| |
Əlilliyin
qarşısının alınması, əlillərin reabilitasiyası
və sosial
müdafiəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[1]
Bu Qanun Azərbaycan
Respublikasında əlillər barəsində
dövlət siyasətini müəyyən edir,
əlilliyi doğuran səbəblərin aradan
qaldırmasına, əlillərin reabilitasiyasına
ictimai həyatın bütün sahələrində
iştirak etmək üçün əlillərin bütün
başqa vətəndaşlarla bərabər imkanlar
almasına, öz fərdi qabiliyyətlərinə
və maraqlarına müvafiq surətdə dolğun
həyat sürməsinə kömək göstərən lazımi
şəraitin yaradılmasına təminat verir.
[2]
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əlillərin hüquqi vəziyyətinin
əsasları
Azərbaycan Respublikasında əlillər
BMT Baş Məclisinin qəbul etdiyi
əlillərin hüquq bəyannaməsində,
Azərbaycan Respublikasının Konstitusiyasında,
bu Qanunda və başqa qanunvericilik
aktlarında təsbit olunmuş bütün
sosial-iqtisadi, siyasi, şəxsi hüquq
və azadlıqlara malikdirlər.
Əlillər barəsində ayrı-seçkilik
qadağandır və qanunla təqib edilir.
Maddə 2. Əsas anlayışlar
Əlil – anadangəlmə, xəstəlikdən
və ya xəsarətdən doğan əqli və ya
fiziki qüsurlar nəticəsində həyat
fəaliyyəti məhdudlaşan, sosial yardıma
və müdafiəyə ehtiyacı olan şəxsdir.
Şəxsin həyat fəaliyyətinin məhdudlaşması
əlilin özünəxidmət, hərəkət, səmtlənmək,
ünsiyyət, öz davranışına nəzarət,
habelə əmək fəaliyyəti ilə məşğul
olmaq qabiliyyətini və ya imkanlarını
tamamilə, yaxud qismən itirilməsində
təzahür edir.
Əlilliyin qarşısının alınması –
əlilliyin baş verməsi və ağırlaşması
hallarına qarşı yönəldilmiş tibbi,
ekoloji, gigiyenik, texniki təhlükəsizlik,
idman və digər tədbirlər sistemidir.
Əlillərin reabilitasiyası – orqanizmin
funksiyasının davamlı pozulması
nəticəsində baş verən həyat fəaliyyətinin
məhdudlaşmasının aradan qaldırılmasına,
yaxud kompensasiyasına yönəldilmiş
tibbi, psixoloji, pedaqoji, idman,
sosial-iqtisadi və digər tədbirlər
sistemidir. Reabilitasiyanın başlıca
məqsədi əlillərin sosial adaptasiyası
və sosial statusunun reabilitasiya
olunmasıdır.
Tibbi reabilitasiya – orqanizmdə
anadangəlmə, yaxud sonradan baş
verən xəstəlik və ya zədələr nəticəsində
pozulmuş funksional qabiliyyətlərin
tibbi və digər metodlara reabilitasiyasına
və kompensasiyasına yönəldilmiş
tədbirlər sistemidir.
Peşə-əmək reabilitasiyası – əlilin
əvvəlki, yaxud yeni peşədə əmək
qabiliyyətinin qaytarılması məqsədi
ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının
reabilitasiyasına, peşə seçilməsinə,
işə düzəldilməsinə və ya onun yeni
peşəyə uyğunlaşdırılmasına yönəldilmiş
tədbirlər sistemidir.
Sosial reabilitasiya – əlillərin
həyat səviyyəsinin yaxşılaşdırılmasını,
onlara cəmiyyətin həyatında iştirak
etmək üçün digər vətəndaşlarla bərabər
imkanlar yaradılmasını təmin edən
tədbirlər sistemidir.
Əlillərin sosial müdafiəsi – əlillərin
həyat fəaliyyətinin məhdudlaşdırılmasının
aradan qaldırılmasını, kompensasiya
edilməsini, cəmiyyətin həyatında
onlara digər vətəndaşlarla bərabər
imkanlar yaradılmasını nəzərdə tutan
iqtisadi, sosial və hüquqi dövlət
təminatları sistemidir.
Maddə 3. Tibbi-sosial ekspertiza
Tibbi-sosial ekspertiza orqanizmin
funksiyalarının davamlı pozulmaları
nəticəsində həyat fəaliyyətinin
məhdudlaşdırılmasının qiymətləndirilməsi
əsasında vətəndaşın sosial müdafiə
tədbirlərinə olan ehtiyaclarının
müəyyən edilməsidir.
Tibbi-sosial ekspertiza müayinə
olunan şəxsin klinik, funksional,
sosial, məişət, peşə, əmək, psixoloji
imkanlarının kompleks qiymətləndirilməsi
yolu ilə əlillik meyarlarına uyğun
olaraq həyata keçirilir.
Tibbi-sosial ekspertiza tibbi-sosial
ekspert komissiyaları tərəfindən
həyata keçirilir.
Tibbi-sosial ekspert komissiyaları
haqqında və əlilliyin müəyyən olunması
meyarlarına dair əsasnamələr müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir. [3]
Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji
komissiya
Uşaqlarda fiziki çatışmazlıqların,
əqli və (və ya) psixi ləngimələrin
diaqnostikasının aparılmasını, bunun
əsasında onların xüsusi təhsilə
cəlb olunması barədə qərar qəbul
edilməsini, valideynlərinə və ya
digər qanuni nümayəndələrinə müvafiq
məsləhətlər verilməsini, mübahisəli
məsələlərə baxılmasını müvafiq icra
hakimiyyəti orqanı tərəfindən yaradılan
və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji
komissiya həyata keçirir.
Sağlamlıq imkanları məhdud şəxslərin
valideynlərinin və ya digər qanuni
nümayəndələrinin psixoloji-tibbi-pedaqoji
komissiya tərəfindən aparılan müayinədə
və müayinə nəticələrinin müzakirəsində
iştirak etmək hüquqları vardır.
[4]
M a d d ə 4. Əlilliklə bağlı tələbatın
müəyyənləşdirilməsi
Əlilliklə bağlı tələbatın müəyyənləşdirilməsi
qaydası və şərtləri tibbi-sosial
ekspert komissiyasının rəyinə əsasən
və əlilin peşə və məişət fəaliyyəti
qabiliyyəti nəzərə alınmaqla təyin
edilir. Əlilin zəruri sosial müdafiəsinin
növləri və həcmləri tibbi, sosial-əmək
reabilitasiyasına və uyğunlaşmasına
dair fərdi proqram şəklində təqdim
olunur. [5]
Maddə 4-1. Şəxsin əlil sayılması
Şəxs tibbi-sosial ekspert komissiyası
tərəfindən ekspert müayinəsindən
keçirildikdən sonra müvafiq rəy
çıxarılması yolu ilə əlil sayılır.
Tibbi-sosial ekspert komissiyasının
rəyi əlillik qrupunu və səbəbini,
habelə fərdi reabilitasiya proqramını
təsdiq edən rəsmi sənəddir.
Əlilə nümunəsi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən vəsiqə
verilir. [6]
Maddə 5. Əlillərin sosial müdafiəsi
ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
Əlillərin sosial müdafiəsi ilə bağlı
tədbirlər məcburi dövlət sosial
sığorta haqları və dövlət büdcəsi
vəsaiti hesabına müvafiq Dövlət
Proqramına uyğun olaraq maliyyələşdirilir.
Dövlət Proqramı hər il müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir. [7]
M a d d ə 6. Əlillərin sosial müdafiəsini
təmin edən dövlət orqanları
Əlillərin sosial müdafiəsinin təmin
olunması sahəsində dövlət idarəetməsini
müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər.
Əlillərin respublika ictimai təşkilatlarının
nümayəndələri müvafiq icra hakimiyyəti
orqanları kollegiya üzvü olurlar.
