BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

Ümum­dün­ya in­san hü­quq­la­rı bə­yan­na­mə­si

 

Baş Assamb­le­ya­nın 1948-ci il 10 de­kabr ta­rix­li 217-ci A ( III )

qət­na­mə­si ilə qə­bul və bə­yan edil­ib.

 

Pre­amb­ula

 

Bə­şər ai­lə­si­nin bü­tün üzv­lə­ri­nə xas olan lə­ya­qət­lə­ri və on­la­rın bə­ra­bər və alın­maz hü­quq­la­rı­nı qə­bul et­mə­yin azad­lı­ğın, əda­lə­tin və ümu­mi sül­hün tə­mə­li ol­du­ğu­nu nə­zə­rə ala­raq;

in­san hü­quq­la­rı­na la­qeyd­li­yin və hə­qa­rə­tin bə­şə­riy­yə­tin vic­da­nı­nı hid­dət­lən­di­rən vəh­şi əməl­lə­rə gə­ti­rib çı­xar­dı­ğı­nı və in­san­la­rın söz və əqi­də azad­lı­ğı­na ma­ne ola­ca­ğı, qor­xu və eh­ti­yac­lar­dan azad ola­ca­ğı bir dün­ya­nın ya­ra­dıl­ma­sı­nın in­san­la­rın ən ali ar­zu­su ki­mi bə­yan edil­di­yi­ni nə­zə­rə ala­raq;

in­sa­nın müs­tə­bid­li­yə və zülm­kar­lı­ğa qar­şı so­nun­cu va­si­tə ki­mi qi­ya­ma əl at­ma­ğa məc­bur qal­ma­ma­sı­nı tə­min et­mək məq­sə­di­lə in­san hü­quq­la­rı­nın qa­nun hök­mü ilə qo­run­ma­sı­nın zə­ru­ri ol­du­ğu­nu nə­zə­rə ala­raq;

xalq­lar ara­sın­da dost­luq mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı­na yar­dım et­mə­yin zə­ru­ri ol­du­ğu­nu nə­zə­rə ala­raq;

Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­na da­xil olan xalq­la­rın Ni­zam­na­mə­də in­sa­nın əsas hü­quq­la­rı­na, in­san şəx­siy­yə­ti­nin lə­ya­qə­ti­nə və də­yər­li­li­yi­nə, ki­şi və qa­dın­la­rın hü­quq bə­ra­bər­li­yi­nə olan inam­la­rı­nı təs­diq et­dik­lə­ri və da­ha çox azad­lıq şə­ra­i­tin­də so­si­al tə­rəq­qi­yə və hə­yat şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı­na yar­dım gös­tər­mək qə­ra­rı­na gəl­dik­lə­ri­ni nə­zə­rə ala­raq;

üzv öl­kə­lə­rin, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı ilə əmək­daş­lıq əsa­sın­da in­san hü­quq­la­rı­na və əsas azad­lıq­la­ra ha­mı­lıq­lı hör­mət və ri­a­yət edil­mə­si­nə yar­dım gös­tər­mə­yi öz öh­də­lə­ri­nə gö­tür­dük­lə­ri­ni nə­zə­rə ala­raq;

bu hü­quq və azad­lıq­la­rın xa­rak­te­ri­nin ha­mı­lıq­la dərk edil­mə­si­nin bu öh­də­lik­lə­rin tam şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si üçün bö­yük əhə­miy­yət kəsb et­di­yi­ni nə­zə­rə ala­raq,

Baş Assamb­le­ya

bü­tün xalq­la­rın və bü­tün döv­lət­lə­rin ye­ri­nə ye­tir­mə­yə can at­ma­lı ol­duq­la­rı və­zi­fə­lər ki­mi ha­zır­kı Ümum­dün­ya İnsan Hü­quq­la­rı Bə­yan­na­mə­si­ni bə­yan edir; bu məq­səd­lə ki, hər bir in­san və cə­miy­yə­tin hər bir qu­ru­mu ha­zır­kı Bə­yan­na­mə­ni da­im nə­zər­də tu­ta­raq, bu hü­quq­la­ra və azad­lıq­la­ra, ma­a­rif­çi­lik və təh­sil yo­lu ilə, mü­tə­rəq­qi mil­li və bey­nəl­xalq təd­bir­lər yo­lu ilə, on­la­rın həm Təş­ki­la­ta üzv olan döv­lət­lə­rin xalq­la­rı, həm də bu döv­lət­lə­rin yu­ris­dik­si­ya­sı al­tın­da olan əra­zi­lə­rin xalq­la­rı ara­sın­da ha­mı­lıq­la və sə­mə­rə­li şə­kil­də qə­bul edil­mə­si və hə­ya­ta ke­çi­ril­mə­si yo­lu ilə hör­mət edil­mə­si­nə və on­la­rın tə­min edil­mə­si­nə kö­mək­lik gös­tər­mə­yə can atır­lar.

