| İQTİSADİ, SOSİAL VƏ MƏDƏNİ HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKT
Baş Assambleyanın 16 dekabr 1966-cı il tarixli 2200-cü A (XXI) qətnaməsi ilə qəbul olunmuşdur və imzalanmaya, təsdiq olunmaya və qoşulmaya açıq elan edilmişdir.
Qüvvəyə minmişdir: 27-ci maddəyə uyğun olaraq, 3 yanvar 1976-cı il
Preambula
Bu Paktda iştirak edən dövlətlər,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan olunmuş prinsiplərə əsasən, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqət hissindən irəli gəldiyini etiraf edərək,
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən qorxu və ehtiyacdan azad insan şəxsiyyəti idealının yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni, həmçinin, mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə biləcəyini etiraf edərək, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən dövlətlərin insan hüquqlarına və azadlıqlarına hörmət və riayət olunmasına hər vəchlə yardım etməli olduqlarını nəzərə alaraq,
Hər bir şəxsin digərlərinə və mənsub olduğu kollektivə münasibətdə vəzifələr daşıyaraq, bu Paktda nəzərdə tutulan hüquqların müdafiəsinə və onlara riayət olunmasına səy göstərməli olduğunu nəzərə alaraq, aşağıdakı maddələr barədə razılığa gəlirlər:
I HİSSƏ
Maddə 1
1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquq əsasında onlar azad şəkildə öz siyasi statuslarını müəyyənləşdirir və sosial-iqtisadi və mədəni inkişaflarını təmin edirlər.
2. Bütün xalqlar öz məqsədlərinə çatmaq üçün mənfəət prinsiplərinə əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı öhdəliklərə zərər vurmadan öz təbii sərvət və ehtiyatlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər. Heç bir xalq heç bir vəchlə ona məxsus olan yaşayış vasitələrindən məhrum edilə bilməz.
3. Bu Paktda iştirak edən bütün dövlətlər, özüidarə olunmayan və qəyyumluq altında olan ərazilərin idarə olunması üçün məsuliyyət daşıyan dövlətlər də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına əsasən öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə yardım etməli və bu hüquqa hörmət bəsləməlidirlər.
II HİSSƏ
Madd ə 2
1. Bu Paktda i ş tirak ed ə n h ə r bir d ö vl ə t f ə rdi şə kild ə v ə x ü susil ə d ə iqtisadi v ə texniki sah ə l ə ri ə hat ə ed ə n beyn ə lxalq yard ı m v ə ə m ə kda ş l ı q qaydas ı nda bu Paktda n ə z ə rd ə tutulan h ü quqlar ı n tam şə kild ə h ə yata ke ç irilm ə sini b ü t ü n vasit ə l ə r , o c ü ml ə d ə n , qanunverici t ə dbirl ə rin g ö r ü lm ə si yolu il ə m ü mk ü n ehtiyatlar ı n maksimum s ə viyy ə sind ə t ə min etm ə k üçü n add ı mlar atmal ı d ı r .
2. Bu Paktda i ş tirak ed ə n d ö vl ə tl ə r bu Paktda b ə yan edilmi ş h ü quqlar ı n irqi , d ə rinin r ə ngi , dil , din , siyasi v ə dig ə r ə qid ə, milli v ə sosial m ə n şə, ə mlak v ə ziyy ə ti , do ğ um v ə s . f ə rql ə r ə sas ı nda ayr ı- se ç kiliy ə yol verm ə d ə n h ə yata ke ç irilm ə sini ö hd ə l ə rin ə g ö t ü r ü rl ə r .
3. İ nki ş af etm ə kd ə olan ö lk ə l ə r insan h ü quqlar ı n ı v ə milli iqtisadiyyatlar ı n ı n imkanlar ı n ı qiym ə tl ə ndir ə r ə k , ö z ö lk ə l ə rinin v ə t ə nda ş lar ı olmayan şə xsl ə r ə bu Paktda n ə z ə rd ə tutulan iqtisadi h ü quqlar ı hans ı d ə r ə c ə d ə t ə min ed ə c ə kl ə rini m üə yy ə nl əş dir ə bil ə rl ə r .