Müvafiq icra hakimiyyəti orqanları,
əlillərin ictimai təşkilatları ilə
birlikdə əlillər barəsində dövlət
siyasətinin həyata keçirilməsinə
dair uzunmüddətli və qısamüddətli
proqramları işləyib hazırlayır,
habelə onların yerinə yetirilməsinə
nəzarət edir.
Müvafiq icra hakimiyyəti orqanı
və əlillərin ictimai təşkilatları
əlillərin sosial müdafiə və digər
problemlərinə dair Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təkliflər verirlər.
Dövlət əlillərin sosial müdafiəsi
sahəsində təşkilatların xarici ölkələrlə
əməkdaşlığının inkişafına kömək
göstərir. [8]
Maddə 7. Əlillərin sosial müdafiəsinə
dair dövlət siyasətinin həyata keçirilməsində
müəssisələrin, idarələrin və təşkilatların
iştirakı
Müəssisələr, idarələr və təşkilatlar
əlillərin problemlərinə dair dövlət
siyasətinin həyata keçirilməsində
iştirak edirlər.
Əlillərin sosial təminatını yaxşılaşdırmaq
məqsədilə müəssisə, idarə və təşkilatların
öz vəsaiti hesabına onların həyatının
sığortası və bədbəxt hadisələrdən
sığortası təmin edilir.
(çıxarılıb) [9]
Maddə 8. Əlillərin hüquq, azadlıq
və qanuni mənafelərinin qorunması
Azərbaycan Respublikasında əlillərin
hüquq, azadlıq və qanuni mənafelərinin
qorunması məhkəmə qaydasında və
ya qanunda müəyyənləşdirilmiş başqa
qaydada dövlət tərəfindən təmin
olunur.
Respublika vətəndaşı onun əlil sayılıb-sayılmaması
haqqında tibbi-sosial ekspert komissiyasının
qərarından müvafiq icra hakimiyyəti
orqanına, habelə rayon (şəhər) xalq
məhkəməsinə şikayət edə bilər. [10]
Əlillərin bu Qanunla müəyyən edilmiş
hüquqlarının pozulmasında təqsiri
olan vəzifəli şəxslər və başqa vətəndaşlar
qanunvericiliklə müəyyən edilmiş
qaydada və hədlərdə maddi, intizam,
inzibati və cinayət məsuliyyəti
daşıyırlar.
II. ƏLİLLİYİN QARŞISININ
ALINMASI VƏ ƏLİLLƏRİN REABİLİTASİYASI
[11]
Maddə 9. Əlilliyin
qarşısının alınması və əlillərin
reabilitasiyası sahəsində dövlət
siyasəti
Əlilliyin qarşısının alınması və
əlillərin reabilitasiyası sahəsində
dövlət siyasəti sağlamlığın mühafizəsi,
əlillərin reabilitasiya vasitələrinə
və xidmətlərinə olan ehtiyaclarının
ödənilməsi üçün hüquqi, iqtisadi,
sosial şəraitin yaradılmasında ifadə
olunur və əlilliyin baş verməsi,
yaxud ağırlaşması hallarının qarşısının
alınmasını, habelə respublika əlilliyi
reabilitasiya sisteminin yaradılmasını
və inkişafını təmin edən dövlət
proqramları vasitəsilə həyata keçirilir.
Əlilliyin qarşısının alınması və
əlillərin reabilitasiyası haqqında
dövlət proqramlarına uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanları
öz səlahiyyətləri daxilində əlillərin
ictimai təşkilatları nümayəndələrinin
iştirakı ilə tədbirlər sistemi hazırlayıb
həyata keçirirlər.
Maddə 10. Əlilliyin qarşısının alınması
və əlillərin reabilitasiyası haqqında
dövlət proqramlarının müəyyənləşdirilməsi
Əlilliyin qarşısının alınması və
əlillərin reabilitasiyası haqqında
dövlət proqramları, həmçinin əlillərin
fərdi reabilitasiya proqramı dövlət
və yerli bücələrdən, Dövlət Sosial
Müdafiə Fondu vəsaiti hesabına maliyyələşdirilir.
[12]
Maddə 11. Sağlam həyat tərzinin
təbliği
Dövlət əlilliyin qarşısının alınması
məqsədilə cəmiyyətin əsas nailiyyəti
kimi sağlam həyat tərzinin təbliğini
təmin edir. Bu zaman xəstələrin
sağalmasına çəkilən xərclərlə yanaşı,
sağlam vətəndaşların öz səhhətlərini
qorumağa yönəldilmiş səylərini həvəsləndirən
tədbirlər görülür.
Əlillərin bədən tərbiyəsi və idmanı
Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə tənzimlənir.
[13]
Maddə 12. İşçilərin təhlükəsiz əmək
şəraiti ilə təmin olunması
Mülkiyyət formasından asılı olmayaraq
bütün müəssisə, idarə və təşkilatlar
işçilərə müəyyən olunmuş standartlara
uyğun təhlükəsiz əmək şəraiti yaradır
və onların əmək qabiliyyətinin aşağı
düşməsinə, sağlamlığına vurulmuş
ziyana görə qanunvericiliyə uyğun
məsuliyyət daşıyır, müalicə və reabilitasiya
xərclərini ödəyirlər.
Maddə 13. Uşaqlar arasında əlilliyin
profilaktikası
Uşaqlarda əqli inkişafın gizli qüsurlarını,
hiss üzvlərinin, hərəkət sisteminin
pozulmalarını erkən aşkar etmək
məqsədilə səhiyyə müəssisələri bir
yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış
uşaq diaqnostika mərkəzlərində və
uşaq poliklinikalarında müayinə
olunmasını və dispanser müşahidəyə
götürülməsini təmin edirlər.
Uşaqların erkən, habelə sonrakı
yaş hədlərində psixoloji-tibbi-pedaqoji
müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini
aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək
psixoloji-tibbi-pedaqoji komissiyanın
vəzifələrindən biridir. [14]
Səhhətində, fiziki, yaxud əqli inkişafında
hər hansı pozulma olan uşaqlara
dövlət tərəfindən lazımi tibbi,
pedaqoji, psixoloji, defektoloji
və digər kömək göstərilir. Bu cür
köməyin metodları, forması, həcmi
və müddəti fərdi reabilitasiya proqramı
müəyyən edilir.
Maddə 14. Əlillərin fərdi reabilitasiya
proqramı
Əlillərin tibbi, peşə və sosial
reabilitasiyası müvafiq icra hakimiyyəti
orqanları və əlillərin ictimai təşkilatlarının
nümayəndələrinin iştirakı ilə tibbi-sosial
ekspert komissiyasının rəyi əsasında
müəyyənləşdirilmiş fərdi reabilitasiya
proqramı üzrə həyata keçirilir.
Əlillərin fərdi reabilitasiya proqramı
reabilitasiya tədbirlərini, habelə
sosial yardımın növlərinin konkret
həcmini, növünü və icrası müddətini
müəyyən edir.
(çıxarılıb) [15]
Əlillərin fərdi reabilitasiya proqramında
nəzərdə tutulan reabilitasiya tədbirlərinin
həcmi əlillərin reabilitasiyası
üzrə dövlət proqramında müəyyən
edilmiş minimum həddən aşağı ola
bilməz.
Maddə 14-1. Əlillərə tibbi xidmət
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada əlillərin
dövlət tibb müəssisələrində büdcə
vəsaiti hesabına pulsuz ixtisaslı
tibbi xidmətdən istifadə etmək və
sanatoriya-kurort müalicəsi ilə
növbədə təmin olunmaq hüququ vardır.
[16]
Maddə 14-2. Reabilitasiya müəssisələri
(mərkəzləri)
Reabilitasiya tədbirləri əlillərin
fərdi reabilitasiya proqramına və
reabilitasiya tədbirləri üzrə dövlət
proqramına uyğun olaraq reabilitasiya
müəssisələri tərəfindən həyata keçirilir.