 

Mad­də 1

Bü­tün in­san­lar öz lə­ya­qət­lə­ri və hü­quq­la­rı eti­ba­ri­lə azad və bə­ra­bər do­ğu­lur­lar. Onla­ra ağıl və vic­dan bəxş edi­lib və on­lar bir-bi­ri­nə mü­na­si­bət­də qar­daş­lıq ru­hu­nda dav­ran­ma­lı­dır­lar.

Mad­də 2

Hər bir in­san, ir­qi, də­ri­si­nin rən­gi, cin­si, di­li, di­ni, si­ya­si və di­gər əqi­də­lə­ri, mil­li və so­si­al mən­su­biy­yə­ti, əm­lak və­ziy­yə­ti, silk mən­su­biy­yə­ti və di­gər və­ziy­yət­lə­ri­nə gö­rə heç bir fərq qo­yul­ma­dan ha­zır­kı Bə­yan­na­mə­də bə­yan edi­lən bü­tün hü­quq­la­ra və bü­tün azad­lıq­la­ra ma­lik ol­ma­lı­dır.

Bun­dan əla­və, in­sa­nın mən­sub ol­du­ğu öl­kə­nin və ya əra­zi­nin si­ya­si, hü­qu­qi və bey­nəl­xalq sta­tu­su­na, bu əra­zi­nin müs­tə­qil, ası­lı, özü­nü ida­rə et­mə­yən və ya su­ve­ren­li­yi hər han­sı di­gər şə­kil­də məh­dud­laş­dı­ran əra­zi olub-ol­ma­ma­sın­dan ası­lı ol­ma­ya­raq, heç bir fərq qo­yul­ma­ma­lı­dır.

 

Mad­də 3

Hər bir in­san ya­şa­maq, azad­lıq və şəx­si to­xu­nul­maz­lıq hü­qu­qu­na ma­lik­dir.

Mad­də 4

Heç kim kölə və­ziy­yə­tin­də və ya ası­lı və­ziy­yət­də sax­la­nıl­ma­ma­lı­dır: kö­lə­li­yin və kölə ti­ca­rə­ti­nin bü­tün for­ma­la­rı qa­da­ğan edi­lir.

Mad­də 5

Heç kim iş­gən­cə­lə­rə və ya­xud ağır, qey­ri-in­sa­ni və ya onun lə­ya­qə­ti­ni al­çal­dan rəf­ta­ra və cə­za­ya mə­ruz qal­ma­ma­lı­dır.

Mad­də 6

Hər bir in­san, ha­ra­da ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, özü­nün hü­quq sub­yek­ti ki­mi qə­bul edil­mə­si hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 7

Bü­tün in­san­lar qa­nun qar­şı­sın­da bə­ra­bər­dir­lər və heç bir fərq qo­yul­ma­dan qa­nun tə­rə­fin­dən bə­ra­bər mü­da­fi­ə olun­maq hü­qu­qu­na ma­lik­dir­lər. Bü­tün in­san­lar, ha­zır­kı Bə­yan­na­mə­ni po­zan is­tə­ni­lən ay­rı-seç­ki­lik ak­tın­dan və be­lə bir ay­rı-seç­ki­li­yə hər cür təh­rik­dən mü­da­fi­ə olun­maq­da bə­ra­bər hü­quq­la­ra ma­lik­dir­lər.

