Yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği


 

 

“Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində ilkin görüşün

press-relizi

25 oktyabr 2018-ci il tarixində  20 Yanvar İctimai Birliyi, “Bakı, Qusar və Neftçala  şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində  Şəhid Milli Qəhrəman Çingiz  Salman oğlu Qurbanovun xatirəsinə həsr olunmuş  Xətai rayonu, Humanitar  Fənlər  Təmayüllü məktəb-litseydə, şagirdlərlə  görüş  keçirib. Tədbirdə 20 Yanvar İB-nin işçi heyyəti,  layihə  rəhbəri Sultan Əzimzadə,  sədri mavini  istefada olan sədrhədçi -ekspert Mustafa Əliyev, pr.menecer Qahirə Məmmədova, mühasib həmçinin Sosial İqtisadi Araşdırmalar İB-nin sədr mavini  Fərqanə Əliyeva, Xətai rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdrü  Pənah İmanov, Azərbaycan Bayrağı ordenli  Hikmət Ağayev, Azərbaycan Bayrağı ordenli Polkovnik – leytenant Emin Əliyev, Polkovnik – leytenant Hacı Məmmədov, Polkovnik  Qarabağ və Çernobıl  veteranı  Həsən Əmirov, şəhidin  atası Salman  Qurbanov, liseyn müəllim və şagirdləri iştirak etmişlər. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyub , şeirlər ifa edib.

Layihənin rəhbəri Sultan Əzimzadə bildirib  ki, təşkilat olaraq  həyata keçirdiyimiz layihələr zamanı gənclərimizin vətənpərvərlik yönümündə necə həvəsli olduqlarının şahidi olduq, lakin vətənpərvərliyin təbliği istiqamətində  maarifləndirmə işinin aparılması, qəhrəmanlıq tariximizin tanıdılmasında müəyyən boşluqlar hələ də vardır. Bunu  nəzərə alaraq, yeniyetmə və gənclər üçün layihə çərçivəsində “Vətən igidləri ilə tanınır”  adlı kitab və buklet  hazırlanmışdır. Etiraf etməliyik ki, gənclərimiz  Milli qəhrəmanlarımızı, vətən üçün canından keçən şəhidlərimizi heç də o qədər yaxından tanımır, onlar haqqında daha ətraflı və geniş məlumata sahib deyillər. Adı çəkilən kitab və bukletlərdə layihə çərçivəsində seçilmiş Qəhrəmanlarımız haqqında məlumat verilmişdir.

 Layihə Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökümət

Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilir.

 
  




Tarix:25/10/2018     www.udpo.az saytı Geri