BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

İnsan hü­quq­la­rı­nın və əsas azad­lıq­la­rın mü­da­fi­ə­si haq­qın­da

Kon­ven­si­ya

 

11 say­lı Pro­to­ko­lun re­dak­si­ya­sın­da

 

Ro­ma, 4 no­yabr 1950-ci il

 

Avro­pa Şu­ra­sı­nın üz­vü olub, bu Kon­ven­si­ya­nı im­za­la­yan hö­ku­mət­lər,

1948-ci il de­kab­rın 10-da BMT Baş Məc­li­si tə­rə­fin­dən bə­yan edil­miş İnsan hü­quq­la­rı haq­qın­da Ümu­mi Bə­yan­na­mə­ni nə­zə­rə ala­raq;

bu Bə­yan­na­mə­nin məq­sə­di­nin, bə­yan et­di­yi hü­quq­la­rın ha­mı­lıq­la və sə­mə­rə­li ta­nın­ma­sı­nın və hə­ya­ta ke­çi­ril­mə­si­nin tə­min edil­mə­si ol­du­ğu­nu nə­zə­rə ala­raq;

Avro­pa Şu­ra­sı­nın məq­sə­di­nin onun üzv­lə­ri ara­sın­da da­ha bö­yük bir­li­yə na­il ol­maq­dan iba­rət ol­du­ğu­nu və bu məq­səd­lə­rə na­il ol­ma­ğın əsas va­si­tə­lə­rin­dən bi­ri­nin in­san hü­quq­la­rı­nın və əsas azad­lıq­la­rın dəs­tək­lən­mə­si və gə­lə­cək re­al­laş­dı­rıl­ma­sı ol­du­ğu­nu he­sab edə­rək;

dün­ya­da əda­lə­tin və sül­hün əsa­sı olan və ri­a­yət edil­mə­si baş­lı­ca ola­raq, bir tə­rəf­dən hə­qi­qi de­mok­ra­tik si­ya­si re­jim­lə və di­gər tə­rəf­dən on­la­rın sa­diq qal­dı­ğı in­san hü­quq­la­rı­nı ha­mı­nın an­la­ma­sı və ri­a­yət et­mə­si ilə tə­min olu­nan əsas azad­lıq­la­ra öz də­rin sa­diq­lik­lə­ri­ni təs­diq edə­rək;

va­hid səy­lər­lə hə­rə­kət edən edən və si­ya­si ənə­nə­lə­rin, ide­al­la­rın, azad­lı­ğın və hü­qu­qun ali­li­yi­nin ümu­mi ir­si­nə ma­lik olan Avro­pa öl­kə­lə­ri­nin hö­ku­mət­lə­ri ki­mi Ümu­mi Bə­yan­na­mə­də təs­bit olun­muş bə­zi hü­quq­la­rın kol­lek­tiv hə­ya­ta ke­çi­ril­mə­si­nin tə­min edil­mə­si yo­lun­da ilk ad­dım­lar at­maq əz­min­də ola­raq,

aşa­ğı­da­kı­lar ba­rə­də ra­zı­lı­ğa gəl­di­lər:

 

Mad­də 1

İnsan hü­quq­la­rı­na hör­mət olun­ma­sı öh­də­li­yi

 

Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər on­la­rın yu­ris­dik­si­ya­sın­da olan hər kəs üçün bu Kon­ven­si­ya­nın I böl­mə­sin­də mü­əy­yən olun­muş hü­quq və azad­lıq­la­rı tə­min edir­lər.

 

I Bölmə

Hü­quq­lar və azad­lıq­lar

 

Mad­də 2

Ya­şa­maq hü­qu­qu

 

1. Hər kə­sin ya­şa­maq hü­qu­qu qa­nun­la qo­ru­nur. Heç kəs qa­nun­la ölüm cə­za­sı nə­zər­də tu­tul­muş ci­na­yət tö­rət­mə­yə gö­rə, məh­kə­mə tə­rə­fin­dən çı­xa­rıl­mış be­lə hök­mün ic­ra­sın­dan baş­qa, hə­ya­tın­dan məh­rum edi­lə bil­məz.

2. Hə­yat­dan məh­rum et­mə, aşa­ğı­da­kı məq­səd­lər üçün güc tət­bi­qin­də müt­ləq zə­ru­rə­tin nə­ti­cə­si ol­duq­da, bu mad­də­nin po­zul­ma­sı he­sab edil­mir:

a) is­tə­ni­lən şəx­sin hü­qu­qa zidd zo­ra­kı­lıq­dan qo­run­ma­sı üçün;

b) qa­nu­ni həb­si hə­ya­ta ke­çir­mək və ya qa­nu­ni əsas­lar­la həbs­də olan şəx­sin qaç­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün;

c) qa­nu­na mü­va­fiq ola­raq iğ­ti­şaş və ya qi­ya­mın ya­tı­rıl­ma­sı üçün.

 

Mad­də 3

İşgən­cə­lə­rin qa­da­ğan olun­ma­sı

 

Heç kəs iş­gən­cə­yə, qey­ri-in­sa­ni və ya lə­ya­qə­ti al­çal­dan rəf­ta­ra və ya cə­za­ya mə­ruz qal­ma­ma­lı­dır.

 

Mad­də 4

Kö­lə­li­yin və məc­bu­ri əmə­yin qa­da­ğan olun­ma­sı

 

1. Heç kəs kö­lə­lik­də və ya əsa­rət­də sax­la­nıl­ma­ma­lı­dır.

2. Heç kəs məc­bu­ri və ya ic­ba­ri əmə­yə cəlb olun­ma­ma­lı­dır.

3. Bu mad­də­nin məq­səd­lə­ri üçün “məc­bu­ri və ya ic­ba­ri əmək” ter­mi­ni aşa­ğı­da­kı­la­rı eh­ti­va et­mir:

a) bu Kon­ven­si­ya­nın 5-ci mad­də­si­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq həbs­də olan və ya be­lə həbs­dən şər­ti azad edil­miş şəx­sin adə­tən ye­ri­nə ye­tir­mə­li ol­du­ğu hər han­sı iş;

b) hər­bi xa­rak­ter­li hər han­sı xid­mət və ya hər­bi xid­mət­dən əqi­də­yə gö­rə im­ti­na et­mə­nin qa­nu­ni he­sab edil­di­yi öl­kə­lər­də məc­bu­ri hər­bi xid­mə­tin əvə­zi­nə mü­əy­yən edil­miş xid­mət;

c) föv­qə­la­də və­ziy­yət və ya əha­li­nin hə­ya­tı və ri­fa­hı üçün təh­lü­kə ya­ra­dan fə­la­kət hal­la­rın­da hər han­sı məc­bu­ri xid­mət;

d) adi və­tən­daş­lıq və­zi­fə­lə­ri­nin bir his­sə­si olan hər hansı iş və ya xid­mət.

 

Mad­də 5

Azad­lıq və to­xu­nul­maz­lıq hü­qu­qu

 

1. Hər kə­sin azad­lıq və şəx­si to­xu­nul­maz­lıq hü­qu­qu var­dır. Heç kəs qa­nun­la mü­əy­yən olun­muş aşa­ğı­da­kı hal­lar­dan və qay­da­dan baş­qa, azad­lıq­dan məh­rum edi­lə bil­məz:

a) sə­la­hiy­yət­li məh­kə­mə tə­rə­fin­dən məh­kum olun­duq­dan son­ra şəx­sin qa­nu­ni həb­sə alın­ma­sı;

b) məh­kə­mə­nin qa­nu­ni çı­xar­dı­ğı qə­ra­rı ic­ra et­mə­mə­yə gö­rə və ya qa­nun­la nə­zər­də tu­tul­muş hər han­sı öh­də­li­yin ic­ra olun­ma­sı­nı tə­min et­mək məq­sə­di­lə şəx­sin qa­nu­ni tu­tul­ma­sı və ya həb­sə alın­ma­sı;

c) hü­quq po­zun­tu­su­nun tö­rə­dil­mə­sin­də əsas­lı şüb­hə ilə bağ­lı şəx­sin sə­la­hiy­yət­li məh­kə­mə or­qa­nı qar­şı­sın­da dur­ma­sın­dan irə­li gə­lən və ya onun tə­rə­fin­dən tö­rə­di­lən hü­quq po­zun­tu­su­nun, ya­xud tö­rət­dik­dən son­ra onun giz­lən­mə­si­nin qar­şı­sı­nı al­maq üçün ki­fa­yət qə­dər zə­ru­ri əsas­lar ol­du­ğu­nun he­sab edil­di­yi hal­lar­da şəx­sin qa­nu­ni tu­tul­ma­sı və ya həb­sə alın­ma­sı;

d) yet­kin­lik ya­şı­na çat­ma­mış şəx­sin tər­bi­yə nə­za­rə­ti üçün qa­nu­ni qə­rar əsa­sın­da həb­sə alın­ma­sı və ya onun sə­la­hiy­yət­li or­qa­na ve­ril­mə­si üçün qa­nu­ni həb­sə alın­ma­sı;

e) yo­lu­xu­cu xəs­tə­lik­lə­rin ya­yıl­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün şəxs­lə­rin, ha­be­lə ru­hi xəs­tə­lə­rin, al­ko­qo­liz­mə və nar­ko­ma­ni­ya­ya müb­tə­la olan­la­rın və ya sə­fil­lə­rin qa­nu­ni həb­sə alın­ma­sı;

f) şəx­sin öl­kə­yə qa­nun­suz gəl­mə­si­nin qar­şı­sı­nı al­maq məq­sə­di ilə və ya ba­rə­sin­də de­por­ta­si­ya, ya­xud ekst­ra­di­si­ya təd­bir­lə­ri tət­biq olu­nan şəx­sin qa­nu­ni tu­tul­ma­sı və ya həb­sə alın­ma­sı.

