Masallı rayonda icma əsaslı sosial reabilitasiya mərkəzi


“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Cəlilabad, Masallı rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” müsabiqəsinin qalibi olmuşdur. Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Xidmət ümumi olaraq tərəfimizdən uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edir: Sosial iş; Sosial-psixoloji dəstək; Sosiallaşma və ünsiyyət; Nitq problemləri; Koqnitiv bacarıqlar və təhsil; Hərəkət problemləri (fiziki inkişaf); Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya)    






Tarix:24/5/2018     www.udpo.az saytı Geri