5 may


Hörmətli kolleqalar

 

      5 may 1992-cı il tarixdə 17 ölkədən olan əlilliyi olan şəxslər və onların təşkilatları eyni zamanda bərabər hüquqlar və diskriminasiyasın əlehinə şüarı altında birinci ümumavropa tədbirini həyata keçirtdilər. Həmin vaxtdan Avropa ölkələrində analoji tədbirlər keçirilməyə başlanmışdır.

    Bu gün ərzində əlilliyi olan şəxslərlə bağlı dəyirmi masalar, geniş ictimai müzakirələr, əlilliyi olan şəxslər üçün ən aktual problemlərə diqqəti cəlb etmək məqsədi ilə nümayişlər və aksiyalar keçirilir.

    Bu il isə COVİD-19 (koronavirus) pandemiyası səbəbindən bu tədbirlərin keçirilməsi mümkün olmadı. Lakin bütün çətinliklərə baxmayaraq dünyada, o cümlədən Azərbaycanda əlilliyi olan şəxslərimizin təşkilatları mümkün vasitələrdən istifadə edərək bərabər hüquqlar, bərabər imkanlar, diskriminasiyanın ləğvi, inkluziv cəmiyyətin formalaşması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

 

Bu məqsədlərə çatmaqda hamıya can sağlığı və uğurlar arzulayırıq.

 
 




Tarix:5/5/2020     www.udpo.az saytı Geri