Peşə kursları davam edir


“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Preizdenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi Olan Gənclərin Peşə Kurslarına cəlb edilməsinin təşkili və onların məşqulluğunun təmini” layihəsinin icrası davam edir.

Bu barədə  layihə rəhbəri Azər Rəşidov məlumat verib. Onun sözlərinə görə bu layihənin məqsədi  əlilliyi olan gəncləri peşə kurslarına cəlb etmək və onların mühasibatlıq sahəsində biliklərini artırmaq, Respublikamızda ehtiyac duyulan mühasibatlıq üzrə bir ixtisasçı kimi yetişmələrinə dəstək  və gələcəkdə məşqulluqunun təmini üçün bir zəmin yaratmqdır.

 30 nəfər əlilliyi olan gəncin qatıldığı kurslar 2 təlimçi tərəfindən həftədə 2 dəfə olmaqla təşkil olunur. Kurslara sentyabr ayının 1-də yekun vurulacaq.

Layihə çərçivəsində əməkdaşlıq edən təşkilat isə Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyidir.

 

   
 






Tarix:31/7/2018     www.udpo.az saytı Geri