Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.


AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq

hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci  abzasını  rəhbər  tutaraq, Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan   Respublikası   Nazirlər   Kabinetinin  2002-ci  il

10 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 314; 2010, № 3, maddə

264; 2015, № 12, maddə 1581; 2020, № 2, maddə 216) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ  verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

 

                                                                                                                                                 Əli Əsədov

                                 Azərbaycan Respublikasının Baş Naziri

 
 




Tarix:28/8/2020     www.udpo.az saytı Geri