İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.


Azərbaycan paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılarımız qış idman növü üzrə beynəlxalq yarışa qatılıblar. İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar. 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, dağ xizəyi üzrə İranda keçirilən Asiya çempionatında iştirak edəm idmançımız Gülnar Rəhimova dağ xizəyi üzrə yarışlarda iştirak edib. İdmançımız çempionatın ilk günündə “Giant Slalom” yarışlarında ən yaxşı nəticəni göstərərək 1-ci yerə layiq görülüb. Çempionatın ikinci günündə isə Gülnar Rəhimova “Slalom” üzrə yarışlarda ən yaxşı nəticəni göstərib. Hər iki yarışın nəticəsinə görə, Gülnar Rəhimova iki qızıl medala layiq görülüb.

 

Davud Rəhimli

 

 

 




Tarix:4/2/2019     www.udpo.az saytı Geri