Autizmlilərin İdman Klubunda gürüş


12 yanvar 2019-cı ildə Autizmlilərin İdman Klubunda sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctami Şuranın sədr müavini, “Sosial Hüquqların Araşdırılması” İctmai Birliyinin sədri professor Mayis Əliyevin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Mayis Əliyev tədbir iştirakçılarına sosial hüquqlarla yanaşı və ƏƏSMN-nin və nazirlik yanında İctimai Şuranın son dövrlərdəki fəaliyyəti, nazirlik “DOST” mərkəzləri, həyata keçirilən sosial layihələr  haqqında geniş məlumatlar vermiş və bütün sualları cavablandırmışdır. Tədbirdə autizm sindromlu şəxslərin sosial müdafiəsinə dair qanunvericliyinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmış və hazırkı dövr üçün təkliflər irəli sürülmüşdür. Davud Rəhimli

 

 

 
 




Tarix:12/1/2019     www.udpo.az saytı Geri