Beynəlxalq Əlillər Təşkilatının sədri vəfat etmişdir.


Dünya əlillik hərəkatı Caved Abidinin timsalında mübariz bir liderini itirdi. Caved Abidi əlilliyə görə ayrıseçkiliyin aradan qaldırılması, inkluziv cəmiyyətin formalaşması istiqamətində mühüm xidmətlər göstərmişdir. Eyni zamanda DPİ kimi nüfuzlu qlobal şəbəkəyə rəhbərlik etməklə qüvvələrin birləşməsinə, ayrıseçkiliyin aradan qaldırılmasına, bərabər iştirakçılığın təmin olunmasında böyük xidmətləri olmuşdur. 

Sovet rejimindən sonra müstəqillik qazanmış MDB ölkələrinin əlilliyi olan şəxslərinin və onların təşkilatlarının beynəlxalq səviyyədə təmsil olunmaları və iştirakçılığının təmin olunması üçün atdığı qətiyyətli adımlar onun inadkarlığınının, qətiyyətliliyinin, hümanist yanaşmasının nəticəsidir.

Caved Abidi  Azərbaycan əlillik hərəkatına  da böyük tövhə vermişdir. Rəhbərlik etdiyi təşkilatla birlikdə müxtəlif beynəlxalq təşkilatların Azərbaycanda cəlb etməsi, CRDP üzrə paralel hesabatın hazırlanması, təqdim olunması, BMT kimi beynəlxalq qurumda bizim təmsil olunmağımıza və sözümüzü deməyə dəstək verməsi bizim üçün mühüm, yaddan çıxmayacaq fəaliyyətlərdir.

Ailəsinə, yaxınlarına, təmsilçisi olduğu xalqın nümayəndələrinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Ruhu şad olsun.  






Tarix:15/3/2018     www.udpo.az saytı Geri