BAŞ SƏHİFƏ
KONSTİTUTSİYA
QANUNLAR
FƏRMANLAR
SƏRƏNCAMLAR
QƏRARLAR
ÇIXARIŞLAR
BEYNƏLXALQ SƏNƏDLƏR
KİTABXANA
LİNKLƏR
ƏLAQƏ
AZƏRBAYCAN HAQDA

 

TƏQVİM

 

 
 
 

Əlilliyi Olan İnsanlara Bərabər

İmkanların Yaradılması Üzrə

STANDART QAYDALAR

 

Bu nəşr Azərbaycan Respublikası

Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən hazırlanmışdır.

Ünvan: AZ1138, Bakı şəhəri, Əhməd Cavad küçəsi 7 a

Telefon: (994 12) 434 48 36

E-mail : union-dpo@baku.az

 

Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalar

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qırx səkkizinci sessiyasında 20 dekabr 1993 – cü ildə (qətnamə 48 / 96) qəbul olunmuşdur.

Stanandart Qaydalara dair əlavə məlumatlar üçün aşağıdakı ünvana müraciət etməniz xahiş olunur:

Disabled Persons Unit

Department for Policy Coordination

And Sustainable Development

United Nations Room DC – 1302

New York , New York 10017 , USA

Tel: 1-212-963-3897/6765

Fax: 1-212-963-3062

Birləşmiş Millətlər Təşkilatı, 1994

Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalar.

 

GİRİŞ

 

•  Məsələnin tarixi və mövcud problemlər

•  Əvvəllər görülmüş işlər

•  Standart qaydalara doğru

•  Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart

qaydaların məqsədi və məzmunu

•  Əlillik siyasətində fundamental anlayışlar

 

PREAMBULA

 

I. BƏRABƏRHÜQUQLU İŞTİRAK ÜÇÜN İLKİN ŞƏRTLƏR

 

Qayda 1. Əlilliyin dərkinin dərinləşdirilməsi

Qayda 2. Tibbi xidmət

Qayda 3. Reabilitasiya

Qayda 4. Yardımçı xidmətlər

 

II. BƏRABƏR İMKANLARIN YARADILMASI ÜÇÜN MƏQSƏDLİ SAHƏLƏR

 

Qayda 5. Müyəssərlik

Qayda 6. Təhsil

Qayda 7. Məşğulluq

Qayda 8. Gəlir səviyyəsinin saxlanması və sosial təminat

Qayda 9. Ailə həyatı və şəxsiyyət azadlığı

Qayda 10. Mədəniyyət

Qayda 11. İstirahət və idman

Qayda 12. Din

 

III. TƏTBİQ OLUNMA ÜZRƏ TƏDBİRLƏR

 

Qayda 13. İnformasiya və tədqiqatlar

Qayda 14. Siyatin işlənib hazırlanması və planlaşdırma

Qayda 15. Qanunvericilik

Qayda 16. İqtisadi siyasət

Qayda 17. Fəaliyyətin koordinasiyası

Qayda 18. Əlil təşkilatları

Qayda 19. İşçi heyətin hazırlanması

Qayda 20. Qaydaların yerinə yetirilməsi zamanı əlillik

proqramlarının milli monitorinqi və qiymətləndirilməsi

Qayda 21. Texniki və iqtisadi əməkdaşlıq

Qayda 22. Beynəlxalq əməkdaşlıq

 

IV. NƏZARƏT MEXANİZMİ

 

 

GİRİŞ

 

Məsələnin tarixi və mövcud problemlər

 

•  Dünyanın bütün ölkələrində və cəmiyyətin istənilən qrupunda əlilliyi olan çoxlu insanlar var və onların sayı durmadan artır.

 

•  Əlilliyin səbəbi və nəticələri müxtəlif ölkələrdə bir-birindən fərqlənir. Bu fərqlilik müxtəlif sosial-iqtisadi şərtlərin və öz vətəndaşlarının rifahının təmin edilməsi üzrə dövlətlərin fəaliyyətinin müxtəlifliyinin nəticəsidir.

•  Hazırda əlillik sahəsində həyata keçirilən siyasət cəmiyyətin son iki yüz illik inkişafından doğur.Bir çox istiqamətlərdə bu siyasət ümumi həyat şəraitini və müxtəlif vaxtlarda həyata keçirilən sosial-iqtisadi siyasətləri əks etdirir. Lakin əlilliyi olan insanların həyat şəraitinə təsir edən bir çox xüsusi amillər vardır. Əlilliyin tarixi boyu sosial amil olan cahillik, etinasızlıq, xürafat və qorxu əlilliyi olan insanların qabiliyyətlərinin inkişafı üçün maneə olub və onların təcrid olunmasına cətirib çıxarıb.

•  Uzun illər ərzində əlillik sahəsində həyata keçirilən siyasət müvafiq müəssisələrdə əlilliyi olan insanlara sadə qayğıdan, əlilliyi olan uşaqların təhsil alması və yetkin yaşda əlil olmuş insanların reabilitasiyasına qədər inkişaf edibdir. Təhsil və reabilitasiya vasitəsilə əlillik sahəsində həyata keçirilən siyasətin sonrakı inkişafında əlilliyi olan insanlar daha da fəallaşıb və hərəkətverici qüvvəyə çevrilibdir.Əlilliyi olan insanların, onların ailə üzvlərinin və tərəfdarlarının əlilliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılması uğrunda çıxış edən təşkilatları yaradıldı.

•  60-cı illərin sonlarında bir sıra ölkələrdə əlil təşkilatları əlilliyin yeni konsepsiyasını hazırlamağa başladılar. Bu yeni konsepsiya əlilliyi olan insanların üzləşdiyi məhdudiyyətlə (ətraf mühitin strukturu, xarakteri) əhalinin əlilliyi olan insanlara qarşı münasibəti arasında sıx əlaqəni göstərirdi. Eyni zamanda əlillik problemləri inkişaf etməkdə olan ölkələrdə daha tez-tez işıqlandırılırdı. Bu ölkələrin bəzilərində ümumi əhalinin arasında əliliyi olan insanların çəkisi çox yüksəkdir, həm də onlar adətən cəmiyyətin ən kasıb təbəqəsini təşkil edirdilər.

 

Əvvəllər görülmüş işlər

 

•  Əliliyi olan insanların hüquqları uzun müddət Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Əlilliyi olan insanların Beynəlxalq ilinin (1981-ci il) ən əhəmiyyətli yekunu Baş Assambleya tərəfindən 3 dekabr 1982-ci il 37/52 saylı qətnamə ilə qəbul olunmuş Əlilliyi olan insanlara dair Ümumdünya Fəaliyyət Proqramının 1 qəbul olunması oldu. Beynəlxalq il və Ümumdünya Fəaliyyət Proqrammı bu sahədə tərəqqiyə güclü təkan verdi. Onların hər ikisində əlilliyi olan insanların digər vətəndaşlarla bərabər imkanlara malik olması və sosial-iqtisadi inkişaf nəticəsindən bərabər istifadə hüquqları xüsusi vurğulanırdı. İlk dəfə həndikəp anlayışı əlilliyi olan insanlarala ətraf mühit arasında münasibətlərin asıllığı kimi müəyyən olundu.

 

•  1987-ci ildə Stokholmda BMT-nin Əlilliyi olan insanların Dekadasının yarısında Əlilliyi olan insanlara dair Beynəlxalq Fəaliyyət Proqramının nəzərdən keçirilməsi məqsədilə Mütəxəssislərin Qlobal Yığıncağı keçirildi. Bu Yığıncaqda növbəti illərdə fəaliyyət üçün prioritetlərin müəyyənləşdirilməsində yönəldici fəlsəfi konsepsiyanın inkişaf etdirilməsi təklif olunurdu. Bu konsepsiyanın əsası əlilliyi olan insanların hüquqlarının tanınması olmalıdır.

 

 

1 A37/351 ADD.1 and Corr.1, əlavə, bölmə VIII, tösiyyə 1 (IV).

 

•  Ardıcıl olaraq Yığyncaq Baş Assambleyaya tövsiyyə etdi ki, Onilliyin sonuna qədər dövlətlər tərəfindən təsdiq olunacaq əlilliyi olan insanlara qarşı ayrı-seçkilikiliyin bütün formalarının aradan qaldırılmasına yönəlmiş beynəlxalq konvensiyanın işlənib hazırlanması üçün xüsusi konfrans çağırılsın.

 

•  Konvensiyanın layihəsi İtaliya tərəfindən işlənib hazırlandı və qırx ikinci sessiyada Baş Assambleyaya təqdim olundu. Baş Assambleyanın qırx dördüncü sessiyasında konvensiya layihəsi ilə bağlı növbəti çıxış İsveç tərəfindən edildi. lakin hər iki halda bu cür konvensiyanın məqsədəuyğyn olmasında konsensusa nail olunmadı. Bir çox nümayəndələrin fikrincə mövcud insan hüqüqlarına dair sənədlərdə digər şəxslərlə bərabər əlilliyi olan insanların hüquqlarının təmin edilməsi nəzərdə tutulub.

 

Standard qaydalara doğru

 

Nəhayət Baş Assammbleyada aparılan müzakirələrin rəhbərliyi altında, İqtisadi və Sosial Şura özünün 1990-cı ildəki birinci növbəti sessiyasında bir qədər müxtəlif xarakterli beynəlxalq sənədin hərtərəfli hazırlanması üzərində öz səylərini cəmləşdirməyi qərara aldı. Şura 24 may 1990-cı il tarixli 1990/26 saylı qətnaməsi ilə Sosial inkişaf Komissiyasına səlahiyyət verdi ki, özünün otuz ikinci sessiyasında ixtisaslaşdırılmış idarələrlə, digər hökumətlərarası orqanlar və qeyri-hökumət təşkilatları, xüsusilə də əlil təşkilatları ilə sıx əməkdaşlıq edərək əlil uşaqlar, gənclər və yaşlılar üçün bərabər imkanların yaradılması üzrə standart qaydaların işlənib hazırlanması məqsədilə könüllü ianələr hesabına maliyyələşdirilən hökumət mütəxəssislərindən ibarət açıq tərkibli işçi qrupunun yaradılması məsələsini müzakirə etsin. Şura həmçinin Komissiyadan xəhiş etdi ki, 1993-cü ildə müzakirə olunmaq və qırx səkkizinci sessiyada Baş Assambleyaya təqdim etmək məqsədilə bu qaydaların mətnini hazırlanmasını başa çatdırsın.

11. Baş Assammbleyanın qırx beşinci sessiyada Üçüncü Komitəsində növbəti müzakirələr göstərdi ki, əlilliyi olan insanlar üçün bərabar imkanların yaradılmasının standart qaydalarının işlənib hazırlanmısı üzrə yeni təşəbbüs geniş surətdə dəstəklənir

12. Sosial inkişaf üzrə Komissiyanın otuz ikinci sessiyasında standart qaydalar üzrə təşəbbüs nümayəndələrin böuük əksəriyyəti tərəfindən dəstəkləndi və müzəkirələr 20 fevral 1991-ci ildə 32/2 saylı qətnamənin qəbulu ilə nəticələndi. Bu qətnamədə Komissiya iqtisadi və Sosial Şuranın 1990/26 saylı qətnaməsinə uyğun olaraq açıq tərkibli işçi qrupunun yaradılmasını qərara aldı.

 

Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə

standart qaydaların məqsədi və məzmunu

 

13. Əlilliyi olan insanlar üçün bərabar imkanların yaradılması üzrə Standart Qaydalar Birləşmiş Millətlər Təşkilatının Əlilliyi olan insanların Onilliyi (1983-1992) 2 dövründə toplanmış təcrübə əsasıda işlənib hazırlanmışdır. Qaydaların siyasi və mənəvi əsasını İnsan Haqları üzrə Ümumi Deklarasiya 3 , İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktlar 4 , Uşaq Hüquqları üzrə Konvensiya 5 və qadınlara qarşı ayrı-seçiliyin bütün formalarının Ləğvi üzrə Konvensiya 6 eləjə də Əlilliyi olan insanlara dair Ümumdünya Fəaliyyət Proqramını ehtiva edən İnsan Hüquqları üzrə Beynəlxalq Bill təşkil edir.