Bu müəssisələrin yönümü reabilitasiyanın
əsas istiqamətlərinə uyğun olaraq
müəyyənləşdirilir. Dövlət reabilitasiya
müəssisələri ilə yanaşı qeyri-dövlət
reabilitasiya müəssisələri də yaradıla
bilər.
Sağlamlıq imkanları məhdud (mürəkkəb
və ağır çatışmazlıqları olan) şəxslərin
təlimi və (və ya) tərbiyəsi ilə
əlaqədar müxtəlif profilli reabilitasiya
mərkəzləri yaradılır. Reabilitasiya
mərkəzlərinin əsas vəzifəsi həmin
şəxslərdə ünsiyyət, özünəxidmət
və sadə əmək vərdişlərini formalaşdırmaq,
çatışmazlıqların korreksiyasını
və fərdi təhsil proqramları üzrə
məşğələləri təşkil etməkdir.
Dövlət reabilitasiya müəssisələrinin
fəaliyyəti müvafiq qaydada təsdiq
olunan nümunəvi əsasnamələr və onların
nizamnamələri ilə tənzimlənir.
Reabilitasiya müəssisələrinə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
vergi üzrə güzəştlər verilə bilər.
[17]
III. ƏLİLLƏRİN
TƏRBİYƏSİ, TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI
M a d d ə 1 5.
Əlillərin təhsil alması və peşə
hazırlığı keçməsi üçün şəraitin
təmin edilməsi
Dövlət əlillərin təhsil alması və
peşə hazırlığı keçməsi üçün lazımi
şəraitin yaradılmasına təminat verir.
Müvafiq icra hakimiyyəti orqanları
sosial təminat və müvafiq icra hakimiyyəti
orqanları ilə birlikdə əlil uşaqların
və yeniyetmələrin məktəbəqədər təlim-tərbiyəsini,
dərsdənkənar vaxtlarda tərbiyəsini,
fərdi psixoloji-tibbi-pedaqoji və
ya tibbi-sosial ekspert komissiyasının
qərarına əsasən tədris proqramları
üzrə məktəbəqədər, orta, texniki-peşə,
orta ixtisas və ali təhsil almasını
Azərbaycan, Respublikasının qanunvericiliyində
nəzərdə tutulan qaydada təmin edirlər.
Əlillərin təhsili və peşə hazırlığı
müxtəlif formalarda, o cümlədən
evdə tədris formasında və fərdi
dərs planları üzrə həyata keçirilir.
Dövlət əlillərin təlim və peşə hazırlığı
üçün xüsusi olaraq pedaqoji kadrlar
hazırlanmasını təmin edir.
Sağlamlıq imkanları məhdud şəxslərin
təhsilinin təşkili qanunvericilik
aktları ilə tənzimlənir. [18]
M a d d ə 1 6. Məktəbəqədər yaşlı
əlil uşaqların təlim və tərbiyəsi
Müvafiq icra hakimiyyəti orqanları
məktəbəqədər yaşlı əlil uşaqların
təlim-tərbiyəsinə və onlara reabilitasiya
yardımı göstərilməsinə daha əlverişli
imkanlar yaratmaq məqsədilə ümumi
məktəbəqədər uşaq tərbiyə müəssisələrində
xüsusi qrupların açılmasına şərait
yaradırlar.
Əqli və ya fiziki inkişafındakı
qüsurlara görə ümumi məktəbəqədər
uşaq tərbiyə müəssisələrində tərbiyə
edilməsinə imkan olmayan əlil uşaqlar
üçün xüsusi məktəbəqədər uşaq tərbiyə
müəssisələri təşkil edilir.
M a d d ə 1 7. Məktəb yaşlı əlil
uşaqların evdə təhsili
Ümumtəhsil məktəblərində oxumaq
imkanı olmayan əlil uşaqların təhsili
onların və valideynlərinin arzusu
ilə ev şəraitində təşkil edilir.
Müvafiq icra hakimiyyəti orqanları
əlil uşaqların evdə təhsil almasına
hərtərəfli şərait yaradırlar.
Evdə təhsilə cəlb edilmiş əlil uşağın
valideynlərindən birinə, yaxud onu
əvəz edən şəxsə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilən
qaydada və şərtlərlə maddi təminat
və güzəştlər verilir. Belə əlilə
qulluq vaxtı əmək stajına daxil
edilir.
Müvafiq təlim-tərbiyə müəssisəsi
əlil uşaqlara evdə təlim verilməsində
valideynlərə kömək göstərir.
M a d d ə 1 8. Əlil uşaqların məktəbdənkənar
tərbiyəsi
Əlil uşaqları hərtərəfli və ahəngdar
inkişaf etdirmək, onlarda ictimai
fəallıq oyatmaq, onları əməyə, elmə,
texnikaya, incəsənətə və idmana
cəlb etmək məqsədilə təhsil orqanları,
digər dövlət orqanları əlil uşaqların
məktəbdənkənar tərbiyəsi üçün lazımi
şəraiti təmin etməlidirlər.
M a d d ə 1 9. Əlillərin orta, orta
ixtisas və ali təhsili
Əlillərin orta, orta ixtisas və
ali təhsili ümumi tipli tədris müəssisələrində,
zərurət olduqda isə xüsusi tədris
müəssisələrində həyata keçirilir.
Əlillərin təhsili üçün xüsusi şəraitin
təmin edilməsi məqsədilə texniki-peşə
məktəblərinin, texnikumların və
ali məktəblərin əlillər üçün ixtisaslaşdırılmış
fakültələri və ya şöbələri təşkil
edilir.
Stasionar müalicə-profilaktika və
ya reabilitasiya müəssisələrində
"(mərkəzlərində) müalicə kursu
keçən əlil uşaqlar üçün də dərs
məşğələləri təşkil edilir. [19]
İstedadlı əlil uşaqların ümumi tədris
müəssisələrində və ya xüsusi məktəbdənkənar
tədris müəssisələrində pulsuz musiqi
təhsili almaq, təsviri, bədii-tətbiqi
sənətlərə yiyələnmək hüququ vardır.
Əlillərin qəbul imtahanları verməsi
üçün lazımi şərait yaradılır.
(çıxarılıb) [20]
Təhsil dövründə pensiyalar və təqaüdlər
tam məbləğdə ödənilir.
I və II qrup əlil tələbələrə aldıqları
təqaüdün 50 faizi məbləğində əlavə
ödənc verilir.
(çıxarılıb) [21]
Maddə 20. Stasionar müəssisələrdə
əlil uşaqların təlim-tərbiyəsi
Stasionar müəssisələr orada uzunmüddətli
(21 gündən artıq) olan əlil uşaqların
sosial-məişət və əmək uyğunlaşması
ilə üzvi əlaqə şəraitində onların
fasiləsiz təlim-tərbiyəsini təmin
edir. [22]
Maddə 21. Əlillərin peşə hazırlığı
və ixtisasının artırılması
Əlillərin peşə hazırlığı və ixtisasının
artırılması fərdi reabilitasiya
proqramına, və əlillərin reabilitasiyası
haqqında dövlət proqramına uyğun
olaraq təhsil ocaqlarında, o cümlədən
dövlət məşğulluq xidmətinin tədris
mərkəzlərində müəssisələrdə və təşkilatlarda
(ixtisaslaşdırılmış və ya ümumi
tipli) əlillərə sosial yardım göstərən
idarələr və onların ictimai təşkilatları
ilə birlikdə təmin edilir.