 

Mad­də 8

Hər bir in­san, Kons­ti­tu­si­ya və ya qa­nun­la ona ve­ri­lən əsas hü­quq­la­rı­nın po­zul­ma­sı hal­la­rın­da sə­la­hiy­yət­li məh­kə­mə­lər tə­rə­fin­dən bu hü­quq­la­rı­nın sə­mə­rə­li şə­kil­də bər­pa edil­mə­si hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 9

Heç kəs öz­ba­şı­na­lıq­la həb­sə, tu­tu­lub sax­la­nıl­ma­ya və ya sür­gün edil­mə­yə mə­ruz qa­la bil­məz.

 

Mad­də 10

Hər bir in­san öz hü­quq və və­zi­fə­lə­ri­ni mü­əy­yən­ləş­dir­mək üçün və ona qar­şı qal­dı­rı­lan ci­na­yət it­ti­ha­mı­nın əsas­lan­dı­rıl­mış olub-ol­ma­ma­sı­nı ay­dın­laş­dır­maq üçün ona qar­şı qal­dı­rı­lan işə müs­tə­qil və qə­rəz­siz məh­kə­mə tə­rə­fin­dən tam bə­ra­bər­lik əsa­sın­da, açıq və əda­lə­tin bü­tün tə­ləb­lə­ri­nə ri­a­yət olun­maq­la ba­xıl­ma­sı­nı tə­ləb et­mək hü­qu­qu­na ma­lik­dir.

Mad­də 11

1. Ci­na­yət tö­rət­mək­də it­ti­ham edi­lən hər bir in­san, ona bü­tün mü­da­fi­ə im­kan­la­rı tə­min edil­mək­lə, açıq məh­kə­mə araş­dır­ma­sı yo­lu ilə onun gü­nah­kar ol­du­ğu qa­nu­ni qay­da­da mü­əy­yən edil­mə­yə­nə qə­dər gü­nah­sız he­sab edil­mək hü­qu­qu­na ma­lik­dir.

2. Heç kim, tö­rə­dil­di­yi za­man mil­li qa­nun­la­ra və ya bey­nəl­xalq hü­qu­qa gö­rə ci­na­yət tər­ki­bi da­şı­ma­yan hər han­sı bir əməl və ya fə­a­liy­yət­siz­lik əsa­sın­da ci­na­yət tö­rət­mək­də it­ti­ham olu­na bil­məz. Ha­be­lə, ci­na­yə­tin tö­rə­dil­di­yi za­man tət­biq edi­lə bi­lən cə­za­dan ağır cə­za ve­ri­lə bil­məz.

 

Mad­də 12

Heç ki­min şəx­si və ai­lə hə­ya­tı­na öz­ba­şı­na­lıq­la mü­da­xi­lə, evi­nin to­xu­nul­maz­lı­ğı­na, giz­li mək­tub­laş­ma­la­rı­na, şə­rəf və nü­fu­zu­na öz­ba­şı­na­lıq­la qəsd edi­lə bil­məz. Hər bir in­san bu cür mü­da­xi­lə­lər­dən və ya be­lə qəsd­lər­dən qa­nun­la mü­da­fi­ə olun­maq hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 13

1. Hər bir in­san, hər bir döv­lə­tin hü­dud­la­rı da­xi­lin­də sər­bəst hə­rə­kət et­mək və özü­nə yaşayış yeri seçmək hü­qu­qu­na ma­lik­dir.

2. Hər bir in­san, öz öl­kə­si də da­xil ol­maq­la is­tə­ni­lən öl­kə­ni tərk et­mək və öz öl­kə­si­nə qa­yıt­maq hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 14

1. Hər bir in­san tə­qib­lər­dən qur­tul­maq üçün di­gər öl­kə­lər­də sı­ğı­na­caq ax­tar­maq və bu sı­ğı­na­caq­dan is­ti­fa­də et­mək hü­qu­qu­na ma­lik­dir.

2. Bu hü­quq­dan, əs­lin­də Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın məq­səd və prin­sip­lə­ri­nə zidd olan qey­ri-si­ya­si xa­rak­ter­li ci­na­yət­lər və ya əməl­lər tö­rət­mə­yə gö­rə tə­qib­lər­dən qur­tul­ma­ğa ça­lı­şıl­ma­sı hal­la­rın­da is­ti­fa­də edi­lə bil­məz.