 

2 Baş Assambleya tərəfindən 37/53 qətnaməsində elan olunub.

3 Qətnamə 217 A (III)

4 Qətnamə 2200 A (XXI), əlavə.

5 Qətnamə 44/25, əlavə.

6 Qətnamə 34/180, əlavə.

14. Baxmayaraq ki, Qaydalar məjburi deyil, onlar beynəlxalq hüquqa əməl etmək arzusunu ifadə edən çox sayda dövlət tərəfindən tətbiq edilərsə beynəlxaq adət hüququnun normalarına çevrilə bilər. Bu Qaydalar əlilliyi olan insanlar üçün imkanların bərabərləşdirilməsi istiqamətində dövlətlərin jiddi mənəvi və siyasi öhdəliklər götürməsini nəzərdə tutur.Qaydalarda məsuliyyətə, fəaliyyətin həyata keçirilməsinə və əməkdaşlığa dair prinsiplər göstərilir. Onlarda həmçinin həyat keyfiyyətinin, jəmiyyətin həyatında hərtərəfli iştirakın və bərabərliyin təmin olunması üçün həllediji sahələr də qeyd olunur. Əlilliyi olan insanlar və əlil təşkilatları bu qaydalardan öz siyasətlərinin işlənib hazırlanmasında və fəaliyyətlərinin qurulmasında əsas kimi istifadə edə bilərlər. Qaydalar ölkələr, BMT və sair beynəlxalq təşkilatlar arasında texniki və iqtisadi əməkdaşlıq üçün bazis yaradır.

 

15. Bu Qaydaların məqsədi əlilliyi olan qızların, oğlanların, qadınların və kişilərin yaşadıqları cəmiyyətin üzvləri kimi digərləri ilə bərabər hüquq və öhdəliklərə malik olmalarını təmin etməkdir. Dunyanın bütün ölkələrində əlilliyi olan insanları onların hüquq və azadlıqlarından istifadəsinin qarşısını alan və onların cəmiyyət həyatında tam iştirakını çətinləşdirən maneələr mövcuddur. Bu maneələrin aradan qaldırılması üzrə müvafiq tədbirlərin yerinə yetirilməsi vəzifəsi dövlətlərin öhdəsinə düşür. Əlilliyi olan insanlar və onların təşkilatları bu prosesdə bərabərhüquqlu tərəfdaşlar kimi fəal rol oynamalıdırlar. Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması üçün dünyada insan resurslarının səfərbər edilməsi üçün əhəmiyyətli rola malikdir. Qadınlar, uşaqlar, ahıllar, yoxsullar, miqrant işçilər, iki və daha çox növ əlilliyi olan şəxslər, yerli xalqlar və etnik azlıqlar kimi qruplara xüsusi diqqət yetirilməsinə ehtiyac yarana bilər. Bundan başqa xüsusi ehtiyacları olan və müvafiq qayğıya ehtiyacı duyan çoxlu sayda qaçqın kütləsi də mövcuddur.

 

 

Əlillik siyasətində fundamental anlayışlar

 

•  Aşağıda müəyyən olunmuş anlayışlardan bütün qaydalarda istifadə olunur. Onlar mahiyyət etibarı ilə Əlilliyi olan insanlara dair Ümumidünya Fəaliyyət Proqramında istifadə olunmuş anlayışlara əsaslanır. Bir sıra hallarda bu anlayışlar BMT-nin Əlilliyi olan insanların Onilliyində baş vermiş inkişaf əks etdirir.

 

Əlillik və Handikəp- sosial münasibətlərdən doğan əlillik

 

•  «Əlillik» termini dünyanın istənilən ölkəsinin əhalisi arasında baş verən müxtəlif funkisional məhdudiyyətlərin məcmusunu ifadə edir . İnsanlar fiziki, intellektual zədələnmə və ya hissiyat üzvlərinin zədələnməsi, səhhətin vəziyyəti və ya əqli xəstəlik nəticəsində əlil ola bilərlər. Bu cür zədələr, vəziyyətlər və ya xəstəliklər təbiətcə daimi və müvəqqəti ola bilər.

 

•  «Həndikəp» termini digər şəxslərlə bərabər cəmiyyətin həyatında bərabər iştirak etmək imkanının itirilməsi və ya məhdidlaşmasını ifadə edir . O, əlilliyi olan insanla ətraf mühit arasında ziddiyyəti təsvir edir. Bu terminin məqsədi ətraf mühitdə və bir sıra təşkil olunmuş fəaliyyət növlərində, məsələn informasiya, kominikasiya və təhsildə mövcud olan və əlilliyi olan şəxslərin bərəabər şərtlərlə iştirakına mane olan çatışmazlıqları vurğulamaqdır.

 

19. İki terminin, «əlillik» və «həndikəp» terminlərinin yuxarıda paraqraf 17 və 18-də göstərilən kimi işlədilməsi müasir əlillik tarixi baxımından nəzərdən keçirilməlidir. 1970-ji illərdə əlil təşkilatlarının nümayəndələri və əlillik sahəsində mütəxəssislər arasında o dövrün terminologiyasını qarşı güclü əkç reaksiya mövcud idi. «Əlillik» və «həndikəp» terminlərinin işlədilməsində qeyri-müəyyənlik və dolaşıqlıq müşahidə olunurdu ki, bu da müvafiq siyasətin işlənib hazırlanması və ya siyasi xarakterli fəaliyyətlərin həyata keçirilməsinə mane olurdu. Terminolgiya şəxsi əhatə edən cəmiyyətin qeyri-kamilliyini və çatışmazlıqlarını nəzərə almayan tibbi və diaqnostik yanaşmanı əks etdirirdi.

 

20. 1980-cı ildə Ümumidunya Səhiyyə Tşkilatı zədələrin, əlilliyin və həndikəplərin beynəlxalq təsnifatını qəbul etdi. Bu təsnifat daha dəqiq və eyni zamanda nisbi yanaşmanı təklif edirdi. Zədələrin, əlilliyin və həndikəplərin beynəlxalq Təsnifatı 7 «zədə», «əlillik» və «həndikəp» arasında dəqiq sərhəd müəyyən edir. Təsnifat reabilitasiya, təhsil, statistika, siyasət, qanunvericilik, demoqrafiya, sosiologiya, iqtisadiyyat və antropologiya kimi sahələrdə geniş tətbiq olunur. Bir sıra mütəxəssislər öz narahatlıqlarını bildirdilər ki, «həndikəpin» tərifi baxımından Təsnifat hələ də həddindən artıq tibbi və fərdin üzərində diqqəti cəmləşdirən hesab oluna bilər və ola bilsin sosial şərait və ya gözləmələrlə fərdin qabiliyyətləri arasında qarşılıqlı təsiri adekvat surətdə əks etdirmir. Bu və Təsnifatın dərcindən sonrakı 12 il ərzində istifadəçilər tərəfindən söylənilən digər fikirlər Təsnifatın gələcəkdə yenidən nəzərdən keçirilməsi zamanı lazımi ünvanını tapacandır.

 

21. Ümumidünya Fəaliyyət Proqramının həyata keçirilməsi zamanı əldə olunmuş təcrübəni və BMT-nin əlilliyi olan insanların Onilliyi dövründə aparılmış geniş müzakirələrin nəticəsi olaraq əlillik məsəələri və istifadə olunan terminologiyaya dair biliyin dərinləşməsi və onların dərkinin dərinləşməsi baş verdi. Hazırki terminologiya həm fərdi ehtiyacların (reabilitasiya və texniki vasitələrin təminatı kimi), həm də cəmiyyətin çatışmazlıqlarının (cəmiyyətin həyatında iştirak üçün müxtəlif maneələr) nəzərdən keçirilməsi zəruriyyətini qəbul edir.

 

Əlilliyin qarşısının alınması

 

•  «Əlilliyin qarşısının alınması» termini fiziki, əqli, psixi və hisiyat üzvlərinin qüsurlarının qarşısının alınmasına (birinci dərəcəli profilaktika) və ya qüsurun daimi funksional məhdudiyyət və y əlilliyə keçməsinin qarşısının alınmasına (ikici dərəcəli profilaktika) yönəldilmiş tədbirlər kompleksinin yerinə yetirilməsini nəzərdə tutur. Əlilliyin qarşısının alınması ilkin tibbi-sanitar köməyin göstərilməsi, doğumdan qabaq və sonrakı xidmət, dietoterapiya sahəsində təhsil, infeksion xəstəliklərə qarşı profilaktik vakansiya, endemik xəstəliklərlə mübarizə tədbirləri, əməyin müdafiəsi, peşə xəstəliklərinin və əlilliyinin qarşısının alınması üçün iş yerlərinin uyğunlaşdırılması daxil olmaqla müxtəlif mühitlərdə bədbəxt hadisələrin qarşısının alınması prqoqramlırı, ətraf mühitin çirklənməsi və ya silahlı münaqişələrin nəticəsində yaranan əlilliyin qarşısının alınması kimi müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini nəzərdə tuta bilər.

7 Ümumidünya Səhiyyə Təşkilatı, zədələrin, əlilliyin və həndikəplərin beynəlxalq Təsnifatı: xəstəliyin nəticələrinin təsnifatına dair rəhbər (Cenevrə)

Reabilitasiya

 

•  «Reabilitasiya» termini əlilliyi olan insanların optimal fiziki, intelektual, psixi və ya sosial fəaliyyət səviyyəsinə nail olması və onun saxlanılması məqsədini güdən, bununla da onlara öz həyatlarını daha geniş müstəqillik istiqamətində dəyişdirməyə yardım edən proses ifadə edir. Reabilitasiya funksiyaların təmin və/və ya bərpa olunması və ya funksiyaların itirilməsi və ya yoxluğunun və ya funksional məhdudiyyətin kompensasiyasını özünə daxil edə bilər. Reabilitasiya prosessi yalnız tibbi yardımın göstərilməsini nəzərdə tutmur. O, ilkin və daha ümumi reabilitasiyadan peşə əmək qabiliyyətinin bərpası kimi məqsədli fəaliyyət növlərinə qədər geniş tədbir və fəaliyət növlərini əhatə edir.

 

Bərpa imkanlarının təmin olunması

 

•  Bərpa imkanlarının təmin olunması» termini xidmət, fəaliyyət növləri, informasiya və sənədləşmə kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir.

 

•  Bərabər hüquqlar prinsipi nəzərdə tutur ki, istisna olmadan hər bir fərdin tələbatları eyni dərəcədə əhəmiyyətlidir, bu tələbatlar cəmiyyətdə planlaşdırmanın əsası kimi çıxış etməlidir və bütün resurslar elə istifadə edilməlidir ki, hər bir fərdin cəmiyyətin həyatında iştirak etmək üçün bərabər imkanı olsun.

 

•  Əlilliyi olan insanlar cəmiyyətin üzvləridir və onların öz icmalarında yaşamaq hüquqları var. Onlar adi təhsil, səhiyyə, məşğulluq və sosial xidmətlər çərçivəsində ehtiyacı duyduqları dəstəyi almalıdırlar

 

•  Əlilliyi olan insanlar bərabər hüquqlara nail olduqda, eləcə də bərabər öhdəliklər də daşımalıdırlar. Əlilliyi olan insanların bərabər imkanlar əldə etməsi ilə tədricən cəmiyyət də onlardan daha çox şey gözləmək hüququna malikdir. Bərabər imkanların təmin olunması prosesini tərkib hissəsi kimi əlilliyi olan insanların cəmiyətin üzvü kimi öz öhdəliklərini yerinə yetirmələrinə də şərait yaradılmalıdır.

