Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib


Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

 
Bölmə: Mədəniyyət › ,
Tarix: 22:47 09.09.2021

Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin nazirliyin struktur bölmə rəhbərləri ilə görüşü keçirilib.

 

Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli adıçəkilən şöbələrin fəaliyyəti haqqında İctimai Şura üzvlərinə ətraflı məlumat verib. Bildirilib ki, səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi üçün nazirliyin struktur bölmələrinin iş prosesi ilə yaxından tanışlıq mühüm əhəmiyyət kəsb edir. Bu cür görüşlər Şura üzvləri və nazirliyin vəzifəli şəxsləri arasında ictimai nəzarət tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması üçün də əhəmiyyətli rol oynayır.

 

Qeyd olunub ki, İctimai Şuranın fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsi üçün nazirliyin rəhbərliyi və struktur bölmələri zəruri dəstəyi verəcək.

 

Daha sonra İctimai Şura üzvlərini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

 

Davud Rəhimli

Əlil Təşkilatları İttifaqı

 




Tarix:9/9/2021     www.udpo.az saytı Geri