2. Tu­tul­muş hər bir kə­sə ona ay­dın olan dil­də onun tu­tul­ma­sı­nın sə­bəb­lə­ri və ona qar­şı irə­li sü­rü­lən is­tə­ni­lən it­ti­ham ba­rə­də dər­hal mə­lu­mat ve­ri­lir.

3. Bu mad­də­nin I bən­di­nin “c” ya­rım­bən­di­nə mü­va­fiq ola­raq tu­tul­muş və ya həb­sə alın­mış hər kəs dər­hal ha­ki­min və ya qa­nun­la məh­kə­mə ha­ki­miy­yə­ti­ni hə­ya­ta ke­çir­mək sə­la­hiy­yə­ti ve­ril­miş di­gər və­zi­fə­li şəx­sin ya­nı­na gə­ti­ri­lir və ağ­la­ba­tan müd­dət ər­zin­də məh­kə­mə araş­dır­ma­sı və ya məh­kə­mə­yə qə­dər azad edil­mək hü­qu­qu­na ma­lik­dir. Azad edil­mək məh­kə­mə­yə gəl­mə tə­mi­nat­la­rı­nın təq­dim edil­mə­si ilə şərt­lən­di­ri­lə bi­lər.

4. Tu­tul­ma və ya həb­sə al­ma nə­ti­cə­sin­də azad­lıq­dan məh­rum edil­miş hər kəs onun həb­sə alın­ma­sı­nın qa­nu­ni­li­yi­nə məh­kə­mə tə­rə­fin­dən tə­xi­rə sa­lın­ma­dan ba­xıl­ma­sı hü­qu­qu­na və əgər onun həb­si məh­kə­mə tə­rə­fin­dən qa­nun­suz he­sab edi­lib­sə, azad edil­mək hü­qu­qu­na ma­lik­dir.

5. Bu mad­də­nin müd­də­a­la­rı­nın po­zul­ma­sı ilə tu­tul­ma­ğa və ya həb­sə alın­ma­ğa mə­ruz qa­lan hər kə­sin id­di­a ilə tə­min olu­nan kom­pen­sa­si­ya hü­qu­qu var.

 

Mad­də 6

Əda­lət­li məh­kə­mə araş­dır­ma­sı hü­qu­qu

 

1. Hər kəs, onun mül­ki hü­quq və və­zi­fə­lə­ri mü­əy­yən edi­lər­kən və ya ona qar­şı hər han­sı ci­na­yət it­ti­ha­mı irə­li sü­rü­lər­kən, qa­nun əsa­sın­da ya­ra­dıl­mış müs­tə­qil və qə­rəz­siz məh­kə­mə va­si­tə­si ilə, ağ­la­ba­tan müd­dət­də işi­nin əda­lət­li və açıq araş­dı­rıl­ma­sı hü­qu­qu­na ma­lik­dir. Məh­kə­mə qə­ra­rı açıq elan edi­lir, la­kin de­mok­ra­tik cə­miy­yət­də əx­laq, ic­ti­ma­i qay­da və ya mil­li təh­lü­kə­siz­lik mü­la­hi­zə­lə­ri­nə gö­rə, həm­çi­nin yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın ma­raq­la­rı və ya tə­rəf­lə­rin şəx­si hə­ya­tı­nın mü­da­fi­ə­si bu­nu tə­ləb et­dik­də, ya­xud məh­kə­mə­nin fik­rin­cə, aş­kar­lı­ğın əda­lət mü­ha­ki­mə­si­nin ma­raq­la­rı­nı po­za bi­lə­cə­yi xü­su­si hal­lar za­ma­nı cid­di zə­ru­rət ol­duq­da mət­bu­at və ic­ti­ma­iy­yət bü­tün pro­ses bo­yu və ya onun bir his­sə­sin­də məh­kə­mə ic­la­sı­na bu­ra­xıl­ma­ya bi­lər.

2. Ci­na­yət tö­rət­mək­də it­ti­ham olu­nan hər kəs onun təq­si­ri qa­nun əsa­sın­da sü­but edi­lə­nə­dək təq­sir­siz he­sab edi­lir.

3. Ci­na­yət tö­rət­mək­də it­ti­ham olu­nan hər kəs ən azı aşa­ğı­da­kı hü­quq­la­ra ma­lik­dir:

a) ona qar­şı irə­li sü­rül­müş it­ti­ha­mın xa­rak­te­ri və əsas­la­rı haq­qın­da onun ba­şa düş­dü­yü dil­də dər­hal və ət­raf­lı mə­lu­mat­lan­dı­rıl­maq;

b) öz mü­da­fi­ə­si­ni ha­zır­la­maq üçün ki­fa­yət qə­dər vax­ta və im­ka­na ma­lik ol­maq;

c) şəx­sən və ya özü­nün seç­di­yi mü­da­fi­ə­çi va­si­tə­si ilə özü­nü mü­da­fi­ə et­mək və ya mü­da­fi­ə­çi­nin xid­mə­ti­ni ödə­mək üçün və­sa­i­ti ki­fa­yət et­mə­di­yi za­man, əda­lət mü­ha­ki­mə­si­nin ma­raq­la­rı tə­ləb et­dik­də, be­lə mü­da­fi­ə­dən pul­suz is­ti­fa­də et­mək;

d) onun əley­hi­nə ifa­də ver­miş şa­hid­lə­ri din­dir­mək və ya bu şa­hid­lə­rin din­di­ril­mə­si hü­qu­qu­na ma­lik ol­maq və onun əley­hi­nə ifa­də ver­miş şa­hid­lər üçün ey­ni olan şərt­lər­lə onun le­hi­nə olan şa­hid­lərin ça­ğı­rıl­ma­sı və din­di­ril­mə­si hü­qu­qu­na ma­lik ol­maq;

e) məh­kə­mə­də is­ti­fa­də olu­nan di­li ba­şa düş­mür­sə və ya bu dil­də da­nı­şa bil­mir­sə, tər­cü­mə­çi­nin pul­suz kö­mə­yin­dən is­ti­fa­də et­mək.

 

Mad­də 7

Qa­nun­suz cə­za­lan­dı­rıl­ma­maq

 

1. Heç kəs tö­rə­dil­di­yi za­man mil­li və ya bey­nəl­xalq hü­qu­qa gö­rə ci­na­yət sa­yıl­ma­yan hər han­sı hə­rə­kət və ya hə­rə­kət­siz­li­yə gö­rə ci­na­yət tö­rət­mək­də təq­sir­li he­sab edi­lə bil­məz. Ha­be­lə ci­na­yət əmə­li­nin tö­rə­dil­di­yi za­man tət­biq edil­mə­li olan cə­za­dan da­ha ağır cə­za ve­ri­lə bil­məz.

2. Bu mad­də si­vil öl­kə­lə­rin ta­nı­dı­ğı ümu­mi hü­quq prin­sip­lə­ri­nə mü­va­fiq ola­raq, tö­rə­dil­di­yi za­man ci­na­yət he­sab edi­lən hər han­sı hə­rə­kət və ya hə­rə­kət­siz­li­yə gö­rə is­tə­ni­lən şəx­sin mü­ha­ki­mə edil­mə­si­nə və ya cə­za­lan­dı­rıl­ma­sı­na ma­ne ol­mur.

