“Zəhmətimin Bəhrəsi”


GÜLSAM Əlillərin Reabilitasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qalib olmuş “Bakı şəhərində məhdud hərəkətli insanlar üçün “Zəhmətimin Bəhrəsi”adlı müxtəlif əl işlərinin öyrədilməsi” layihəsində əl işləri öyrənmək istəyən fiziki məhdud və sosial durumu zəif olan şəxslərə təlim keçirildi və həmin şəxslərin əl işlərinin satışı təşkil olundu. Layihə çərçivəsində həftədə üç dəfə iki saat olmaqla təlimlər təşkil olundu. Layihədə əsas təlimçidən əlavə üç könüllü də təlim keçdi. Layihəyə nəzərdə tutulandan daha çox dərs saatı sərf olundu. Dərs arasında istirahət üçün fasilələr verildi və bu da öz növbəsində əyləncəli və maraqlı anlarla yadda qaldı. Təlim müddətində dərslərdə foto və video çəkilişlər edildi, Rulamp, bukletlər çap olundu.. Sərgi zamanı “FACEBOOK” sosial şəbəkəsində birbaşa yayım olundu. Bundan əlavə “Əlil Təşkilatlar İttifaqı”nın saytında və “Nəzər Tv” saytında layihə haqqında məlumatlar verildi. Kursu bitirən şəxslərin əl işlərini “FORTİS GROUP” tərəfindən satın alındı. Satışdan əldə olunan gəlir kurs tələbələrinə verildi. Əl işlərinin alınmasında dəstək olan "FORTİS GROUP" şirkətinə birliyimizin üzvləri adından və "GÜLSAM" ƏRİB-in sədri olaraq öz adımdan dərin minnətdarlığımızı bildiririk. Və sonda təlimçilərə təşəkkürnamə, kursda əl işi öyrənənlərə sertifikatlar veildi. @ Yasamal raion  

 






Tarix:16/7/2018     www.udpo.az saytı Geri