Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.


Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda sıx nəqliyyat və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətləri ilə əlaqədar olaraq, onların təhlükəsizliyini təmin etmək məqsədi ilə (keçmiş ASC "Mərdəkan Broyler") yerüstü piyada keçidi tikilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a bildirilib ki, qurumun mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə ərazini araşdırıb, ən optimal ərazini seçib və yüksək piyada keçidinin tikintisini həyata keçiriblər.

Rampalar da daxil olmaqla piyada keçidinin ümumi uzunluğu 180 metrdir. Yaşlıların, əlillərin, uşaq arabaları olan valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun olaraq yolun kənarına 80 metrlik piyada rampaları quraşdırılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

  Əlil Təşkilatları İttifaqı 

Mətbuat Xidməti






Tarix:2/9/2020     www.udpo.az saytı Geri