 

 

PREAMBULA

 

Dövlətlər,

 

Həyat səviyyəsinin yüksəldilməs,i əhalinin tam məşğulluğu, sosial iqtisadi tərəqqi və inkişafın amillərinə yardım məqsədilə BMT ilə əməkdaşlıq edərək birgə və ayrı fəaliyyətin həyata keçirilməsi üçün BMT Nizamnaməsinə əsasən qəbul edilmiş öhdəliyi nəzərə alaraq,Nizamnamədə elan olunmuş insan haqları və əsas azadlıqlara sosial ədalət və insan şəxzsiyyətinin şərəf və ləyaqətinə sadiqliyi qeyd edərək,İnsan hüquqları üzrə ümumi Deklarasiya 8 , İqtisadi Solsial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt 9 və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda əksini tapmış insan hüquqları üzrə benəlxalq standartları xatırlayaraq,bu sənədlərdə göstərilən hüquqların ayrı-seçkilik olmadan bütün vətəndaşlar üçün bərabər şəkildə təmin olunmasının vacibliyini qeyd edərək, Əlilliyə görə ayrı-seçkiliyi qadağan edən və əlilliyi olan uşaqların huquqlarının təmini üçün xüsusi tədbirlərin görülməsini tələb edən Uşaq Hüquqları üzrə Konvensiyanı 10 xatırlayaraq,Əlilliyi olan qız və qadınların hüquqlarına təminat verən Qadınlara qarşı bütün ayrı-seçkilik hallarının ləğv edilməsi üzrə Konvensiyanın 12 tələblərini xatırlayaraq,Əlilliyi olan insanların hüquqları üzrə Deklarasiyanı 9 , əqli inkişafdan geri qalmış insanların hüquqları üzrə Deklarasiyanı 10 , sosial tərəqqi və inkişaf üzrə Deklarasiyanı 11 , əqli xəstə olan insanların müdafiəsi və psixiatiar köməyinin yaxşılaşdırılması Prinsiplərini 12 və Baş Assambleya tərəfindən qəbul olunmuş digər sənədləri nəzərə alaraq,Xüsusən əlilliyi olan insanların işə qəbulu zamanı ayrı-seçkiliyə yol verilməsinə dair Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi konvensiya və tövsiyələri nəzərə almaqla, Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) (xüsusən də hamı üçün Təhsi haqqında Dünya Deklarasiyasını 13 ), Ümumdünya Səhiyyə Təşkilatının, BMT Uşaq Fondunun və digər əlaqədar təşkilatların müvafiq tövsiyyələri və işinin nətijələrini nəzərə alaraq, Ətraf mühitin müvafiəsi üzrə dövlətlərin öhdəliklərini nəzərə alaraq,

 

8 Qətnamə 45/158 əlavə

9 Qətnamə 3447 (XXX)

10 Qətnamə 2856 ( XXVI )

11 Qətnamə 25/42( XXIV )

12 Qətnamə 46/119 əlavə

13 «Hamı üçün Təhsil: İlkin Təhsil ehtiyaclarının Ödənilməsi» Ümümdünya Konfransın Son Hesabat, Jomtien, Thailand, 5-9 Marsh 1990, İnter- Agensy Commission (UNDP, UNESKO, UNİCEF, W orld Bank) for the W orld Conference on Education for Fll, Ne w York, 1990, əlavə

 

 

1.Silahlı münaqişələrin doğurduğu fəlakətləri xatırlayaraq və məhdud resursların silahların istehsalında istifadə olunmasından təəssüflənərək,

Əlilliyi olan insanlara dair Ümumdünya Fəaliyyət Proqramının və orada imkanların bərabərləşdirilməsi anlayışının dünya ictimayyətinin bu müxtəlif sənəd və tövsiyyələrə praktiki və konkret əhəmiyyət verməsi üzrə ciddi cəhdi kimi etiraf edərək,BMT-nin əlilliyi olan insanların Onilliyinin (1983-1992) Ümumdünya Fəaliyyət Proqramının həyata keçirilməsi məqsədlərinin hələ də aktual olması və təjili, həmçinin davamlı tədbirlərin həyata keçirilməsini tələb etdiyini qəbul edərək,Ümumdünya Fəaliyyət Proqramının həm inkişaf etməkdə olan ölkələrdə, həm də sənayeləşmiş ölkələrdə eyni olan anlayışlara əsaslandığını xatırlayaraq,

Əlilliyi olan insanların insan hüquqlarından tam və bərabər istifadə etmələri və jəmiyyət həyatında iştirak etmələrinə nail olmaq üçün intensiv səylərə ehtiyac olduğuna inanaraq,Əlilliyi olan insanların, onların valideynlərinin, qəyyumlarının, hüquqlarını müdafiə edən şəxslərin və təşkilatların onların mülki siyasi, iqtisad,i sosial və mədəni hüquqlarına təsir edən bütün tədbtrlərin planlaşdırılması və tətbiqində dövlətin fəal tərəfdaşları kimi çıxış etməli olduqlarını yenidən vurğulayaraq,İqtisadi və Sosial Şuranın 1990/26 Qətnaməsinin ijrasında Ümumdünya Fəaliyyət Proqramında göstərilən əlilliyi olan insanların digərləri ilə bərabərliyinə nail olmaq üçün zəruri olan konkret tədbirlərə əsaslanaraq,Aşağıdakı qaydada göstərilən Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə Standart Qaydaları qəbul etdilər:

 

a) Əlillik sahəsində həyata keçirilən bütün tədbirlər əlilliyi olan insanların həyat şəraitini və xüsusi tələbatlarının yaxşı öyrənilməsini nəzərdə tutduğunu qeyd etmək;

 

b) Sosial-iqtisadi inkişafın əsas məqsədlərindən birinin jəmiyyətin həyatının istənilən sferalarına bütün şəxslərin müyəssərliyinin təmin olunmasının olduğunu vurğulamaq;

 

c) Lazım gəldikdə texniki və iqtisadi əməkdaşlığa yardım da daxil olmaqla əlillik sahəsində sosial siyasətin əhəmiyyətli cəhətlərini müəyyən etmək;

 

d) Bərabər imkanların təmin olunması üçün zəruri olan siyasi qərarların qəbul olunması prosesinin modellərini təklif etmək və bu zaman texniki və iqtisadi səviyyələrdəki əhəmiyyətli fərqləri prosesin hansı mədəni kontekst daxilində baş verdiyini dəqiq başa düşülməsi zəruriyyətinin və əlilliyi olan insanların bunda həllediji rola malik olduqlarını nəzərə almaq;

 

e) Dövlətlər, BMT sistemi orqanları, digər hökumətlərarası orqanlar və əlil təşkilatları arasında sıx əməkdaşlığın milli mexzanizmlərini təklif etmək;

 

f) Dövlətlərin əlilliyi olan insanlara bərabər imkanlar yaradılmasına səy göstərmələrinə kömək edəjək prosesə səmərəli nəzarət mexanizmini təklif etmək;

 

I. BƏRABƏRHÜQUQLU İŞTİRAK ÜÇÜN İLKİN ŞƏRTLƏR

Qayda 1. Əlilliyin dərkinin dərinləşdirilməsi

 

Dövlətlərə əlilliyi olan insanlar, onların hüquqları, tələbatları, potensialları və töhfələri barədə cəmiyyətin dərkinin dərinləşdirilməsi üçün tədbirlər görmək tövsiyyə olunur.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, səlahiyyətli orqanları mövcud proqramlar və xidmətlər barədə ən son informasiyanı əlilliyi olan insanlar, onların ailələri, bu sahədə mütəxəssislər və geniş ictimaiyyət arasında yaymasını təmin etsinlər. Əlilliyi olan insanlar üçün informasiyanın müyəssər formada olması məslsəhətdir.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, əlilləyi olan insanların digərləri ilə bərabər hüquqlar və öhdəliklər daşıyan vətəndaşlar olduqlarını bildirən və bununla da cəmiyyətin həyatında tam iştirakı üçün bütün maneələrin aradan qaldırılması tədbirlərini əsaslandıran informasiya kampaniyalarını təşkil etsinlər və dəstəkləsinlər.

 

3. Dövlətlərə tövsiyyə olunur ki, kütləvi informasiya vasitələri tərəfindən əlilliyi olan insanların müsbət tərəfdən işıqlandırılmasını təmin etsinlər; bu məsələ üzrə əlil təşkilatları ilə məsləhətləşmələrin keçirilməsi zəruridir.

 

4. Dövlətlərə tövsiyyə olunur ki, ictimai maarifləndirmə proqramlarının bütün cəhətlərində cəmiyyətin həyatında tam iştirak və bərabərlik prinsirinin əks olunmasını təmin etsinlər.

 

5. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanları, onların ailələrini və təşkilatlarını əlillik məsələlərinə dair ictimai maarifləndirmə proqramlarında iştirak etmək üçün dəvət etsinlər.

 

6. Dövlətlərə tövsiyyə olunur ki, özəl bölmədəki müəssisələrini öz fəaliyyətlərinin bütün cəhətlərində əlillik məsələlərini nəzərə almağa həvəsləndirsinlər.

 

7. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların öz hüquqları və potensiallarına dair bilik səviyyələrinin artırılmasına yönəlmiş proqramları təşkil etsinlər və həvəsləndirsinlər.

 

8. Əlilliyin dərkinin dərinləşdirilməsinin əlilliyi olan uşaqların təhsililinin və reabilitasiya proqramlarının əhəmiyyətli tərkib hissəsi olması zəruridir. Əlilliyi olan insanlar öz təşkilatlarının fəaliyyətləri vasitəsilə əlilliyin dərkinin dərinləşdirilməsində başqalarına kömək edə bilərlər.

 

9. Əlilliyin dirkinin yüksəlidilməsi bütün uşaqlar üçün təhsil proqramının tərkib hissəsi olmalı, bütün mütəxəssislərin hazırlığına və müəllimlər üçün tədris kurslarına daxil edilməlidir.

 

 

Qayda 2. Tibbi Xidmət

 

Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanlara səmərəli tibbi xidməti təmin etsinlər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, çox dissiplinar mütəxəssislər qrupu tərəfindən yerinə yetiriləcək qüsurların erkən müəyyən olunması, qiymətləndirilməsi və müalicəsi proqramlarının işlənib hazırlanması üçün tədbirlər yerinə yetirsinlər. Bu əlilliyin qarşısını almağa, miqyasını kiçiltməyə və ya onin nəticələrini aradan qaldırmağa kömək edə bilərdi. Bu cür proqramlar əlilliyi olan insanların və onların ailələrinin cəmiyyətin həyatında hərtərəfli iştirakını fərdi səviyyədə, əlil təşkilatlarının isə planlaşdırma və qiymətləndirmə səviyyəsində təmin etməlidir.

2. Yerli icma işçilərinin qüsurların erkən müəyyənləşdirilməsi, ilkin tibbi yardımın göstərilməsi və müvafiq sosial xidmət sferası müəssisələrinə təyinatı sahəsində təlimlənməsi zəruridir.

 

3. Dövlətlərə tövsiyyə olunur ki. əlilliyi olan insanların, xüsusən də körpələr və uşaqların digər cəmiyyət üzvləri ilə bərabər səviyyədə və eyni sistem daxilində tibbi xidmətlə təmin olunmasının təmin etsinlər.

 

4. Dövlətlərə tövsiyyə olunur ki, bütün həkimlərin və sair tibbi heyətin müvafiq surətdə hazırlanmasını və əlilliyi olan insanlara tibbi xidmət göstərmək üçün zəruri avadanlıqla təchizini, həmçinin müvafiq müalicə metod və vasitələrinə müyəssərliyini təmin etsinlər.

 

5. Dövlətlərə tövsiyyə olunur ki, valideynlərə yanlış məsləhət verməklə onların uşaqlarının imkanlarını məhdudlaşdırmamaq məqsədilə həkimlərin və sair tibbi heyətin müvafiq surətdə hazırlanmasını təmin etsinlər. Bu hazırlıq prosesi daim davam etməli və ən son informasiyaya əsaslanmalıdır.