Madd ə 3
Bu Paktda i ş tirak ed ə n d ö vl ə tl ə r ki ş i v ə qad ı nlar ı n Paktda n ə z ə rd ə tutulmu ş b ü t ü n iqtisadi , sosial v ə m ə d ə ni h ü quqlardan b ə rab ə r istifad ə etm ə l ə rini t ə min etm ə yi ö hd ə l ə rin ə g ö t ü r ü rl ə r .
Maddə 4
Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu Pakta əsasən təmin etməyi öhdələrinə götürdükləri hüquqlardan istifadəni yalnız bu hüquqların təbiətinə uyğun olduğu qədər və yalnız demokratik cəmiyyətin ümumi rifahının yaxşılaşdırılması məqsədilə, qanunla müəyyənləşdirilən dərəcədə məhdudlaşdıra bilərlər.
Maddə 5
1. Bu Paktda heç nə hər hansı dövlətə, şəxslər qrupuna və ya ayrı-ayrı şəxslərə bu Paktda nəzərdə tutulmuş hər hansı hüquq və azadlığın məhvinə və yaxud Paktda nəzərdə tutulduğundan artıq dərəcədə məhdudlaşdırılmasına yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı hərəkət törətmək hüququ verilməsi kimi təfsir oluna bilməz.
2. Hər hansı bir ölkədə qanun, konvensiya, qayda və yaxud adət qüvvəsində mövcud olan əsas hüquqların heç biri bu Paktda həmin hüquqların nəzərə alınmaması və ya daha kiçik həcmdə nəzərə alınmaması və ya daha kiçik həcmdə nəzərə alınması bəhanəsi ilə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verilmir.
III HİSSƏ
Maddə 6
1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar.
2. Bu Paktda iştirak edən dövlətlər tərəfindən bu hüququn tam təmin olunması məqsədilə gördüyü tədbirlərə texniki-peşə təhsili və hazırlığı proqramları, insanların əsas siyasi və iqtisadi hüquqlarının təmin olunduğu şəraitdə durmadan iqtisadi, sosial və mədəni inkişafa, tam və məhsuldar məşğulluğa nail olmağın yolları və üsulları daxildir.
Maddə 7
Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən:
a) Bütün zəhmətkeşlər üçün ən azı:
1) ədalətli əmək haqqı və eyni dəyərli iş üçün heç bir fərq qoyulmadan hamının bərabər mükafatlandırılması; bu zaman qadınlara kişilər üçün olduğundan pis olmayan iş şəraiti təmin edilməli və eyni əmək üçün bərabər haqq ödənilməlidir;
2) onların özləri və ailələri üçün bu Paktın qərarlarına müvafiq olaraq qənaətbəxş yaşayış;
b) təhlükəsizlik və gigiyena tələblərinə cavab verən iş şəraiti;
c) hamının yalnız iş stacı və ixtisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanı;
d) istirahət, asudə vaxt və iş gününün ağlabatan şəkildə məhdudlaşdırılması və ödənilən mütəmadi məzuniyyət, eləcə də bayram günlərinin haqqının ödənilməsi təmin olunmalıdır.
Maddə 8
1. Bu Paktda iştirak edən dövlətlər aşağıdakıları təmin etməyi öhdələrinə götürürlər:
a) hər bir şəxsin öz iqtisadi və sosial maraqlarını həyata keçirmək və müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və müvafiq təşkilatın qaydalarını gözləmək şərti ilə onlara daxil olmaq hüququna, həmin hüquqdan istifadə olunmasına qanunda nəzərdə tutulandan və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin və yaxud başqalarının hüquq və azadlıqlarının qorunması üçün zəruri olanlardan əlavə heç bir məhdudiyyət qoyulmamalıdır;
b) həmkarlar ittifaqlarının milli federasiyalar və konfederasiyalar yaratmaq və axırıncıların beynəlxalq həmkarlar ittifaqları təşkilatları yaratmaq, yaxud onlara qoşulmaq hüququnu;
c) həmkarlar ittifaqlarının qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması məqsədilə olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət olmadan fəaliyyət göstərmək hüququnu;
d) hər bir ölkənin qanunlarına uyğun şəkildə keçirilməklə tətil hüququnu.
