Nazirlik tərəfindən 2021-ci il ərzində 45 qrant müqaviləsi (o cümlədən 8 sub-qrant müqaviləsi və 7 müqavilədə dəyişiklik), 2022-ci ilin yanvar-mart ayları ərzində isə 6 qrant müqaviləsi (o cümlədən 1 müqavilədə dəyişiklik) qeydə alınmışdır.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nın 1.3-cü bəndinə əsasən, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyinin "economy.gov.az" rəsmi informasiya ehtiyatında qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı elektron xidmət fəaliyyət göstərir. İstifadəçilər həmin xidmət vasitəsilə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
"Qrant haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci il ərzində 45 qrant müqaviləsi (o cümlədən 8 sub-qrant müqaviləsi və 7 müqavilədə dəyişiklik), 2022-ci ilin yanvar-mart ayları ərzində isə 6 qrant müqaviləsi (o cümlədən 1 müqavilədə dəyişiklik) qeydə alınmışdır.
Qrafik 1. Ayrılacaq qrant vəsaitlərinin sahələr üzrə bölgüsünün ötən ilin müvafiq göstəriciləri ilə müqayisəsi