|
ÇIXARIŞLAR:
AZƏRBAYCAN
RESPUBLİKASININ KONSTİTUSİYASI
.Hər kəs qanunla
müəyyən edilmiş yaş həddinə çatdıqda,
xəstəliyinə, əlilliyinə, ailə başçısını
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə,
işsizliyə görə və qanunla nəzərdə
tutulmuş digər hallarda sosial təminat
hüququna malikdir.
ÜMUMDÜNYA İNSAN HÜQUQLARI
BƏYANNAMƏSİ
( 10 dkabr 1948-ci il )
Hər bir insan ,
qida , geyim , mənzil , tibbi qulluq
və sosial xidmətlər də daxil olmaqla
onun özünün və ailəsinin sağlamlığının
və rifahının qorunub saxlanması
üçün zəruri olan həyat səviyyəsinə
malik olmaq hüququna və işsizlik
, əlillik , dulluq , qocalıq halında
və ondan asılı olmayan digər səbəblərə
görə dolanışıq vəziyyətini itirdiyi
halda təminat hüququna malikdir.
UŞAQ HÜQUQLARI BƏYANNAMƏSİ
( 20 noyabr 1959-cu il )
Fiziki , ruhi
və ictimai cəhətdən əlil olan uşaq
xüsusi rejim , təhsil və qayğı ilə
təmin olunmalıdır.
AZƏRBAYCAN
RESPUBLİKASININ TƏHSİL QANUNU
Sosial müdafiəyə
və yardıma ehtiyacı olan vətəndaşların
təhsil hüququnu təmin etmək məqsədilə
dövlət onların təhsil xərcinin qismən,
yaxud bütünlüklə öz üzərinə götürür.
UŞAQ HÜQUQLARI
HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Əlil, əqli və
ya fiziki çatışmazlıqları olan uşaqların
növbədənkənar, pulsuz və ya güzəştlə
tibbi, defektoloji və psixoloji
yardım almaq hüququ vardır. Dövlət
bu uşaqların sosial və psixoloji
reabilitasiyasına, imkanlarına uyğun
təhsil almalarına, peşə seçmələrinə,
əməyə cəlb olunmalarına köməklik
göstərir, uşaq əlilliyinin qarşısını
almaq üçün müvafiq tədbirlər görür.
ƏHALİNİN
SAĞLAMLIĞI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Xəstələndikdə,
əmək qabiliyyətını itirdikdə və
digər hallarda vətəndaşın tibbi-sosial
yardım almaq hüququ vardır.
Tibbi-sosial yardım
dövlət və qeyri-dövlət səhiyyə sistemi
və eləcə də sosial müdafiə sistemi
müəssisələrində göstərilir.
TİBBİ SIĞORTA
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
İşləməyən təqaüdçü,
idarə və təşkilat ləğv olunduqda
müvəqqəti işsizlər, əmək qabiliyyəti
olmayanlar, uşaqlar, tələbələr və
büdcə təşkilatlarının işçiləri üçün
icbari tibbi sığorta haqları tibbi
xidmətlər üçün qiymətlərin indeksasiyası
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən büdcə və sosial
müdafiə fondlarının vəsaiti hesabına
ödənilir.
"Vətəndaşların
pensiya təminatı haqqında"
Azərbaycan Respublikasının Qanunu
Əmək pensiyası
almaq hüququ və əmək qabiliyyəti
olmayan vətəndaşların bu Qanunla
müəyyən şərtlər əsasında sosial
pensiya almaq hüququ vardır.
Əlilliyə görə pensiyalar əlillik
əmək zədəsi və ya peşə xəstəliyi,
hərbi zədə nəticəsində yaralanma,
zədələnmə və ya xəstələnmə, müddətli
hərbi və ya alternativ xidmət dövründə
xəstələnmə hallarında iş stajından
asılı olmayaraq təyin edilir.
PSİXİATRİYA
YARDIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Qanunvericilikdə
müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilən
şəxslərin psixiatriya müayinəsi
müvafiq icra hakimiyyəti orqanımın
qərarı ilə həyata keçirilir. Bu
qərardan məhkəməyə şikayət edilə
bilər
|