2. Bu maddə silahlı qüvvələrə, polisə və dövlət idarəetmə orqanlarına daxil olan şəxslərin bu hüquqlardan istifadə etmələrinə qanuni məhdudiyyətlərin qoyulmasına maneə törətmir.
3. Bu maddədə heç nə assosiasiyalar azadlığı və təşkilatlanma hüququnun müdafiəsinə dair Beynəlxalq Əmək Təşkilatının 1948-ci il Konvensiyasının iştirakçısı olan dövlətlərə həmin Konvensiyada nəzərdə tutulmuş təminatlara zərər vuran qanunvericilik aktları qəbul etmək və ya qanunları bu təminatlara zərər vuran tərzdə tətbiq etmək hüququ vermir.
Maddə 9
Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar.
Maddə 10
Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki:
1. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır.
2. Analar doğumdan əvvəl və sonra, müəyyən müddət ərzində xüsusi himayə ilə təmin olunmalıdır. Bu müddət ərzində işləyən analara haqqı ödənilən məzuniyyət və ya sosial təminat üçün kafi müavinət təmin olunmalıdır.
3. Bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. Uşaqlar və yeniyetmələr iqtisadi və sosial istismardan müdafiə olunmalıdırlar. Onların əməyinin onların mənəviyyatları və səhhətləri üçün zərərli, həyatları üçün təhlükəli olan və ya normal inkişaflarına ziyan vura biləcək sahələrdə istifadəsi qanunla cəzalandırılmalıdır. Bundan başqa, dövlətlər muzdlu uşaq əməyindən istifadə üçün yaş hədlərini müəyyənləşdirməlidirlər, həmin hədlərdən aşağı yaşlarda bu cür əməkdən istifadə qadağan edilməli və cəzalandırılmalıdır.
Maddə 11
1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin özünün və ailəsinin kifayət qədər qidalanmasını, geyimini, yaşayış yerini və həyat şəraitinin daimi yaxşılaşmasını əhatə edən münasib həyat səviyyəsi hüququnu tanıyırlar. İştirakçı-dövlətlər bu hüququn həyata keçirilməsi üçün azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək müvafiq tədbirlər görəcəklər.
2. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin aclıqdan azadlıq hüququnu etiraf edərək:
a) elmi və texniki biliklərdən geniş şəkildə istifadə edərək, ərzaq məhsullarının istehsalının, saxlanmasının və paylanmasının üsullarını yaxşılaşdırmaq, qidalanmanın prinsipləri haqqında bilikləri yaymaq və aqrar sistemləri təbii ehtiyatların daha səmərəli istifadəsinə nail olmaq üçün təkmilləşdirmək və islah etmək; və
b) həm ixracatçı, həm də idxalatçı ölkələrin tələbatlarını və problemlərini nəzərə alaraq, dünya ərzaq ehtiyatlarının ədalətli paylanmasını təmin etmək üçün fərdi şəkildə və beynəlxalq əməkdaşlıq yolu ilə konkret proqramların qəbulunu əhatə edən addımlar atmalıdırlar.
Maddə 12
1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin fiziki və psixi sağlamlığının ən yüksək səviyyəsinə çatmaq hüququnu tanıyırlar.
2. Bu Paktda iştirak edən dövlətlərin bu hüququ tam həyata keçirmək üçün görməli olduğu tədbirlər sırasına:
a) ölü doğulan uşaqların miqdarını və uşaq ölümü hallarının azaldılması və uşaqların sağlam inkişafının təmini;
b) ətraf mühitin gigiyenasının və sənayedə əmək gigiyenasının bütün aspektlərinin yaxşılaşdırılması;
c) epidemik, endemik, peşə xəstəlikləri və digər xəstəliklərin qarşısının alınması və onların müalicəsi;
d) xəstəlik təqdirində hamı üçün tibbi yardımın və tibbi xidmətin təmin olunması üçün şəraitin yaradılması məqsədilə atılan addımlar daxildir.
Maddə 13
1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir.
2. Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu hüququn tam şəkildə həyata keçirilməsi üçün:
a) İbtidai təhsil hamı üçün icbari və pulsuz olmalıdır.
b) Orta təhsil və onun müxtəlif formaları, orta texniki-peşə təhsili də daxil olmaqla, bütün tədbirlər görmək, xüsusilə və tədricən pulsuz təhsilə keçmək yolu ilə açıq və hamıya müəssər olmalıdır.
c) Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə müəssər olmalıdır.
d) İbtidai təhsil alma , ibtidai təhsil almamış və ya onu tam bitirməmiş şəxslər üçün imkan dairəsində həvəsləndirilməli və intensivləşdirilməlidir.
e) Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.
3. Bu Paktda iştirak edən dövlətlər valideynlərin və müvafiq hallarda qəyyumların öz uşaqları üçün təkcə dövlət tərəfindən təsis olunmuş məktəbləri deyil, həmçinin, dövlətin təhsil üçün təyin etdiyi minimum tələblərə cavab verən digər məktəbləri də seçmək və öz etiqadlarına əsasən uşaqlarının dini və mənəvi tərbiyəsini təmin etmək hüququna hörmət etməyi öhdələrinə götürürlər.
4. Bu maddənin heç bir hissəsi bu maddənin birinci bəndində irəli sürülmüş prinsiplərə mütləq şəkildə əməl olunmaqla və belə təhsil müəssisələrində verilən təhsilin dövlət tərəfindən müəyyən edilmiş tələblər minimumuna cavab verməsi şərti ilə ayrı-ayrı şəxslərin və qurumların təhsil müəssisələri yaratmaq və onlara rəhbərlik etmək hüququnun pozulması kimi təsvir oluna bilməz.
Maddə 14
Bu Paktda iştirak edən hər bir dövlət, onun iştirakçısı olana qədər öz metropoliyası ərazisində və yaxud onun yurisdiksiyası altında olan ərazilərdə icbari pulsuz ibtidai təhsil prinsipinin tədricən — planda göstərilən müəyyən müddət ərzində — həyata keçirmək üçün əhatəli fəaliyyət planı hazırlamağı öhdəsinə götürür.
Maddə 15
Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin:
a) mədəni həyatda iştirak etmək;
b) elmi tərəqqinin nəticələrindən və onların praktiki tətbiqindən istifadə etmək;
c) müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud incəsənət əsərlərinin nəticəsində meydana çıxan maddi və mənəvi maraqların müdafiəsindən istifadə etmək hüququnu tanıyırlar.
2. Bu Paktda iştirak edən dövlətlərin bu hüququ tam şəkildə həyata keçirmək üçün görəcəyi tədbirlər sırasına elmi və mədəni nailiyyətlərin mühafizəsi, inkişafı və yayılması üçün vacib olanlar da daxildir.
3. Bu Paktda iştirak edən dövlətlər elmi tədqiqatlar və yaradıcılıq fəaliyyəti üçün qeyri-şərtsiz olaraq lazım olan azadlığa hörmət etməyi öhdələrinə götürürlər.
4. Bu Paktda iştirak edən dövlətlər elmi və mədəni sahələrdə beynəlxalq əlaqə və əməkdaşlığın həvəsləndirilməsi və inkişafından irəli gələn faydanı təsdiq edirlər
Maddə 16
1. Bu Paktda iştirak edən dövlətlər, onun bu hissəsinə əsasən görülən tədbirlər və Paktda nəzərdə tutulan hüquqların həyata keçirilməsindəki tərəqqi haqqında hesabatlar verməyi öhdələrinə götürürlər.
2. a) Bütün hesabatlar Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına ünvanlanır, o, hesabatın surətlərini bu Paktın müddəalarına əsasən İqtisadi və Sosial Şuraya göndərir.
b) Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Paktda iştirak edən dövlətlərin hesabatlarının istənilən müvafiq hissələrinin surətlərini həmin ölkələrin də üzvü olduqları ixtisaslaşdırılmış təsisatlara göndərir, çünki bu hesabatlar və onların hissələri adları çəkilən təsisatların təsis aktlarına əsasən onların məsuliyyəti dairələrinə daxildir.
Maddə 17
1. Bu Paktda iştirak edən dövlətlər öz hesabatlarını İqtisadi və Sosial Şuranın təyin edəcəyi proqram əsasında, bu Pakt qüvvəyə mindikdən bir il sonra mərhələlər üzrə iştirakçı dövlətlər və müvafiq ixtisaslaşdırılmış təsisatlarla məsləhətləşmələr əsasında təqdim edirlər.