 

Mad­də 8

Şəx­si və ai­lə hə­ya­tı­na hör­mət hü­qu­qu

 

1. Hər kəs öz şəx­si və ai­lə hə­ya­tı­na, mən­zi­li­nə və ya­zış­ma sir­ri­nə hör­mət hü­qu­qu­na ma­lik­dir.

2. Mil­li təh­lü­kə­siz­lik və ic­ti­ma­i asa­yiş, öl­kə­nin iq­ti­sa­di ri­fah ma­raq­la­rı na­mi­nə, iğ­ti­şa­ş və ya ci­na­yə­tlərin qar­şı­sı­nı al­maq üçün, sağ­lam­lı­ğı, ya­xud mə­nə­viy­ya­tı qo­ru­maq üçün və ya di­gər şəxs­lə­rin hü­quq və azad­lıq­la­rı­nı mü­da­fi­ə et­mək üçün qa­nun­la nə­zər­də tu­tul­muş və de­mok­ra­tik cə­miy­yət­də zə­ru­ri olan hal­lar is­tis­na ol­maq­la, bu hü­qu­qun hə­ya­ta ke­çi­ril­mə­si­nə dövlət ha­ki­miy­yə­ti or­qan­la­rı tə­rə­fin­dən mü­da­xi­lə­yə yol ve­ril­mir.

 

Mad­də 9

Fi­kir, vic­dan və din azad­lı­ğı

 

1. Hər kə­sin fi­kir, vic­dan və din azad­lı­ğı hü­qu­qu var­dır; bu hü­qu­qa öz di­ni­ni və əqi­də­si­ni də­yiş­mək azad­lı­ğı, öz di­ni­nə və ya əqi­də­si­nə həm tək­ba­şı­na, həm də baş­qa­la­rı ilə bir­lik­də eti­qad et­mək və açıq, ya­xud şəx­si qay­da­da iba­də­ti, tə­lim­lə­ri, di­ni və mə­ra­sim ayin­lə­ri­nin ye­ri­nə ye­tir­mək azad­lı­ğı da­xil­dir.

2. Öz di­ni­nə və ba­xış­la­rı­na eti­qad et­mək azad­lı­ğı yal­nız ic­ti­ma­i asa­yiş ma­raq­la­rı na­mi­nə, ic­ti­ma­i qay­da­nı, sağ­lam­lı­ğı, ya­xud mə­nə­viy­ya­tı qo­ru­maq üçün və ya di­gər şəxs­lə­rin hü­quq və azad­lıq­la­rı­nı mü­da­fi­ə et­mək üçün qa­nun­la nə­zər­də tu­tul­muş və de­mok­ra­tik cə­miy­yət­də zə­ru­ri olan məh­du­diy­yət­lə­rə mə­ruz qa­la bi­lər.

 

Mad­də 10

Fik­ri ifa­də et­mək azad­lı­ğı

 

1. Hər kəs öz fik­ri­ni ifa­də et­mək azad­lı­ğı hü­qu­qu­na ma­lik­dir. Bu hü­qu­qa öz rə­yin­də qal­maq azad­lı­ğı, döv­lət ha­ki­miy­yə­ti or­qan­la­rı tə­rə­fin­dən hər han­sı ma­ne­ə ol­ma­dan və döv­lət sər­həd­lə­rin­dən ası­lı ol­ma­ya­raq, mə­lu­mat və ide­ya­la­rı al­maq və yay­maq azad­lı­ğı da­xil­dir. Bu mad­də döv­lət­lə­rin ra­di­o­ya­yım, te­le­vi­zi­ya və ki­ne­ma­toq­ra­fi­ya mü­əs­si­sə­lə­ri­nə li­sen­zi­ya tə­lə­bi qoy­ma­sı­na ma­ne ol­mur.

2. Bu azad­lıq­la­rın hə­ya­ta ke­çi­ril­mə­si mil­li təh­lü­kə­siz­lik, əra­zi bü­töv­lü­yü və ya ic­ti­ma­i asa­yiş ma­raq­la­rı na­mi­nə, iğ­ti­şa­şın və ya ci­na­yə­tin qar­şı­sı­nı al­maq üçün, sağ­lam­lı­ğın, ya­xud mə­nə­viy­ya­tın qo­run­ma­sı üçün, di­gər şəxs­lə­rin nü­fu­zu və hü­quq­la­rı­nın mü­da­fi­ə­si üçün, giz­li əl­də edil­miş mə­lu­mat­la­rın açıq­lan­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün və ya əda­lət mü­ha­ki­mə­si­nin nü­fuz və qə­rəz­siz­li­yi­ni tə­min et­mək üçün qa­nun­la nə­zər­də tu­tul­muş və de­mok­ra­tik cə­miy­yət­də zə­ru­ri olan mü­əy­yən rəs­miy­yə­tə, şərt­lə­rə, məh­du­diy­yət­lə­rə və ya sank­si­ya­la­ra mə­ruz qa­la bi­lər.

 

Mad­də 11

Yı­ğın­caq­lar və bir­ləş­mək azad­lı­ğı

 

1. Hər kə­sin dinc top­laş­maq azad­lı­ğı və öz ma­raq­la­rı­nı mü­da­fi­ə et­mək üçün həm­kar­lar it­ti­faq­la­rı ya­rat­maq və on­la­ra qo­şul­maq hü­qu­qu da da­xil ol­maq­la, baş­qa­la­rı ilə bir­ləş­mək azad­lı­ğı hü­qu­qu var­dır.

2. Bu hü­quq­la­rın hə­ya­ta ke­çi­ril­mə­si­nə mil­li təh­lü­kə­siz­lik və ic­ti­ma­i asa­yiş ma­raq­la­rı na­mi­nə, iğ­ti­şa­şın və ci­na­yə­tin qar­şı­sı­nı al­maq üçün, sağ­lam­lı­ğın və mə­nə­viy­ya­tın qo­run­ma­sı üçün və ya di­gər şəxs­lə­rin hü­quq və azad­lıq­la­rı­nın mü­da­fi­ə­si üçün qa­nun­la nə­zər­də tu­tul­muş və de­mok­ra­tik cə­miy­yət­də zə­ru­ri olan­lar­dan baş­qa, heç bir məh­du­diy­yət qo­yu­la bil­məz. Bu mad­də si­lah­lı qüv­və­lər, po­lis və ya in­zi­ba­ti döv­lət or­qan­la­rı üzv­lə­ri­nin be­lə hü­quq­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə qa­nu­ni məh­du­diy­yət­lər qo­yul­ma­sı­na ma­ne ol­mur.

 

Mad­də 12

Ni­kah hü­qu­qu

 

Ni­kah ya­şı­na çat­mış ki­şi­lər və qa­dın­lar bu hü­qu­qun hə­ya­ta ke­çi­ril­mə­si­ni tən­zim­lə­yən mil­li qa­nun­ve­ri­ci­li­yə mü­va­fiq ola­raq, ni­ka­ha da­xil ol­maq və ai­lə qur­maq hü­qu­qu­na ma­lik­dir­lər.

 

Mad­də 13

Sə­mə­rə­li hü­qu­qi mü­da­fi­ə va­si­tə­lə­ri hü­qu­qu

 

Bu Kon­ven­si­ya­da təs­bit olun­muş hü­quq və azad­lıq­la­rı po­zu­lan hər kəs, hət­ta bu po­zul­ma rəs­mi fə­a­liy­yət gös­tə­rən şəxs­lər tə­rə­fin­dən tö­rə­dil­dik­də be­lə, döv­lət or­qan­la­rı qar­şı­sın­da sə­mə­rə­li hü­qu­qi mü­da­fi­ə va­si­tə­lə­ri­nə ma­lik­dir.

 

Mad­də 14

Ayrı-seç­ki­li­yin qa­da­ğan olun­ma­sı

 

Bu Kon­ven­si­ya­da təs­bit olun­muş hü­quq və azad­lıq­lar­dan is­ti­fa­də cins, irq, dərinin rəngi, dil, din, si­ya­si və ya di­gər ba­xış­lar, mil­li və ya so­si­al mən­şə, mil­li az­lıq­la­ra mən­su­biy­yət, əm­lak və­ziy­yə­ti, do­ğum və ya di­gər hər han­sı əla­mət­lə­ri­nə gö­rə ay­rı-seç­ki­lik ol­ma­dan tə­min olun­ma­lı­dır.

 

Mad­də 15

Föv­qə­la­də hal­lar za­ma­nı məh­dud­laş­dır­ma

 

1. Mü­ha­ri­bə və ya mil­lə­tin hə­ya­tı­nı təh­did edən di­gər föv­qə­la­də hal­lar za­ma­nı Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər­dən hər han­sı bi­ri onun bey­nəl­xalq hü­qu­qa mü­va­fiq di­gər öh­də­lik­lə­ri­nə zidd ol­ma­maq şər­ti ilə, yal­nız və­ziy­yə­tin föv­qə­la­də­li­li­yi­nin şərt­lən­di­rə bi­lə­cə­yi sə­viy­yə­də bu Kon­ven­si­ya üz­rə öh­də­lik­lə­rin­dən ge­ri çə­ki­lən təd­bir­lər gö­rə bi­lər.

