“Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”


PRESS – RELİZ № 03

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının  Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların  keçirilməsi adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, tur zamanı icarəyə götürülmüş sifarişli nəqliyyatla iştirakçıların I turu Lənkəran rayonunun “Xanbulan” İstirahət Mərkəzində 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil) əlavə 3 nəfər (2–si QHT rəhbəri) və jurnalist qonaq qismində  birgə 29 – 30 iyun 2019–cu il tarixinə iki gün ərzində, bir gecə oteldə qalmaqla, hər bir gün üçün üç dəfə yemək, çay, su ilə təmin olunmaqla  təşkil olunan tur sona çatdı.

Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, regionlarda ekoloji təmiz təbiət qoynunda gəzintilər təşkil olundu, digər mənzərəli yerlərə də yol boyu gəzintilər davam etdi.

Tur zamanı tibb işçisi iştirakçıların səhhətini müayinə etdi və heç bir problem olmadığına əmin oldu.

Layihənin yüksək səviyyədə keçirilməsi üçün ayrılan maliyyə dəstəyinə görə   Dövlət rəhbərimiz İ.Əliyev cənablarına, Şuranın rəhbərliyinə və işçi kollektivinə Birliyin  rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları və ailə üzvləri adından təşəkkürümüzü bildiririk.

“Qarabağ Əlilləri və Veteranları”

İctimai Birliyinin Mətbuat xidməti

 

   
 






Tarix:2/7/2019     www.udpo.az saytı Geri