 

Mad­də 15

1. Hər bir in­san və­tən­daş­lıq hü­qu­qu­na ma­lik­dir.

2. Heç kim öz və­tən­daş­lı­ğın­dan və öz və­tən­daş­lı­ğı­nı də­yiş­mək hü­qu­qun­dan məh­rum edi­lə bil­məz.

 

Mad­də 16

1. Yet­kin­lik ya­şı­na çat­mış ki­şi­lər və qa­dın­lar, ir­qi, mil­li və ya di­ni əla­mət­lə­ri­nə gö­rə heç bir məh­du­diy­yət qo­yul­ma­dan ni­kah bağ­la­maq və ai­lə qur­maq hü­qu­qu­na ma­lik­dir­lər. Onlar ni­kah bağ­la­yar­kən, ni­kah və­ziy­yə­tin­də olar­kən və onun po­zul­ma­sı za­ma­nı ey­ni hü­quq­lar­dan is­ti­fa­də edir­lər.

2. Ni­kah yal­nız hər iki tə­rə­fin sər­bəst və tam ra­zı­lı­ğı ilə bağ­la­na bi­lər.

3. Ai­lə cə­miy­yə­tin tə­bi­i və əsas özə­yi­dir və o, cə­miy­yət və döv­lət tə­rə­fin­dən mü­da­fi­ə olun­maq hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 17

1. Hər bir in­san tək­ba­şı­na və ya baş­qa­la­rı ilə bir­lik­də əm­la­ka sa­hib ol­maq hü­qu­qu­na ma­lik­dir.

2. Heç kim öz əm­la­kın­dan öz­ba­şı­na­lıq­la məh­rum edil­mə­mə­li­dir.

Mad­də 18

Hər bir in­san dü­şün­cə, vic­dan və din azad­lı­ğı hü­qu­qu­na ma­lik­dir: bu hü­qu­qa öz di­ni­ni və ya əqi­də­si­ni də­yiş­mək azad­lı­ğı, öz di­ni­nə və ya əqi­də­si­nə həm tək­ba­şı­na, həm də baş­qa­la­rı ilə bir­lik­də, di­ni tə­lim­də, iba­dət­də və di­ni mə­ra­sim qay­da­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­sin­də açıq və özəl qay­da­da eti­qad et­mək azad­lı­ğı da­xil­dir.

 

Mad­də 19

Hər bir in­san əqi­də azad­lı­ğı və onu sər­bəst ifa­də et­mək azad­lı­ğı hü­qu­qu­na ma­lik­dir: bu hü­qu­qa ma­ne­ə­siz ola­raq öz əqi­də­sin­də qal­maq azad­lı­ğı və is­tə­ni­lən va­si­tə­lər­lə və döv­lət sər­həd­lə­rin­dən ası­lı ol­ma­ya­raq, in­for­ma­si­ya və ide­ya­lar ax­tar­maq, al­maq və yay­maq azad­lı­ğı da­xil­dir.

 

Mad­də 20

1. Hər bir in­san dinc yı­ğın­caq­lar ke­çir­mək və as­so­si­a­si­ya­lar qur­maq hü­qu­qu­na ma­lik­dir.

2. Heç kim hər han­sı bir as­so­si­a­si­ya­ya da­xil ol­ma­ğa məc­bur edi­lə bil­məz.

 

Mad­də 21

1. Hər bir in­san öz öl­kə­si­nin ida­rə edil­mə­sin­də bi­la­va­si­tə və ya­xud azad se­çi­lən nü­ma­yən­də­lər va­si­tə­si­lə iş­ti­rak et­mək hü­qu­qu­na ma­lik­dir.

2. Hər bir in­san öz öl­kə­sin­də döv­lət qul­lu­ğu­na ha­mıy­la bə­ra­bər yol tap­maq hü­qu­qu­na ma­lik­dir.

3. Xal­qın ira­də­si hö­ku­mə­tin ha­ki­miy­yə­ti­nin əsa­sı ol­ma­lı­dır; bu ira­də, vax­ta­şı­rı və sax­ta­laş­dı­rıl­ma­dan, ümu­mi və bə­ra­bər seç­ki hü­qu­qu əsa­sın­da, giz­li səs­ver­mə yo­lu ilə və ya­xud səs­ver­mə azad­lı­ğı­nı tə­min edən di­gər ey­nimə­na­lı for­ma­lar va­si­tə­si­lə ke­çi­ri­lən seç­ki­lər­də öz ək­si­ni tap­ma­lı­dır.