2. Bu müd­dəa, qa­nu­ni mü­ha­ri­bə əmə­liy­yat­la­rı nə­ti­cə­sin­də ölüm hal­la­rı is­tis­na ol­maq­la, 2-ci mad­də­nin və ya 3-cü mad­də­nin müd­də­a­la­rın­dan, 4-cü mad­də­nin I bən­di­nin və 7-ci mad­də­nin müd­də­a­la­rın­dan ge­ri çə­kil­mə­yə əsas ver­mir.

3. Bu ge­ri çə­kil­mə hü­qu­qun­dan is­ti­fa­də edən Ra­zı­lı­ğa gə­lən hər han­sı Yük­sək Tə­rəf gör­dü­yü təd­bir­lər və on­la­rın sə­bəb­lə­ri haq­qın­da Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi­ni tam mə­lu­mat­lan­dı­rır. O, həm­çi­nin be­lə təd­bir­lə­rin da­yan­dı­rıl­ma­sı və Kon­ven­si­ya­nın müd­də­a­la­rı­nın ye­ni­dən tam hə­ya­ta ke­çi­ril­mə­yə baş­lan­ma­sı haq­qın­da Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi­nə mə­lu­mat ve­rir.

 

Mad­də 16

Əcnə­bi­lə­rin si­ya­si fə­a­liy­yə­ti­nin məh­dud­laş­dı­rıl­ma­sı

 

10, 11 və 14-cü mad­də­lər­də heç nə Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəflər üçün əc­nə­bi­lə­rin si­ya­si fə­a­liy­yə­ti­nə məh­du­diy­yət­lər qo­yul­ma­sı­na ma­ne­ə he­sab edi­lə bil­məz.

 

Mad­də 17

Hü­quq­lar­dan sui-is­ti­fa­də­nin qa­da­ğan olun­ma­sı

 

Bu Kon­ven­si­ya­da heç nə hər han­sı döv­lə­tin, qru­pun və ya şəx­sin bu­ra­da təs­bit olu­nan hü­quq və azad­lıq­la­rı­nın ləğ­vi­nə yö­nəl­miş hər han­sı fə­a­liy­yət­lə məş­ğul ol­maq və ya hər han­sı əməl tö­rət­mək və ya on­la­rı Kon­ven­si­ya­da nə­zər­də tu­tu­lan­dan da­ha ar­tıq məh­dud­laş­dır­maq hü­qu­qu­na ma­lik ol­ma­sı ki­mi şərh olu­na bil­məz.

 

Mad­də 18

Hü­quq­lar­la bağ­lı məh­du­diy­yət­lər­dən is­ti­fa­də­nin həd­lə­ri

 

Qeyd olu­nan hü­quq və azad­lıq­lar­la bağ­lı bu Kon­ven­si­ya­da yol ve­ri­lən məh­du­diy­yət­lər, nə­zər­də tu­tul­du­ğun­dan baş­qa, hər han­sı di­gər məq­səd üçün tət­biq olun­ma­ma­lı­dır.

 

II Bölmə

Avro­pa İnsan Hü­quq­la­rı Məh­kə­mə­si

 

Mad­də 19

Məh­kə­mə­nin tə­sis olun­ma­sı

 

Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər bu Kon­ven­si­ya və ona da­ir Pro­to­kol­lar ilə öz üzər­lə­ri­nə gö­tür­dük­lə­ri öh­də­lik­lə­rə ri­a­yət olun­ma­sı­nı tə­min et­mək məq­sə­di ilə Avro­pa İnsan Hü­quq­la­rı Məh­kə­mə­si­ni (bun­dan son­ra “Məh­kə­mə” ad­la­na­caq) tə­sis edir­lər. O, da­i­mi əsas­lar­la fə­a­liy­yət gös­tə­rir.

 

Mad­də 20

Ha­kim­lə­rin sa­yı

 

Məh­kə­mə ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lə­rə bə­ra­bər say­da ha­kim­lər­dən iba­rət­dir.

 

Mad­də 21

Ha­kim­li­yə da­ir tə­ləb­lər

 

1. Ha­kim­lər yük­sək mə­nə­vi key­fiy­yət­lə­rə ma­lik ol­ma­lı və yük­sək məh­kə­mə və­zi­fə­lə­ri­nə tə­yin olu­nar­kən qo­yu­lan tə­ləb­lə­rə ca­vab ver­mə­li və ya ta­nın­mış nü­fuz­lu hü­quq­şü­nas­lar ol­ma­lı­dır­lar.

2. Ha­kim­lər Məh­kə­mə­nin işin­də şəx­sən iş­ti­rak edir­lər.

3. Və­zi­fə­də ol­duq­la­rı bü­tün müd­dət ər­zin­də ha­kim­lər on­la­rın müs­tə­qil­li­yi, qə­rəz­siz­li­yi ilə və ya tam iş gü­nü­nün xa­rak­te­rin­dən irə­li gə­lən tə­ləb­lər­lə bir ara­ya sığ­ma­yan heç bir fə­a­liy­yət­lə məş­ğul ol­ma­ma­lı­dır­lar. Bu bən­din müd­də­a­la­rı­nın tət­bi­qi ilə bağ­lı ya­ra­nan bü­tün mə­sə­lə­lə­ri Məh­kə­mə həll edir.

 

Mad­də 22

Ha­kim­lə­rin se­çil­mə­si

 

1. Ra­zı­lı­ğa gə­lən hər bir Yük­sək Tə­rəf üz­rə ha­kim Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rə­fin təq­dim et­di­yi üç na­mi­zəd si­ya­hı­sın­dan, Par­la­ment Assamb­le­ya­sı­nın səs çox­lu­ğu ilə se­çi­lir.

2. Kon­ven­si­ya­ya Ra­zı­lı­ğa gə­lən ye­ni Yük­sək Tə­rəf­lər qo­şul­duq­da, həm­çi­nin ya­ra­nan boş yer­lər dol­du­ru­lar­kən Məh­kə­mə­nin tər­ki­bi­nə əlavə seçilən seç­ki­lər üçün ana­lo­ji pro­se­du­ra tət­biq olu­nur.

 

Mad­də 23

Sə­la­hiy­yət müd­də­ti

 

1. Ha­kim­lər 6 il müd­də­ti­nə se­çi­lir­lər. Onlar ye­ni­dən se­çi­lə bi­lər­lər. La­kin bi­rin­ci seç­ki­də se­çil­miş ha­kim­lə­rin ya­rı­sı­nın sə­la­hiy­yət müd­də­ti se­çil­dik­lə­ri vaxt­dan üç il son­ra bi­tir.

2. Bi­rin­ci üç il­dən son­ra sə­la­hiy­yət müd­də­ti bi­tən ha­kim­lər seç­ki­lər­dən dər­hal son­ra Avro­pa Şu­ra­sının Baş Ka­ti­bi tə­rə­fin­dən püş­kat­ma yo­lu ilə mü­əy­yən­ləş­di­ri­lir.

3. Məh­kə­mə­nin ya­rı tər­ki­bi­nin hər üç il­dən bir, müm­kün ol­duq­ca, ye­ni­ləş­mə­si­ni tə­min et­mək məq­sə­di ilə Par­la­ment Assamb­le­ya­sı hər han­sı növ­bə­ti seç­ki­lə­rin ke­çi­ril­mə­si­nə qə­dər qə­rar qə­bul edə bi­lər ki, se­çil­miş bir və ya bir ne­çə ha­ki­min sə­la­hiy­yət müd­də­ti və ya müd­dət­lə­ri bütün hallarda üç il­dən az və doq­quz il­dən çox ol­ma­maq­la, al­tı il yox, baş­qa müd­dət ola­caq­dır.

4. Bir­dən çox sə­la­hiy­yət müd­də­tin­dən söh­bət get­di­yi və Par­la­ment Assamb­le­ya­sı­nın bun­dan əv­vəl­ki bən­din müd­də­a­la­rı­nı tət­biq et­di­yi hal­lar­da sə­la­hiy­yət müd­dət­lə­ri Avro­pa Şu­ra­sı Baş Ka­ti­bi tə­rə­fin­dən seç­ki­lər­dən dər­hal son­ra püş­kat­ma yo­lu ilə mü­əy­yən­ləş­di­ri­lir.

5. Sə­la­hiy­yət müd­də­ti hə­lə bit­mə­miş ha­ki­mi əvəz et­mək üçün se­çil­miş ha­kim bu və­zi­fə­ni öz sə­lə­fi­nin sə­la­hiy­yət müd­də­ti­nin qa­lan his­sə­si qə­dər tu­tur.

