| |
"Əczaçılıq
fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
"Əczaçılıq
fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının
"Əczaçılıq fəaliyyəti haqqında"
Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu haqda Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- "Əczaçılıq fəaliyyəti haqqında"
Azərbaycan Respublikası Qanununun
pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktlarının
layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim
etsin;
- öz səlahiyyətləri daxilində "Əczaçılıq
fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- "Əczaçılıq fəaliyyəti haqqında"
Azərbaycan Respublikası Qanununun
5-ci maddəsinin dördüncü, altıncı
və səkkizinci (tərkibində narkotik
maddələr olan dərman vasitələrinin
saxlanması, buraxılması qaydasının
müəyyənləşdirilməsi hissəsində)
abzaslarında göstərilmiş vəzifələr
Azərbaycan Respublikasının Nazirlər
Kabineti, ikinci, üçüncü (Azərbaycan
Respublikasının Dövlət Standartlaşdırma
və Metrologiya Mərkəzi ilə birlikdə),
beşinci, yeddinci (Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi ilə birlikdə),
səkkizinci (tərkibində narkotik
maddələr olan dərman vasitələrinin
istifadəsinə nəzarətin təşkili hissə-sində),
doqquzuncu (Azərbaycan Respublikasının
Dövlət Standartlaşdırma və Metrologiya
Mərkəzi ilə birlikdə), onuncu, on
birinci (qanunvericilikdə müəyyən
edilmiş qaydada və öz səlahiyyətləri
daxilində) və on ikinci abzaslarında
göstərilmiş vəzifələr Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən həyata keçirilir; - həmin
Qanunun 1-ci maddəsinin yeddinci
abzasında, 7-ci maddəsinin birinci
və ikinci hissələrində, 8-ci maddəsinin
birinci və ikinci hissələrində,
12-ci maddəsinin birinci, ikinci
və beşinci hissələrində, 15-ci,
17-ci, 19-cu (öz səlahiyyətləri
çərçivəsində) və 22-ci maddələrində,
24-cü maddəsinin ikinci, üçüncü
və dördüncü hissələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi
həyata keçirir;
- həmin Qanunun 13-cü maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
- həmin Qanunun 29-cu maddəsinin
beşinci abzasında nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərin Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 19-cu maddəsində
(öz səlahiyyətləri çərçivəsində)
və 20-ci maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət
Standartlaşdırma və Metrologiya
Mərkəzi həyata keçirir;
- həmin Qanunun 27-ci maddəsində
nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini
müvafiq yerli icra hakimiyyəti orqanları
həyata keçirirlər.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 1997-ci il
|
|