| |
«Tibbi sığorta
haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
«Tibbi sığorta
haqqında» Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edil-məsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının
«Tibbi sığorta haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- «Tibbi sığorta haqqında» Azərbaycan
Respublikası Qanununun pozulmasına
görə məsuliyyət növlərini müəyyən
edən qanunvericilik aktının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- həmin Qanunun 4-cü maddəsinin
dördüncü hissəsində nəzərdə tutulmuş
tibbi sığorta müqaviləsinin formasını
və bağlanma qaydasını müəyyən etsin;
- həmin Qanunun 4-cü maddəsinin
beşinci hissəsində nəzərdə tutulmuş
tibbi sığortanın ayn-ayrı növlərinə
aid qaydaların və icbari tibbi sığorta
münasibətlərinin şamil edilmədiyi
şəxslərin kateqoriyalarını müəyyən
etsin;
- həmin Qanunun 5-ci maddəsinin
dördüncü hissəsində nəzərdə tutulmuş
tibbi sığorta şəhadətnaməsinin formasını
və onun tətbiqi qaydalarını müəyyən
etsin;
- həmin Qanunun 10-cu maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş
icbari tibbi sığorta haqlarının
məbləği və ödənilmə qaydasını müəyyən
etsin;
- həmin Qanunun 11-ci maddəsində
nəzərdə tutulmuş icbari tibbi sığorta
proqramını təsdiq etsin;
- həmin Qanunun 15-ci maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş
icbari tibbi sığorta sistemində
tibbi xidmətlər üçün tarifləri müəyyən
etsin;
- həmin Qanunun 3-cü maddəsinin
ikinci hissəsinin ikinci abzasında,
7-ci maddəsinin ikinci hissəsində,
habelə 10-cu maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş icra hakimiyyəti
orqanları barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim
etsin;
- öz səlahiyyətləri daxilində «Tibbi
sığorta haqqında» Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
- «Tibbi sığorta haqqında» Azərbaycan
Respublikası Qanununun 4-cü maddəsinin
dördüncü və beşinci hissələrində,
5-ci maddəsinin dördüncü hissəsində,
6-cı maddəsinin birinci hissəsinin
ikinci abzasında, 10-cu maddəsinin
birinci hissəsində, 11-ci maddəsində,
12-ci maddəsinin birinci hissəsində
və 15-ci maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
- həmin Qanunun 6-cı maddəsinin
ikinci hissəsinin dördüncü abzasında
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında
Azərbaycan Respublikası Dövlət Sığorta
Nəzarəti həyata keçirir;
- həmin Qanunun 9-cu maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqam»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi həyata keçirir;
- həmin Qanunun 12-ci maddəsinin
üçüncü hissəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi və onun yerli
orqanları həyata keçirirlər;
- həmin Qanunun 3-cü maddəsinin
dördüncü hissəsində «xüsusi razılığı
olan müalicə-profilaktika, elmi
tədqiqat müəssisələri, eləcə də
qanunvericilikdə müəyyən olunmuş
qaydada tibbi yardım göstərən digər
hüquqi şəxslər» dedikdə Azərbaycan
Respublikası Prezidentinin 1997-ci
il 4 oktyabr tarixli, 637 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «Xüsusi
razılıq (lisenziya) tələb olunan
fəaliyyət növlərinin və onları verən
icra hakimiyyəti orqanlarının siyahısı»nın
36-cı bəndinə müvafiq olaraq xüsusi
razılıq (lisenziya) almış hüquqi
şəxslər nəzərdə tutulur;
- həmin Qanunun 12-ci maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş
tibbi sığortanı həyata keçirmək
üçün xüsusi razılığın verilməsi
Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 4 oktyabr tarixli, 637
nömrəli Fərmanı ilə təsdiq olunmuş
«Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyəti növlərinin və
onları verən icra hakimiyyəti orqanlarının
siyahısı»nın 44-cü bəndinə müvafiq
olaraq həyata keçirilir.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 1999-cu il
|
|