6. Ha­kim­lər 70 ya­şa çat­dıq­da on­la­rın sə­la­hiy­yət müd­də­ti bi­tir.

7. Ha­kim­lər öz və­zi­fə­lə­ri­ni on­lar də­yiş­di­ri­lə­nə qə­dər tu­tur­lar. Bu­nun­la ya­na­şı, on­lar ar­tıq ic­ra­at­la­rın­da olan iş­lə­rə də­yiş­di­ril­dik­dən son­ra da bax­maq­da da­vam edir­lər.

 

Mad­də 24

Və­zi­fə­dən azad et­mə

 

Di­gər ha­kim­lə­rin üç­də iki səs çox­lu­ğu ilə hər han­sı ha­ki­min qo­yu­lan tə­ləb­lə­rə ca­vab ver­mə­di­yi haq­qın­da qə­ra­rı ol­ma­dan ha­kim öz və­zi­fə­sin­dən azad edi­lə bil­məz.

 

Mad­də 25

Dəf­tər­xa­na və re­fe­rent­lər

 

Məh­kə­mə­nin, və­zi­fə­lə­ri və təş­ki­li Məh­kə­mə Reqlamenti qay­da­la­rı ilə mü­əy­yən­ləş­di­ri­lən dəf­tər­xa­na­sı var­dır. Re­fe­rent­lər Məh­kə­mə­yə xid­mət edir­lər.

 

Mad­də 26

Məh­kə­mə­nin Ple­nu­mu

 

Məh­kə­mə­nin Ple­nu­mu:

a) öz Səd­ri­ni və Səd­rin bir, ya­xud iki mü­a­vi­ni­ni üç il müd­də­ti­nə se­çir; on­lar ye­ni­dən se­çi­lə bi­lər­lər;

b) mü­əy­yən müd­dət üçün nə­zər­də tu­tu­lan Pa­la­ta­lar ya­ra­dır;

c) Məh­kə­mə Pa­la­ta­sı­nın Sədr­lə­ri­ni se­çir; on­lar ye­ni­dən se­çi­lə bi­lər­lər;

d) Məh­kə­mə Req­la­men­ti­ni təs­diq edir;

e) dəf­tər­xa­na rəh­bə­ri­ni və onun bir, ya­xud bir ne­çə mü­a­vi­ni­ni se­çir.

 

Mad­də 27

Ko­mi­tə­lər, Pa­la­ta­lar və Bö­yük Pa­la­ta

 

1. Məh­kə­mə, ona ve­ril­miş iş­lə­rə bax­maq üçün üç ha­kim­dən iba­rət ko­mi­tə­lər, yed­di ha­kim­dən iba­rət pa­la­ta­lar yaradır və on yed­di ha­kim­dən iba­rət Bö­yük Pa­la­ta ya­ra­dır. Məh­kə­mə pa­la­ta­la­rı mü­əy­yən müd­dət üçün nə­zər­də tu­tu­lan ko­mi­tə­lə­r ya­ra­dır.

2. İşdə tə­rəf olan döv­lət­dən se­çil­miş ha­kim Pa­la­ta­nın və Bö­yük Pa­la­ta­nın ex-officio üz­vü olur; be­lə ha­kim ol­ma­dı­ğı hal­lar­da və ya o, ic­las­da iş­ti­rak edə bil­mə­dik­də, hə­min üzv döv­lə­tin tə­yin et­di­yi şəxs ha­kim qis­min­də iş­ti­rak edir.

3. Bö­yük Pa­la­ta­nın tər­ki­bi­nə həm­çi­nin Məh­kə­mə­nin Səd­ri, Məh­kə­mə Səd­ri­nin mü­a­vin­lə­ri, Pa­la­ta Sədr­lə­ri və Məh­kə­mə Req­la­men­ti­nə mü­va­fiq ola­raq tə­yin edil­miş Məh­kə­mə­nin di­gər üzv­lə­ri də da­xil olur. 43-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq işin Bö­yük Pa­la­ta­ya ve­ril­di­yi hal­lar­da onun ic­las­la­rın­da, bu Pa­la­ta­nın Səd­ri və iş­də tə­rəf olan döv­lə­tin ha­ki­mi is­tis­na ol­maq­la, qə­rar çı­xa­ran Pa­la­ta­nın ha­kim­lə­rin­dən heç bi­ri iş­ti­rak et­mə­mə­li­dir.

 

Mad­də 28

Ko­mi­tə­lə­rin şi­ka­yə­ti qə­bul olun­ma­yan elan et­mə­si

 

Ko­mi­tə 34-cü mad­dənin müddəalarına mü­va­fiq ola­raq ve­ril­miş fər­di şi­ka­yə­ti yek­dil qə­rar­la qə­bul olun­ma­yan elan edə bi­lər və ya əgər be­lə qə­rar şi­ka­yət əla­və öy­rə­nil­mə­dən qə­bul edi­lib­sə, onu ic­ra­at­da olan iş­lə­rin si­ya­hı­sın­dan çı­xa­ra bi­lər. Bu qə­rar qə­ti­dir.

 

Mad­də 29

Şi­ka­yə­tin qə­bul olun­ma­sı və ma­hiy­yə­ti ba­rə­də Pa­la­tanın qə­rar­la­rı

 

1. Əgər 28-ci mad­də­də nə­zər­də tu­tul­muş heç bir qə­rar qə­bul edil­mə­yib­sə, Pa­la­ta 34-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ve­ril­miş fər­di şi­ka­yə­tin qə­bul olun­ma­sı və işin ma­hiy­yə­ti üz­rə qə­rar çı­xa­rır.

2. Pa­la­ta 33-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq döv­lə­tin ver­di­yi şi­ka­yə­tin qə­bul olun­ma­sı və ma­hiy­yə­ti üz­rə qə­rar çı­xa­rır.

3. Əgər məh­kə­mə is­tis­na qay­da­sın­da di­gər qə­rar qə­bul et­məz­sə, şi­ka­yə­tin qə­bul olun­ma­sı haq­qın­da qə­rar ay­rı­lıq­da çı­xa­rı­lır.

 

Mad­də 30

Bö­yük Pa­la­ta­nın xey­ri­nə yu­ris­dik­si­ya­dan im­ti­na

 

Əgər Pa­la­ta­nın ic­ra­a­tın­da olan iş Kon­ven­si­ya­nın və ya ona da­ir pro­to­kol­la­rın şər­hi ba­rə­də cid­di mə­sə­lə­yə to­xu­nur­sa ya­xud mə­sə­lə­nin həl­li Məh­kə­mə­nin əv­vəl­lər çı­xar­dı­ğı qə­ra­ra zidd ola bi­lər­sə, tə­rəf­lər­dən heç bi­ri bu­na eti­raz et­mə­dik­də Pa­la­ta öz qə­ra­rı­nı çı­xa­ra­na qə­dər is­tə­ni­lən vaxt Bö­yük Pa­la­ta­nın xey­ri­nə yu­ris­dik­si­ya­sın­dan im­ti­na edə bi­lər.

 

Mad­də 31

Bö­yük Pa­la­ta­nın sə­la­hiy­yət­lə­ri

 

Bö­yük Pa­la­ta:

a) Pa­la­ta 30-cu mad­də­nin müd­də­a­la­rı­na əsa­sən yu­ris­dik­si­ya­sın­dan im­ti­na et­dik­də və ya 43-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq iş ona gön­də­ril­dik­də 33-cü və ya 34-cü mad­də­lə­rin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq ve­ril­miş şi­ka­yət­lər üz­rə qə­rar çı­xa­rır; və

b) 47-ci mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq təq­dim edil­miş məs­lə­hət rəy­lə­ri çı­xar­maq üçün ve­ril­miş xahişlərə ba­xır.

 

Mad­də 32

Məh­kə­mə­nin sə­la­hiy­yə­ti

 

1. Kon­ven­si­ya­sı­nın və ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı­nın şər­hi və tət­bi­qi­nə da­ir ona ve­ri­lə bi­lən, 33, 34 və 47-ci mad­də­lər­də nə­zər­də tu­tul­muş bü­tün mə­sə­lə­lər Məh­kə­mə­nin sə­la­hiy­yə­tin­də­dir.

2. Konk­ret iş üz­rə Məh­kə­mə­nin sə­la­hiy­yə­ti ilə bağ­lı mü­ba­hi­sə­ni Məh­kə­mə­nin özü həll edir.

 

Mad­də 33

Döv­lət­lə­ra­ra­sı iş­lər

 

Ra­zı­lı­ğa gə­lən hər han­sı Yük­sək Tə­rəf Ra­zı­lı­ğa gə­lən di­gər Yük­sək Tə­rə­fin Kon­ven­si­ya­nın və ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı­nı hər han­sı şə­kil­də poz­ma­sı eh­ti­ma­lı ilə bağ­lı Məh­kə­mə­yə mü­ra­ci­ət edə bi­lər.

