Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 20.02.2020 tarixindən 20 iş günü müddətində Nazirliyin Seçki Komissiyasına müraciət edə bilərlər.

Müraciətə (müraciətdə əlaqə vasitələri, e-mail və digər zərurui məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq 17.04.2020 tarixində saat 10.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (II mərtəbə, iclas zalı) keçiriləcək.

 

 






Tarix:20/2/2020     www.udpo.az saytı Geri