 

6. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların istənilən daimi müalicə növləri ilə təchizini və həyat fəaliyyətinin saxlanması və yüksəldilməsi üçün ehtiyac duya biləcəkləri dərmanları əldə etmələrini təmin etsinlər.

 

Qayda 4. Reabilitasiya*

 

Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların optimal müstəqillik və həyat fəaliyyəti səviyyələrinə çatmaları və saxlamaları məqsədilə onlara reabilitasiya xidmətlərinin göstərilməsini təmin etsinlər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların bütün qrupları üçün milli reabilitasiya proqramları işləyib hazırlasınlar. Bu cür proqramlar əlilliyi olan insanların həqiqi fərdi ehtiyaclarına, tam iştirak və bərabərlik prinsiplərinə əsaslanmalıdır.

2. Bu cür proqramların zədələnmiş funksiyanın bərpası və ya əvəz olunması məqsədilə hazırlıq, əlilliyi olan insanlara və ailələrinə məsləhət verilməsi, özünə inamın artırılması kimi geniş fəaliyyət çeşidlərini, həmçinin qiymətləndirmənin həyata keçirilməsi və tövsiyyələrin verilməsi kimi zəruri olduqda göstərilən xidmətləri də əhatə etməsi zəruridir.

--------------------------------------

* Reabilitasiya əlilliyi olan insanlara dair siyasətdə əsas konsepsiyadır və onun mahiyyəti yuxarıda, girişin 23-cü maddəsində müəyyənləşdirilirb.

 

3. Reabilitasiya ona tələbatı olan bütün əlilliyi olan insanlara, o cümlədən kəskin və ya bir neçə əlilliyi olan insanlara müyəssər olmalıdır.

 

4. Əlilliyi olan insanlar və ailələri onlarla bağlı reabilitasiya xidmətlərinin dizaynı və təşkilində iştirak etmək imkanına malik olmalıdırlar.

 

5. Əlilliyi olan insanın yaşadığı yerli icmada bütün reabilitasiya xidmətlərinin olması zəruridir. Lakin bəzi hallarda cari təlimlə bağlı məqsədlərə nail olmaq məqsədilə məhdud vaxtlı reabilitasiya kurslarının təşkili mümkündür.

 

6. Əlilliyi olan insanlar və ailələri reabilitasiya prosesində iştirak üçün həvəsləndirilməlidirlər, məsələn müəllim, təlimatçı və ya məsləhətçi kimi.

 

7. Dövlətlərə tövsiyyə olunur ki, reabilitasiya proqramlarını hazırlayarkən və qiymətləndirərkən əlil təşkilatlarının təcrübəsindən istifadə etsinlər.

 

 

Qayda 4. Yardımçı xidmətlər

Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların gündəlik həyatda müstəqillik səviyyələrini artırmaları və öz hüquqlarını həyata keçirmələrinə yardım etmək üçün yardımçı cihazlar da daxil olmaqla yardımçı xidmətlərin işlənib hazırlanması və təchizatını təmin etsinlər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki. əlilliyi olan insanların ehtiyaclarına uyğun olaraq yardımçı cihazların, şəxsi yardımın və tərcüməçi xidmətlərinin təchizatını təmin etsinlər, çünki bu tədbirlər imkanların bərabərləşdirilməsinə nail olmaqda mühüm rol oynayır.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, yardımçı cihaz və avadanlıqların işlənib hazırlanması, istehsalı, yayılması və onlara xidməti, həmçinin onlar haqqında informasiyanın yayılmasını dəstəkləsinlər.

 

3. Bunun üçün əsasən mövcud texniki bilik və təcrübədən istifadə edilməlidir. Texnoloji cəhətdən yüksək inkişaf etmiş ölkələrdə yardımçı cihaz və avadanlıqların keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi üçün texnoloji potensialdan tam istifadə edilməlidir. Mümkün olduqca yerli material və yerli istehsal bazasından istifadə etməklə, daha sadə və daha ucuz avadanlıqların işlənib hazırlanması və istehsalının stimullaşdırmaq zəruridir. Bu cür avadanlıqların istehsalına əlilliyi olan insanların özlərini də cəlb etmək olar.

 

4. Dövlətlərə tövsiyyə olunur ki. yardımçı avadanlıqlara ehtiyacı olan bütün əlilliyi olan insanların onlardan istifadə üçün müvafiq imkanlara, o cümlədən maliyyə imkanlarına malik olmaları zəruriyyətini nəzərə alsınlar. Burada nəzərdə tutula bilər ki, yardımçı avadanlıqlar ya pulsuz, ya da əlilliyi olan insanlar və ailələri üçün məqbul olan aşağı qiymətlərlə verilsin.

 

5. Yardımçı cihaz və avadanlıqlarla təmin olunma üzrə reabilitasiya proqramlarında dövlətlərə tövsiyyə olunur ki, yardımçı cihaz və avadanlıqların dizaynı, davamlılığı və yaş xüsusiyyətlərinə yuğunluğu baxımından əlilliyi olan oğlan və qız uşaqlarının xüsusi tələbatlarını nəzərə alsınlar.

 

6. Dövlətlərə tövsiyyə olunur ki, xüsusən ağır və/və ya bir neçə əlillik forması olan şəxslərə fərdi yardım göstərilməsi proqramlarının və tərcümə üzrə xidmətlərin işlənib hazırlanması və tətbiqini dəstəkləsinlər. Bu cür proqramlar əlilliyi olan insanların gündəlik həyatda, ev işlərində, istehsalda, məktəbdə və asudə vaxtın keçirilməsində tam iştirakı səviyyəsini artıra bilərdi.

 

7. Fərdi yardım proqramlarını elə işləyib hazırlamaq lazımdır ki, onlardan isitifadə edən əlilliyi olan insanlar bu proqramların həyata keçirilməsi formalarına həlledici təsir göstərmək imkanına malik olusun

 

II. BƏRABƏR İMKANLARIN YARADILMASI ÜÇÜN MƏQSƏDLİ SAHƏLƏR

 

Qayda 5. Müyəssərlik

 

Dövlətlərə cəmiyyətin həyatının bütün sferalarında əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması prosesində müyəssərliyin təmin olunması vacibliyini qəbul etmək tövsiyyə olunur. İstənilən əlillik formasına malik olan şəxslərə münasibətdə dövlətlərə tövsiyyə olunur: a) maddi mühitin əlilliyi olan insanlara müyəssər olması üçün fəaliyyət proqramları həyata keçirsinlər; b) onların informasiya və kommunikasiyaya myüəssərliyini təmin etmək üçün tədbirlər görsünlər.

 

a) Maddi mühitin müyəssərliyi

 

1. Dövlətlərə tövsiyyə olunur ki, maddi mühitdən istifadəyə mane olan əngəllərin aradan qaldırılması üçün tədbirlər görsünlər. Bu cür tədbirlər sırasına standartların və rəhbər prinsiplərin işlənib hazırlanması, həmçinin yaşayış binaları, ictimai nəqliyyat xidmətləri və sair nəqliyyat vasitələri, küçələr və digər küçə ətrafı obyektlər kimi ümumi istifadə obyektlərinə müyəssərliyin təmin olunmasına yönəldilmiş qanunverici aktların qəbul olunması məsələsinin nəzərdən keçirilməsi də daxil olunmalıdır.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, öz işi üzrə layihələşdirmə və maddi mühitin yaradılması ilə məşğul olan memarlar, mühəndis-inşaatçılar və digər mütəxəssislərin əlilliyi olan insanlarla və müyəssərliyin təmin olunması ilə bağlı məsələlər üzrə siyasətlə əlaqədar informasiyaya adekvat çıxışını təmin etsinlər.

 

3. Layihələşdirilmə prosesin başlanğıcından maddi mühitin layihələşdirilməsi və inşasında həmin mühitin müyəssərliyi tələbinin nəzərə alınması tövsiyyə olunur.

 

4. Əlilliyi olan insanlar üçün müyəssərliyi tənzimləyən standart və normaların işlənib hazırlanması zamanı əlil təşkilatları ilə məsləhətləşmək tövsiyyə olunur. İctimai obyektlərin tikintisi zamanı layihələşdirmənin ilk mərhələsində də bu təşkilatları cəlb etmək lazıdır; bununla maddi mühitin əlilliyi olan insanlar üçün müyəssərliyinin maksimal səviyyəsi təmin olunar.

 

b) İnformasiya və kommunikasiyanın müyəssərliyi

 

5. Əlilliyi olan insanlar və zəruri olduqda ailələri və mənafelərinin müdafiəçiləri bütün mərhələlərdə diaqnoz, hüquqlar, mövcud proqram və xidmətlər barəsində tam informasiyaya müyəssərliyə malik olmalıdırlar. Bu cür informasiyanın əlilliyi olan insanlar üçün əlverişli formada təqdim olunması zəruridir.

 

6. Dövlətlərə tövsiyyə olunur ki, informasiya xidmətlərini və sənədləri əlilliyi olan insanların müxtəlif qrupları üçün müyəssər etmək üçün strategiyalar hazırlasınlar. Görmə qabiliyyəti məhdud olan şəxslər üçün yazılı informasiya və sənədləri müyəssər etmək üçün Brayl şriftlərindən, fonoqraf yazılarından, iri şriftlərdən və sair texnologiyalardan istifadə edilməlidir. Uyğun olaraq eşitmə məhdudiyyəti və ya qavrama çətinliyi olan şəxslər üçün səsli informasiyanı müyəssər etmək üçün müvafiq texnologiyalardan istifadə olunmalıdır.

 

7. Eşitmə qabiliyyətini itirmiş uşaqların ailə və icma daxilində öyrədilməsində jestlər dilindən istifadə olunmasına diqqət yetirmək zəruridir. Eşitmə qabiliyyətini itirmiş şəxslərin digərləri ilə ünsiyyətinə yardım etmək üçün surdotərcümə

xidmətlərinin də təqdim olunması zəruridir.

 

8. Digər kommunikasiya əlilliyi olan şəxslərin də tələbatlarına fikir verilməsi zəruridir.

 

9. Dövlətlərə tövsiyyə olunur ki, öz xidmətlərini müyəssər etmək üçün kütləvi informasiya vasitələrini, xüsusən televiziya, radio və qəzetləri həvəsləndirsinlər.

 

10. Dövlətlərə tövsiyyə olunur ki, geniş ictimaiyyətə təqdim olunan yeni kompyuterləşdirilmiş informasiya sistemlərinin ya istifadə olunmazdan qabaq, ya da müvafiq adaptasiyadan sonra əlilliyi olan insanlar üçün müyəssər olmasını təmin etsinlər.

 

11. İnformasiya xidmətlərinin müyəssərliyinin təmin olunması üzrə tədbirlər işlənib hazırlanarkən əlil təşkilatları ilə məsləhətləşmək zəruridir.

 

Qayda 6. Təhsil

 

Dövlətlərə tövsiyyə olunur ki, inteqrasiya olunmuş strukturlarda ibtidai, orta və ali təhsil sahəsində əlilliyi olan uşaqların, gənclərin və yaşlıların bərabər imkanları prinsirini qəbul etsinlər. Onlara əlilliyi olan insanların təhsilinin ümumi təhsil sisteminin tərkib hissəsi olmasının təmin etmələri tövsiyyə olunur.

 

1. Əlilliyi olan insanların inteqrasiya olunmuş strukturlarda təhsilinə ümumi təhsil orqanları cavabdehdir. Əlilliyi olan insanlar üçün təhsil məsələlərinin milli təhsil planlaşdırmasının, təhsil proqramlarının işlənib hazırlanmasının və təhsil prosesinin təşkilinin tərkib hissəsi olması zəruridir.

 

2. Adi məktəblərdə təhsil tərcüməçi və digər zəruri yardımçı xidmətlərlə təmin olunmanı nəzərdə tutur. Müxtəlif əlillik forması olan şəxslərin tələbatlarını ödəməyə yönəlmiş adekvat müyəssərlik və yardımçı xidmətlər təmin olunmalıdır.

