"BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI


BMT-nin Azərbaycandakı İdarə Heyəti Azərbaycan Hökuməti ilə birgə dayanıqlı inkişaf üzrə 2021-2025-ci illəri əhatə edən növbəti Əməkdaşlıq Çərçivə sənədinin tərtibatına başlamışdır. Sənədin hazırlanması üçün əsas mərhələlərdən biri müxtəlif maraqlı tərəflərin iştirakı ilə Strateji Prioritetləşdirmə Seminarının (SPS) təşkilidir.  Seminarın məqsədi BMT-nin növbəti beş il ərzində ölkədə fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməkdir. Bu fəaliyyət istiqamətləri Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsindəki hədəflərinə nail olmasına xidmət edəcək. Seminarda BMT-nin rezident və qeyri-rezident qurumlarını, Azərbaycan hökumətinin nümayəndələrini, həmçinin özəl sektorun, elm sahələrinin  və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçilərini bir araya gəlmişlər.  






Tarix:16/1/2020     www.udpo.az saytı Geri