“Qəhrəmanlarımız qürur mənbəyimizdir”


“20 Yanvar”  İctimai Birliyi “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsinin icrasına başlayıb.

“20 Yanvar”  İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsini həyata keçirəcək.

“20 Yanvar” İctimai Birliyin sədri, eyni zamanda keçiriləcək layihənin rəhbəri olanSultan Əzimzadə bildirib ki, layihənin məqsədi Azərbaycanın qəhrəmanlıq tarixinin təbliği və təşviqi,  vətənpərvərlik istiqamətində yeniyetmə və gənclərlə maarifləndirmə işləri aparmaqdır. Daha sonra layihə rəhbəri qeyd edib ki, görüləcək işlərlə İctimai birlik vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndiriləcək, seçilmiş regionlardan olan vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın keçdiyi həyat və qəhrəmanlıq yollarının yeniyetmə və gənclər arasında nümayiş olunacaq. Layihəni həyata keçirməklə vətənpərvərlik hisslərinin daha da aşılanmasına nail olunacaq, eyni zamanda yeniyetmə və  gənclər arasında milli qəhrəmanlarımızın, vətən uğrunda şəhid olmuş vətənpərvər oğullarımızın vətənpərvərlik hissləri və vətən sevgiləri təbliğ ediləcək.

Layihə müddətində seçilmiş vətənin qəhrəman oğullarının xatirələri yad olunaraq, onlara həsr olunmuş “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabça hazırlanıb çap ediləəck, onların ailə üzvlərinə baş çəkiləcək və ərzaq yardım paketləri onlara çatdırılacaq.

Qeyd edək ki, layihə 3 ay müddətində həyata keçiriləcək.

 
 




Tarix:14/9/2020     www.udpo.az saytı Geri