 

3. Təhsil prosesinin bütün mərhələlərinə valideyn qruplarını və əlil təşkilatlarını cəlb etmək zəruridir.

 

4. Təhsil məsburi olan ölkələrdə onu, ən ağır forma da daxil olmaqla, bütün əlillik formalarına malik olan uşaqlar üçün təmin etmək lazımdır.

 

5. Aşağıdakı sahələrə xüsusi diqqət vetirilməlidir:

 

a) ən azyaşlı əlilliyi olan uşaqlara;

 

b) məktəbəqədər yaşlı əlilliyi olan uşaqlara;

 

s) yaşlı əlilliyi olan insanlara, xüsusən qadınlara.

 

6. Adi məktəblərdə əlilliyi olan insanlara təhsil imkanlarının yaradılması məqsədilə dövlətlərə tövsiyyə olunur ki,

 

a) məktəb sviyyəsində və daha geniş icma daxilində anlaşılan və qəbul olunan dəqiq ifadə olunmuş siyasətə malik olsunlar;

b) təhsil proqramlarının çevikliyini, onlara əlavə və dəyişikliklərin edilməsi imkanını təmin etsinlər;

c) yüksək keyfiyyətli tədris materialları təqdim etsinlər, daimi əsaslarda müəllimlərin hazırlanması və onlara kömək göstərilməsini təmin etsinlər.

 

7 . İnteqrasiyalı təhsil və icma əsaslı proqramlar əlilliyi olan insanlar üçün iqtisadi cəhətdən səmərəli təhsil və peşə hazırlığının tamamlayıcı elementləri kimi nəzərdən keçirilməlidir. İcma əsaslı milli proqramlar əlilliyi olan şəxslərin yerli icmalarda təhsil almaları üçün icmaların öz resurslarından istifadə etmələrini və onaları inkişaf etdirmələrini həvəsləndirməlidir.

 

8. Ümumi təhsil məktəbi sisteminin, hələ də, əlilliyi olan insanların tələbatlarına cavab vermədiyi hallarda xüsusi təhsil keçirilə bilər. O, şagirdləri ümumi təhsil məktəbi sistemində oxumağa hazırlamaq məqsədini güdməlidir. Bu cür təhsilin keyfiyyəti ümumi təhsil sisteminin standart və məqsədlərinə uyğun olmalıdır və onunla sıx bağlı olmalıdır. Əlilliyi olan şagirdlər üçün ən azından əlilliyi olmayan şagirdlərə ayrılan miqdarda təhsil resursu ayrılmalıdır. Dövlətlərə tövsiyyə olunur ki, xüsusi təhsil müəssisələrinin tədricən ümumi təhsil sisteminə inteqrasiyasına çalışsınlar. Məlumdur ki, hazırki dövrdə xüsusi təhsil bir sıra hallarda bəzi əlilliyi olan insanlar üçün yeganə məqbul təhsil formasıdır.

 

9. Eşitmə və eşitmə/görmə qabiliyyətini itirmiş şəxslərin xüsusi ünsiyyət tələbatlarını nəzərə alaraq onların təhsilini bu şəxslər üçün xüsusi məktəbdə və ya adi məktəbdə xüsusi sinif və ya qruplarda təşkil etmək daha məqsədəmüvafiq ola bilər. Xüsusən ilkin mərhələdə mədəni xüsusiyyətlərə uyğun olan təlim üzərində diqqəti cəmləmək lazımdır; bu cür təlim eşitmə və ya həm eşitmə, həm də görmə qabiliyyətini itirmiş şəxslərin səmərəli ünsiyyət qabiliyyəti və maksimum müstəqillik qazanmasına səbəb olacaq.

 

 

Qayda 7. Məşğulluq

 

Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanlara öz insan haqqlarını, xüsusən məşğulluq sahəsində, həyata keçirmələri üçün imkan yaradılması prinsirini qəbul etsinlər. Həm kənd, həm də şəhər yerlərində onlar əmək bazarında istehsal və gəlir gətirən fəaliyyət növü ilə məşğul olmaq üçün bərabər imkanlara malik olmalıdırlar.

 

1. Məşğulluq sahəsində qanun və qaydalar əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyə yol verməməli və onların işə düzəlməsinə əngəllər yaratmamalıdır.

2. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların sərbəst əmək bazarına cəlb olunmasını fəal surətdə dəstəkləsinlər. Bu fəal dəstək müxtəlif tədbirlər vasitəsilə həyata keçirilə bilər və peşə hazırlığı, stimulluşdırıcı kvotaların müəyyən olunması, sifarişli və ya məqsədli işədüzəltmə, kiçik müəssisələrə ssuda (dövlət büdcəsindən müəyyən sahələrdə dövlətin sosial-iqisadi inkişaf proqramlarını həyata keçirmək üçün ayrılırş) və ya subsidiyaların (yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələşdirmək üçün əvəzsiz və qaytarılmamaq şərtilə ayrılan pul vəsaitləridirş “yardım” deməkdirş) verilməsi, işçiləri əlilliyi olan insanlardan ibarət müəssisələrlə eksklüziv hüquq verən müqavilələr imzalanması və ya onlara üstün istehsal hüquqlarının verilməsi, vergi güzəştlərin təqdim olunması, müqavilələrin yerinə yetirilməsi üzrə təminatlarının verilməsi və ya sair texniki və maliyyə köməyinin göstərilməsi kimi tədbirləri əhatə edə bilər. Dövlətlərə həmçinin tövsiyyə olunur ki, işə götürənləri əlilliyi olan insanlar üçün uyğun şərait yaratmağa həvəsləndirsinlər.

 

3. Dövlətin fəaliyyət proqramları aşağıdakıları əhatə etməlidir:

 

a) İş yerləri və binalarının əlilliyi olan insanlar üçün müyəssər olması məqsədilə layihələşdirilməsi və uyğunlaşdırılması tədbirləri;

 

b) Yeni texnologiyanın, yardımçı cihazların, avadanlıqların və alətlərin işlənib hazırlanması və istehsalının dəstəklənməsi, əlilliyi olan insanların iş yeri əldə etməsi və saxlanması məqsədilə bu avadanlıq və cihazların müyəssərliyinin təmin olunması tədbirləri;

 

c) Müvafiq hazırlıq və işlə təminatın, həmçinin şəxsi yardım və tərcüməçi x i dmətləri kimi daimi dəstəyin təmin olunması.

 

4. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan işçilərə qarşı mənfi münasibəti və xürafatı aradan qaldırmaq üçün cəmiyyətin maarifləndirilməsi kampaniyalarını təşkil etsinlər və dəstəkləsinlər.

 

5. Dövlətlər işə götürən rolunda çıxış edərək dövlət bölməsində əlilliyi olan insanların məşğulluğu üçün əlverişli şərait yaratmalıdırlar.

 

6. Dövlətlərə, işçilərin təşkilatlarına və işə götürənlərə tövsiyyə olunur ki, bərabər imkanlı işə götürmə və vəzifə üzrə irəliləmə siyasətinin, İş şəraitinin, əmək haqqı səviyyəsinin, zədə və xəsarətlərin qarşısının alınması məqsədilə iş mühitinin yaxşılaşdırılması tədbirlərinin, işdə xəsarət almış işçilərin reabilitasiyası tədbirlərinin təmini sahəsində əməkdaşlıq etsinlər.

 

7. Əlilliyi olan insanların sərbəst əmək bazarında iş tapa bilmələri hər zaman bir məqsəd kimi qarşıya qoyulmalıdır. Sərbəst bazar şəraitində işə düzələ bilməyən əlilliyi olan insanların məşğulluğunun təmin olunmasının alternativi kimi təminatlı iş təklif edən və ya müvafiq işədüzəltmə vasitələri ilə təmin olunmuş kiçik təsərrüfat vahidlərindən istifadə oluna bilər. Bu cür proqramların kefiyyətinin əlilliyi olan insanlara əmək bazarında iş əldə etmək imkanının təmin olunmasında məqsədə müvafiqliyi və yetərliliyi baxımından qiymətləndirilməsi zəruridir.

 

8. Özəl və qeyri-formal bölmələrdə kadrların hazırlanması və məşğulluq proqramlarının işlənib hazırlanmasına əlilliyi olan insanların cəlb olunması üzrə tədbirlərin görülməsi zəruridir.

 

9. Dövlətlərə, işçilərin təşkilatlarına və işə götürənlərə tövsiyyə olunur ki, çevik iş qrafikinin, natamam iş gününün müəyyən olunması, vəzifələrin bölünməsi, öz işi ilə məşğul olma və müvafiq qayğının təmin olunması da daxil olmaqla əlilliyi olan insanlar üçün peşə hazırlığı və məşğulluq imkanlarının yaradılmasına dair bütün tədbirlərdə əlil təşkilatları ilə əməkdaşlıq etsinlər.

 

Qayda 8. Gəlir səviyyəsinin saxlanması və sosial təminat

 

Dövlətlər əlilliyi olan insanların sosial təminatına və onların gəlir səviyyəsinin saxlanılmasına görə məsuliyyət daşıyırlar.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyə və ya əlilliklə bağlı amillərə görə müvəqqəti olaraq gəlir mənbəyini itirən, gəliri azalan və ya işə düzəltmə imkanı olmayan əlilliyi olan insanların müvafiq gəlir səviyyəsinin saxlamalırını təmin etsinlər. Dövlətlərə tövsiyyə olunur ki, yardım göstərilərkən əlilliyi olan insanların və onların ailələrinin əlillik nəticəsində tez-tez çəkdikləri xərclər nəzərə alınsın.

 

2. O ölkələrdə ki, sosial təminat, sosial sığorta və sair sosial rifah sistemləri bütün əhali üçün mövcuddur və ya yaradılır, dövlətlər bu sistemlərin əlilliyi olan insanların maraqlarını nəzərə almalarını və onlara qarşı ayrı-seçkilik etməmələrini təmin etməlidir.

 

3. Dövlətlərə həmçinin tövsiyyə olunur ki, əlilliyi olan insana qayğını öhdəsinə götürmüş fərdlərin gəlir səviyyəsinin saxlanılması və sosial təhlükəsizliyini təmin etməlidir.

 

4. Sosial təhlükəsizlik sistemləri əlilliyi olan insanların gəlir qazanmaq potensialını bərpa etmək üzrə stimulluşdırıcı tədbirləri də özünə daxil etməlidir. Bu sistemlər həmçinin peşə-texniki təlimin təşkili, inkişafı və maliyyələşdirilməsini nəzərdə tutmalı və ya bu cür təlimə kömək etməlidir. Onlar həmçinin məşğulluğu təmin edən xədmətlərə köməklik etməlidir.

 

5. Sosial təminat proqramları həmçinin əlilliyi olan insanların gəlir əldə etmələri və ya gəlirlərini bərpa etmələri məqsədilə iş axtarmaları üçün stimullaşdırıcı tədbirləri də nəzərdə tutmalıdır.

 

6. Əlilliyi olan insanları iş axtarıb tapmağa həvəsdən salmayacaq şəkildə, əlilliyi doğuran səbəblərin mövcudluğu şəraitində maddi yardım təmin edilməlidir. Bu yardım yalnız əlilliyi olan insanların adekvat və təmin olunmuş gəlir əldə etdikdən sonra aradan qaldırılmalı və ya azaldılmalıdır.

 

7. Sosial təminat xidmətləri əsas etibarilə özəl bölmə tərəfindən göstərilən ölkələrdə dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanlar üçün məşğulluğun və onunla bağlı fəaliyyət növlərinin təmin olunması məqsədilə yerli icmaları, xeyriyyə təşkilatlarını və ailələri öz tədbirlərini və stimullarını işləyib hazırlamağa həvəsləndirsinlər.

