"Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri"


31 yanvar 2019-ci il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) New Baku Hotelində "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində növbəti vorkşop təşkil edib. Tədbirdə vətəndaş cəmiyyəti təmsilçiləri və media nümayəndələri, gənc aktivistlər və bu sahədə potensial tədqiqatçılarla yanaşı həssas sosial qrupların nümayəndələri də iştirak edib. Tədbiri giriş sözü ilə açan İSİM-in sədri Vüqar Bayramov həmçinin yeni iştirakçılar üçün layihə haqqında qısa arayış verib. Daha sonra treynerlər Rəşad Həsənov və Orxan Hüseynov “Radikal ekstremizm: mübariz yoxsa terrorist” mövzusunda təlimə start verib. Təlimdə müasir terrorizmin tarixi, terrorist və azadlıq mübarizini fərqləndirən əsas cəhətlər, beynəlxalq təcrübədə bu anlayışların qavranılması səviyyəsi, tarixin müxtəlif mərhələlərində müşahidə edilən ziddiyətli qiymətləndirmələrlə yanaşı, terorozmin və ekstremizmin yaratdığı hisslər haqqında geniş məlumatlar verilib. Təlim müddətində qrup işləri və diskusiyalar keçirilib ki, bu da iştirakçıların arasında fərqli yanaşmaların üzə çıxarılması, həmçinin mövzu ətrafında fikirlərinin konkretləşdirilməsinə müsbət təsir göstərib. Təlimlər nahar fasiləsi ilə sona çatıb. 
Qeyd edək ki, bu tədbir sayca ikinci olub, önümüzdəki həftələrdə layihə çərçivəsində müvafiq mövzuda daha 10 təlim ilə davam etdiriləcəkdir. Növbəti təlimlər isə ekstrimizmin yaranma səbəbləri, ekstrmizmi stimullaşdıran davranışlar və qərarlar, radikal meyilliliyin güclənməsi, onunla mübarizə üsulları kimi maraqlı mövzuları əhatə edəcəkdir.

XATIRLATMA: Layihə çərçivəsində növbəti təlib 6 fevral 2019-cu il tarixində H. Əliyev C9 ünvanında yerləşən “New Baku Hotel”də keçiriləcək. Tədbir başlama vaxtı: saat 10:00 da başlayır və 13:00-da nahar fasiləsi ilə başa çatır. Tədbirdə iştirak könüllü əsaslarladır. Hörmətli dostlar əgər kim və yaxud kimlərsə növbəti təlimlərə qatılmaq istərsə FB səhifəmiz üzərindən müraciət edə bilər.

Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri adlı şəxsin şəkli.
Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri adlı şəxsin şəkli.
Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri adlı şəxsin şəkli.
Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri adlı şəxsin şəkli.
 
 

 






Tarix:1/2/2019     www.udpo.az saytı Geri