| |
«Özəl tibb
fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
«Özəl tibb fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırıl-sm ki, iki ay
müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının
«Özəl tibb fəaliyyəti haqqında»
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- «Özəl tibb fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun
pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim
etsin;
- həmin Qanunun 5-ci maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş
özəl tibbi praktika ilə məşğul olmaq
üçün zəruri olan tibbi iş stajını
və müvafiq sertifikat alınması qaydasını
müəyyən etsin;
- həmin Qanunun 5-ci maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
əcnəbilərin və Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan
şəxslərin özəl tibbi praktika ilə
məşğul olması üçün şərtlərini müəyyən
etsin;
- həmin Qanunun 8-ci maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş
özəl tibb müəssisələri və özəl tibbi
praktika ilə məşğul olan şəxslərə
dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarında iştirak etmək hüququ
verən müsabiqələrin keçirilmə qaydalarını
müəyyən etsin; həmin Qanunun 8-ci
maddəsinin ikinci hissəsinin ikinci
cümləsində və üçüncü hissəsində,
12-ci maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanlarına
dair təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
- bu Fərmanın 2-ci bəndində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
səlahiyyətlərinə aid edilmiş digər
məsələlərə dair müvafiq normativ
hüquqi aktların işlənib hazırlanmasını
və təsdiq edilməsini təmin etsin;
- öz səlahiyyətləri daxilində «Özəl
tibb fəaliyyəti haqqında» Azərbaycan
Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «Özəl tibb fəaliyyəti haqqında»
Azərbaycan Respublikası Qanununun
5-ci maddəsinin birinci və ikinci
hissələrində, 8-ci maddəsinin ikinci
hissəsinin birinci cümləsində, 15-ci
maddəsinin üçüncü abzasında nəzərdə
tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti
həyata keçirir; - həmin Qanunun
4-cü maddəsinin dördüncü və altıncı
hissələrində, 9-cu maddəsinin ikinci
hissəsində, 16-cı maddəsinin dördüncü
abzasında və 17-ci maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş «müvafiq
icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi həyata keçirir;
- həmin Qanunun 10-cu maddəsinin
birinci və ikinci hissələrində nəzərdə
tutulmuş dövlət mülkiyyətində olan
və dövlət təminatı və səhiyyənin
məqsədyönlü proqramlarının həyata
keçirilməsində istifadə olunmayan
əmlakın, habelə səhiyyə üçün nəzərdə
tutulan, tam tikilməyən və əsaslı
təmirə ehtiyacı olan binaların özəl
tibb fəaliyyəti subyektlərinə icarəyə
verilməsi qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının
Dövlət Əmlak Nazirliyi tərəfindən
həyata keçirilir.
Heydər ƏLİYEV Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2000-ci il
|
|