Dövlət məşğulluq xidməti əmək qabiliyyətli
əlillərə onların peşə hazırlığı,
yeni peşə öyrədilməsi və məşğulluq
imkanlarını müəyyən etmək məqsədilə
peşə yönümü xidməti göstərilməsini
təmin edir. [23]
Görməyən və zəif görən uşaqlar Brayl
yazı sistemi ilə çap olunmuş dərsliklərlə,
danışan kitablarla, əyani vəsaitlərlə,
xüsusi maqnitofonlarla, lupalar,
əl ağacları, karlar eşitmə cihazları
və digər tiflo-surdotexniki vasitələri
ilə təmin olunur, onlar üçün xüsusi
məktəblər və səsyazma studiyası
yaradılır, xüsusi kitabxanalar təşkil
edilir.
Peşə hazırlığı və ixtisasartırma
dövründə əlillərin maddi təminatı
Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilən qaydada və şərtlərlə
həyata keçirilir.
Maddə 22. Şəxslərarası ünsiyyət
vasitələri
Dövlət hərəkətlər dilini şəxslərarası
ünsiyyət, təlim və tərcümə xidmətləri
göstərmək vasitəsi kimi təsdiq edir.
Görmə qüsurları olan şəxslər Brayl
sistemi üzrə təlimlə, audiovasitələr
və iri şriftlə təmin edilirlər.
Əqli qüsurları olan şəxslərə dilin
asan başa düşülməsinin öyrədilməsi
sistemi təşkil edilir.
Nitq qüsurları olan şəxslərə müasir
texniki ünsiyyət vasitələri verilir.
IV. ƏLİLLƏRİN İŞƏ
DÜZƏLDİLMƏSİ
Maddə 23. Əlillərin
işə düzəldilməsi sahəsində xüsusi
tədbirlər
Əlillərin işə düzəldilməsi sahəsində
xüsusi tədbirlər əlillərin işə düzəldilməsinin
təmin olunmasına və əlillər üçün
xüsusi iş yerləri yaradan, onların
əməyini tətbiq edən müəssisələrə,
idarələrə və təşkilatlara (mülkiyyət
formalarından asılı olmayaraq) maliyyə
yardımı göstərmək və güzəştlər vermək
üzrə öhdəliklərin qanunvericilik
yolu ilə təsbit edilməsinə yönəldilən
tədbirlər kompleksindən ibarətdir.
Maddə 24. Əlillərin əmək hüququnun
həyata keçirilməsi
Əlillərin yaradıcılıq və istehsal
qabiliyyətinin həyata keçirilməsi
məqsədilə və fərdi reabilitasiya
proqramları nəzərə alınmaqla, onların
adi iş şəraiti olan müəssisələrdə,
idarələrdə və təşkilatlarda, əlillərin
əməyini tətbiq edən ixtisaslaşdırılmış
müəssisələrdə, sexlərdə və sahələrdə
işləmək, habelə sahibkarlıq fəaliyyəti
və qanunla qadağan edilməyən başqa
fəaliyyət ilə məşğul olmaq hüququ
təmin edilir.
Həkim-əmək ekspert komissiyasının
rəyinə görə əlilin səhhətinin peşə
vəzifələrini yerinə yetirməsinə
mane olduğu, yaxud başqa şəxslərin
səhhəti və əmək təhlükəsizliyi üçün
təhlükə törətdiyi hallar istisna
olmaqla, əlillik mülahizələrinə
görə əlillə əmək müqaviləsini bağlamaqdan,
yaxud əlili işdə irəli çəkməkdən
imtina edilməsinə, müdiriyyətin
təşəbbüsü ilə onun işdən azad edilməsinə,
öz razılığı olmadan başqa işə keçirilməsinə
yol verilmir.
Müəssisənin ləğv edilməsi halları
istisna olmaqla, müvafiq müəssisələrdə
tibbi, peşə və sosial bərpa keçən
şəxslərin bu müəssisələrdə olduğu
müddətdən asılı olmayaraq işəgötürənin
təşəbbüsü ilə fərdi əmək müqaviləsinin
(kontraktının) ləğv edilməsinə yol
verilmir. [24]
Maddə 25. Əlillərin məşğulluğunun
təmin edilməsi
Müvafiq icra hakimiyyəti orqanları,
müəssisələr (birliklər), idarələr
və təşkilatlar əlillərin ictimai
təşkilatları ilə birlikdə əlillərin
əməyi üçün müəssisələr və təşkilatlar
yaratmaq yolu ilə xüsusi proqramlar
üzrə təlim təşkil etməklə və başqa
tədbirlər görməklə əlillərə məşğulluq
sahəsində təminat verirlər. [25]
Siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunanlardan
başqa, mülkiyyət formasından asılı
olmayaraq müəssisə, idarə və təşkilatlarda
əlillər üçün qanunvericilikdə nəzərdə
tutulmuş qaydada kvota müəyyən edilir.
[26]
Müvafiq icra hakimiyyəti orqanları
və əlillərin problemləri ilə məşğul
olan ictimai təşkilatlar müəssisə
və təşkilatlarda əlillərin işlə
təmin olunmasına nəzarət edirlər.
[27]
Əlillərin işə düzəlməsi üçün nəzərdə
tutulan kvotanı təmin etməyən və
ya onları işə düzəltməkdən boyun
qaçıran müəssisələr, idarələr və
təşkilatlar, mülkiyyət formasından
asılı olmayaraq, Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fonduna əlilləri
işlə təmin etmədikləri aylar üzrə
hər iş yeri üçün respublika üzrə
müəyyən edilmiş respublika üzrə
orta aylıq əmək haqqının 3 misli
məbləğində vəsait köçürürlər. [28]
Yaradılmış və kvota müəyyən edilmiş
iş yerlərinə əlillərin işə göndərilməsi
dövlət əhalinin məşğulluğu sisteminin
yerli orqanları tərəfindən həyata
keçirilir. İşə düzəlmək üçün əlillərə
verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq
formalarından asılı olmayaraq bütün
müəssisələr və təşkilatlar tərəfindən
qəbul edilməlidir. [29]
(çıxarılıb) [30]
Maddə 26. İşverənlərin əmək qabiliyyətini
itirmiş şəxsləri işə düzəltmək vəzifəsi
Müəssisələr, idarələr, təşkilatlar,
kooperativlər, kolxozlar və xüsusi
sahibkarlar həmin istehsalatda bədbəxt
hadisə nəticəsində əmək qabiliyyətini
itirmiş və ya peşə xəstəliyinə tutulmuş,
bunun nəticəsində əlil sayılmış
işçilərin işə düzəlməsi üçün iş
yerləri ayırmağa və ya yenilərini
təşkil etməyə borcludurlar.
Müəssisənin ləğv edilməsi halları
istisna olmaqla göstərilən tələbi
yerinə yetirmədikdə onlar bu işçi
ilə əmək müqaviləsini (kontraktı)
ləğv edərkən Dövlət Sosial Müdafiə
Fonduna respublika üzrə orta aylıq
əmək haqqının 120 misli məbləğində
vəsait köçürməlidirlər. [31]
Maddə 27. Əlillərin əməyindən istifadə
üçün ixtisaslaşdırılmış iş yerləri
yaradılmasına tələblər [32]
Müvafiq işədüzəltmə orqanları, habelə
mülkiyyət və təsərrüfatçılıq formalarından
asılı olmayaraq müəssisələr və təşkilatlar
əlillərin tələbatını və yerli xüsusiyyətləri
nəzərə almaqla əlillərin əməyindən
istifadə üçün ixtisaslaşdırılmış
müəssisələr, sexlər və sahələr yaradırlar.
Müvafiq icra hakimiyyəti orqanları
əlillərin əməyindən istifadə üçün
ixtisaslaşdırılmış iş yerlərinin
respublika standartlarını hazırlayıb
müəyyən olunmuş qaydada təsdiq edirlər.
Müvafiq icra hakimiyyəti orqanları
respublika əlillərin reabilitasiya
mərkəzləri ilə birlikdə bu cür iş
yerlərini il ərzində attestasiyadan
keçirməlidirlər.
