Əlilliyi olan şəxslər arasında özünüməşğulluq - Qax


Press-reliz

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımı ilə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 27 iyul 2018-ci il tarixində saat 11:00-da Qax rayonu Mərkəzi Kitabxanasında nəzərdə tutulduğu kimi keçirildi. Tədbir çərçivəsində əlillər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanlarının artırılması yollarının üzə çıxarılması, əlillərin sosial yardım proqramlarından asılılığının azaldılması və fərdi təşəbbüskarlıqların dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.

 

Azərbaycan Əlilləri Cəmiyyəti

İctimai Birliyinin sədri:  Xədicə Mikayılova

 
 




Tarix:30/7/2018     www.udpo.az saytı Geri