| |
«Əhalinin
radiasiya təhlükəsizliyi haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Əhalinin radiasiya
təhlükəsizliyi haqqında» Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq
olunmasını təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırıl-sın ki, iki
ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının
«Əhalinin radiasiya təhlükəsizliyi
haqqında» Azərbaycan Respublikası
Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim
etsin;
- Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu haqda Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- Həmin Qanunun 13-cü maddəsinin
dördüncü hissəsində nə-zərdə tutulmuş
ərazi, müəssisə və təşkilatların
radioloji gigiyenik pasportlarının
formasını və tərtib edilməsi qaydasını
hazırlayıb təsdiq etsin;
- Həmin Qanunun 18-ci maddəsində
nəzərdə tutulmuş fərdi şüalanma
dozalarının uçotu və onlara nəzarət
qaydasını müəyyən etsin;
- Həmin Qanunun pozulmasına görə
məsuliyyət növlərini müəyyən edən
qanunvericilik aktlarının layihələrini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- Öz səlahiyyəti daxilində həmin
Qanundan irəli gələn digər məsələləri
həll etsin;
- Bu Fərmanın 3-cü bəndində sadalanan
fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi qaydalarını
hazırlayıb təsdiq etsin.
2. Müəyyən edilsin ki:
- «Əhalinin radiasiya təhlükəsizliyi
haqqında» Azərbaycan Respublikası
Qanununun 10-cu maddəsində nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata
keçirir;
- həmin Qanunun 7-ci maddəsinin
birinci və ikinci hissələrində (radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət idarəetməsinə aid
hissədə), 9-cu maddəsinin altıncı
hissəsində, 13-cü maddəsinin dördüncü
hissəsində, 18-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
- həmin Qanunun 7-ci maddəsinin
birinci və ikinci hissələrində (radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət nəzarətinə aid
hissədə), 9-cu maddəsinin ikinci
hissəsində, 11-ci maddəsinin ikinci
hissəsində, 13-cü maddəsinin birinci
hissəsində, 14-cü maddəsinin onuncu
və on birinci abzaslarında, 19-cu
maddəsinin dördüncü abzasında və
20-ci maddəsinin üçüncü abzasında
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanları»nın səlahiyyətlərini öz
səlahiyyəti hüdudlarında Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
həyata keçirir;
- həmin Qanunun 7-ci maddəsinin
birinci və ikinci hissələrində (radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət nəzarətinə aid
hissədə), 9-cu maddəsinin səkkizinci
hissəsində, 11-ci maddəsinin ikinci
hissəsində, 13-cü maddəsinin birinci
hissəsində, 14-cü maddəsinin onuncu
və on birinci abzaslarında, 19-cu
maddəsinin dördüncü abzasında və
20-ci maddəsinin üçüncü abzasında
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanları»nın səlahiyyətlərini öz
səlahiyyəti hüdudlarında Azərbaycan
Respublikasının Dövlət Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi-nə
Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi
həyata keçirir;
- həmin Qanunun 7-ci maddəsinin
birinci və ikinci hissələrində (radiasiya
təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlət nəzarətinə aid
hissədə) və 14-cü maddəsinin on
birinci abzasında nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanları»nın
səlahiyyətlərini öz səlahiyyəti
hüdudlarında Azərbaycan Respublika-sının
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsi həyata keçirir;
- həmin Qanunun 14-cü maddəsinin
onuncu abzasında, 19-cu maddəsinin
dördüncü abzasında v 20-ci maddəsinin
üçüncü abzasında nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanları»nın
səlahiyyətlərini öz səlahiyyəti
hüdudlarında yerli icra hakimiyyətlərinin
başçıları həyata keçirirlər;
- həmin Qanunun 14-cü maddəsinin
onuncu abzasında, 19-cu maddəsinin
dördüncü abzasında və 20-ci maddəsinin
üçüncü abzasında nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanları»nın
səlahiyyətlərini öz səlahiyyəti
hüdudlarında Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi həyata keçirir.
3. Müəyyən edilsin ki, «Əhalinin
radiasiya təhlükəsizliyi haqqında»
Azərbaycan Respublikası Qanununun
10-cu maddə-sində göstərilən aşağıdakı
fəaliyyət növləri xüsusi razılıq
(lisenziya) tələb olunan fəaliyyət
növlərinə aiddir və onların lisenziyalaşdırılması
Azərbaycan Respublikasının Dövlət
Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə
Nəzarət və Dağ-mədən Nəzarəti Komi-təsi
tərəfindən həyata keçirilir:
- ionlaşdırıcı şüa mənbələrindən
istifadə ilə əlaqədar elmi-tədqiqat
və təcrübi-konstruktor işləri;
- ionlaşdırıcı şüa mənbələri hesab
edilən qurğuların, radioaktiv maddələrin
saxlanma məntəqələrinin, radioaktiv
tullantılar anbarlarının layihələşdirilməsi,
hazırlanması, yerləşdirilməsi, inşası,
istismarı və istismardan çıxarılması;
- həmin qurğular, məntəqələr və
anbarlar üçün texnoloji avadanlığın,
radiasiya təhlükəsizliyi vasitələrinin
layihələşdirilməsi və hazırlanması;
- radioaktiv maddələrin hasilatı,
istehsalı, emalı, nəqli və həmin
maddələrdən istifadə ilə əlaqədar
işlər.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 1998-ci il
|
|