Attestasiyadan keçməyən ixtisaslaşdırılmış
iş yerlərində əlillərin əməyinin
tətbiqi qadağandır və bu tələbin
pozulmasında təsdiqi olan təsərrüfat
subyektləri qüvvədə olan qanunvericiliklə
müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar. [33]
Maddə 28. Əlillərin əməyini tətbiq
edən müəssisələr üçün üstünlüklər
və güzəştlər
İşləyənlərin ümumi sayının azı 30
faizinin əlillərdən ibarət olduğu
müəssisələr, idarələr və təşkilatlar
güzəştli maliyyələşdirmə və maddi-texniki
təminat hüququna malikdirlər.
(çıxarılıb) [34]
Əlillərin əməyini tətbiq və təmin
edən müəssisələrdən, idarələrdən
və təşkilatlardan vergi tutulmasının,
onların maliyyələşdirilməsinin və
maddi-texniki təminatının qaydası
və şərtləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
[35]
Müəyyən çeşiddə məhsulların əlillərin
ictimai təşkilatlarının müəssisələrində
istehsal olunmasına müstəsna üstünlük
verilir. Mülkiyyət növündən asılı
olmayaraq başqa idarələrin, müəssisələrin,
təşkilatların və kooperativlərin
həmin məhsulları istehsal etməsinə
icazə verilmir, müvafiq icra hakimiyyəti
orqanı əlillərin ictimai təşkilatlarının
rəyini nəzərə alaraq belə məhsulların
siyahısını müəyyənləşdirib təsdiq
edir. [36]
Maddə 29. Əlillərin əmək şəraiti
Müəssisələrdə, idarələrdə və təşkilatlarda
işləyən əlillər üçün fərdi reabilitasiya
proqramına müvafiq surətdə lazımi
iş şəraiti yaradılır.
Kollektiv və ya fərdi əmək müqaviləsində
müəyyən edilən əmək şəraiti, o cümlədən
əmək haqqı, iş və istirahət vaxtı
rejimi, illik və əlavə məzuniyyətlərin
müddəti başqa işçilərə nisbətən
əlillərin vəziyyətini pisləşdirə
və ya hüquqlarını məhdudlaşdıra
bilməz.
Müəssisə, təşkilat müdiriyyətinin
ixtiyarı var ki, əlillərin səhhətindən
asılı olaraq onların əmək normalarını
azaltsın və əməyini artırılmış qiymətlərlə
ödəsin.
Əlillərin iş vaxtından artıq işlərə,
istirahət günləri və gecə vaxtı
işləməyə cəlb edilməsinə yalnız
onların razılığı ilə və bu şərtlə
yol verilir ki, belə işlər tibbi
tövsiyələrdə qadağan edilməsin.
Əlillərə (əlillik qruplarından və
səbəblərindən asılı olmayaraq) illik
məzuniyyətlər mövcud qanunvericiliklə
müəyyən edilmiş minimum məzuniyyət
müddətinin iki mislindən az olmayaraq
verilir.
Əlillərə (əlillik qruplarından və
səbəblərindən asılı olma-yaraq)
azı bir təqvim ayı müddətində ödənişsiz
məzuniyyət verilir.
I və II qrup əlillər üçün həftədə
36 saatdan çox olmayan qısaldılmış
iş vaxtı müəyyən edilir.
İşçilərin sayı və ya ştatı ixtisar
edilərkən, ixtisas dərəcəsi eyni
olduqda, həmin müəssisədə, idarədə,
təşkilatda əmək şikəstliyi almış
və ya peşə xəstəliyi nəticəsində
əlil olmuş işçilərin işdə saxlanmaq
üçün üstünlük hüququ vardır. [37]
Əmək vəzifələrini yerinə yetirərkən
xəsarət alıb şikəst olmuş və bu
səbəbdən əmək qabiliyyətini itirmiş
I və II qrup əlillərin işləmədiyi
müddət onların ümumi və fasiləsiz
iş stajına daxil edilir.
Maddə 30. Əlillərin evdə əməyi və
sahibkarlıq fəaliyyəti
Müvafiq icra hakimiyyəti orqanları
qeyri-yaşayış otaqlarını vermək,
habelə xammal əldə edilməsində və
məHsulun satışında kömək göstərmək
yolu ilə əlillərin evdə əməyinin
və sahibkarlıq fəaliyyətinin təşkili
üçün lazımi şərait yaradırlar. [38]
Maddə 30-1. Təsərrüfat subyektlərinin
məsuliyyəti
Əlillərin işə düzəldilməsi üzrə
tədbirlər görməyən mülkiyyət formasından
asılı olmayaraq bütün təsərrüfat
subyektlərinin vəzifəli şəxsləri
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar. [39]
V. SOSİAL İNFRASTRUKTURUN
ƏLİLLƏRƏ MANEƏSİZ MÜYƏSSƏR OLMASI
ÜÇÜN ŞƏRAİT YARADILMASI
Maddə 31. Sosial
infrastruktur obyektləri barəsində
dövlət siyasəti
Azərbaycan Respublikasının icra
hakimiyyəti və idarəetmə orqanları,
müəssisələri (birlikləri), idarələri
və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq
formalarından asılı olmayaraq) sosial
infrastruktur obyektlərinin, mənzillərin,
ictimai, istehsal binalarının və
qurğularının əlillərə maneəsiz müyəssər
olması, ictimai nəqliyyatdan və
nəqliyyat kommunikasiyalarından,
rabitə və informasiya vasitələrindən,
istirahət və asudə vaxt yerlərindən
onların sərbəst istifadə etməsi
üçün lazımi şəraiti təmin edirlər.
[40]
Maddə 32. Sosial infrastruktur obyektlərinin
layihələşdirilməsi və tikintisi
zamanı əlillərin tələbatının nəzərə
alınması
Əlillərin müyəssər olması və istifadə
etməsi üçün uyğunlaşdırılmadan yaşayış
məntəqələrinin layihələşdirilməsinə,
tikilməsinə, yaşayış rayonlarının
formalaşdırılmasına, binaların,
qurğuların, o cümlədən aeroportların,
dəmir yolu vağzallarının, komplekslərinin
və kommunikasiyalarının tikilməsinə
və yenidən qurulmasına yol verilmir.
Bu məsələlərin həllində əlillərin
ictimai təşkilatlarının iştirakı
və razılığı olmalıdır.
Maddə 33. İstifadədə olan sosial
infrastruktur obyektlərinin əlillərin
istifadəsi üçün uyğunlaşdırılması
Müvafiq icra hakimiyyəti orqanları,
müəssisələr və təşkilatlar tabeliklərində
olan nəqliyyat, rabitə, informasiya,
mədəni-tamaşa və digər sosial infrastruktur
qurğularını və obyektlərini öz vəsaitləri
hesabına əlillərin istifadəsi üçün
uyğunlaşdırırlar. [41]
Göstərilən obyektləri əlillərə müyəssər
olmaq üçün uyğunlaşdırmaq mümkün
olmadıqda, müvafiq müəssisələr,
idarələr və təşkilatlar əlillərin
tələbatının ödənilməsini təmin edən
lazımi tədbirlər hazırlayıb həyata
keçirməlidirlər.
Maddə 34. Yaşayış binalarının əlillərin
müyəssər olması və istifadə etməsi
üçün uyğunlaşdırılması
Əlillərin və ya tərkibində əlil
olan ailələrin yaşadıqları binalar,
əlillərin yaşadıqları evlərin kiriş
qapıları, pilləkən meydançaları
fərdi reabilitasiya proqramına uyğun
olaraq xüsusi vasitələr və qurğular,
lift habelə telefon rabitəsi ilə
təmin edilməlidir.