 

Qayda 9. Ailə həyatı və şəxsiyyət azadlığı

 

Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların ailə həyatında tam iştirakına yardım etsinlər. Dövlətlər əlilliyi olan insanların şəxsi müstəqillik hüququnu dəstəkləməli və cinsi münasibətlər, evlilik, valideynlik baxımından qanunlarda onlara qarşı ayrı-seçkilik olmamasını təmin etməlidirlər.

 

1. Əlilliyi olan insanların ailələri ilə birlikdə yaşamalarına imkan yaradılmalıdır. Dövlətlərə tövsiyyə olunur ki, ailə məsləhətxanaları xidmətlərinə əlillik və onun ailə həyatına təsiri barədə müvafiq xidmətlərin də daxil edilməsini həvəsləndirsinlər. Əlilliyi olan insanlar yaşayan ailələr evdə qulluq (patrona c ) xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan uşağa və ya yaşlı insana qayğı göstərmək və ya onları övladlığa götürmək istəyən şəxslərə qarşı bütün əsassız maneələri aradan qaldırsınlar.

 

2. Əlilliyi olan şəxslər insanlarla cinsi münasibətdə özlərini tam dəyərli hiss etmək, cinsi münasibətlərə girmək və uşaq sahibi olmaq imkanından məhrum olmamalıdırlar. Nigaha daxil olarkən və ailə qurarkən əlilliyi olan insanların müəyyən çətinliklərlə qarşılaşa biləcəyini nəzərə alaraq dövlətlərə tövsiyyə olunur ki, müvafiq məsləhətlərin alınması imkanını təmin etsinlər. Əlilliyi olan insanlar üçün ailə planlaşdırılması metodları və eləcə də onların orqanizminin cinsi funksiyaları barədə əlverişli şəkildə verilmiş informasiya digər şəxslərlə bərabər səviyyədə müyəssər olmalıdır.

 

3. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların, xüsusilə də əlilliyi olan qız və qadınların evliliyi, cinsi həyatı və valideynliyinə qarşı cəmiyyətdə hələ də mövcud olan mənfi münasibətin dəyişilməsi istiqamətində tədbirlərə yardım etsinlər.

 

4. Əlilliyi olan insanlar və onların ailələri cinsi və sair zorakılıqlardan ne c ə qorunmaq barədə tam məlumatlandırılmalıdırlar. Əlilliyi olan insanlar xüsusən ailələrdə, icmalarda və ya müalicə institutlarında zorakılıqlara qarşı daha zəifdirlər və zorakılığın baş verməsindən necə qaçmaq, zorakılığın nə vaxt baş verdiyini necə təyin etmək və bu cür hərəkətlər barədə necə xəbər vermək haqqında maarifləndirməyə ehtiyac duyurlar.

 

 

Qayda 10. Mədəniyyət

 

Dövlətlər əlilliyi olan insanların bərabər əsaslarda mədəni həyata cəlb olunması və iştirak etməsini təmin edəcəklər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların kənd və ya şəhər yerlərində yaşamalarından asılı olmayaraq yaradıcı, artistik və intellektual potensialından yalnız öz xeyirləri üçün deyil, həm də öz cəmiyyətlərinin zənginləşdirilməsi üçün istifadə etmək imkanına malik olmalarını təmin etsinlər. Bu cür fəaliyyət növlərinə misal olaraq rəqs, musiqi, ədəbiyyat, teatr, plastik incəsənət növləri, rəsm və heykəltaraşlıq göstərilə bilinər. Xüsusən inkişaf etməkdə olan ölkələrdə kukla teatrları, şerlərin deklamasiyası və prozaik yaradıcılığın ictimai yerlərdə oxunuşu kimi ənənəvi və müasir incəsənət növlərindən istifadəyə fikir verilməlidir.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, teatrlar, muzeylər, kinateatrlar və kitabxanalar kimi mədəni-maarif müəssisələrinin müyəssərliyi və onlardan istifadə imkanlarının təmininə yardım etsinlər.

 

3. Dövlətlərə tövsiyyə olunur ki. əlilliyi olan insanlar üçün ədəbiyyatların, filmlərin və teatrların müyəssər etmək məqsədilə xüsusi texniki vasitələrin işlənib hazırlanması və tətbiqini təşkil etsinlər.

 

Qayda 11. İstirahət və idman

 

Dövlətlər əlilliyi olan insanların istirahət və idman üçün bərabər imkanlara malik olmalarını təmin etmək məqsədilə tədbirlər görürlər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki. istirahət və idman yerlərini, mehmanxanaları, çimərlikləri, idman arenalarını, idman zallarını və s. əlilliyi olan insanlar üçün müyəssər etmək üçün tədbirlər görsünlər. Bu tədbirlər istirahət və idman proqramlarının, o cümlədən müyəssərliyin və iştirakın təmin olunması üzrə layihələrin, informasiya və treyninq proqramlarının işçi heyətinə yardımı da əhatə etməlidir.

 

2. Turist təşkilatları, səyahət agentlikləri, mehmanxanalar, ictimai təşkilatlar və istirahət və ya səyahət tədbirləri təşkil edən digər təşkilatlar əlilliyi olan insanların xüsusi ehtiyaclarını nəzərə alaraq öz xidmətlərini hər bir şəxsə təklif etməlidirlər. Bu prosesə yardım etmək üçün kadrların müvafiq hazırlığının təşkili zəruridir.

 

3. İdman təşkilatları idman tədbirlərində əlilliyi olan insanların iştirakı imkanlarını genişlətmək üçün həvəsləndirilməlidirlər. Bir sıra hallarda müyəssərliyinin təmin olunması tədbirləri əlilliyi olan insanların iştirakına imkan yaradılması üçün kifayət edə bilər. Bəzi hallarda isə xüsusi vasitələr və ya xüsusi oyunlara ehtiyac yarana bilər. Dövlətlərə tövsiyyə olunur ki. əlilliyi olan insanların milli və beynəlxalq yarışlarda iştirakını dəstəkləsinlər.

 

4. İdman tədbirlərində iştirak edən əlilliyi olan insanların digər idmançılarla bərabər keyfiyyətli təlim və məşq imkanları olmalıdır.

 

5. İdman və istirahət tədbirlərinin təşkilatçılarının əlilliyi olan insanlar üçün tədbirlər planlaşdıranda əlil təşkilatları ilə məsləhətləşmələri zəruridir.

 

 

Qayda 12. Din

Dövlətlər əlilliyi olan insanların öz icmalarının dini həyatlarında bərabər iştirakını təmin etməyə yönəlmiş tədbirləri həvəsləndirəcəklər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, dini təşkilatlarla məsləhətləşərək ayrı-seçkiliyin aradan qaldırılması və dini həyatın əlilliyi olan insanlara müyəssər olunmasını həvəsləndirsinlər.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, əlillik məsələləri üzrə informasiyanın dini müəssisələrə və təşkilatlara çatdırılmasını həvəsləndirsinlər. Dövlətlərə həmçinin tövsiyyə olunur ki, dini ixtisas hazırlıqlarına, həmçinin dini təhsil proqramlarına əlilliyə dair siyasət barədə informasiyanı daxil etsinlər.

 

3. Onlara həmçinin tövsiyyə olunur ki, sensor çatışmazlıqları olan şəxslərə dini ədəbiyyatın müyəssərliyini həvəsləndirsinlər.

 

 

4. Dini fəaliyyətlərdə əlilliyi olan insanların bərabər iştirakının təmin edilməsi üzrə tədbirlər işləyib hazırlayarkən dövlətin və ya təşkilatların əlil təşkilatları ilə məsləhətləşmələri zəruridir.

 

III . TƏTBİQ OLUNMA ÜZRƏ TƏDBİRLƏR

 

Qayda 13. İnformasiya və tədqiqatlar

 

Dövlətlər əlilliyi olan insanların həyat şəraiti haqqında informasiyanın torlanması və yayılmasına dair əsas məsuliyyəti öz üzərlərinə götürürlər və əlilliyi olan insanların həyatını çətinləndirən maneələr də daxil olmaqla bütün aspektlər üzrə kompleks tədqiqatların aparılmasını həvəsləndirirlər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, mütəmadi olaraq əlilliyi olan insanların həyat şəraitlərinə dair cender yönümlü statistik məlumatlar və sair informasiya toplasınlar. Bu cür informasiyanın toplanması milli siyahıya almalar və ev təsərrüfatları üzrə tədqiqatlarla paralel həyata keçirilə bilər və xüsusilə də universitetlər, tədqiqat institutları və əlil təşkilatları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirilə bilər. Məlumatların toplanması proqram və xidmətlər və onlardan istifadə haqqında sualları da əhatə etməlidir.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanlar haqqında məlumatlar bankının yaradılması məsələsini nəzərdən keçirsinlər; bu bank mövcud xidmətlər və insanlar üçün bərabər imkanların yaradılmasının standart qaydalarının işlənib hazırlanması üzrə yeni təşəbbüs geniş surətdə dəstəklənir.

Dövlətlər bu zaman şəxsi həyatın mühafizəsi və şəxsiyyət azadlığının zəruriliyini nəzərə almalıdırlar.

 

3. Dövlətlərə tövsiyyə olunur ki əlilliyi olan insanların və onların ailələrinin həyatlarına toxunan sosial, iqtisadi və jəmiyyətin həyatında iştirak məsələlərinə dair tədqiqat proqramlarını təşkil etsinlər və dəstəkləsinlər. Bu jür tədqiqatlar əlilliyin səbəbləri, növləri və miqyası mövjud proqramların müyəssərliyi, həmçinin xidmətlərin və yardımçı tədbirlərin inkişaf etdirilməsi və qiymətləndirilməsinə duyulan ehtiyaj barədə təhliləri özünə daxil etməlidir

 

4. Dövlətlərə tövsiyyə olunur ki, əlil təşkilatları ilə əməkdaşlıq edərək milli sorğuların həyata keçirilməsi üçün terminalogiya və meyyarları işləyib hazırlasınlar və qəbul etsinlər.

 

5. Dövlətlərə tövsiyyə olunur ki məlumatların toplanması və tədqiqatlarda əlilliyi olan insanların iştirakına kömək edilməsi üçün tədbirlər həyata keçirsinlər

Bu jür tədqiqatların həyata keçirilməsi üçün dövlətlərə tövsiyyə olunur ki, ixtisaslı əlilliyi olan əməkdaşların yığılmasını həvəsləndirsinlər.

 

6. Dövlətlərə tövsiyyə olunur ki, təcrübə və elmi tədqiqatların nəticələrinin mübadiləsini dəstəkləsinlər.

 

7. Dövlətlərə tövsiyyə olunur ki, milli, regional və yerli səviyyələrdə bütün siyasi və inzibati orqanlara əlillik barədə informasiya və biliklərin yayılması istiqamətində tədbirlər görsünlər.

 

Qayda 14. Siyasətin işləni b hazırlanması və planlaşdırma

 

Dövlətlər siyasətin işlənib hazırlanmasının və milli planlaşdırmanın bütün aspektlərində əlillik məsələlərinin nəzərə alınmasını təmin edirlər.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, milli səviyyədə əlilliyi olan insanlara dair müvafiq siyasəti işləyib hazırlasınlar və planlaşdırsınlar, həmçinin reöional və yerli səviyyələrdə uyğun fəaliyyəti stimullaşdırıb dəstəkləsinlər.

 

2. Dövlətlərə tövsiyyə olunur ki. əlilliyi olan insanlara dair və ya onların iqtisadi və sosial statusun təsi s edən plan və proqramlar üzrə qərar qəbul edilməsi prosesinin bütün mərhələlərinə əlil təşkilatlarını cəlb etsinlər.

 

3. Əlilliyi olan insanların tələbat və maraqları mümkün olduğu digər ümumi inkişaf planlarına daxil edilməli, ayrılıqda nəzərdən keçirilməlidir.

 

4. Əlilliyi olan insanların vəziyyətinə görə dövlətin əsas məsuliyyəti digər təşkilat və şəxslərin üzərindən məsuliyyəti götürmür.