2. Hesabatlarda bu Pakt üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərən amillər və çətinliklər göstərilə bilər.
3. Əgər müvafiq məlumat əvvəllər Birləşmiş Millətlər Təşkilatına və yaxud onun ixtisaslaşdırılmış təsisatlarından birinə verilibsə, o zaman bu məlumatların yenidən göstərilməsinə ehtiyac yoxdur və həmin məlumata dəqiq istinad kifayətdir.
Maddə 18
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən insan hüquqları və əsas azadlıqlar sahəsində vəzifələrini icra edərkən, İqtisadi və Sosial Şura ixtisaslaşdırılmış təsisatlarla, bu Paktın onların sahələrinə aid qərarlarının icrasına tərəqqi haqqında hesabat təqdim olunmasına dair saziş bağlaya bilər. Bu hesabatlar icra vəziyyəti haqqında onların səlahiyyətli orqanları tərəfindən qəbul olunan qərar və tövsiyələrin təfərrüatlarını əhatə edə bilər.
Maddə 19
İqtisadi və Sosial Şura nəzərdən keçirmək və ümumi tövsiyələr vermək, xüsusi hallarda isə məlumat üçün dövlətlərin 16 və 17-ci maddələrə, ixtisaslaşdırılmış təsisatların isə 18-ci maddəyə əsasən təqdim etdikləri insan hüquqlarına dair hesabatlarını İnsan Hüquqları Komissiyasına təqdim edə bilər.
Maddə 20
Bu Paktda iştirak edən maraqlı dövlətlər və ixtisaslaşdırılmış təsisatlar 19-cu maddəyə əsasən verilmiş hər hansı ümumi tövsiyəyə və ya İnsan Hüquqları Komissiyasının hər hansı sənədində və ya hər hansı digər sənəddə bu məsləhətə istinada dair qeydlərini İqtisadi və Sosial Şuraya təqdim edə bilərlər.
Maddə 21
İqtisadi və Sosial Şura vaxtaşırı olaraq Baş Assambleyaya ümumi xarakterli tövsiyələrdən alınmış məlumatların qısa xülasəsindən və Paktda nəzərdə tutulmuş hüquqların ümumi müdafiəsinin təmin edilməsi sahəsində görülmüş tədbirlər və əldə olunmuş nailiyyətlərdən ibarət olan hesabatlar təqdim edə bilər.
Maddə 22
İqtisadi və Sosial Şura texniki yardım göstərilməsi ilə məşğul olan Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının, onların yardımçı qurumlarının və ixtisaslaşdırılmış təsisatların diqqətini bu Paktın bu hissəsində göstərilən hesabatlarla bağlı yaranmış çətinliklərlə əlaqədar hər hansı məsələyə cəlb edə bilər ki, bu da onların hər birinin öz səlahiyyəti daxilində bu Paktın tədricən, effektiv həyata keçirilməsinə kömək edə biləcək beynəlxalq tədbirlərin məqsədəuyğunluğu barədə qərarlar qəbul edərkən faydalı ola bilər.
Maddə 23
Bu Paktda iştirak edən dövlətlər razılaşır ki, bu Paktda nəzərdə tutulan hüquqların həyata keçirilməsinə yardım edən beynəlxalq tədbirlər sırasına könvensiyaların bağlanması, tövsiyələrin qəbulu, texniki yardımın göstərilməsi, məsləhətləşmələr aparılması məqsədilə keçirilən regional və texniki iclasların çağırılması və həmçinin maraqlı hökumətlərlə birlikdə təşkil olunan tədqiqatların aparılması kimi vasitələrin tətbiqi daxildir.
Maddə 24
Bu Paktda heç nə bu Paktın toxunduğu məsələlərə münasibətdə Birləşmiş Millətlər Təşkilatının müxtəlif orqanlarının və onun ixtisaslaşdırılmış təsisatlarının müvafiq vəzifələrini müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşdırılmış agentliklərinin nizamnamələrinin əhəmiyyətinin azaldılması kimi təfsir olunmamalıdır.
Maddə 25
Bu Paktda heç nə bütün xalqların öz təbii sərvət və ehtiyatlarına sahib olmaq və onlardan istifadə etmək kimi ayrılmaz hüququnun pozulması kimi təfsir oluna bilməz.