 

Mad­də 22

Cə­miy­yə­tin bir üz­vü ki­mi, hər bir in­san so­si­al tə­mi­nat hü­qu­qu­na və öz lə­ya­qə­ti­ni qo­ru­yub sax­la­ya bil­mək və öz şəx­siy­yə­ti­ni azad in­ki­şaf et­dir­mək üçün iq­ti­sa­di, so­si­al və mə­də­ni sa­hə­lər­də zə­ru­ri olan hü­quq­la­rı­nı mil­li səy­lər və bey­nəl­xalq əmək­daş­lıq va­si­tə­silə, hər bir döv­lə­tin struk­tu­ru və re­surs­la­rı­na mü­va­fiq ola­raq hə­ya­ta ke­çir­mək hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 23

1. Hər bir in­san iş­lə­mək, is­tə­di­yi işi sər­bəst seç­mək, əda­lət­li və əl­ve­riş­li iş şə­ra­i­ti­nə ma­lik ol­maq və iş­siz­lik­dən mü­da­fi­ə olun­maq hü­qu­qu­na ma­lik­dir.

2. Hər bir in­san, heç bir ay­rı-seç­ki­li­yə mə­ruz qal­ma­dan, bə­ra­bər əmə­yə gö­rə bə­ra­bər haqq al­maq hü­qu­qu­na ma­lik­dir.

3. İşlə­yən hər bir in­san, onun özü­nün və ai­lə­si­nin la­yiq­li do­la­nı­şı­ğı­nı tə­min edən, əda­lət­li və qə­na­ət­bəxş həcm­də zə­ru­ri hal­lar­da isə di­gər so­si­al tə­mi­nat və­sa­it­lə­ri ona əla­və edil­mək­lə haqq al­maq hü­qu­qu­na ma­lik­dir.

4. Hər bir in­san, öz mə­na­fe­lə­ri­ni mü­da­fi­ə et­mək üçün həm­kar­lar it­ti­faq­la­rı ya­rat­maq və həm­kar­lar it­ti­faq­la­rı­na da­xil ol­maq hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 24

Hər bir in­san, iş gü­nü­nün sə­mə­rə­li məh­dud­laş­dı­rıl­ma­sı və ödə­ni­lən vax­ta­şı­rı mə­zu­niy­yət hü­qu­qu da da­xil edil­mək­lə is­ti­ra­hət və asu­də vaxt hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 25

1. Hər bir in­san, qi­da, ge­yim, mən­zil, tib­bi qul­luq və zə­ru­ri so­si­al xid­mət­lər də da­xil ol­maq­la onun özü­nün və ai­lə­si­nin sağ­lam­lı­ğı­nın və ri­fa­hı­nın qo­ru­nub sax­la­nıl­ma­sı üçün zə­ru­ri olan hə­yat sə­viy­yə­si­nə ma­lik ol­maq hü­qu­qu­na və iş­siz­lik, xəs­tə­lik, əlil­lik, dul­luq, qo­ca­lıq ha­lın­da və on­dan ası­lı ol­ma­yan di­gər sə­bəb­lə­rə gö­rə do­la­nı­şıq və­sa­it­lə­ri­ni itir­di­yi hal­da tə­mi­nat hü­qu­qu­na ma­lik­dir.

2. Ana­lıq və kör­pə­lik xü­su­si hi­ma­yə və yar­dım hü­qu­qu ve­rir. Ni­kah­lı və ya­xud ni­kah­sız do­ğul­muş bü­tün uşaq­lar ey­ni so­si­al mü­da­fi­ə­dən is­ti­fa­də et­mə­li­dir­lər.

 

Mad­də 26

1. Hər bir in­san təh­sil al­maq hü­qu­qu­na ma­lik­dir. Təh­sil ən azı ib­ti­da­i və ümu­mi sə­viy­yə­lər­də pul­suz ol­ma­lı­dır. İbti­da­i təh­sil məc­bu­ri ol­ma­lı­dır. Ha­mı­nın tex­ni­ki və pe­şə təh­si­li al­maq im­ka­nı ol­ma­lı­dır və hər bir in­sa­nın qa­bi­liy­yə­ti əsa­sın­da ha­mı­nın ey­ni də­rə­cə­də ali təh­sil al­maq im­ka­nı ol­ma­lı­dır.

