Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş


23 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasi Prezidenti yaninda Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctima Birliyi tərəfindən "Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsi" layihəsi çərçivəsində Yasamal rayonu,Dadaş Bünyadzadə ünvanında yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilmişdir.

         Layihə rəhbəri, Vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında ətraflı məlumat verərək dövlətin əlillərə qayğısından danışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sağlamlıq imkanları məhdud insanların sosial məsələlərinin həllini daim diqqətdə saxladığını, bu kateqoriyadan olan insanların maddi-məişət şəraitinin yaxşılaşdırılması o cümlədən, pensiya və təqaüdlərin artırılması istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir. Biz də cənab Prezidentin sosial siyasətinin davamı olaraq bu il QHT Şurasına xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili və onlara hüquqi yardımın göstərilməsinə dair layihə təqdim etdik və layihəmiz uğurla dəstəkləndi. Bunun nəticəsi olaraq bu gün biz sizinlə görüşə gəlmişik.

          Daha sonra layihənin eksperti Firudin Əliyev çıxış edərək layihənin əhəmiyyətindən və layihə çərçivəsində əlil və şəhid ailərlərinə mənəvi-psixoloji dəstək göstəriləcəyini, layihənin hüquqşünası Telman Əbilov isə dövlətin bu cür layihələri dəstəkləməklə sağlamlıq imkanları məhdud insanların cəmiyyətə adaptasiyasında mühüm rol oynadığını bildirmişdir.

          Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər barəsində layihənin sosioloqu və hüquqşünası ilə fikir mübadiləsi aparılmış, vətəndaşların sorğu xarakterli müraciətləri ətraflı cavablandırılmışdır. Vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsində göstərilən diqqət və qayğıya həmçinin, vətəndaşlarla belə görüşlərin keçirilməsinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə etmişlər.

 

     
 






Tarix:30/7/2018     www.udpo.az saytı Geri