Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilmişdir


Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində Yardımlı rayonunda maarifləndirmə tədbiri keçirilib.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı  barədə məlumat verib, belə tədbirin Yardımlı rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Yardımlı Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini, həmçinin Yardımlı Rayon Mərkəzi Xəstəxanası ilə bu sahədə uzun illər əməkdaşlıq etdiklərini vurğulayıb.

Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib VMİ, həkim-ginekoloq Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi  daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Eyni zamanda, tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

Mətbuat xidməti

 
 




Tarix:18/7/2018     www.udpo.az saytı Geri