2. Təh­sil in­san şəx­siy­yə­ti­nin tam in­ki­şa­fı­na və in­san hü­quq­la­rı­na və əsas azad­lıq­la­ra hör­mə­tin ar­tı­rıl­ma­sı­na yö­nəl­dil­mə­li­dir. Təh­sil bü­tün xalq­lar, ir­qi və di­ni qrup­lar ara­sın­da qar­şı­lıq­lı an­laş­ma­ya, dö­züm­lü­lü­yə və dost­lu­ğa yar­dım­çı ol­ma­lı və Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın sül­hün qo­ru­nub sax­lan­ma­sı ilə bağ­lı fə­a­liy­yə­ti­nə kö­mək­lik gös­tər­mə­li­dir.

3. Va­li­deyn­lər öz ki­çik yaş­lı uşaq­la­rı üçün təh­sil növ­lə­ri­ni seç­mək­də pri­o­ri­tet hü­qu­qa ma­lik­dir­lər.

 

Mad­də 27

1. Hər bir in­san, cə­miy­yə­tin mə­də­ni hə­ya­tın­da iş­ti­rak et­mək, in­cə­sə­nət­dən həzz al­maq, el­mi tə­rəq­qi­də iş­ti­rak et­mək və onun ne­mət­lə­rin­dən is­ti­fa­də et­mək hü­qu­qu­na ma­lik­dir.

2. Hər bir in­san, mü­əl­li­fi ol­du­ğu el­mi, ədə­bi və bə­di­i əsər­lə­rin nə­ti­cə­si olan mə­nə­vi və mad­di mə­na­fe­lə­ri­nin mü­da­fi­ə olun­ma­sı hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 28

Hər bir in­san, ha­zır­kı Bə­yan­na­mə­də ifa­də edi­lən hü­quq və azad­lıq­la­rın tam şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­si­nə şə­ra­it ya­ra­dan so­si­al və bey­nəl­xalq ida­rə üsu­lu hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 29

1. Hər bir in­san elə bir cə­miy­yət qar­şı­sın­da mə­su­liy­yət da­şı­yır ki, onun şəx­siy­yə­ti­nin azad və tam in­ki­şa­fı yal­nız o cə­miy­yət­də müm­kün­dür.

2. Hər bir in­san öz hü­quq və azad­lıq­la­rı­nı hə­ya­ta ke­çi­rər­kən yal­nız o məh­du­diy­yət­lə­rə mə­ruz qa­la bi­lər ki, on­lar müs­təs­na ola­raq, baş­qa­la­rı­nın hü­quq və azad­lıq­la­rı­nın la­zı­mı qay­da­da ta­nın­ma­sı və on­la­ra hör­mət edil­mə­si­nin tə­min edil­mə­si və de­mok­ra­tik cə­miy­yət­də əx­laq qay­da­la­rı­nın, ic­ti­ma­i asa­yi­şin və ümu­mi ri­fa­hın əda­lət­li rəh­bər­lə­rin ödə­nil­mə­si na­mi­nə qa­nun­la mü­əy­yən edil­miş­dir.

3. Bu hü­quq və azad­lıq­la­rın hə­ya­ta ke­çi­ril­mə­si heç bir hal­da Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın məq­səd və prin­sip­lə­ri­nə zidd ol­ma­ma­lı­dır.

Mad­də 30

Ha­zır­kı Bə­yan­na­mə­nin heç bir müd­də­a­sı han­sı­sa döv­lə­tə, in­san qru­pu­na və ya ay­rı-ay­rı şəxs­lə­rə, ha­zır­kı Bə­yan­na­mə­də ifa­də olu­nan hü­quq və azad­lıq­la­rın ləğv edil­mə­si­nə yö­nəl­di­lən hər han­sı bir fə­a­liy­yət­lə məş­ğul ol­maq və ya hər han­sı bir əməl tö­rət­mək hü­qu­qu­nun ve­ril­mə­si ki­mi şərh edi­lə bil­məz.

 

 


 

 



The Constitution of the Republic
of Azerbaijan



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az