“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı


 

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

Ölkədə aparılan məhkəmə hüquq islahatları əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması nöqteyi-nəzərindən vacib hesab olunur. Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri və şəhid ailələri cəmiyyətin həssas qrupunun üzvləri hesab edilir. Ölkədə hüquqi yardımların və vəkillik xidmətlərinin göstərilməsinin qiymətinin həssas qrupun üzvlərinin gəlirləri baxımından kifayət qədər yüksək olmasının nəzərə alaraq bu sahədə layihənin icra edilməsi zəruri hala çevirmişdir. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri və şəhid ailələrinə hüquqi və vəkillik xidmətləri göstərilərkən keyfiyyətli hüquqi yardım və vəkillik xidmətləri ilə üzləşmirlər. Bunun da əsas səbəbi onların maddi imkanlarının olmamasıdır.

Yuxarıda göstərilən problemləri nəzərə alaraq, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində Qarabağ müharibəsi əlillərinə, onların ailə üzvlərinə, şəhid ailələrinə və digər aztəminatlı şəxslərə hüquqi yardımların göstərilməsi adlı layihəsinin icrasına başlamışdır. Layihə dörd aylıq müddət təşkil etməklə, 15.07.2020 – 15.11.2020-ci illəri əhatə etməklə əsasən Bakı şəhərində icra olunacaqdır.

Layihənin əsas məqsədi Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri, şəhid ailələrinə və digər aztəminatlı şəxslərə hüquqi yardımların və vəkillik xidmətlərinin göstərilməsidir.

Layihə çərçivəsində Qarabağ müharibəsi əlillərinə, onların ailə üzvlərinə, şəhid ailələrinə və digər aztəminatlı şəxslərə pulsuz hüquqi yardım xidməti göstəriləcəkdir. Layihə üzrə göstərilən xidmətlərdən yararlanmaq üçün facebook, instagram və whatsapp +994 50 760 65 75) sosial şəbəkələri üzərindən istifadə edilə bilər.

Sizləri pulsuz hüquqi xidmətlərimizdən yararlanmağa dəvət edirik.  






Tarix:1/9/2020     www.udpo.az saytı Geri