 

Mad­də 34

Fər­di şi­ka­yət­lər

 

Məh­kə­mə is­tə­ni­lən fi­zi­ki şəxs­dən, qey­ri-hö­ku­mət təş­ki­la­tın­dan və ya ay­rı-ay­rı şəxs­lər qru­pun­dan, Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər­dən bi­ri­nin onun bu Kon­ven­si­ya­nın və ya ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı ilə nə­zər­də tu­tul­muş hü­quq­la­rı­nı poz­ma­sı­nın qur­ba­nı ol­du­ğu­nu id­di­a edən şi­ka­yət­lər qə­bul edə bi­lər. Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər bu hü­qu­qun sə­mə­rə­li hə­ya­ta ke­çi­ril­mə­si­nə heç bir yol­la ma­ne ol­ma­ma­ğı öh­də­lə­ri­nə gö­tü­rür­lər.

 

Mad­də 35

Qə­bul edil­mə me­ya­rı

 

1. Məh­kə­mə yal­nız bey­nəl­xalq hü­qu­qun ha­mı­lıq­la qə­bul edil­miş nor­ma­la­rı­na mü­va­fiq ola­raq bü­tün da­xi­li hü­quq mü­da­fi­ə va­si­tə­lə­ri tü­kən­dik­dən son­ra işi ba­xıl­ma­ğa qə­bul edə bi­lər və iş üz­rə son qə­ra­rın çı­xa­rıl­dı­ğı ta­rix­dən al­tı ay ke­çə­nə­dək işə ba­xa bi­lər.

2. Məh­kə­mə 34-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq ve­ril­miş aşa­ğı­da­kı fər­di şi­ka­yət­lə­rə bax­mır:

a) ano­nim olan; və ya

b) ma­hiy­yət­cə Məh­kə­mə­nin ar­tıq bax­dı­ğı mə­sə­lə ilə ey­ni olan ya­xud bey­nəl­xalq araş­dır­ma­nın və ya tən­zim­lə­mə­nin di­gər pro­se­du­ru­nun pred­me­ti olan və işə aid ye­ni fakt­la­rı əks et­dir­mə­yən.

3. Məh­kə­mə 34-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq ve­ril­miş is­tə­ni­lən fər­di şi­ka­yə­ti, bu Kon­ven­si­ya və ya ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı ilə bir ara­ya sığ­ma­yan, açıq-ay­dın əsas­sız və ya şi­ka­yət ver­mə hü­qu­qun­dan sui-is­ti­fa­də he­sab edir­sə, qə­bul olun­ma­yan elan edə bi­lər.

4. Məh­kə­mə bu mad­də­yə mü­va­fiq ola­raq qə­bul olun­ma­yan he­sab et­di­yi is­tə­ni­lən şi­ka­yə­ti rədd edir. O, bu­nu ic­ra­a­tın is­tə­ni­lən mər­hə­lə­sin­də edə bi­lər.

 

Mad­də 36

Üçün­cü tə­rə­fin iş­ti­ra­kı

 

1. Pa­la­ta­la­rın bi­rin­də və ya Bö­yük Pa­la­ta­da olan bü­tün iş­lər­də və­tən­da­şı şi­ka­yət­çi olan Ra­zı­lı­ğa gə­lən hər bir Yük­sək Tə­rə­fin ya­zı­lı qeyd­lər təq­dim et­mək və din­lə­mə­lər­də iş­ti­rak et­mək hü­qu­qu var­dır.

2. Əda­lət mü­ha­ki­mə­si­nin la­zı­mi qay­da­da hə­ya­ta ke­çi­ril­mə­si na­mi­nə Məh­kə­mə­nin Səd­ri iş­də tə­rəf ol­ma­yan is­tə­ni­lən Ra­zı­lı­ğa gə­lən Tə­rə­fi və ya şi­ka­yət­çi ol­ma­yan is­tə­ni­lən ma­raq­lı şəx­si ya­zı­lı qeyd­lər təq­dim et­mək və ya din­lə­mə­lər­də iş­ti­rak et­mək üçün də­vət edə bi­lər.

 

Mad­də 37

Şi­ka­yət­lə­rin si­ya­hı­dan çı­xa­rıl­ma­sı

 

1. Əgər və­ziy­yət aşa­ğı­da­kı nə­ti­cə­lə­rə gəl­mə­yə əsas ve­rir­sə, ic­ra­a­tın is­tə­ni­lən mər­hə­lə­sin­də Məh­kə­mə şi­ka­yə­ti iş­lə­rin si­ya­hı­sın­dan çı­xar­maq ba­rə­də qə­rar qə­bul edə bi­lər:

a) şi­ka­yət­çi da­ha öz əri­zə­si­nə ba­xıl­ma­sı­na na­il ol­maq üçün səy gös­tər­mir­sə; və ya

b) mə­sə­lə öz həl­li­ni ta­pıb­sa; və ya

c) Məh­kə­mə­nin mü­əy­yən­ləş­dir­di­yi is­tə­ni­lən di­gər sə­bə­bə gö­rə, şi­ka­yə­tə ba­xı­şı da­vam et­dir­mə­yə lü­zum yox­dur­sa.

Bu­nun­la be­lə, əgər bu Kon­ven­si­ya­nın və ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rın­da mü­əy­yən edi­lən in­san hü­quq­la­rı­na ri­a­yət olun­ma­sı bu­nu tə­ləb edir­sə, Məh­kə­mə şi­ka­yə­tə bax­maq­da da­vam edir.

2. Əgər Məh­kə­mə işin ge­di­şi­nin bu­na bə­ra­ət qa­zan­dır­dı­ğı­nı he­sab edir­sə, şi­ka­yə­tin ba­xıl­ma­lı iş­lər si­ya­hı­sı­na bər­pa edil­mə­si haq­qın­da qə­rar qə­bul edə bi­lər.

 

Mad­də 38

Ma­raq­lı tə­rəf­lə­rin iş­ti­ra­kı ilə işə ba­xıl­ma və dost­ca­sı­na həll pro­se­du­ru

 

1. Əgər Məh­kə­mə şi­ka­yə­ti qə­bul edi­lən elan edir­sə, o:

a) ma­raq­lı tə­rəf­lə­rin nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə işə ba­xıl­ma­sı­nı da­vam et­di­rir və eh­ti­yac ol­duq­da, işin hal­la­rı­nı təh­qiq edir; bu­nun sə­mə­rə­li apa­rıl­ma­sı üçün ma­raq­lı döv­lət­lər bü­tün zə­ru­ri şə­ra­i­ti ya­ra­dır­lar;

b) bu Kon­ven­si­ya­da və ona da­ir Pro­to­kol­lar­da mü­əy­yən edil­miş in­san hü­quq­la­rı­na hör­mət əsa­sın­da işin dost­ca­sı­na həl­li­ni tə­min et­mək məq­sə­di ilə ma­raq­lı tə­rəf­lə­rə öz xid­mət­lə­ri­ni təq­dim edir.

2. 1-ci bən­din “b” ya­rım­bən­din­də nə­zər­də tu­tu­lan pro­se­dur məx­fi xa­rak­ter da­şı­yır.

 

Mad­də 39

Dost­ca­sı­na həl­lin ta­pıl­ma­sı

 

Dost­ca­sı­na həll sə­mə­rə ver­dik­də, Məh­kə­mə fakt­la­rın qı­sa xü­la­sə­si­ni və əl­də olu­nan ra­zı­lı­ğı əks et­di­rən qə­rar çı­xar­maq­la işi öz si­ya­hı­sın­dan çı­xa­rır.

 

Mad­də 40

Açıq məh­kə­mə ic­las­la­rı və sə­nəd­lər­dən is­ti­fa­də

 

1. Məh­kə­mə is­tis­na hal ki­mi di­gər qə­rar qə­bul et­məz­sə, onun ic­las­la­rı açıq ke­çi­ri­lir.

2. Məh­kə­mə Səd­ri di­gər qə­rar qə­bul et­məz­sə, sax­la­nıl­maq üçün dəf­tər­xa­na­ya ve­ril­miş sə­nəd­lər ic­ti­ma­iy­yət üçün açıq­dır.

 

Mad­də 41

Əvə­zin əda­lət­li ödə­nil­mə­si

 

Əgər Məh­kə­mə Kon­ven­si­ya­nın və ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı­nın po­zul­du­ğu­nu, la­kin Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rə­fin da­xi­li hü­qu­qu­nun yal­nız bu po­zun­tu­nun nə­ti­cə­lə­ri­nin qis­mən ara­dan qal­dı­rıl­ma­sı­na im­kan ver­di­yi­ni mü­əy­yən edir­sə, Məh­kə­mə zə­ru­ri hal­da, zə­rər­çə­kən tə­rə­fə əvə­zin əda­lət­li ödə­nil­mə­si­ni tə­yin edir.

