|
Hemofiliya
və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət qayğısı
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında hemofiliya və talassemiya
irsi qan xəstəliklərinə düçar olmuş
şəxslərə dövlət qayğısının təşkilati-hüquqi
əsaslarını müəyyən edir, bu xəstəliklərin
müalicəsi və profilaktikası sahəsində
yaranan münasibətləri tənzimləyir.
Ma d d ə 1. Əsas
anlayışlar
1.0. Bu Qanunda
istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. irsi qan xəstəlikləri - nəsildən-nəslə
irsən keçən qan sisteminin müxtəlif
xəstəlikləri;
1.0.2. hemofiliya - qanın laxtalanma
sistemində olan VIII və (və ya)
IX faktorların çatışmaması ilə xarakterizə
olunan irsi qan xəstəliyi;
1.0.3. talassemiya - genetik defekt
nəticəsində hemoqlobinin sintezinin
pozulması və xroniki anemiya ilə
xarakterizə olunan irsi qan xəstəliyi;
1.0.4. daşıyıcı - xəstəliyin genetik
defektini özündə daşıyan və xəstəliyin
klinik əlamətləri olmayan şəxs;
1.0.5. ötürücü - xəstəliyin genetik
defektini özündə daşıyan və sonrakı
nəslə ötürə bilən şəxs;
1.0.6. prenatal diaqnostika - hamiləlik
dövründə diaqnostika (döldən götürülmüş
müvafiq toxumaların genetik üsullar
ilə analizi).
M a d d ə 2. Hemofiliya
və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət qayğısı
haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Hemofiliya və talassemiya
irsi qan xəstəliklərinə düçar olmuş
şəxslərə (bundan sonra - irsi qan
xəstəliyi olan şəxslər) dövlət qayğısı
haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, “Əhalinin sağlamlığının
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanunundan, bu Qanundan, digər normativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Ma d d ə 3. İrsi
qan xəstəliyi olan şəxslərə dövlət
qayğısı sahəsində dövlətin vəzifələri
3.0. İrsi qan xəstəliyi
olan şəxslərə dövlət qayğısı sahəsində
dövlətin vəzifələri aşağıdakılardır:
3.0.1. irsi qan xəstəlikləri üzrə
Dövlət proqramının qəbul edilməsi
və həyata keçirilməsi;
3.0.2. irsi qan xəstəliyi olan şəxslərə
ambulator və stasionar şəraitində
göstəriləcək tibbi yardımın həcmi
və keyfiyyət standartlarının (beynəlxalq
tələblərə uyğun) təsdiq edilməsi;
3.0.3. irsi qan xəstəliyi olan şəxslərin
registrinin yaradılması və aparılması;
3.0.4. irsi qan xəstəliyi olan şəxslərin
dispanserizasiyasını, müayinə və
müalicəsini həyata keçirən ixtisaslaşdırılmış
tibb müəssisələrinin, hematoloji
xidmət strukturlarının yaradılması
və onların maddi-texniki bazasının
gücləndirilməsi;
3.0.5. irsi qan xəstəliklərinin
müalicəsi üzrə tibb mütəxəssislərinin
hazırlanması və ixtisaslarının artırılması;
3.0.6. irsi qan xəstəliklərinin
profilaktikası məqsədilə əhalinin
maarifləndirilməsi;
3.0.7. talassemiya geninin daşıyıcılarını
və hemofiliya xəstəliyinin ötürücülərini
aşkar etmək məqsədilə hər il geniş
skrininq proqramının əhali arasında
həyata keçirilməsi;
3.0.8. talassemiya xəstəliyinin
profilaktikası məqsədilə prenatal
diaqnostika üsulunun tətbiqinin
təmin edilməsi;
3.0.9. irsi qan xəstəlikləri üzrə
elmi tədqiqatların aparılması, bu
sahədə fiziki və hüquqi şəxslərin
fəaliyyətinin əlaqələndirilməsi
və metodiki tədbirlərin həyata keçirilməsi;
3.0.10. xəstəliyin ağır formalarına
tutulmuş və sosial əlaqələrini itirmiş
şəxsləri tam dövlət təminatında
saxlamaq üçün onların tibbi-sosial
müəssisələrdə yerləşdirilməsi;
3.0.11. irsi qan xəstəliklərinin
profilaktikası və müalicəsi sahəsində
beynəlxalq əməkdaşlığa şərait yaradılması.
Ma d d ə 4. İrsi
qan xəstəliyi olan şəxslərin registri
İrsi qan xəstəliyi
olan şəxslərin registri bu şəxslərin
qeydiyyatının aparılmasını təmin
etmək, xəstələrin sağlamlığı, ağırlaşmalar,
əlillik və ölüm halları, habelə
müalicə-profilaktika tədbirlərinin
səmərəliliyi barədə məlumat almaq
məqsədilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yaradılır. Registrdə
xəstənin şəxsiyyəti, xəstəliyi barədə
məlumat və tibbi yardım haqqında
göstərişlər qeyd olunur, hər bir
xəstə üçün xüsusi kart doldurulur
və bu kart məlumat bankına daxil
edilir.
