| |
Özəl tibb
fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 6 mart
tarixli 296 nömrəli Sərəncamına
dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
«Özəl tibb fəaliyyəti
haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi sahəsində
əlavə tədbirləri həyata keçirmək
məqsədi ilə qərara alıram:
1. «Özəl tibb fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2000-ci
il 6 mart tarixli 296 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2000-ci il, 3 (iki kitabda,
I kitab, maddə 163) aşağıdakı dəyişiklik
edilsin:
Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada
verilsin: «həmin qanunun 4-cü maddəsinin
dördüncü və altıncı hissələrində,
8-ci maddəsinin ikinci hissəsinin
ikinci cümləsində və üçüncü hissəsində,
9-cu maddəsinin ikinci hissəsində,
12-ci maddəsinin ikinci hissəsində,
16-cı maddəsinin dördüncü abzasında
və 17-ci maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nm səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
həyata keçirir»;
Fərmanın 1-ci bəndinin səkkizinci
abzası qüvvədən düşmüş hesab edilsin.
2. Bu Fərman dərc olunduğu gündən
qüvvəyə minir.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il
|
|