Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir


Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyə dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, sosial iş, ailəyə dəstək və ailələrin maarifləndirilməsi xidmətləri göstərilir. Layihəyə əsasən göstərdiyimiz xidmət ümumi olaraq uşaqların və valideyinlərin ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edir.

1. Sosial iş,
2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
3. Sosial-psixoloji dəstək,
4. Sosiallaşma və ünsiyyət,
5. Koqnitiv bacarıqlar və təhsil,
6. Nitq problemləri,
7. Hərəkət problemləri (fiziki inkişaf).

Layihənin birinci ayında Sumqayıt şəhərində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar və sosial xidmətə ehtiyacı olan valideyinlər müəyyən edildi. Xidmətlərimiz valideyinlərə izah edildi və onların qarşılaşdığı problemlər dinlənildi. Hazırda fərdi yanaşma üsulu ilə valideyinlərin və sağlamlq imkanları məhdud uşaqların üzləşdilkləri çətinliklərlə əlaqəli işlər aparılır. Mərkəzə müraciət edən valideyinlərin əksəriyyəti dövlətin həyata keçirdiyi sosial proqramlardan və sosial xidmətdən məlumatsız olduğu səbəbindən sosial xidmətə çıxışları məhduddur.

Bu məqsədlə valideyinlər arasında maarifləndirmə işləri aparılır, onların sosial yardım almalarına, sosialyönlü Dövlət proqramlarından yararlanmalarına və üzləşdikləri digər məsələlərin həllində layihənin işçi qrupu tərəfindən lazımı dəstək göstərilir.

Qeyd: “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin icra müddəti 11 yanvar 2019-cu il tarixinədək davam edəcək. Layihə çərçivəsində əsasən Sumqayıt şəhər sakinlərinə sosial xidmət göstərilir.

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin

Mətbuat xidməti  






Tarix:18/7/2018     www.udpo.az saytı Geri