IV HİSSƏ
Maddə 26
1. Bu Pakt Birləşmiş Millətlər Təşkilatının və ya onun hər hansı ixtisaslaşdırılmış təsisatının, Beynəlxalq Məhkəmə Statutunun üzvü olan və ya Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən bu Paktda iştirak etməyə dəvət olanmuş hər hansı dövlət tərəfindən imzalanmaq üçün açıqdır.
2. Bu Pakt təsdiq olunmalıdır. Təsdiq fərmanları Birləşmiş Millətlər Təşkilatı Baş Katibinə saxlanmaq üçün verilir.
3. Bu Pakt bu maddənin birinci bəndində nəzərdə tutulmuş bütün dövlətlərin qoşulması üçün açıqdır.
4. Pakta qoşulma bu haqda sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatı Baş Katibinə verilməsi yolu ilə baş verir.
5. BMT Baş Katibi bu Paktı imzalamış, yaxud ona qoşulmuş bütün dövlətlərə hər yeni təsdiq fərmanının və ya qoşulma haqqında sənədin saxlanmaya verilməsi haqqında məlumat göndərir.
Maddə 27
1. Bu Pakt otuz beşinci təsdiq fərmanının və ya qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilməsindən üç ay sonra qüvvəyə minir.
2. Bu Paktı otuz beşinci təsdiq fərmanının və ya qoşulma haqqında sənədin saxlanmaya verilməsindən sonra təsdiq edən və ona ya qoşulan dövlət üçün Pakt onun təsdiq fərmanının və ya qoşulma haqqında sənədinin saxlanmaya verilməsindən üç ay sonra qüvvəyə minir.
Maddə 28
Bu Paktın qərarları federativ dövlətlərin bütün tərkib hissələrinə heç bir məhdudiyyət və ya istisna olmadan şamildir.
Maddə 29
1. Bu Paktda iştirak edən istənilən dövlət düzəlişlər təklif edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təqdim edə bilər. Baş Katib təklif edilmiş hər hansı düzəlişi, bu təkliflərə baxmaq və onlar üzrə səsvermə keçirmək məqsədilə konfrans çağırmağa tərəfdar olub-olmadıqlarını bildirmək xahişi ilə Paktda iştirak edən dövlətlərə göndərir. İştirakçı-dövlətlərin heç olmasa üçdə biri belə konfransın keçirilməsi lehinə olarsa, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Həmin konfransda və səsvermədə iştirak edən iştirakçı-dövlətlərin çoxluğu tərəfindən qəbul edilən düzəliş Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına təsdiq üçün göndərilir.
2. Düzəliş Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təsdiq olunduqdan və bu Paktda iştirak edən dövlətlərin üçdə ikisi tərəfindən onların konstitusion prosedurlarına müvafiq olaraq qəbul olunduqdan sonra qüvvəyə minir.
3. Düzəlişlər qüvvəyə mindikdən sonra onları qəbul edən dövlətlər üçün məcburi xarakter daşıyır, digər iştirakçı-dövlətlər üçün isə bu Paktın qərarları və onların əvvəl qəbul etdikləri düzəlişlər məcburidir.
Maddə 30
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 26-cı maddənin 5-ci bəndinə əsasən verdiyi məlumatlardan asılı olmayaraq, həmin maddənin 1-ci bəndində nəzərdə tutulan bütün dövlətlərə aşağıdakıları bildirir:
a) 26-cı maddəyə əsasən imzalamalar, təsdiqlər və qoşulmaları;
b) 27-ci maddəyə əsasən bu Paktın qüvvəyə minməsi və 29-cu maddəyə əsasən hər hansı düzəlişin qüvvəyə minməsi tarixlərini.
Maddə 31
1. Mətni ingilis, ispan, Çin, rus və fransız dillərində autentik olan bu Pakt Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılmalıdır.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Paktın təsdiq olunmuş surətlərini 26-cı maddədə göstərilən bütün dövlətlərə göndərir.
Azərbaycan Respublikası qoşulmuşdur: 21.07.1992
Tərcümə etdi: Tehran Vəliyev («İnam» Plğralizm Mərkəzi)
|