 

5. Dövlətlərə tövsiyyə olunur ki, yerli icmalar tərəfindən əlilliyi olan insanlar üçün proqramm və tədbirlərin işlənib hazırlanmasına yardım etsinlər. Bu fəaliyyətin formalarından biri tədris vasitələrinin işlənib hazırlanması və ya uyğun tədbirlərin siyahısının tərtib olunması və yerli işçi heyəti üçün tədris proqramlarının işlənib hazırlanması ola bilər.

 

Qayda 15. Qanunveriçilik

 

Əlilliyi olan insanların jəmiyyətin həyatında tam iştirakı və onların bərabərhüquqluğuna nail olmaq üçün keçirilən tədbirlərin qanunverici əsaslarının yaradılmasına dövlətlər məsuliyyət daşıyır

 

1. Vətəndaşların hüquq və öhdəliklərini müəyyən edən milli qanunverijilik əlilliyi olan insanların hüquq və öhdəliklərini də əhatə etməlidir. Dövlətlər əlilliyi olan insanların digər vətəndaşlarla bərabər əsaslarda öz hüquqlarından, o jümlədən insan, və t əndaş və siyasi hüquqlarından istifadə etmələrini təmin etməyə məjburdur. Əlilliyi olan insanların hüquqlarına dair milli qanunvericiliyin işlənib hazırlanması, o cümlədən bu qanunvericiliyin daimi əsasda qiymətləndirilməsində əlil təşkilatlarının iştirakı dövlət tərəfindən qəbul edilməlidir.

 

2. Əlilliyi olan insanların həyatına mənfi təsir göstərə biləcək amillərin, o cümlədən şəxsi ləyaqət hissinin alçaldılması və öz hüquqlarının pozulmasının qurbanı olmaq kimi amillərin aradan qaldırılması üçün qanunvericilik tədbirlərinə ehtiyac yarana bilər. Əlilliyi olan insanlara qarşı ayrı-seçkilik edən hər bir müddəa aradan qaldırılmalıdır. Ayrı-seçkiliyin olmaması prinsipinin pozulması hallarında milli qanunvericilik müvafiq sanksiyaların tətbiq olunmasını nəzərdə tutmalıdır.

 

3. Əlilliyi olan insanlara dair milli qanunvericilik iki formada ola bilər: Hüquq və öhdəliklər ümumi qanunvericilikdə birləşdirilə və ya xüsusi qanunvericiliyə daxil edilə bilinər. Əlilliyi olan insanlar üçün xüsusi qanunvericilik müxtəlif yollarla müəyyən oluna bilər.

 

a) Sırf əlilliyi olan insanlara dair ayrı qanunvericiliyin qəbul olunması;

 

b) Konkret sahələrə dair qanunlara əlillik məsələlərinin daxil olunması;

 

c) Mövcud qanunvericiliyin şərhi üçün nəzərdə tutulmuş mətnlərdə əlilliyi olan insanların xüsusi qeyd olunması.

 

Yuxarıda göstərilən üç yanaşmanın kombinasiyasından da istifadə oluna bilər. Müsbət ayrı-seçkilik haqqında müddəaların qəbul olunması imkanı da nəzərdən keçirilə bilər.

 

4. Dövlət əlilliyi olan insanların mənafelərinin müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada rəsmi iddiaların verilməsinin rəsmi mexanizmlərini də nəzərdən keçirə bilər.

 

Qayda 16. İqtisadi siyasət

 

Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması üzrə milli proqramlar və tədbirlər üçün dövlət maliyyə məsuliyyəti daşıyır.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, bütün milli regional və yerli hakimiyyət orqanlarının daimi büdcələrində əlillik məsələləri nəzərə alınsınlar

 

2. Dövlətlər, qeyri hökumət təşkilatları və sair maraqlı təşkilatlara tövsiyyə olunur ki, əlilliyi olan insanlarla əlaqədar layihə və tədbirlərin dəstəklənməsinin ən səmərəli yollarını müəyyən etmək üçün əməkdaşlıq etsinlər.

 

3 Dövlətlərə tövsiyyə olunur ki, cəmiyyətin həyatında əlilliyi olan insanların bərabər iştirakını stimullaşdırmaq və dəstəkləmək üçün iqtisadi vasitələrdən (ssuda, vergidən azadetmə, məqsədli subsidiyalar, xüsusi fondlar və s.) istifadəni nəzərdən keçirsinlər.

 

4 Bir çox dövlətlərdə adi vətəndaşlar səviyyəsində müxtəlif sınaq layihələrini və özünə kömək proqramlarını dəstəkləyəcək əlliliyə yardım fondunun yaradılması məqsədə müvafiq olardı.

 

Qayda 17. Fəaliyyətin koordinasiyası

 

Əlillik məsələləri üzrə milli koordinasiya mərkəzləri kimi xidmət edəjək milli koordinasiya komitələrinin və ya analoci orqanların yaradılması və möhkəmləndirilməsinə görə dövlətlər məsuliyyət daşıyırlar.

 

1. Milli koordinasiya komitəsi və ya analoci orqanların fəaliyyəti daimi xarakter daşımalı, hüquqi normalar və müvafiq inzibati qaydalarla nizamlanmalıdır.

2. Bu komitənin bölmələrarası və multi-dissipliniar tərkibinin təmin olunması üçün dövlət həm də özəl təşkilatların nümayəndələri orada təmsil olunmalıdır. Onun işinə əlaqədar dövlət nazirliklərindən, əlil təşkilatlarından və qeyri-hökumət təşkilatlarından nümayəndələr cəlb oluna bilər.

3. Əlil təşkilatları milli koordinasiya komitəsində kifayət qədər təsirə malik olmalıdırlar ki, öz ehtiyaclarının lazımi qaydada nəzərə alınmasını təmin etsinlər.

4. Milli koordinasiya komitəsinə onun qərar qəbul etmək səlahiyyətlərinə uyğun olaraq öz funksiyalarını yerinə yetirmək üçün kifayət qədər müstəqillik və resurslar verilməlidir. Bu komitə ən yüksək hakimiyyət səviyyəsində orqanlara məruzə etməlidir.

 

Qayda 18. Əlil Təşkilatları

 

Dövlətlərə tövsiyyə olunur ki, əlil təşkilatlarının milli, regional və yerli səviyyələrdə əlilliyi olan insanları təmsil etmək hüququnu tanısınlar. Dövlətlərə həmçinin tövsiyyə olunur ki,əlillik məsələlərinə dair qərarların qəbul edilməsində əlil təşkilatlarının məsləhətçi rolunu tanısınlar.

 

1. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyi olan insanların, onların ailələrinin və ya mənafelərinin müdafiəçilərinin təşkilatlarının formalaşmasını və güclənməsini iqtisadi cəhətdən və sair yollarla həvəsləndirsinlər və dəstəkləsinlər. Dövlətlərə tövsiyyə olunur ki, həmin təşkilatların əlilliyə dair siyasətinin işlənib hazırlanmasında vacib rolunu tanısınlar.

 

2. Dövlətlərə tövsiyyə olunur ki, əlil təşkilatları ilə daim qarşılıqlı əlaqə saxlasınlar və hökumət siyasətinin işlənib hazırlanmasında onların iştirakını təmin etsinlər.

 

3. Əlil Təşkilatlarının rolu əlilliyi olan insanların tələbat və prioritetlərini müəyyən etməkdən, əlilliyi olan insanlara dair xtdmət və tədbtrlərin planlaşdırması, tətbiqi və qiymətləndirilməsində iştirak etməkdən, cəmiyyətdə əlilliyin dərkini dərinləşdirməkdən ibarət ola bilərdi.

 

4. Özünə kömək müəssisələri kimi əlil təşkilatları müxtəlif sahələrdə bajarıq və vərdişlərin əldə olunması, üzvlər arasında qarşılıqlı yardımlaşma və informasiya mübadiləsi imkanlarını təmin edir və genişləndirir.

 

5. Əlil təşkilatları dövlət tərəfindən maliyyələşdirilən təşkilatların rəhbər orqanlarında daimi təmsil olunmaq, ijtimai komissiyaların işində iştirak etmək və müxtəlif layihələr üzrə öz bilik və təciübələrindən istifadə etmək kimi metodlarla öz məsləhətçi funksiyalarını həyata keçirə bilərlər.

 

6. Əlil təşkilatlarının məsləhətçilik fəaliyyəti daimi xarakter daşımalıdır ki, dövlət və təşkilatlar arasında fikir və informasiya mübadiləsi inkişaf etsin və dərinləşsin.

 

7. Təşkilatların milli koordinasiya komitəsində və ya oxşar orqanlarda daimi əsasda təmsil olunmaları zəruridir.

 

8. Lokal əlil təşkilatlarının fəaliyyəti inkişaf etdirilməli və güjləndirilməlidir ki, onlar icma səviyyəsində məsələlərin həllinə təsir göstərə bilsinlər.

 

 

Qayda 19 İşçi heyətin hazırlanması

 

Dövlətlər əlilliyi olan insanlara aid proqramm və xitmətlərin planlaşdırılması və yerinə yetirilməsinə cəlb olunmuş işçi heyətin bütün səviyyələrdə adekvat hazırlığın təmin olunmasına məsuliyyət daşıyır.

 

1. Dövlətlərə tövsiyyə olunur ki. əlillik sahəsində xidmət göstərən bütün orqanların öz işçi heyətini lazımi qaydada tə şkil olunmasını təmin etsinlər.

 

2. Əlillik sahəsinin mütəxəssislərinin hazırlanmasında, eləcə də ümumi təlim proqramoarına əlillik haqqında informasiya daxil edilərkən tam iştirak və bərabərlik prinsipi lazımi qaydada əks olunmalıdır.

 

3. Dövlətlərə tövsiyyə olunur ki, əlil təşkilatları ilə məsləhətləşərək birlikdə təlim-təhsil proqramları işləyib hazırlasınlar. İşçi heyətin hazırlanmasında əlilliyi olan insanların müəllimlər, təlimçilər və ya məsləhətçilər kimi istifadə olunması zəruridir.

 

4. İcmalarda işləyəcək mütəxəssislərin hazırlanması, xüsusilə inkişaf etməkdə olan ölkələrdə strateji əhəmiyyət daşıyır. Bu prosesə əlilliyi olan insanlar cəlb olunmalı və müvafiq dəyərlərin, biliklərin və texnologiyaların inkişaf etdirilməsi, eləcə də əlilliyi olan insanlar, onların valideynləri, ailələri və yaşadıqları icmanın üzvləri tərəfindən istifadə oluna biləcək vərdişlərə onların yiyələnməsi nəzərdə tutulmalıdır.

 

 

Qayda 20. Qaydaların yerinə yetirilməsi zamanı əlillik proqramlarının milli monitorinqi və qiymətləndirilməsi

 

Əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dair milli proqramm və xidmətlərin yerinə yetirilməsinin daimi monitorinqi və qiymətləndirilməsi üçün dövlətlər məsuliyyət daşıyırlar.

1. Dövlətlərə tövsiyyə olunur ki, döri və sistematik olaraq milli əlillik proqramlarını qiymətləndirsinlər və bu qiymətləndirmələrin həm ilkin verilənlərini həm də nətijələrini yaysınlar.

2. Dövlətlərə tövsiyyə olunur ki, əlilliyə dair proqramm və xidmətlərin qiymətləndirilməsi üçün texnalogiya və meyarlar işləyib hazırlasınlar.

 

3. Bu texnalogiya və meyyarlar ilkin konseptual və planlaşdırma mərhələsindən başlayaraq əlil təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işlənib hazırlanmalıdır.

 

4. Dövlətlərə tövsiyyə olunur ki, əlillik sahəsində milli qiymətləndirmənin ümumi standartlarının işlənib hazırlanması üçün beynəlxalq əməkdaşlıqlda iştirak etsinlər. Dövlətlər milli koordinasiya komitələrini də buna həvəsləndirməlidirlər.