 

Mad­də 42

Pa­la­ta­la­rın qə­rar­la­rı

 

44-cü mad­də­nin 2-ci bən­di­nin müd­də­a­la­rı­na uy­ğun ola­raq Pa­la­ta­la­rın qə­rar­la­rı qə­ti­dir.

 

Mad­də 43

İşin Bö­yük Pa­la­ta­ya ve­ril­mə­si

 

1. Pa­la­ta­nın qə­rar çı­xar­ma­sın­dan son­ra­kı üç ay ər­zin­də, iş üz­rə is­tə­ni­lən tə­rəf, müs­təs­na hal­lar­da, işin ba­xıl­maq üçün Bö­yük Pa­la­ta­ya ve­ril­mə­si ba­rə­də əri­zə ve­rə bi­lər.

2. Əgər iş bu Kon­ven­si­ya­nın və ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı­nın şər­hi və ya tət­bi­qi­nə da­ir cid­di mə­sə­lə və ya ümu­mi xa­rak­ter­li di­gər cid­di mə­sə­lə qal­dır­sa, Bö­yük Pa­la­ta­nın beş ha­kim­dən iba­rət Ko­mi­tə­si əri­zə­ni qə­bul edir.

3. Ko­mi­tə əri­zə­ni qə­bul edir­sə, on­da Bö­yük Pa­la­ta öz qə­ra­rı­nı çı­xar­maq­la işi həll edir.

 

Mad­də 44

Qə­ti qə­rar­lar

 

1. Bö­yük Pa­la­ta­nın qə­ra­rı qə­ti­dir.

2. Pa­la­ta­nın qə­ra­rı aşa­ğı­da­kı hal­lar­da qə­ti olur:

a) tə­rəf­lər işin Bö­yük Pa­la­ta­ya ve­ril­mə­si ba­rə­də mü­ra­ci­ət et­mə­yə­cək­lə­ri­ni bə­yan et­dik­də; və ya

b) əgər işin Bö­yük Pa­la­ta­ya ve­ril­mə­si ba­rə­də mü­ra­ci­ət edil­mə­yib­sə, qə­rar çı­xa­rı­lan ta­rix­dən üç ay son­ra; və ya

c) Bö­yük Pa­la­ta­nın Ko­mi­tə­si 43-cü mad­də­nin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq işin ve­ril­mə­si haq­qın­da mü­ra­ci­ə­ti rədd et­dik­də.

3. Qə­ti qə­rar dərc olun­ma­lı­dır.

 

Mad­də 45

Qə­rar və qətnamələrin əsas­lan­dı­rıl­ma­sı

 

1. Qə­rar­lar, həm­çi­nin şi­ka­yət­lə­ri qə­bul edi­lən və ya qə­bul olun­ma­yan elan edən qə­tnamələr əsas­lan­dı­rıl­ma­lı­dır.

2. Əgər qə­rar bü­töv­lük­də və ya qis­mən ha­kim­lə­rin yek­dil rə­yi­ni ifa­də et­mir­sə, on­da hər han­sı ha­kim özü­nün xü­su­si rə­yi­ni ve­rə bi­lər.

 

Mad­də 46

Qə­rar­la­rın məc­bu­ri qüv­və­si və ic­ra­sı

 

1. Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər, Məh­kə­mə­nin on­la­rın tə­rəf ol­duq­la­rı iş­lər üz­rə qə­ti qə­ra­rı­nı və ic­ra et­mə­yi öh­də­lə­ri­nə gö­tü­rür­lər.

2. Məh­kə­mə­nin qə­ti qə­ra­rı onun ic­ra­sı­na nə­za­rə­ti hə­ya­ta ke­çi­rən Na­zir­lər Ko­mi­tə­si­nə gön­də­ri­lir.

 

Mad­də 47

Məs­lə­hət rəy­lə­ri

 

1. Məh­kə­mə Na­zir­lər Ko­mi­tə­si­nin sor­ğu­su ilə Kon­ven­si­ya­nın və ona da­ir Pro­to­kol­la­rın müd­də­a­la­rı­nın şər­hi­nə da­ir hü­qu­qi mə­sə­lə­lər üz­rə məs­lə­hət rəy­lə­ri ve­rə bi­lər.

2. Be­lə rəy­lər nə Kon­ven­si­ya­nın I Böl­mə­si və ona da­ir Pro­to­kol­lar­da mü­əy­yən edi­lən hü­quq və azad­lıq­la­rın məz­mun və həc­mi­nə da­ir hər han­sı mə­sə­lə­yə, nə də Məh­kə­mə­nin və ya Na­zir­lər Ko­mi­tə­si­nin Kon­ven­si­ya­da nə­zər­də tu­tu­lan hər han­sı mü­ra­ci­ə­tə ba­xar­kən to­xun­ma­lı ol­du­ğu di­gər mə­sə­lə­lə­rə aid ol­ma­lı­dır.

3. Məh­kə­mə­nin məs­lə­hət rə­yi­ni al­maq ba­rə­də Na­zir­lər Ko­mi­tə­si­nin qə­ra­rı Ko­mi­tə­nin iş­ti­rak et­mək hü­qu­qu olan nü­ma­yən­də­lə­ri­nin səs çox­lu­ğu ilə qə­bul edi­lir.

 

Mad­də 48

Məs­lə­hət rəy­lə­ri ba­rə­də Məh­kə­mə­nin sə­la­hiy­yə­ti

 

Məs­lə­hət rə­yi ver­mək haq­qın­da Na­zir­lər Ko­mi­tə­si tə­rə­fin­dən edi­lən sor­ğu­nun Məh­kə­mə­nin sə­la­hiy­yə­ti­nə aid olub-ol­ma­ma­sı­nı, 47-ci mad­də­də mü­əy­yən edil­di­yi ki­mi, Məh­kə­mə özü həll edir.

 

Mad­də 49

Məs­lə­hət rəy­lə­ri­nin əsas­lan­dı­rıl­ma­sı

 

1. Məh­kə­mə­nin məs­lə­hət rəy­lə­ri əsas­lan­dı­rıl­ma­lı­dır.

2. Əgər məs­lə­hət rə­yi ümu­mi­lik­də və ya qis­mən ha­kim­lə­rin yek­dil rə­yi­ni əks et­dir­mir­sə, on­da hər han­sı ha­kim özü­nün xü­su­si rə­yi­ni ver­mək hü­qu­qu­na ma­lik­dir.

3. Məh­kə­mə­nin məs­lə­hət rəy­lə­ri Na­zir­lər Ko­mi­tə­si­nə gön­də­ri­lir.

 

Mad­də 50

Məh­kə­mə­nin sax­la­nıl­ma­sı xərc­lə­ri

 

Məh­kə­mə­nin sax­la­nıl­ma­sı xərc­lə­ri­ni Avro­pa Şu­ra­sı ödə­yir.

 

Mad­də 51

Ha­kim­lə­rin im­ti­yaz və im­mu­ni­tet­lə­ri

 

Ha­kim­lər öz funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rər­kən Avro­pa Şu­ra­sı Ni­zam­na­mə­si­nin 40-cı mad­də­sin­də və onun əsa­sın­da bağ­lan­mış sa­ziş­lə­rin müd­də­a­la­rın­da nə­zər­də tu­tu­lan im­ti­yaz və im­mu­ni­tet­lə­rə ma­lik­dir­lər.

 

III Bölmə

Sa­ir müd­də­a­lar

 

Mad­də 52

Baş Ka­ti­bin sor­ğu­la­rı

 

Avro­pa Şu­ra­sı Baş Ka­ti­bi­nin sor­ğu­su əsa­sın­da Ra­zı­lı­ğa gə­lən hər bir Yük­sək Tə­rəf öz da­xi­li hü­qu­qu­nun bu Kon­ven­si­ya­nın hər han­sı müd­də­a­sı­nın sə­mə­rə­li tət­bi­qi­ni ne­cə tə­min edə­cə­yi ilə bağ­lı iza­hat təq­dim edir.

 

Mad­də 53

Təs­bit olun­muş in­san hü­quq­la­rı ilə bağ­lı tə­mi­nat­lar

 

Bu Kon­ven­si­ya­da heç nə Ra­zı­lı­ğa gə­lən hər han­sı Yük­sək Tə­rə­fin qa­nun­ve­ri­ci­li­yi və ya onun iş­ti­rak et­di­yi hər han­sı di­gər sa­ziş­lə tə­min edi­lə bi­lən in­san hü­quq­la­rın­dan və əsas azad­lıq­la­rın­dan hər han­sı­nı məh­dud­laş­dır­maq və ya on­dan kə­na­ra çıx­maq ki­mi şərh olu­na bil­məz.

