Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi


Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə

inkluziv idman yarışları keçirildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi bu dəfə qızlar arasında həndbol üzrə inkluziv idman yarışları təşkil edib.

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında  keçirilən yarışlarda dövlət uşaq müəssisələrindən olan uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 20-dən çox komanda iştirak edib.

Yarışların qalibləri Sosial Xidmətlər Agentliyi və Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.

Bundan iki gün əvvəl isə hər iki qurum qaçış növü üzrə inkluziv idman yarışları keçirib.

2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyan bu tədbirlərdə məqsəd həmin uşaqların  idmana, Xüsusi Olimpiya hərəkatına  marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

   




Tarix:5/9/2020     www.udpo.az saytı Geri