Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı yeni binanın təməlini qoydu, inşaatçılarla və sakinlərlə səmimi söhbət olundu, xatirə şəkilləri çəkildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev və birinci xanım Ağsu rayonuna səfər ediblər. Burada onlar zəlzələnin fəsadlarının aradan qaldırılması işləri ilə tanış olmuş, sakinlərlə görüşüb onların problemləri ilə tanış olunmuş və müraciətlərin heç birinin cavabsız qalmayacağını bildirilmişdir.
 

 

 




Tarix:7/3/2019     www.udpo.az saytı Geri