ƏƏSMN tərəfindən 150 nəfər əlilliyi olan şəxs Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib


ƏƏSMN tərəfindən 150 nəfər əlilliyi olan şəxs Quba və Xaçmaz

rayonlarındakı istirahət mərkəzlərinə göndərilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri davam edir. Fiziki məhdudiyyətləri olan şəxslərdən daha 150 nəfəri xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili tədbirləri də yer alıb. Proqrama əsasən, 1100 nəfərdən çox əlilliyi olan şəxsin bu yay mövsümündə respublikanın müxtəlif yerlərindəki istirahət mərkəzlərində istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Onlardan artıq 800 nəfərdən çoxu Quba, Lənkəran, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.

V.Behbudov qeyd olunan Proqrama əsasən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası  yönündə digər istiqamətlərdə də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. 

Əlilliyi olan şəxslərdən 90 nəfəri Xaçmaz rayonundakı, 60 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib.

 




Tarix:19/7/2018     www.udpo.az saytı Geri