 

5. Əlillik sahəsində müxtəlif proqramların qiymətləndirilməsi planladırma mərhələsində nəzərdə tutulmalıdır ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin ümumi səmərəliliyi qiymətləndirilə bilsin.

 

Qayda 21. Texniki və iqtisadi əməkdaşlıq

 

İnkişaf etməkdə olan ölkələrdə yaşayan əlilliyi olan insanların həyat şəraitinin yaxşılaşdırılması üzrə əməkdaşlığa və tədbirlər görülməsinə görə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər məsuliyyət daşıyırlar.

 

1. Əlilliyi olan insanlar, o jümlədən əlilliyi olan qaçqınlara bərabər imkanlar yaradılması üzrə tədbirlər ümumi inkişaf proqramlarına birləşdirilməlidir.

2. Bu cür tədbirlər texniki və iqtisadi əməkdaşlığın bütün formalarında iktərəfli və çoxtərəfli hökumət və qeyri-hökumət əməkdaşlığında əhatə olunur. Dövlətlərə tövsiyyə olunur ki, bu cür əməkdaşlığı öz tərəfdaşları ilə müzakirə edərkən əlillik məsələlərini qaldırsınlar.

 

3. Texniki və iqtisadi əməkdaşlıq proqramlarını planlaşdırarkən və nəzərdən keçirərkən bu proqramların əlilliyi olan insanların vəziyyətinə təsirinə xüsusi diqqət yetirilməlidir. Əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş istənilən inkişaf layihəsi üzrə əlilliyi olan insanlar və onların təşkilatları ilə məsləhətləşmələrin keçirilməsi həddindən artıq vacibdir.

 

4. Texniki və iqtisadi əməkdaşlığın prioritet sahələri aşağıdakıları əhatə etməlidir:

 

a) Əlilliyi olan insanların vərdişlərinin, bacarıqlarının və potensiallarının inkişafı və əlilliyi olan insanlar üçün iş yerlərinin yaradılması üzrə tədbirlər həyata keçirmək vasitəsilə insan resurslarının inkişafı;

 

b) Əlilliklə əlaqədar müvafiq texnologiyaların və bacarıqların (nou-hau) işlənib hazırlanması və yayılması.

 

5. Dövlətlərə tövsiyyə olunur ki, əlil təşkilatlarının formalaşması və güjlənməsinə yardım etsinlər.

 

6. Dövlətlərə tövsiyyə olunur ki, texniki və iqtisadi əməkdaşlıq proqramlarının inzibatçılığının bütün səviyyələrinə cəlb olunmuş işçi heyətin arasında əlillik məsələləri üzrə biliklərin yüksəldilməsi ilə əlaqədar tədbirlər görsünlər.

 

Qayda 22. Beynəlxalq Əməkdaşlıq

Dövlətlər əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması siyasətilə əlaqədar beynəlxalq əməkdaşlıqda fəal iştirak edəjəklər.

1. Dövlətlərə tövsiyyə olunur ki, BMT sistemi, ixtisaslaşdırılmış təşkilatlar və s. maraqlı hökumətlərarası təşkilatlar çərçivəsində əlillik üzrə siyasətin işlənib hazırlanmasında iştirak etsinlər.

2. Dövlətlərə tövsiyyə olunur ki, yeri gəldikdə standartlar, inqformasiya mübadiləsi, inkişaf proqramları və s. üzrə ümumi danışıqlarda əlillik məsələlərini müzakirə etsinlər.

 

3. Dövlətlərə tövsiyyə olunur ki:

a) Əlillik məsələlərində maraqlı qeyri hökumət təşkilatları;

b) Əlillik məsələlərinə cəlb olunmuş tədqiqat institutları və fərdi tədqiqatçılar;

c) Yerlərdə fəaliyyət göstərən proqramların və əlillik məsələləri ilə məşğul olan peşəkar qrupların nümayəndələri;

d) Əlil təşkilatları;

e) Milli koordinasiya komitələri arasında bilik və təcrübə mübadiləsinə yardım etsinlər və onu dəstəkləsinlər.

 

4. Dövlətlərə tövsiyyə olunur ki, BMT və ixtisaslaşdırılmış təşkilatların, eləcə də bütün hökumətlərarası və parlamentlərarası orqanların qlobal və regional səviyyədə öz işlərinə qlobal və regional əlil təşkilatlarını cəlb etmələrini təmin etsinlər.

 

IV. NƏZARƏT MEXANİZMİ

 

1. Nəzarət mexanizminin məqsədi Qaydaların səmərəli tətbiqinə yardım etməkdir. O hər bir dövlətə Qaydaların yerinə yetirilməsinin səviyyəsini qiymətləndirməyə və əldə olunan tərəqqini ölçməyə kömək edəcəkdir. Nəzarət həyata keçirilərkən maneələr müəyyən olunmalı və Qaydaların müvəffəqiyyətlə həyata keçirilməsinə yardım edəjək tədbirlər təklif edilməlidir. Nəzarət mexanizmi konkret dövlətlərdə mövcud olan iqtisadi, sosial və mədəni xüsusiyyətləri nəzərə alaraq fəaliyyət göstərəcəkdir. Dövlətlər arasında məsləhət xidmətlərinin göstərilməsi təcrübə və informasiya mübadiləsi də vacib elementlərdən biri olmalıdır.

 

2. Qaydaların tətbiqinə nəzarət Sosial İnkişaf üzrə Komissiyanın sessiyaları çərçivəsində həyata keçirilməlidir. Bunun üçün əlillik məsələləri üzrə müvafiq və geniş biliyə və beynəlxalq təşkilatlarda böyük iş təjrübəsinə malik Xüsusi Məruzəçi üç il müddətinə təyin olunmalı və zəruridirsə büdcədən kənar resurslar hesabına maliyyələşdirilməlidir

 

3. İqtisadi və Sosial Şura yanında məsləhətçi statusu olan beynnəlxalq əlil təşkilatlarına və hələ öz təşkilatlarını formalaşdırmamış əlilliyi olan insanları təmsil edən təşkilatlara Xüsusi Məruzəçiyə və yeri gəldikdə Katibliyə məsləhət vermək üçün öz aralarında mütəxəssislər qruppu yaratmaq təklif olunmalıdır. Bu qrupda əlil təşkilatları üstünlüyə malik olmaqla əlilliyin müxtəlif formaları və zəruri bərabər coğrafi bölgü də nəzərə alınmalıdır.

 

4. Mütəxəssislər qrupu Qaydaların təbliğatı, tətbiqi və onlara nəzarət üzrə müşahidə, məsləhət informasiya və təkliflərin verilməsi istiqamətində Xüsusi Məruzəçi tərəfindən həvəsləndiriləcəkdir.

 

5. Xüsusi Məruzəçi dövlətlərə, BMT sistemi bölmələrinə, hökumətlərarası və qeyri hökumət təşkilatlarına, o cümlədən əlil təşkilatlarına suallardan ibarət siyahı göndərir. Suallar dövlətlərdə Qaydaların tətbiqinə dair planlara toxunmalıdır. Suallar seçmə xarakterli olmalı və daha dərin qiymətləndirmə üçün bir sıra konkret qaydanı əhatə etməlidir. Sualları hazırlayarkən Xüsusi Məruzəçinin mütəxəssislər qrupu və Katibliklə məsləhətləşməsi zəruridir.

 

6. Xüsusi Məruzəçi yalnız dövlətlərlə deyil, həmçinin yerli qeyri-hökumət təşkilatları ilə də birbaşa dialoq qurmağa can atır və məruzədə əhatə olunacaq istənilən informasiyaya dair onların fikir və təkliflərini öyrənir. Xüsusi Məruzəçi Qaydaların tətbiqi və onlara nəzarət üzrə məsləhət xidmətləri göstərir və suallardan ibarət siyahıya cavab hazırlamaqda köməklik edir.

 

7. Əlillik məsələləri üzrə BMT-nin koordinasiya mərkəzi olan Katibliyin siyasətin koordinasiyası və davamlı inkişaf üzrə Departamenti, BMT İnkişaf Proqrammı və BMT sisteminin digər struktur və mexanizmləri, o cümlədən regional komissiyalar, ixtisaslaşdırılmış agentliklər və agentliklərarası yığıncaqlar milli səviyyədə Qaydaların tətbiqi və monitorinqi üzrə Xüsusi Məruzəçi ilə əməkdaşlıq edirlər.

8. Xüsusi Məruzəçi Katibliyin yardımı ilə Sosial inkişaf üzrə Komissiyaya onun otuz dörd və otuz beşinci sessiyalarında təqdim etmək üçün məruzələr hazırlayır. Bu məruzələr hazırlanarkən Məruzəçi Mütəxəssislər qruppu ilə məsləhətləşməlidir.

 

 

9. Dövlətlərə tövsiyyə olunur ki, Qaydaların tətbiqi və monitorinqində iştirak etmək üçün koordinasiya komitələrini və analoci orqanları həvəsləndirsinlər. Milli səviyyədə əlillik məsələləri üzrə koordinasiya mərkəzləri kimi onlar Qaydaların monitorinqinin koordinasiyası üzrə prosedurların müəyyən edilməsinə həvəsləndirilməlidirlər. Əlil təşkilatları bütün səviyyələrdə prosesin monitorinqində fəal surətdə iştirak etmək üçün həvəsləndirilməlidirlər.

 

10. Büdcədənkənar vəsaitlər təmin olunarsa, dövlətlərə birbaşa xidmətlər göstərmək məqsədilə Qaydalar üzrə bir və ya bir neçə regionlararası məsləhətçi vəzifəsi yaradılmalıdır. Bu xidmətlər aşağıdakıları əhatə edə bilər:

 

a) Qaydaların məzmununa dair milli və regional treyninq seminarlarının təşkili;

 

b) Qaydaların tətbiqi üzrə strategiyalarda kömək məqsədilə rəhbər prinsiplərin işlənib hazırlanması;

 

c) Qaydaların tətbiqi üzrə uğurlu təcrübəyə dair informasiyanın yayılması.

 

11. Sosial İnkişaf Komissiyasına tövsiyyə olunur ki, özünün otuzdördüncü sessiyasında Xüsusi Məruzəçinin məruzəsini nəzərdən keıirmək və Qaydaların tətbiqini necə yaxşılaşdırmaq istiqamətində tövsiyyələr vermək üçün açıq tərkibli işçi qruppu təşkil etsin. Xüsusi Məruzəçini məruzəsini nəzərdən keçirərkən Komissiya İqtisadi və Sosial Şuranın funksional komissiyalarının prosedur qaydalarının 71 və 76-cı qaydalarına uyğun olaraq özünün açıq tərkibli işçi qrupu vasitəsilə beynəlxalq əlil təşkilatları və ixtisaslaşdırılmış agentliklərlə məsləhətləşməlidirlər.

 

12. Komissiyanın Xüsusi Məruzəçinin mandatının qurtarmasından sonra keçirilən sessiyasında o ya yeni Xüsusi Məruzəçi təyin etməklə mandatın yeniləşməsi, ya da digər monitorinq mexanizminin müəyyən olunması imkanını nəzərdən keçirməli və İqtisadi və Sosial Şuraya müvafiq tövsiyyələr verməlidir.

 

13. Qaydaların tətbiqinə köməklik etmək məqsədilə dövlətlər əlillik üzrə BMT-nin Könüllü Fonduna ianələr verməyə həvəsləndirilməlidirlər.

 

 


 

 



The Constitution of the Republic
of Azerbaijan



FORUM

 
İstifadəçi adı:
Şifrə:

Qeydiyyatdan keçin

 

İNTERNET STATİSTİKA



 

 

  Ünvan: Azərbaycan Respublikası ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ)
AZ1138, Bakı ş., Əhməd Cavad küç 7a
Tel: (+994 12) 434 48 36; Qaynar xətt: 434 93 29
Email: info@qanunlar.az; union-dpo@baku.az - Veb: www.qanunlar.az