Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanacaq.


Yeni “Bərabərik” layihəsinə başlanır

 

Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanacaq.

Layihə “MTV Azərbaycan”da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.

Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Əlillik onların istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilməyib, əksinə, onları daha da ilhamlandıraraq, bu layihənin ərsəyə gəlməsinə kömək edib.

https://www.youtube.com/watch?v=6nVkEqUCJ4Q

 
 




Tarix:24/8/2020     www.udpo.az saytı Geri