Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi yeni layihənin icrasına start verib


Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi yeni layihənin icrasına start verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 2-ci qrant müsabiqəsi zamanı “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin qalib olmuş “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi” adlı layihənin icrasına iyul ayından start vermişdir.

Layihənin məqsədi, əlilliyi olan şəxslərə müasir əmək bazarında rəqabətə davamlı müasir təcrübənin mənimsəmələrində və sahibkar kimi inkişaf edərək formalaşmalarında, həmçinin onlara işsizlik probleminin qismən həllinə maarifləndirici tədbirlərin (seminarların) təşkili yolu ilə nail olmasından ibarətdir.

Layihə çərçivəsində dövlətin əlillərə olan qayğısının, sahibkarlıq fəaliyyəti üçün yaradılmış qanunvericilik bazasının və imkanların sadə dildə əlillərə seminarlar müddətində izah edilməsi də nəzərdə tutulub. Bununla da əlillərin sahibkarlıq fəaliyyətinə stimul verilməsi və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalına başlamaları üçün maarifləndirici tədbirlərin və məsləhət xidmətlərin təşkili ilə dəstək olmaqdır. 

Onu da qeyd edək ki, iyul ayının sonlarından başlanan layihə çərçivəsində bir sıra təşkilati işlər görülüb. Belə ki, layihənin ilkin mərhələsində maarifləndirmə prosesinə cəlb ediləcək əlillər müəyyənləşdirilib və ekspertlər ilə birgə əməkdaşlıq ediləcək dövlət qurumlarına məktublar hazırlanaraq göndərilib. Bu ilin avqust ayından etibarən layihə çərçivəsində maarifləndirici seminarlar Sumqayıt və Xırdalan şəhərlərində yerləşən ali təhsil müəssisələrin də iştirakı ilə başlanması üçün hazırlıq işləri aparılır.

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan bu günə kimi Sumqayıt şəhərində və ölkəmizin bir çox bölgələrində fəaliyyətə başlamışdır. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqamətlərimiz sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilməsi, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi aiddir.

Təşkilatımız birbaşa əlillərin işsizlik probleminin həlli yolunda əsas addım kimi sahibkarlıq fəaliyyətinin təbliğini və bu sahədə olan problemlərin qarşısının alınması üçün maarifləndirməni özünün strateji hədəfi kimi seçmişdir.

 

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin mətbuat xidməti.

 
 




Tarix:31/7/2018     www.udpo.az saytı Geri