması;
23.2.2. əhalinin insan psixikasına
təsir göstərən maddələrin istehlakının
insanın, ailənin və cəmiyyətin sağlamlığı
üçün yaratdığı nəticələr, insan
psixikasına təsir göstərən maddələrin
vurduğu ziyanın azaldılması məqsədilə
görülməsi mümkün olan səmərəli tədbirlər,
narkoloji xəstələrin səhhəti üzərində
nəzarətin imkanları barədə məlumatlandırılması;
23.2.3. təhsil müəssisələrində insan
psixikasına təsir göstərən maddələrin
ziyanı barədə mühazirələrin, seminarların,
təlim məşğələlərinin keçirilməsi;
23.2.4. narkoloji xəstələrə tətbiq
edilə bilən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
təsir tədbirləri və məhdudiyyətlər
barədə məlumatlandırılması;
23.2.5. narkoloji xəstəliklərə düçar
olmaq ehtimalı yüksək olan şəxslərin
müəyyən edilməsi;
23.2.6. xəbərdaredici baxışların
(yoxlamaların) həyata keçirilməsi;
23.2.7. insan psixikasına təsir
göstərən maddələrdən sui-istifadə
edilməsinin qarşısının alınması
məqsədilə ticarət, xidmət, reklam
və digər sahələrdə qanunvericiliklə
nəzərdə tutulmuş qadağanların tətbiq
edilməsi.
23.3. Xəbərdaredici tədbirlərin
həyata keçirildiyi tibb, təhsil
və cəzaları icra edən müəssisələrin
rəhbərləri dövlət narkoloji tibb
müəssisələrinin mütəxəssisləri tərəfindən
həyata keçirilən xəbərdaredici tədbirlərə
mane olmamalı, ehtiyac olduqda yetkinlik
yaşına çatmayanlar, şagirdlər, tələbələr,
məhkum edilmiş şəxslər arasında
xəbərdaredici baxışların (yoxlamaların)
keçiril-məsini təmin etməlidirlər.
23.4. Bütün səhiyyə işçiləri insan
psixikasına təsir göstərən maddələrdən
sui-istifadə edən şəxslərin müəyyən
edilməsinə diqqət yetirməlidirlər.
Narkoloji xəstəliklərin qarşısının
alınması məqsədilə əhalinin sağlamlığı
sahəsində xidmət göstərilərkən insan
psixikasına təsir göstərən maddələrdən
sui-istifadə edən aşağıdakı şəxslərə
xüsusi diqqət yetirilməlidir:
23.4.1. yetkinlik yaşına çatmayanlara;
23.4.2. təhsil müəssisələrinin şagirdlərinə
və tələbələrinə;
23.4.3. hamilə və uşağı olan qadınlara;
23.4.4. peşə fəaliyyəti digər şəxslərin
həyatı və səhhəti üçün təhlükə ilə
bağlı olan şəxslərə;
23.4.5. ağır xəstəliklə əlaqədar
həkimin təyinatı əsasında narkotik
vasitələri və ya psixotrop maddələri
qəbul etmiş şəxslərə;
23.4.6. cəzaları icra edən müəssisələrdə
cəza ç.əkmiş şəxslərə;
23.4.7. ailə tərkibində narkoloji
xəstə olan şəxslərə;
23.4.8. müvəqqəti olaraq işsiz olan
şəxslərə;
23.4.9. müəyyən yaşayış yeri olmayan
şəxslərə;
23.4.10. yoluxucu xəstəliklərdən
(HİV/AİDS-dən, hepatitlərdən, cinsi
yolla keçən xəstəliklərdən və vərəm
xəstəliyindən) əzab çəkən şəxslərə;
23.4.1 1. psixi xəstələrə.
23.5. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları
narkoloji xəstəliklərin profilaktikası
üzrə vahid dövlət proqrammı hazırlayır
və həyata keçirir.
Maddə 24. Narkoloji nəzarətin təmin
edilməsinə yönəldilmiş xüsusi tədbirlər
24.1 Əhalinin narkoloji xəstəliklərə
düçar olması hallarının profilaktikası
məqsədilə 18 yaşına çatmamış şəxslərə
tütün məmulatlarının və spirtli
içkilərin satılması, habelə ictimai
iaşə obyektləri istisna olmaqla
ictimai yerlərdə spirtli içkilərin
istifadə edilməsi qadağandır.
24.2. Azərbaycan Respublikasının
ərazisində istehsal olunan bütün
spirtli içkilərin və tütün məmulatlarının
qabları üzərində onların insanın
səhhətinə göstərdiyi mənfi təsiri
əks etdirən, habelə onların 18 yaşına
çatmamış şəxslərə satılmasının qadağan
edilməsi haqqında qeydlər olmalıdır.
24.3. Əhalinin hüquqlarının, qanuni
mənafelərinin və dövlətin təhlükəsizliyinin
müdafiəsi məqsədilə peşə fəaliyyətinin
ayrı-ayrı növləri və yüksək təhlükə
mənbəyi ilə bağlı olan fəaliyyətlə
məşğul olan şəxslər işə qəbul olduqda,
işlədiyi müddətdə isə ildə bir dəfədən
az olmayaraq dövlət narkoloji tibb
müəssisəsində tibbi müayinədən (tibbi
yoxlamadan) keçməlidirlər. Bu şəxslərin
müayinədən keçməsi qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
VII FƏSİL Yekun müddəalar
Maddə 25. Bu Qanunun pozulmasına
görə məsuliyyət
Bu Qanundan irəli gələn tələbləri
pozan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 26. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 iyun 2001-ci il
|
|