Ma d d ə 5. İrsi
qan xəstəliyi olan şəxslərə tibbi
yardım
5.1. İrsi qan xəstəliyi
olan şəxslərə göstərilən tibbi yardımın
(o cümlədən zəruri olan müayinələrin)
həcmi və qaydası, qan, qan komponentləri
və dərman preparatlarının, qan komponentləri
hazırlamaq üçün vasitələrin siyahısı
və miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
5.2. İrsi qan xəstəliyi olan şəxslərə
tibbi yardım fərdi müraciət və ya
müalicə-profilaktika müəssisəsinin
göndərişi, 16 yaşına çatmamış şəxslərə
isə onların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin müraciəti
əsasında göstərilir.
5.3. İrsi qan xəstəliyi olan şəxslər
tibb müəssisələrinin göndərişi əsasında
sanatoriya-kurort müalicəsi ilə
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada
təmin edilirlər.
Ma d d ə 6. İrsi
qan xəstəliyi olan şəxslərin müayinəsi
və müalicəsi üzrə tədbirlərin maliyyələşdirilməsi
6.1. İrsi qan xəstəliyi
olan şəxslərin dövlət tibb müəssisələrində
müayinə və müalicəsi dövlət büdcəsi
vəsaiti hesabına maliyyələşdirilir.
6.2. İrsi qan xəstəliyi olan şəxslərin
müayinəsi və müalicəsi ilə bağlı
tədbirlər bələdiyyələrin vəsaitləri,
məcburi tibbi sığorta haqları, hüquqi
və fiziki şəxslərin ianələri, eləcə
də qanunvericiliklə qadağan olunmayan
digər vəsaitlər hesabına həyata
keçirilə bilər.
Ma d d ə 7. İrsi
qan xəstəliyi olan şəxslərin hüquqları
7.0. İrsi qan xəstəliyi
olan şəxslərin aşağıdakı hüquqları
vardır:
7.0.1. tibbi göstərişlər əsasında
ambulator, stasionar və ya sanatoriya-kurort
şəraitində tibbi yardım almaq;
7.0.2. sağlamlığının vəziyyəti,
xəstəliyin mahiyyəti, tətbiq olunan
müalicə üsulları, aparılmış müalicənin
nəticələri haqqında ətraflı və müntəzəm
məlumat almaq;
7.0.3. ailənin planlaşdırılması
məsələlərinə və ailə-nikah münasibətlərinin
tibbi-psixoloji cəhətlərinə dair,
habelə nəsildə mümkün olan irsi
xəstəliklərə yol verməmək məqsədilə
dövlət və bələdiyyə tibb müəssisələrində
pulsuz məsləhətlər almaq, müayinədən
keçmək və dispanser nəzarətində
olmaq;
7.0.4. Azərbaycan Respublikasının
əmək qanunvericiliyi ilə müəyyən
edilən işçinin səhhətinə, sağlamlığına
mənfi təsir göstərən amillər olan
ağır, zərərli və təhlükəli əmək
şəraitli peşələr (vəzifələr) və
iş yerləri istisna olmaqla, istənilən
iş yerlərində işləmək; 7.0.5. qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada
xüsusi təhsil almaq.
Ma d d ə 8. İrsi
qan xəstəliyi olan şəxslərin vəzifələri
8.0. İrsi qan xəstəliyi
olan şəxslərin vəzifələri aşağıdakılardır:
8.0.1. həkim-hematoloqun müəyyən
etdiyi müalicə tədbirlərinə əməl
etmək;
8.0.2. həkimin çağırışı ilə uyğun
tibb müəssisəsinə gəlmək;
8.0.3. daimi yaşayış yerini dəyişdirdikdə
bir ay müddətində ərazi üzrə tibb
müəssisəsində uçota alınmaq;
8.0.4. xəstəliyin müalicəsindən
imtina edərkən imtinanın səbəbini
yazılı şəkildə bildirmək.
Ma d d ə 9. İrsi
qan xəstəliyi olan şəxslərin sosial
müdafiəsi
9.1. Əmək qabiliyyətini
itirən irsi qan xəstəliyi olan şəxslər
qanunvericiliklə müəyyən edilmiş
qaydada dövlət tibb və sosial müdafiə
müəssisələrində tibbi və sosial
yardım alırlar.
9.2. İrsi qan xəstəliyi olan şəxslərə
əlillik qanunvericiliklə müəyyən
edilmiş qaydada təyin edilir. 16
yaşına çatmamış şəxslərə əlillik
müddətsiz təyin olunur.
9.3. İrsi qan xəstəliyi olan işçilərə
müvəqqəti əmək qabiliyyətini itirməyə
görə müavinət iş stajından asılı
olmayaraq orta əməkhaqqının məbləği
əsasında hesablanır.
Ma d d ə 1 0. Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında
təqsirli olan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Ma d d ə 1 1. Qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3
may 2005-ci il
№ 905-IIQ
|