 

Mad­də 54

Na­zir­lər Ko­mi­tə­si­nin sə­la­hiy­yət­lə­ri

 

Bu Kon­ven­si­ya­da heç nə Avro­pa Şu­ra­sı Ni­zam­na­mə­si­nin Na­zir­lər Ko­mi­tə­si­nə ver­di­yi sə­la­hiy­yət­lə­rə xə­ləl gə­tir­mir.

 

Mad­də 55

Mü­ba­hi­sə­lə­rin di­gər va­si­tə­lər­lə tən­zim­lən­mə­sin­dən im­ti­na

 

Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lər, bu ba­rə­də xü­su­si sa­ziş im­za­lan­ma­sı hal­la­rı is­tis­na ol­maq­la, bu Kon­ven­si­ya­nın müd­də­a­la­rı­nın şər­hi və ya tət­bi­qi ilə bağ­lı mü­ba­hi­sə­lə­ri pe­ti­si­ya yo­lu ilə ba­xıl­ma­ğa ve­rər­kən, on­lar ara­sın­da qüv­və­də olan mü­qa­vi­lə­lə­rə, kon­ven­si­ya­la­ra və ya bə­yan­na­mə­lə­rə mü­ra­ci­ət et­mə­yə­cək­lə­ri­nə və mü­ba­hi­sə­lə­rin tən­zim­lən­mə­si­nin bu Kon­ven­si­ya­da nə­zər­də tu­tu­lan va­si­tə­lə­rin­dən baş­qa, di­gər va­si­tə­lər­dən is­ti­fa­də et­mə­mə­yə ra­zı­lıq ve­rir­lər.

 

Mad­də 56

Əra­zi­lərə tət­biq

 

1. Hər han­sı döv­lət im­za­la­ma, ya­xud ra­ti­fi­ka­si­ya za­ma­nı və ya son­ra is­tə­ni­lən vaxt Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi­nə ün­van­lan­mış bil­di­riş va­si­tə­si ilə bu mad­də­nin 4-cü bən­di nə­zə­rə alın­maq­la, bey­nəl­xalq əla­qə­lə­ri­nə gö­rə hə­min döv­lə­tin mə­su­liy­yət da­şı­dı­ğı bü­tün əra­zi­lə­rə, ya­xud on­lar­dan hər han­sı bi­ri­nə şa­mil edi­lə­cə­yi­ni bə­yan edə bi­lər.

2. Kon­ven­si­ya bil­di­riş­də adı çə­ki­lən əra­zi­yə və ya əra­zi­lə­rə Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi­nin bil­di­ri­şi al­ma­sı­nın otu­zun­cu gü­nün­dən şa­mil edi­lir.

3. Bu Kon­ven­si­ya­nın müd­də­a­la­rı be­lə əra­zi­lər­də yer­li şə­ra­i­tin la­zı­mi qay­da­da nə­zə­rə alın­ma­sı ilə tət­biq edi­lir.

4. Bu mad­də­nin 1-ci bən­di­nə mü­va­fiq ola­raq bə­ya­nat ver­miş hər han­sı döv­lət son­ra­dan is­tə­ni­lən vaxt hə­min bə­ya­nat­da gös­tə­ril­miş bir və ya bir ne­çə əra­zi­nin adın­dan Kon­ven­si­ya­nın 34-cü mad­də­si­nə mü­va­fiq ola­raq, Məh­kə­mə­nin fi­zi­ki şəxs­lər­dən, qey­ri-hö­ku­mət təş­ki­lat­la­rın­dan və ya fərd­lər qru­pun­dan şi­ka­yətlər qə­bul et­mək sə­la­hiy­yə­ti­ni ta­nı­dı­ğı­nı bə­yan edə bi­lər.

 

Mad­də 57

Qeyd-şərt­lər

 

1. İstə­ni­lən döv­lət bu Kon­ven­si­ya­nı im­za­la­yar­kən və ya təs­diq­na­mə­ni sax­lan­ma­ğa ve­rər­kən Kon­ven­si­ya­nın hər han­sı konk­ret müd­də­a­sı ilə bağ­lı, o dövr­də, onun əra­zi­sin­də qüv­və­də olan bu və ya di­gər qa­nu­nun hə­min müd­də­a­ya uy­ğun ol­ma­ma­sı ilə əla­qə­dar qeyd-şərt ve­rə bi­lər. Bu mad­də­yə mü­va­fiq ola­raq, ümu­mi xa­rak­ter­li qeyd-şərt­lə­rə yol ve­ril­mir.

2. Bu mad­də­yə uy­ğun ola­raq edil­miş is­tə­ni­lən qeyd-şərt­də mü­va­fiq qa­nu­nun qı­sa şər­hi ve­ril­mə­li­dir.

 

Mad­də 58

De­non­sa­si­ya

 

1. Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf, yal­nız bu Kon­ven­si­ya­nın tə­rə­fi ol­du­ğu ta­rix­dən beş il keç­dik­dən son­ra və bu ba­rə­də Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi­nə bil­di­riş gön­dər­dik­dən al­tı ay son­ra bu Kon­ven­si­ya­nı de­non­sa­si­ya edə bi­lər; Baş Ka­tib Ra­zı­lı­ğa gə­lən di­gər Yük­sək Tə­rəf­lə­ri bu ba­rə­də mə­lu­mat­lan­dı­ra­caq.

2. De­non­sa­si­ya Ra­zı­lı­ğa gə­lən mü­va­fiq Yük­sək Tə­rə­fi de­non­sa­si­ya­nın qüv­və­yə mi­nə­cə­yi ta­ri­xə­dək tö­rə­də bi­lə­cə­yi və bu Kon­ven­si­ya üz­rə onun öh­də­lik­lə­ri­ni po­za bi­lə­cək hər han­sı əmə­li­nə mü­na­si­bət­də be­lə öh­də­lik­lə­rin­dən azad et­mir.

3. Avro­pa Şu­ra­sı­nın üzv­lü­yün­dən çı­xan Ra­zı­lı­ğa gə­lən hər han­sı Yük­sək Tə­rəf ey­ni şərt­lər­lə bu Kon­ven­si­ya­nın da Tə­rə­fi ol­mur.

4. Kon­ven­si­ya 56-cı mad­də­nin müd­də­a­la­rı­na əsa­sən, onun şa­mil olun­ma­sı­nın bə­yan edil­di­yi is­tə­ni­lən əra­zi­yə mü­na­si­bət­də əv­vəl­ki bənd­lə­rin müd­də­a­la­rı­na mü­va­fiq ola­raq de­non­sa­si­ya edi­lə bi­lər.

 

Mad­də 59

İmza­la­ma və ra­ti­fi­ka­si­ya

 

1. Bu Kon­ven­si­ya Avro­pa Şu­ra­sı­nın üz­vü olan döv­lət­lər tə­rə­fin­dən im­za­lan­maq üçün açıq­dır . O, ra­ti­fi­ka­si­ya olun­ma­lı­dır. Təs­diq­na­mə­lər sax­la­nıl­maq üçün Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi­nə ve­ri­lir.

2. Bu Kon­ven­si­ya on təs­diq­na­mə sax­la­nıl­ma­ğa ve­ril­dik­dən son­ra qüv­və­yə mi­nir.

3. Kon­ven­si­ya onu son­ra­dan ra­ti­fi­ka­si­ya edən döv­lət­lər üçün, on­la­rın öz təs­diq­na­mə­lə­ri­ni sax­la­nıl­ma­ğa ver­dik­lə­ri ta­rix­dən qüv­və­yə mi­nir.

4. Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi Kon­ven­si­ya­nın qüv­və­yə min­mə­si, onu ra­ti­fi­ka­si­ya et­miş Ra­zı­lı­ğa gə­lən Yük­sək Tə­rəf­lə­rin ad­la­rı və son­ra­lar alı­na bi­lə­cək təs­diq­na­mə­lə­rin sax­la­nıl­ma­ğa ve­ril­mə­si haq­qın­da Avro­pa Şu­ra­sı­nın üz­vü olan bü­tün döv­lət­lə­ri xə­bər­dar edir.

 

1950-ci il no­yab­rın 4-də Ro­ma­da hər iki mət­ni ey­ni qüv­və­yə ma­lik ol­maq­la, in­gi­lis və fran­sız dil­lə­rin­də, bir nüs­xə­də im­za­lan­mış­dır və Avro­pa Şu­ra­sı­nın ar­xi­vin­də sax­la­nı­lır. Avro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi təs­diq olun­muş su­rət­lə­ri Kon­ven­si­ya­nı im­za­la­mış bü­tün döv­lət­lə­rə gön­də­rə­cək­dir.

 

 

 

 


 

 



The Constitution of the Republic
of Azerbaijan



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az