Yaşayış binalarının əlillər üçün
uyğunlaşdırılmasını və avadanlıqla
təchiz edilməsini mənzil fondu ixtiyarında
olan müvafiq icra hakimiyyəti orqanları,
müəssisələr, idarələr və təşkilatlar
həyata keçirirlər.
Əlillərin yaşadıqları fərdi evlərin
onlar üçün uyğunlaşdırılmasını və
avadanlıqla təchiz edilməsini əlilliyin
başlanmasında təqsiri olan müəssisələr,
idarələr və təşkilatlar, başqa hallarda
isə müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər.
Əlilin mənzili müəyyən edilmiş tələblərə
uyğun gəlmədikdə və mənzili əlilin
tələbatına uyğunlaşdırmaq mümkün
olmadıqda, yaşayış sahəsi onun pazılığı
və tələbi ilə dəyişdirilir.
Müvafiq icra hakimiyyəti orqanları
dayaq-hərəkət sistemi pozulmuş və
digər I qrup əlillərə, habelə müharibə
əlillərinə öz yaşayış yerlərinin
yaxınlığında qaraj tikintisi üçün
torpaq sahələri ayrılmasını təmin
edirlər. [42]
Maddə 35. Mədəni-tamaşa müəssisələrinin
və idman qurğularının əlillərə müyəssər
olmasının təmin edilməsi
Müvafiq icra hakimiyyəti və idarəetmə
orqanları mədəni-tamaşa müəssisələrinin
və idman qurğularının əlillərə müyəssər
olması üçün lazımi şəraiti təmin
etməyə, habelə onlara xüsusi idman
inventarı verilməsini təmin etməyə
borcludurlar. [43]
Əlillər göstərilən xidmətlərdən
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq pulsuz və ya güzəştli
şərtlərlə istifadə edirlər.
Maddə 36. Əlillərin rabitə vasitələri
ilə təmin edilməsi
Müharibə əlillərinin, onlara bərabər
tutulan şəxslərin, 20 Yanvar əlillərinin
və digər kateqoriyadan olan I və
II qrup əlillərin növbədənkənar
telefon çəkdirmək hüququ vardır.
Müharibə əlillərinə, onlara bərabər
tutulan şəxslərə, 20 Yanvar əlillərinə
və digər kateqoriyadan olan I və
II qrup əlillərə müvafiq icra hakimiyyəti
orqanları tərəfindən müəyyən olunmuş
qaydada və məbləğdə telefondan istifadə
haqqını ödəmək üçün (şəhərlərarası
və beynəlxalq danışıqlar istisna
olmaqla) müavinət verilir. [44]
Maddə 37. Əlillərin sosial infrastruktura
müyəssərliyinin təmin edilməməsinə
görə məsuliyyət
İdarələr və təşkilatlar sosial obyektlərin
əlillərə müyəssərliyini təmin etmədikdə
Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondunun hesabına
obyektin əlillərə uyğunlaşdırılmasına
tələb edilən məbləğin 20 faizi məbləğində
çərimə köçürürlər.
Cəriməni ödəmiş müəssisələr və təşkilatlar
sosial infrastruktur obyektlərinin
əlillərə uyğunlaşdırılması vəzifəsindən
azad edilmirlər. [45]
VI. ƏLİLLƏRİN MADDİ,
SOSİAL-MƏİŞƏT VƏ TİBBİ TƏMİNATI
Maddə 38. Əlillərə
sosial yardımın növləri
Əlillərin maddi, sosial-məişət və
tibbi təminatı pul ödəncləri (pensiyalar,
müavinətlər, birdəfəlik ödənclər)
verilməsi, dava-dərman, texniki
və başqa vasitələr, o cümlədən avtomobillər
ilə, kreslo-arabalar, protez-ortopediya
məmulatı, xüsusi şriftli mətbu nəşrlər,
səsgücləndirən aparatlar və analizatorlar
ilə təminat, habelə tibbi, sosial,
əmək və peşə reabilitasiyası sahəsində
xidmətlər göstərilməsi, məişət və
ticarət xidməti göstərilməsi yolu
ilə hə: yata keçirilir.
Maddə 39. Sosial yardımın növünün
müəyyən edilməsi
Əlillərə lazımi maddi, sosial-məişət
və tibbi yardımın növlərini tibbi-sosial
ekspertiza orqanları fərdi reabilitasiya
proqramında müəyyən edirlər. [46]
Maddə 40. Əlilə texniki və digər
reabilitasiya vasitəsi verilməsi
Əlillərə texniki və başqa bərpa
vasitələri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada verilir. [47]
Reabilitasiya proqramında nəzərdə
tutulan texniki və ya başqa vasitələr
əlilə verilmədikdə, Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş
qaydada ona kompensasiya ödənilir.
(çıxarılıb) [48]
Maddə 41. Əlillərə nəqliyyat xidməti
Müharibə əlillərinə və onlara bərabər
tutulan şəxslərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada və məbləğdə ölkədaxili nəqliyyat
vasitələrindən (taksidən başqa)
istifadə haqqını ödəmək üçün müavinət
verilir. [49]
(çıxarılıb) [50]
(çıxarılıb) [51]
Əlillərə növbədənkənar xidmət göstərilir.
Maddə 41-1. Reabilitasiya texnikasının
və mexanizasiya vasitələrinin standartlaşdırılması,
unifikasiyası, sınaqdan keçirilməsi
və keyfiyyətinin təminatı
Əlillərin əmək və məişət şəraitini
yüngülləşdirmək üçün reabilitasiya
texnikasının və mexanizasiya vasitələrinin
standartlaşdırılması, unifikasiyası,
sınaqdan keçirilməsi və keyfiyyətinin
təminatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təşkil edilir.
[52]
Maddə 42. Tibbi xidmət, dərman preparatları
və protezlər ilə təminat
Müharibə əlillərinə və onlara bərabər
tutulan şəxslərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada və məbləğdə dərman almaq
üçün müavinət verilir;
20 Yanvar əlilləri, milli münaqişə
zəminində əlil olanlar, əlil uşaqlar
və digər kateqoriyalardan olan I
və II qrup əlillər müvafiq icra
hakimiyyəti orqanları tərəfindən
müəyyən olunmuş qaydada dərman preparatları
ilə təmin edilirlər.
Əlillər tibbi xidmətlə, tibb müəssisələrinin
göndərişi ilə ölkə hüdudları daxilində
sanatoriya-kurort müalicəsi ilə,
həmçinin protez-ortopediya məmulatı,
diş protezləri (qiymətli metallardan
hazırlanan protezlər istisna olmaqla),
əlil kreslo və veloarabaları, bərpa
vasitələri ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada təmin edilirlər. [53]
Maddə 43. Əlillərə mənzil-məişət
xidməti
Əlillər dövlətin hesabına mənzillə
təmin edilirlər. I qrup əlillərə
mənzillər növbədənkənar verilir.
Fərdi reabilitasiya proqramına uyğun
olaraq əlillər binanın növünü, mərtəbəsini,
abadlıq vəziyyətini və yaşayış üçün
vacib olan digər şərtləri nəzərə
almaqla yaşayış sahəsini seçmək
hüququna malikdirlər.
Mənzil bölgüsü zamanı müvafiq icra
hakimiyyəti orqanları, müəssisələr,
idarələr və təşkilatlar əlillərin
iş yerlərinin, qohumlarının yaşayış
yerlərinin, reabilitasiya müəssisələrinin
(mərkəzlərin) yaxınlığında mənzillər
ayrılmasına olan tələbatı nəzərə
alırlar. [54]
Tibbi göstərişlərə və arzularına
uyğun olaraq əlillərə yaşayış evlərinin
aşağı mərtəbələrində mənzil verilir
(və ya dəyişdirilir).
Əlillərə verilən mənzillər əlillərin
səhhəti nəzərə alınmaqla müəyyən
edilən sanitariya texniki tələblərə
uyğun kəlməlidir.
Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına
ehtiyacı olan şəxslər hesab edilməsinin
əsasları, onlara mənzil verilməsinin
növbəliyi Azərbaycan Respublikasının
mənzil qanunvericiliyi ilə müəyyən
edilir. Bu zaman 1 qrup əlillər,
habelə II və III qrup müharibə əlilləri
ailədə adambaşına 9 kvadratmetr
və daha az yaşayış sahəsi ilə təmin
edilmiş olduqda mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan
şəxslər sayılırlar.
Müharibə əlillərinə və onlara bərabər
tutulan şəxslərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada və məbləğdə mənzil, kommunal
xidmətlərindən istifadə haqqını
ödəmək üçün müavinət verilir. [55]
Maddə 44. Əlillərin ərzaq və sənaye
malları ilə təmin edilməsi
Əlillər ərzaq və sənaye malları
ilə güzəştli qaydada təmin edilmək
hüququna malikdirlər.
(çıxarılıb) [56]
Əlillərin ictimai təşkilatlarının
vəsatətləri üzrə müvafiq icra hakimiyyəti
orqanları pərakəndə ticarət şəbəkəsi
vasitəsilə təsərrüfat, mədəni-məişət,
turist və idman malları almaqda
əlillərə kömək göstərirlər.
Ərzaq və sənaye malları ilə güzəştli
qaydada təmin edilmək hüququna malik
olan əlillərin xəstəliklərinin siyahısını
müvafiq icra hakimiyyətin orqanı
təsdiq edir. [57]
Maddə 45. Evdə xidmət
Kənardan qulluğa və yardıma ehtiyacı
olan əlillərə sosial yardım orqanları
evdə, yaxud stasionar müəssisələrdə
tibbi və məişət xidmətləri göstərirlər.
Ahıl əlillərə sosial xidmət orqanları
(evdə, yarımstasionar, stasionar
müəssisələrdə), habelə fərdi qaydada
sosial xidmət sahəsində peşəkar
fəaliyyətlə məşğul olan şəxslər
sosial xidmət göstərirlər. [58]
Dövlət kənardan qulluğa ehtiyacı
olan əlillərə sosial yardım üzrə
stasionar müəssisələr şəbəkəsinin
inkişafına kömək göstərir.
Qohumluq münasibətindən asılı olmayaraq
I qrup əlilə (əlillik səbəbindən
asılı olmayaraq) qulluq edən şəxsin
bu qulluq müddəti onun ümumi əmək
stajına daxil edilir.
HİV-lə yoluxmuş yetkinlik yaşına
çatmayanların valideynlərindən birinə,
yaxud onların qanuni nümayəndəsinə
yoluxmuş şəxsə xidmət etmək üçün
müvəqqəti işləmədiyi dövr iş stajı
saxlanılmaqla ümumi staja daxil
edilir. [59]
Maddə 46. İnternat evlərdə və digər
stasionar sosial yardım müəssisələrində
olan əlillərin hüquqları
Əlillərin internat evdə və ya digər
stasionar sosial yardım müəssisəsində
olmasının şərtləri onların öz hüquqlarını
və qanuni mənafelərini həyata keçirməsi
imkanını təmin edir və şəxsiyyətin
tələbatının maksimum ödənilməsinə
kömək göstərir.
Reabilitasiya tədbirləri nəticəsində
əlilin internat evdə və ya başqa
stasionar sosial yardım müəssisəsində
olması zərurətinin aradan qalxdığı
halda müvafiq icra hakimiyyəti orqanı
bu Qanunun 34-cü və 43-cü maddələrinin
tələblərinə uyğun olaraq ona abad
yaşayış sahəsi verir. [60]
Valideynləri olmayan və ya valideynləri
valideynlik hüquqlarından məhrum
edilmiş, dövlət və ya başqa sosial
müəssisələrdə yaşayan əlil uşaqlar
yetkinlik yaşına çatdıqda tibbi-sosial
ekspertiza rəyinə görə özlərinə
xidmət edə bilərsə və müstəqil yaşaya
bilərsə, növbədənkənar mənzil almaq
və onu abadlaşdırmaqdan ötrü maddi
yardım almaq hüququna malikdirlər.
Əlillər üçün internat evlərdə (pansionatlarda)
yaşayan tənha pensiyaçıların pensiyası
ilə internat evdə (pansionatda)
saxlanma dəyəri arasında fərq təyin
edilmiş pensiyanın 25 faizindən
və yaşa görə minimum pensiyanın
20 faizindən az olmayaraq ödənilir.
Əlillər üçün internat evdə (pansionatda)
yaşayan pensiyaçının öhdəsində əmək
qabiliyyəti olmayan ailə üzvləri
olduqda pensiya aşağıdakı qaydada
ödənilməlidir: pensiyanın 25 faizi,
lakin yaşa görə minimum pensiyanın
20 faizindən az olmayaraq pensiyaçının
özünə, qalan hissəsi isə təyin edilmiş
məbləğin 50 faizindən çox olmayaraq
göstərilən ailə üzvlərinə əmək və
istirahət evində yaşayan gənc əlillərin
pensiyası tam məbləğdə ödənilir.
Ahıl əlillərə sosial xidmət orqanları
(evdə, yarımstasionar, stasionar
müəssisələrdə), habelə fərdi qaydada
sosial xidmət sahəsində peşəkar
fəaliyyətlə məşğul olan şəxslər
sosial xidmət göstərirlər. [61]
Maddə 47. Əlillərin həyatının yaxşılaşdırılmasına
yönəldilən qərarların qəbul olunmasında
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyəti
Müvafiq icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları öz səlahiyyətləri
daxilində əlillərin spesifik tələbatının
ödənilməsinə və yaşayış səviyyəsinin
yüksəldilməsinə yönəlmiş müvafiq
tədbirlər həyata keçirə bilərlər.
[62]
Maddə 48. Əlillərin yaşayış şəraitinin
yaxşılaşdırılmasına yönəldilən qərarların
qəbul olunmasında əmək kollektivlərinin
səlahiyyəti
Pensiyaya çıxanadək müəssisədə,
idarədə, təşkilatda işləmiş əlillər
onun işçiləri ilə bərabər tibbi
xidmət, mənzil təminatı, sağlamlıq
və profilaktika müəssisələrinə putyovkalar
almaq sahə-sində mövcud imkanlardan
istifadə etmək, habelə kollektivin
ümumi yığıncağının (konfransının)
qərarı ilə həm də başqa sosial xidmətlərdən
və güzəştlərdən istifadə etmək hüququnu
saxlayırlar.
Mülkiyyət və təsərrüfatçılıq formalarından
asılı olmayaraq müəssisələrin, idarələrin
və təşkilatların ixtiyarı var ki,
kənardan yardıma və qulluğa ehtiyacı
olan əlillərin, xüsusən tək əlillərin
pensiyaları üzərinə öz vəsaitləri
hesabına üstəlik və əlavə haqlar
müəyyən etsinlər, habelə bu Qanunda
nəzərdə tutulan başqa güzəştləri
versinlər.
Maddə 49. Sosial yardımın maliyyələşdirilməsi
mənbələri
Sosial yardım dövlət büdcəsinin
və bələdiyyələr tərəfindən yerli
büdcələrin vəsaiti, eləcə də Dövlət
Sosial Müdafiə Fonduna müəssisələrin,
təşkilatların və vətəndaşların cərimələri
və könüllü verdikləri ianə hesabına
göstərilir. [63]
VII. ƏLİLLƏRİN
İCTİMAİ TƏŞKİLATLARI
Maddə 50. Əlillərin
ictimai təşkilatlarının yaradılması
Öz hüquqlarını və mənafelərini qorumaq,
qarşılıqlı yardım və xidmət göstərmək
məqsədilə əlillər-və onları təmsil
edən şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilən
qaydada ictimai təşkilatlar, o cümlədən
müxtəlif fondlar yaratmaq hüququna
malikdirlər.
