Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir


Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

 

            Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə xüsusi bölmələr yaradılıb.

            Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində yaradılan sosial-psixoloji reabilitasiya bölmələrinə psixoloq, abilitoloq və təlimatçılar cəlb olunacaq.

            Agentlik tərəfindən sosial-psixoloji reabilitasiya xidmətinin təşkili formaları və kadr hazırlığı ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq ediləcək. Bu məqsədlə həmin İnstitutla memorandumun imzalanması da planlaşdırılır.

 
 




Tarix:1/9/2020     www.udpo.az saytı Geri