Əlilliyi olan gənclər üçün əmək yarmarkası


Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ), BakuBus MMC və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilmişdir.

     Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində də məqsəd məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir. Ölkə başçısının sosial sahənin inkişafı ilə bağlı siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığı təmin edən və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasına yönəlib. Ölkəmizdə inklüziv təhsil sisteminin beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da  sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili və məşğulluğu üçün maneəsiz mühit yaratmağa xidmət edir.

      Əmək yarmarkasında iş axtaran bütün əlilliyi olan gənclər, ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları, hökumət, QHT və KİV nümayəndələri iştirak etmişdir.

60 hökumət, özəl təşkilat vacant yerlərini yarmarkaya çıxartmışdır. Əlilliyi olan şəxslər özləri haqda yazılı və şifahi məlumatlarla işəgötürənlərə müraciət etmişlər.   

Əmək yarmarkası 05 may 2018-ci il tarixdə saat 10.00 – 15.00 kimi Park İnn Bakı otelində baş tutmuşdur. Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 1.

 
 




Tarix:5/5/2018     www.udpo.az saytı Geri