Əlillərin ictimai təşkilatlarının
yaradılması, fəaliyyəti və ləğv
edilməsi müvafiq qanunvericilik
bu təşkilatların müəyyən edilmiş
qaydada qeydə alınan nizamnamələri
ilə tənzimlənir. [64]
Maddə 51. Dövlət və əlillərin ictimai
təşkilatları
Dövlət əlillərin ictimai təşkilatlarının
hüquqlarına və qanuni mənafeyinə
əməl olunmasını təmin edir və Azərbaycan
Respublikasının Konstitusiyasına,
bu Qanuna uyğun olaraq onların öz
nizamnamə vəzifələrini yerinə yetirməsi
üçün şərait yaradılmasına təminat
verir, onlara hərtərəfli yardım
göstərir.
Qanunvericilikdə nəzərdə tutulmuş
hallar istisna olmaqla əlillərin
ictimai təşkilatlarının fəaliyyətinə
dövlət orqanlarının" və vəzifəli
şəxslərin qarışmasına yol verilmir.
Əlillərin, ictimai təşkilatlarının
mənafeyinə toxunan məsələləri qanunvericilikdə
nəzərdə tutulan hallarda dövlət
orqanları və təsərrüfat təşkilatları
əlillərin müvafiq ictimai təşkilatlarının
iştirakı və ya razılığı ilə həll
edirlər.
Mətbuat, radio və televiziya əlillərin
həyatından bəhs edən xüsusi rubrika
hazırlayır. Dövlət əlillər cəmiyyətlərinin
mətbuat orqanlarının nəşrinə maliyyə
yardımı və texniki yardım göstərir.
Əlillərin ictimai təşkilatlarının
yerli orqanları, habelə onların
müəssisələrinin (birliklərinin),
idarələrinin və təşkilatlarının
əmək kollektivləri əlillərin sosial
müdafiəsi məsələləri barəsində müvafiq
icra hakimiyyəti orqanlarına təkliflər
verə bilərlər. [65]
Maddə 52. Əlillərin ictimai təşkilatlarından
haqq tutulması
Əlillərin ictimai təşkilatlarının
məcburi dövlət sosial sığortasına
cəlb olunması "Sosial sığorta
haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir. [66]
Əldə edilən gəlir bu cəmiyyətlərin
maddi-texniki bazasının inkişafına
və möhkəmləndirilməsinə, əlillərin
sosial ehtiyaclarının ödənilməsinə
yönəldilir.
Əlillərin ictimai təşkilatları mədəni-kütləvi,
idman klubları, mədəniyyət evləri,
kitabxanalar və s. yerləşən binalar
üçün icarə haqqını ödəməkdən azad
edilirlər. [67]
Maddə 53. Əlillərin ictimai təşkilatlarının
iqtisadi fəaliyyəti üçün şərait
yaradılması
Əlillərin müəssisələrinin və ictimai
təşkilatlarının maddi-texniki təminatı
mərkəzləşdirilmiş respublika ehtiyatlarından
həyata keçirilir.
Əlillərin reabilitasiyası üçün nəzərdə
tutulan müəssisələrin məhsulları
(texniki vasitələr və qurğular)
dövlət sifarişinə daxildir və maddi-texniki
ehtiyatlarla birinci növbədə təmin
edilir.
Əlillər üçün obyektlər tikintisi
maliyyələşdirmə mənbələrindən asılı
olmayaraq dövlət sifarişi tikintilərinin
siyahısına daxil edilir.
Maddə 54. Əlillərin ictimai təşkilatlarının
vəsaiti hesabına tikilmiş yaşayış
sahəsinin bölgüsü
Əlillərin ictimai təşkilatlarının
öz vəsaiti hesabına, o cümlədən
payçılıq yolu ilə tikdirdiyi yaşayış
sahələri onların daimi mülkiyyəti
olaraq geri alına bilməz və Azərbaycan
Respublikasının mənzil qanunvericiliyinə
uyğun olaraq əlillərin ictimai təşkilatlarının
təkliflərinə əsasən bölüşdürülür.
Əlillərin ictimai təşkilatları mənzil
tikintisində payçılıq qaydasında
iştirak edərkən tikinti sənayesi
qurğularının inkişafında və kommunal
tikintidə payçılıq iştirakından,
habelə yaşayış sahələrinin bir qismini
müvafiq icra hakimiyyəti orqanlarına
və başqa təşkilatlara verməkdən
azad edilirlər. [68]
Maddə 55. Əlillərin ictimai təşkilatlarının
beynəlxalq əlaqələri
Əlillərin ictimai təşkilatları öz
nizamnamələrinə müvafiq surətdə
beynəlxalq (qeyri-hökumət) birliklərə
daxil ola bilər, bir-başa beynəlxalq
əlaqələr saxlaya bilər, müvafiq
sazişlər bağlaya bilərlər.
Dövlət orqanları əlillərin reabilitasiyası,
mədəni əlaqələrin, turizmin və idmanın,
o cümlədən əlillər arasında keçirilən
olimpiya, para-olimpiya, xoş məramlı
və başqa beynəlxalq yarışların genişləndirilməsi
məsələlərində beynəlxalq təşkilatların
və xarici ölkələrin oxşar ictimai
birləşmələri ilə əməkdaşlıq yaratmaqda
və onu inkişaf etdirməkdə əlillərin
ictimai təşkilatlarına kömək edir,
o cümlədən maliyyə yardımı göstərir.
Əlillər təşkilatlarının nümayəndə
heyətinin xarici ölkələrə gedib-gəlmək
üçün nəqliyyat vasitələrindən istifadəsi
və xarici qonaqların respublika
ərazisində mehmanxanalarda yerləşdirilməsi
respublikada tədavüldə olan pul
vahidi ilə ödənilir.
(çıxarılıb) [69]
Azərbaycan Respublikasının
Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 25
avqust 1992-ci il.
№ 284.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 24 iyun 1994-cü
il tarixli 831 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı,
1994-cü il, № 15, maddə 176)
2. 18 avqust 1995-ci il tarixli
1085 nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Ali Sovetinin Məlumatı, 1995-ci
il, № 17-18, maddə 285)
3. 26 mart 1996-cı il tarixli 47-IQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci
il, № 2, maddə 81)
4. 7 fevral 1997-ci il tarixli 243-IQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci
il, № 4, maddə 305)
5. 11 aprel 1997-ci il tarixli 258-IQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci
il, № 5, maddə 356)
6. 25 aprel 1997-ci il tarixli 279-IQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci
il, № 5, maddə 378)
7. 13 iyun 1997-ci il tarixli 320-IQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997-ci
il, № 6, maddə 452)
8. 10 oktyabr 1997-ci il tarixli
380-IQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1998-ci
il, № 1, maddə 16)
9. 26 mart 1999-cu il tarixli 634-IQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999-cu
il, № 4, maddə 217)
10. 20 fevral 2001-ci il tarixli
90-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci
il, № 3, maddə 145)
11. 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci
il, № 12, maddə 731)
12. 23 noyabr 2001-ci il tarixli
219-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2001-ci
il, № 12, maddə 736)
13. 30 aprel 2002-ci il tarixli
314-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci
il, № 5, maddə 244)
14. 30 aprel 2002-ci il tarixli
316-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci
il, № 5, maddə 246)
15. 22 noyabr 2002-ci il tarixli
382-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci
il, № 12, maddə 706)
16. 9 mart 2004-cü il tarixli 603-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü
il, № 4, maddə 202)
17. 18 may 2004-cü il tarixli 652-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü
il, № 7, maddə 507)
18. 1 iyun 2004-cü il tarixli 679-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü
il, № 8, maddə 596)
19. 10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2005-ci
il, № 8, maddə 684)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
|
|