Maneəsiz dünya naminə


Maneəsiz dünya naminə

     Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin qərargahında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya ilə əlaqədar görülən işlərin, inovativ təcrübələrin və layihələrin qiymətləndirilməsinin 2019-cu il üzrə yekun tədbiri olmuşdur. Tədbirdə dünyanın 85 ölkəsindən 500 nümayəndə, ekspertlər iştirak etmişdir. Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ bu layihənin və tədbirin eksperti olmaqla bərabər, həm də təqdimatı olmuşdur.

    BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını 177 ölkə ratifikasiya etmiş, 161 ölkə isə imzalamışdır. 

    Tədbirin işində BMT-nin və Avstriya hökümətinin nümayəndələri, o cümlədən Avstriya parlamentinin sədri iştirak etmişdir.

 

 

 
 




Tarix:25/2/2019     www.udpo.az saytı Geri